Aktual / Araşdırma

Evin böyüyü kimdir?(ARAŞDIRMA)

Sevinc Fedai | 21-03-2012, 18:00
3 376 51
Kişi yoxsa qadın…
 Bir müdrikdən soruşurlar:
– Ailənin başı kimdir, qadın, yoxsa kişi?
Müdrik cavab verir:
– Kişi başdır.
– Bəs qadın nədir?
– Qadın boyundur, başı hara istəsə ora çevirir.
Həqiqətən də müdrik cavabdır. Ailə yaranandan bu sual həmişə müzakirə mövzusu olub. Əslində, ailə münaqişələrinin təməli bu sualla qoyulub. Bir çox halda tərəflər mərkəzdə məhz özlərini görmək istərlər. Problem isə məsələyə haqlı tərəfin sözü, qərarı ilə deyil, cinsiyyət fərqi, bu fərqin də yaratdığı mübahisələrlə son qoymaqdadır.  Bu cinsiyyət söhbəti, ailədə kimisə “sözükeçən”, “ağa”, “müdir” seçmək kimə lazımdır? Bu seçim varmı, varsa hansı prinsiplə seçilir. Bu kimi suallara cavab axtaracağıq.
Əslində, kişinin də, qadının da məqama görə haqlı və haqsız olduğu vəziyyətlər var. Bu nüanslar da hər iki cins tərəfindən anlayışla qəbul edilməlidir. Əks halda, ailəyə başçı təyin etmək üçün çıxılan yol özü dalana aparır. Bu təyinatın yaratdığı ailədaxili münaqişələr elə bu statusun nə dərəcədə lazım olub-olmadığını göstərir.
“Kişi və ya qadının idarəçi seçilməsi düzgün deyil”
Azərbaycan Sosioloqlar Birliyinin icraçı direktoru, “Aktual” elmi-sosioloji araşdırmalar mərkəzinin rəhbəri Əbülfəz Süleymanlının fikrincə də ailədə belə bir statusa ehtiyac yoxdur. Onun sözlərinə əsasən, məsələyə münasibət bildirərkən, ilk növbədə ənənələrimizə diqqət yetirmək lazımdır: “Ənənəvi azərbaycanlı düşüncəsinə görə, bizdə ailə başçısı hər zaman kişi olub. Son sözü də hər zaman kişi deyib. Lakin bu heç də o demək deyil ki, kişi öz ailə üzvlərinin fikirləri ilə hesablaşmır və hesablaşmamalıdır. Heç də ancaq öz bildiyi üzrə gedir demək deyil. Əvvəllər də, ində də belədir ki, ailə başçısı hesab edilən kişi digər ailə üzvlərinin də fikrini öyrəndikdən sonra müəyyən bir qərar qəbul edir. Həmin qərar da tətbiq edilməyə başlayır. Ancaq son dövrlərdə, yəni müasir, yeniləşmə dövründə bu məsələyə də fərli baxışlar yaranıb. Hesab olunur ki, hər şey daha çox demokratik prinsiplərlə həll olunmalıdır”. Sosioloq bildirir ki, bunun da özünəməxsus və obyektiv variantları var: “Məsələyə qeyri-azərbaycanlı və qeyri-türk kimi də yanaşmırıq. Ancaq mən hesab edirəm ki, ümumilikdə ailədə son sözü demək kimi bir vəziyyətin ortaya qoyulması, bunu deyənin kişi və yaxud qadın seçilməsi bir o qədər də düzgün deyil. Hər bir ailədə bütün fikirlərə hörmət əsasında ortaq qərar formalaşdırılmalıdır. Ancaq son məqamda kişinin mövqeyi daha əhəmiyyətli hesab olunur. Biz bunun əksinə getsək, o zaman ənənələrin üstündən tamamilə xətt çəkmiş olarıq. Ancaq mənim fikrimcə, demokratik əsaslar və hörmət prinsipinə riayət etməklə məsələni yoluna qoymaq ən məqbul variantdır”.
Əks halda ailədə ədalət prinsipi pozulur. Kişi həm evdə, həm də qadın üzərində “ağalıq” edir, ona heç bir söz haqqı vermir və bir növ kölgə hesab edir. Ya da ki, qadın kişiyə və onun sözünə qarşı dirəniş göstərib, öz haqqını tələb edərkən üstünlük qazanmağa çalışırsa, yenə də ziddiyyətli vəziyyət yaranır. Ona görə də problemi üstünlük əldə edib, söz keçirməklə deyil doğru qərara yönəlməklə həll etmək daha məqsədəuyğundur. Yəni məsələ problemin kimin qərarı ilə həll etmək yox, məhz həll etmək olmalıdır.
 “Qadın kişinin köləsi deyil”
 Psixoloq Elnur Bayramovun fikrincə də ailədə hər iki tərəfin qarşılıqlı anlayışı ilə münasibətləri tənzimləmək daha gözəl olardı. O bildirir ki, ailəyə böyüklük etmək məsələsi dünyanın, demək olar ki, bütün xalqlarında kişilərə məxsusdur, xüsusən şərq xalqlarında: “Kişi qadından bir addım öndə olmalıdır, amma bu o demək deyil ki, verilmiş qərarlar ailədə müzakirə olunmadan verilsin. Bölgü məsələsində cütlüklərin ailə büdcəsinə gətirdikləri gəlir də nəzərə alınmalıdır. Bu məqamda ər və arvadın təhsili, ailəsindən aldığı tərbiyə də şərtdir”.
Psixoloq vurğuladı ki, hazırda bu problem qloballaşan dünyada ailələrin dağılmasına gətirib çıxarır: “Bunun da əziyyətini daha çox ailənin uşaqları çəkir. Ailə tək qadın və kişidən ibarət deyil. Hər bir fərd qərar verərkən mütləq düşünməlidir”.
E. Bayramov onu da bildirdi ki, qadın kişinin köləsi deyil və bunu hər bir fərd anlamalı və nəzərə almalıdır: “Bu fikrin qəbul olunması üçün kompleks tədbirlər aparılmalı, diskussiyalar keçirilməlidir. Bir məqam da nəzərə alınmalıdır ki, Azərbaycan rəngarəng bir ölkədir və hər bir bölgənin də öz xarakterik xüsusiyyətləri var. Bu xüsusiyyətlər də ailə münaqişələrinin yaranmasında, eləcə də həll olunmasında özünü göstərir”.
 Bu boşanmalara səbəb olur
Psixoloqun da qeyd etdiyi kimi, bu problem bir çox halda boşanmalara yol açır. Çünki əvvəllər ailədə hər bir haqsızlığa boyun əyən qadınlar müasir dövr üçün xarakterik deyil. Bu günün qadını ailədə bərabər  söz haqqının olmağını, ailə məsələlərinin həllində müştərək rol istəyir. Onu da qeyd edək ki, bunu tələb edən qadın artıq kifayət qədər təhsilli, ağıllı və öz ayaqları üstündə durmağı bacaran bir qadındır. Əksər hallarda o, haqqı tələb etməyə qadir və layiqdir. Yəni bu günün qadını asılı vəziyyətə salmaq və haqlarını əlindən almaq bir o qədər asan deyil. Ancaq qadınların nəzərinə onu da çatdıraq ki, ailə sistemimiz daşlaşmış fikirləri geridə qoyaraq yenidən formalaşma dövrü yaşayır. Bu dövrdə də ailəni qorumaq üçün bəzi güzəştlərə getmək lazımdır. Hər bir məsələni anlayışla, müzakirə edib müəyyən razılığa gələrək həll etmək lazımdır. Ənənələri də bir qayda olaraq, kölgədə qoymaq olmaz. Ancaq ailədə mənəvi dəyərləri qorumaq üçün ilk növbədə, ailəni qoruyub saxlamaq lazımdır. Kişilər qətiyyətlə “evdə mənim sözüm keçməlidir”, – deyirsə və qarşısında anlayışlı bir qadın yoxdursa, o zaman sözü keçiləcək bir ev və ailə də qalmaz. Ancaq hər zaman bu  barədə müxtəlif fikirlər səsləndirilir.
Elə biz də bəzilərinin bu haqda rəyini soruşduq. Ailədə idarəçi olmalıdırmı, olarsa kim olmalıdır?
“Kişi lazımi kimi kişilik eləyə bilirsə…”
 Nuriyə Hüseynova bildirir ki, biz bərabərhüquqlu bir cəmiyyətdə yaşayırıq və  mənim aləmimdə ailədə “başçı” deyə bir şey yoxdur: “Təbii ki, ailədə hər halda kişi sayılmalıdır. Amma o da hər kəsin fikrinə hörmət etməlidir. Daha “mən kişiyəm, mənim sözüm qanundur” deməsi kimi şeylər, məncə, mənasız və yersizdir”.
 Anar Səmədov: “Mən həmişə ədalət tərəfdarı olmuşam. Düşünürəm ki, kim haqlıdırsa,  onun sözü keçməlidir. Təbii ki, qarşılıqlı razılığa əsasən. Ancaq yenə də əlbəttə ki, evin böyüyü kişi olmalıdır”.
Səbuhi isə deyir ki, evin böyüyü kişidir və belə də olmalıdır: “Ancaq burda başqa nüanslar da var. O demək deyil ki, kişi gedib narkomanlıq və ya başqa lazımsız şeylər etsin, sonra da gəlib evdə kişilik göstərsin. Bütün hallarda kişi xanımının da fikrini nəzərə almalıdır. Amma çox yox, kişi bir qədər qadından üstün olmalıdır. Əgər kişi evdə lazımi kimi kişilik eləyə bilirsə…”
 Nərmin Quliyeva isə düşünür ki, ailədə kimisə başçı təyin etmək kimi bir şey olmamalıdır: “Bir adam ortaya düşüb hamıya əmrlər verməməlidir. Hər kəs öz fikrini deməlidir, hansı daha məntiqəuyğundursa, ona da əməl olunmalıdır. Yoxsa ki, “mən kişiyəm, mənim sözüm keçməlidir” deyə bir şey olmamalıdır. “Kişisən deyə hər zaman haqlısan“ deyən bir şey yoxdur”.
“Zəhləm gedir elə şeylərdən”
 Lamiyə adlı yeniyetmə respondetimiz isə belə bir şeyi başa düşmədiyini deyir: “Bizim bəzi ailələrimiz var ki, evdə kişilər başçılıq edir. Mənim bir rəfiqəm var, atası evə gələndə pıçıltı ilə danışırlar. Soruşanda niyə elə danışırsız? Deyir ki, atam evdə səsimizin eşidilməyini xoşlamır. Hətta elə ailələr var ki, uşaqların ata ilə bir süfrə arxasında oturmağa ixtiyarı olmur. Axı onlar “kişidi”.  Zəhləm gedir belə şeylərdən. Söz yox ki, bizim evdə atam bir böyük kimi sayılır. Amma hər hansı bir qərar veriləndə anamın da rolu böyük olur, elə biz də fikir bildiririk”.
Nurlan isə bildirir ki, əslində evin böyüyü kişi hesab olunsa da, evi elə qadınlar idarə edir.
 Kifayət qədər ailə təcrübəsi olan Sədaqət xanım hesab edir ki, evdə “müdir, ağa, böyük” kimi mövqe olmamalıdır: “Hüquqlar bərabərdir və qarşılıqlı hörmət lazımdır. Heç biri özünü üstün tutmamalıdır, “mənim sözüm keçməlidir” deyə düşünməməlidir. Əgər belə bir seçim olarsa da, əslində  fəaliyyətləri təşkil edə bilən və bütün ailə üzvlərinin hüquqlarını qoruya bilən insan olmalıdır”.
Bir çoxların rəyi isə belə oldu ki, evdə söz ağırlığı olan biri olmalıdır. Bunun da o evin kişisinin olması daha yaxşı olar.
Göründüyü kimi, nə qədər alternativ fikir bildirilsə də, yenə də ailəyə kişinin böyüklük etməsinə üstünlük verilir. İslam dəyərlərinə əsasən də evin və ailənin idarəçisi kişi olmalıdır. Bunun da özünəməxsus əsasları var. Sonda isə onu deyək ki, əslində bir ailəni, qadını idarə etmək heç də asan iş deyil. Nahaq “Bir qadını idarə edə bilən bütün dünyanı idarə edə bilər” deməyiblər. Ancaq yenə də müdrikin sözünü unutmayaq. Çünki ailə tək fərdlə qurula bilmir və bütöv bir anlayışdır.
Sevinc Fədai

Kişi yoxsa qadın… 

Bir müdrikdən soruşurlar:
– Ailənin başı kimdir, qadın, yoxsa kişi?Müdrik cavab verir:– Kişi başdır.– Bəs qadın nədir?– Qadın boyundur, başı hara istəsə ora çevirir.

ESMERRi | 5 aprel 2016 18:12 | Status: Brilliant user | Şərh: 5 379
Sitat: dılay
Sitat: MELAYKA
evin boyuyu bizde elbetdeki yoldasimdi.onun dedikleri qanundu.mende ona uyub razi oluram yenede hormet qalir aramizda
dılay | 12 fevral 2016 00:43 | Status: Brilliant user | Şərh: 8 184
Sitat: MELAYKA
evin boyuyu bizde elbetdeki yoldasimdi.onun dedikleri qanundu.mende ona uyub razi oluram yenede hormet qalir aramizda
Nagizade.Leyla | 2 iyul 2015 23:55 | Status: VİP user | Şərh: 1 321
Bizde atamdir evin boyuyu
Girl | 1 aprel 2013 17:12 | Status: Professional user | Şərh: 8 206

EVIN BOYUYU HEM QADINDI HEM KIWI

cucem. | 29 sentyabr 2012 19:23 | Status: Professional user | Şərh: 4 415
EVI KIWI IDARE ETMELIDIR QALDIKI BOYUYE QADINDA BOYUK OLMALIDIR AMMA BAXIR NEDE
MELAYKA | 1 sentyabr 2012 20:39 | Status: VİP user | Şərh: 600