Aktual / Araşdırma

Kişilər heç də qorxmaz deyillər…(ARAŞDIRMA)

Sevinc Fedai | 23-03-2012, 18:00
9 411 68
Kişilər ancaq qadındanmı qorxurlar?
Kişilik və qorxaqlıq – mahiyyətcə bir-birinə tamam zidd anlayışlardır. Ancaq kişi də insandır və hər bir insanın özünə xas qorxuları var. Bəlkə də, kim üçünsə çox doğma, yaxın olan bir hiss və ya bir şey digəri üçün çox qorxuncdur. Bu da bir ziddiyyətdir və insan xarakteri, hissləri və düşüncələri də elə ziddiyyətlər üzərində qurulub. Bu fərdilik və fərqlilik özü də çox maraqlıdır. Bu gün kişilərin nədən qorxduqlarına bir neçə fərdin gözüylə baxacağıq.
Xalq artisti, aktrisa Mehriban Xanlarova: “Mənim fikrimcə, kişilər ancaq və ancaq qadından qorxurlar. Onu itirməkdən və ya həyat yoldaşının onu başqası ilə görməsindən, etdiyi xəyanətin üstünün açılmasından çəkinirlər. Onların qorxduğu başqa bir şey yoxdur, məncə.”
Yazıçı, dramaturq Elçin Hüseynbəyli: “Kişilərin ən əsas qorxusu qadın və pulsuzluqdur”.
“Qorxunun qulu olmaq – köləliyin ən dəhşətli növüdür…”
“Mərkəz” qəzetinin redaktoru Səbuhi Abbasov: “Bir çox adamlara bu sualı verəndə, adətən, cavab eyni olur: “Allahdan başqa heç kimdən və heç nədən qorxmuram”. Mən bu fikrin tam əleyhinəyəm. Birincisi, Allahdan qorxmaq yox, sadəcə Ona inanmaq və sığınmaq lazımdır. İkincisi isə, hər bir insanın daxilində qorxu hissi var. Mən həyatda iki şeydən qorxuram: qaranlıqdan və yüksəklikdən. 8-ci sinifdən 11-ci sinifə qədər Mingəçevirdə tək yaşamışam. Gecələr belə işığı söndürmürdüm. Düşünürdüm ki, qaranlıq özü ilə bərabər hansısa qüvvələri gətirir. Ən dəhşətlisi odur ki, mən hələ də qaranlıqdan qorxuram. İkinci qorxduğum şey yüksəklikdir. Yüksəkliyin hündürlüyü vacib deyil. Bu 10 metr də ola bilər, 100 metr də. Amma qorxu hissi eyni cür olur. Ancaq mənim bu qorxu hisslərimlə maraqlı münasibətim var. Hər zaman onların üstünə gedirəm. Qaranlıq otaqlara qısamüddətli, bilərəkdən gedirəm. Və yaxud tez-tez bina damlarına çıxıb o qorxunu yenidən hiss edirəm. Hətta bəzən mənə elə gəlir ki, bundan zövq alıram. Bernard Şounun qorxu ilə bağlı maraqlı aforizmi var: “Qorxunun qulu olmaq – köləliyin ən dəhşətli növüdür”. Mən heç zaman qorxunun köləsi olmamışam. Əksinə, hər zaman onun üzərinə getmişəm. Bəlkə də bu yanlışdır, amma bu, mənim subyektiv fikrimdir”.
“Kişiləri heç də ideallaşdırıb göyə çıxarmaq lazım deyil…”
“Ümid” Partiyasının sədr müavini Aynur İmranova: “İnsan xilqətinə məxsus qorxular kişilərdə də var, onları heç də ideallaşdırıb göyə çıxarmaq lazım deyil. Məncə, kişilər daha çox güclü qadından qorxurlar. Onlar üçün qadına yenilmək çox ağırdır. Eyni zamanda, onlar tərk olunmaqdan, sınmaqdan qorxurlar. Həmçinin, onlar üçün pulsuzluq da qorxuludur. Bir faktı qeyd edim ki, bir sorğu keçirilmişdi. Sorğuya əsasən, məlum olmuşdu ki, 90% kişilər həyatda analarını itirməkdən qorxurlar.
Mən düşünürəm ki, kişilər qadınlardan qat-qat zəifdirlər. Çünki mən hesab eləmirəm ki, hansısa kişi dünyaya övlad gətirə bilər, hansısa kişi bütün həyatını bir insana həsr eləyib onun qulluğunda dura bilər. Ancaq təbii ki, fiziki cəhətdən kişilər güclüdür. Lakin elə bir dövrdə yaşayırıq ki, insanlara fiziki gücünə görə deyil, ağıl, xarakter gücünə görə qiymət verilir.
Qorxuya qalib gəlməkdə isə kişilər qadınlardan daha güclüdür. Çünki burada elə məqamlar var ki, fiziki gücə daha çox ehtiyac var. Ən azından kişilər bunun öhdəsindən gəlməsələr belə, yaxşı gizlədə bilirlər. Ancaq qadınlar daha zəif, incə məxluq olduqlarından qorxularına daha tez yenilə bilirlər”.
Dünya Azərbaycanlıları Konqresinin Gənclər Təşkilatının sədri Samir Turan: “Məncə, bu, peşə və dünya görüşünə görə dəyişə bilər. Mənim qorxum bir az ümumidir. Belə ki, mən Azərbaycanın gələcəyi və övladlarmızın gələcəyindən çox qorxuram. Hətta bəzən məni yaxın zamanda gözləyən təhlükəni belə unuda bilirəm. Bir az sosial mövqedən baxsaq, adətən, maddi sıxıntı, sevdiyi tərəfindən aldadılmaq, xəyanət, alçaldılmaq və özünü təsdiq etmə qorxularını deyə bilərəm”.
“Bir oyuncağı əldə etmək üçün baxan iki göz, uzanan iki əllə böyüyür kişilərimiz…”
Jurnalist Mirvari Nəcəf: “Bir maşın oyuncağını əldə etmək üçün baxan iki göz, uzanan iki əllə böyüyür kişilərimiz… İstəkləri böyüdükcə, oyuncaqları da böyüyür. Məktəb, iş və nəhayət, ailə həyatı… Düşünürəm ki, kişilərin həyatda ən böyük qorxusu – əldə edə bilməyəcəkləri şeyin qorxusudur. Bu çoxlu pul, gözəl və ağıllı qadın, bahalı maşın da ola bilər. Lakin ağıllı kişini qorxudan bunlar da deyil. Onun əsas qorxusu həyatda tək qalmaq qorxusudur. Çünki ağıllı kişi yaxşı başa düşür ki, insanın həmdəmi olmadan o heç nəyə qadir ola bilməz!”
Yazıçı Kənan Hacı: “Kişi də bioloji varlıqdır. Qorxu hissi hər bir insanda var. Kişilər çox vaxt arvaddan qorxurlar. Eləcə də, ölümdən, ayrılıqdan və s. Mən ən çox ayrılıqdan qorxuram. Bir neçə dəfə həyatımda ayrılıqlar olub. İstəmirəm ki, bir daha belə bir fəlakətlə qarşılaşım”.
Şair-jurnalist Əvəz Qurbanlı: “İslam əxlaqı bizə təlqin edir ki, biz öz ağlımıza güvənib, digər qüvvələri də ağlımıza tabe edək. Buradan belə bir məntiq doğur ki, insanda qorxu olmalıdır, ancaq o qorxu ruha hakim olmamalıdır.
“Kişilər nələrdən qorxurlar?” sualına birbaşa və ümumi cavab versək, deyərik ki, “kişi” sözünün özü qorxmazlıq rəmzi kimi də işlənilir. “Kişi heç nədən qorxmaz” kimi ifadələr mövcuddur. Amma qorxu mövzusu, qeyd etdiyimiz kimi, geniş olduğundan, ona mütləq digər rakurslardan da yanaşmaq lazımdır.
Mənim fikrimcə, kişi birinci Allahdan qorxmalıdır. Hz.Peyğmbərimizdən bir hədis var, buyurur: “Ya Əli, o kəs ki, Allahdan qorxur, o, heç nədən qorxmaz; o kəs ki, Allahdan qorxmur, o, hər şeydən qorxar”. Bu ibrətamiz kəlamda qorxu məsələsinin fəlsəfi və həqiqi mahiyyəti bəlağətin və fəsahətin dili ilə çox gözəl açıqlanır.
Digər tərəfdən, biz bəzən qorxu və ehtiyat etmək məsələlərini qarışdırırıq. Məsələn, məşhur “O olmasın, bu olsun” filmində Məşədi İbad obrazının dilindən səsləndirilən “kişi arvaddan nə qədər qorxsa, o qədər yaxşıdır” fikri ilə, hazırda işlənən “arvaddan qorxmayan kişi, kişi deyil” ifadəsində olan qorxu sözləri tam fərqlidir. Birincidə həqiqi qorxudan söhbət gedir, ikincidə isə ehtiyat etmək anlamında başa düşülür”.
Tələbə Çinarə Şəmilova: “Mənim fikrimcə, kişilər qərar verməkdən qorxurlar. Qərar verərkən mütləq dəstək axtarırlar və bu da həyatlarına mənfi təsir göstərir. Bu mənada o qədər zəif olurlar ki, qərar verməyə çətinlik çəkdikləri zaman onları fikirlərindən döndərmək heç də çətin olmur. Kişilər güclu göründükləri qədər, daxilən aciz olurlar. Ən pisi isə əksər kişilərdə venustrofobiya xəstəliyi olur. Yəni onlar gözəl qadınlardan qorxurlar. Həmçinin, kişilərdə müdafiə edə bilməmək qorxusu var. Hansısa bir qadını sevdikdə özündən daha üstün bilib, onu qorumaqdan qorxub geri çəkilməyi seçirlər. O qadınsız əziyyət çəksələr belə. Çünki onlar tərk edilməkden də qorxurlar”.
Jurnalist Elgün Mənsimov: “Kişilər nədən qorxur?” Bu suala kişi kimi cavab versək, gərək deyək ki, kişilər heç nədən qorxmur. Amma zəmanə kişini elə hallara salır ki, qorxmaya da bilmirsən. Mən heç kimin adından danışa bilmərəm. Ona görə də, məsələyə öz profilimdən yanaşmaq istəyirəm. Bəlkə də, çoxları bu suala yalnız Allahdan qorxduqlarını deyəcək. Ancaq deyim ki, Allahdan qorxmaq deyil, ona daha da yaxınlaşmaq lazımdır. Digər qorxulara gəldikdə isə, mən daha çox qarşılıqsız sevgidən qorxuram. Ataların bir sözü var “Qorxan gözə çöp düşər”. Allah bütün kişilərimizi o çöpdən qorusun”.
DJ Elvin Can Turan: “Mən gözəl qadınlardan qorxuram, onlar maqnit kimidir. Amma, eyni zamanda, təhlükəlidirlər. Məndə, həmçinin, təklik qorxusu var. Məncə, bu, hamıda var. Bir sözlə, kişilərin qorxusu paradoksal olur. Bir şey deyim ki, məndə çox sevdiyim əşyanı itirmə qorxusu daha güclüdür, nəinki kimisə itirmək qorxusu”.
Bəs ümumilikdə kişilər daha çox nələrdən qorxurlar?
İndi isə, psixoloqların dünya üzrə kişilər arasında araşdırmalar apararaq, müəyyənləşdirdikləri kişi qorxularını nəzərinizə çatdırırıq. Kişiləri qorxuları ilə daha yaxından tanıyaq:
1. Bağlılıq qorxusu – Bir çox kişilər qadına çox bağlanmaqdan qorxurlar. Ancaq təkcə qadınlara deyil, bir çox şeylərə də… Bağlılıq sözü kişi leksikonunda “dəhşət” sözünə sinonim sayılır.
2. Seksqabağı qorxu – Onlar seksin özündən qorxmurlar, bunu yaxşı edə bilməməkdən qorxurlar. Bu halda o, çoxlu vitaminlər, cinsi aktivliyi artıran dərmanlar qəbul edir, idmanla məşğul olmağa başlayır, daha nə edə biləcəyini düşünür.
3. Rəqiblərinin, yəni digər kişilərin olması qorxusu – Elə qadınlar da bundan qorxurlar – digər qadınların olmasından. Kişilər özündən yaraşıqlı, özündən güclü, imkanlı bir kişinin xanımının ətrafında olmasından çox narahat olarlar. Hətta bunun adını “qısqanclıq” qoyub, xanımını rəqibinə “uduzmaq” qorxusunu isə təbii ki, gizlədəcəklər.
4. Müdafiə edə bilməmək qorxusu – Kişilər düşünürlər ki, bir və ya bir neçə adam onun xanımına sataşsa, o, nə edər? Onun yanında olsam, onu qorumağa cəsarətim çatarmı? Onu qoruya bilərəmmi? Onun yolunda canımdan keçməyə hazırammı? Əgər onu qoruya bilmirəmsə, onda mən necə həyat yoldaşıyam və ya olacağam? Bu cür fikirlər daim kişini narahat edir.
5. Tənhalıq qorxusu – Psixoloqa gələn məktublardan birində yazılır: “Mən tənhalıqdan bezmişdim. Evdə tək oturmaqdan, tək nahar etməkdən, tək televizora baxmaqdan, tək yaşamaqdan yorulmuşdum. Günlərin bir günü bir qızla tanış oldum. 2 aydan sonra birlikdə yaşamağa başladıq. Düzünü deyim ki, bir-birimizə heç uyğun gəlmirik. Hətta aramızda böyük sevgi də yoxdur. Amma açığını deyim ki, bu, tək yaşamaqdan daha yaxşıdır”.
6. Birlikdə olmaq qorxusu – Bəli, təəccüblənəcəksiniz ki, birgə yaşamaqda qorxulu nə var ki? Amma birgə yaşamağın da özünə görə problemləri var. Vay o gündən ki, sevgililərdən biri pinti və tənbəl olsun. Təsəvvür edin ki, kişi çox səliqəlidir. Evində hər şey yerli-yerindədir, qadın isə əksinə, pinti və çox tənbəldir. Bulaşıq qabları da yumur ki, manikürü korlanar. Yaxud da əksinə, təmizliyə qarşı çox həssas olan qadının taleyinə, tez-tez çimməyi, ətirlənməyi, əyin-başını mütəmadi dəyişməyi sevməyən bir kişi düşüb. İndi nə etməli? Ya qadın kişinin xarakterini dəyişməlidir, ya da əksinə. Əks halda, bu kimi cütlüklərin birgə yaşaması fəlakət olacaq.
7. Ananı məyus etmək qorxusu – Kişilərin bir çoxu seçdikləri xanıma görə, analarını məyus etməkdən qorxurlar. Görüşdükləri hər bir xanımı analarına göstərməyə cürət etmirlər. Ancaq buna görə onları “ana uşağı” adlandırmaq olarmı? Ana övladını təkcə dünyaya gətirməyib. Ana onun qayğısına qalıb, əzab-əziyyətini çəkib, onun yolunda gəncliyini, sağlamlığını belə qurban verib və s. Buna görə də, bu məhrumiyyətləri yaxşı dərk edən, vicdanlı kişilər analarının ürəyini qırmaqdan çox qorxurlar.
8. Qorxaq görünmək qorxusu – Əgər kişi nədənsə qorxursa, bu, eyibdir. Ancaq o
qorxu hissini qəbul edərək təslim olursa, onda bu, qorxaqlıq kimi başa düşülür.
9. Dostların yanında zəhmsiz görünmək qorxusu – Qadınlar kişilərin həyatına daxil olmazdan əvvəl çoxlu kişi dostları olur. Kişilər də ailə qurana qədər dostları ilə çox vaxt keçirirlər. Dostların fikri kişilər üçün çox önəmlidir. Kişilər dostları ilə gorüşə, hansısa xanımın ucbatından gecikəndə və ya buna bənzər hallar baş verəndə, dostlarının bundan xəbər tutmasını istəmirlər. Kişilər öz çevrələrində “qadına qulluq edən”, “qadının hər istək və arzusunu dərhal yerinə yetirən”, “qadının sözü ilə oturub-duran, onun hər dediyini edən”, “qadından ehtiyat edən, çəkinən”, bir sözlə, loru dildə desək, “arvaddanqorxan” kişi kimi görünməkdən qorxurlar.
10. Adi olmaq qorxusu – Kişilərin ən çox qorxduğu elə budur. Belə bir deyim var: “Ya qələbə, ya məğlubiyyət, üçüncü yol yoxdur!” Ancaq qadınlar üçüncü yola daha meyilli olurlar və ya kişilərə belə gəlir. Qadınlar kişilərin sağlam düşüncə çatışmazlığını doldururlar. Qadınlar bütünlükdə özlərini kişilərə həsr etməkdən çəkinmirlər. Elə bu da kişiləri onlardan çəkindirir. Əgər kişilər yanlarında olarkən bütün qorxularını unutduran qadını taparlarsa, ondan ikiəlli yapışırlar.
Sevinc Fədai

Kişilər ancaq qadındanmı qorxurlar?
 
Kişilik və qorxaqlıq – mahiyyətcə bir-birinə tamam zidd anlayışlardır. Ancaq kişi də insandır və hər bir insanın özünə xas qorxuları var. Bəlkə də, kim üçünsə çox doğma, yaxın olan bir hiss və ya bir şey digəri üçün çox qorxuncdur. Bu da bir ziddiyyətdir və insan xarakteri, hissləri və düşüncələri də elə ziddiyyətlər üzərində qurulub. Bu fərdilik və fərqlilik özü də çox maraqlıdır. Bu gün kişilərin nədən qorxduqlarına bir neçə fərdin gözüylə baxacağıq.Xalq artisti, aktrisa Mehriban Xanlarova: “Mənim fikrimcə, kişilər ancaq və ancaq qadından qorxurlar. Onu itirməkdən və ya həyat yoldaşının onu başqası ilə görməsindən, etdiyi xəyanətin üstünün açılmasından çəkinirlər. Onların qorxduğu başqa bir şey yoxdur, məncə.”Yazıçı, dramaturq Elçin Hüseynbəyli: “Kişilərin ən əsas qorxusu qadın və pulsuzluqdur”.

“Qorxunun qulu olmaq – köləliyin ən dəhşətli növüdür…”
“Mərkəz” qəzetinin redaktoru Səbuhi Abbasov: “Bir çox adamlara bu sualı verəndə, adətən, cavab eyni olur: “Allahdan başqa heç kimdən və heç nədən qorxmuram”. Mən bu fikrin tam əleyhinəyəm. Birincisi, Allahdan qorxmaq yox, sadəcə Ona inanmaq və sığınmaq lazımdır. İkincisi isə, hər bir insanın daxilində qorxu hissi var. Mən həyatda iki şeydən qorxuram: qaranlıqdan və yüksəklikdən. 8-ci sinifdən 11-ci sinifə qədər Mingəçevirdə tək yaşamışam. Gecələr belə işığı söndürmürdüm. Düşünürdüm ki, qaranlıq özü ilə bərabər hansısa qüvvələri gətirir. Ən dəhşətlisi odur ki, mən hələ də qaranlıqdan qorxuram. İkinci qorxduğum şey yüksəklikdir. Yüksəkliyin hündürlüyü vacib deyil. Bu 10 metr də ola bilər, 100 metr də. Amma qorxu hissi eyni cür olur. Ancaq mənim bu qorxu hisslərimlə maraqlı münasibətim var. Hər zaman onların üstünə gedirəm. Qaranlıq otaqlara qısamüddətli, bilərəkdən gedirəm. Və yaxud tez-tez bina damlarına çıxıb o qorxunu yenidən hiss edirəm. Hətta bəzən mənə elə gəlir ki, bundan zövq alıram. Bernard Şounun qorxu ilə bağlı maraqlı aforizmi var: “Qorxunun qulu olmaq – köləliyin ən dəhşətli növüdür”. Mən heç zaman qorxunun köləsi olmamışam. Əksinə, hər zaman onun üzərinə getmişəm. Bəlkə də bu yanlışdır, amma bu, mənim subyektiv fikrimdir”.

“Kişiləri heç də ideallaşdırıb göyə çıxarmaq lazım deyil…”
“Ümid” Partiyasının sədr müavini Aynur İmranova: “İnsan xilqətinə məxsus qorxular kişilərdə də var, onları heç də ideallaşdırıb göyə çıxarmaq lazım deyil. Məncə, kişilər daha çox güclü qadından qorxurlar. Onlar üçün qadına yenilmək çox ağırdır. Eyni zamanda, onlar tərk olunmaqdan, sınmaqdan qorxurlar. Həmçinin, onlar üçün pulsuzluq da qorxuludur. Bir faktı qeyd edim ki, bir sorğu keçirilmişdi. Sorğuya əsasən, məlum olmuşdu ki, 90% kişilər həyatda analarını itirməkdən qorxurlar.Mən düşünürəm ki, kişilər qadınlardan qat-qat zəifdirlər. Çünki mən hesab eləmirəm ki, hansısa kişi dünyaya övlad gətirə bilər, hansısa kişi bütün həyatını bir insana həsr eləyib onun qulluğunda dura bilər. Ancaq təbii ki, fiziki cəhətdən kişilər güclüdür. Lakin elə bir dövrdə yaşayırıq ki, insanlara fiziki gücünə görə deyil, ağıl, xarakter gücünə görə qiymət verilir.Qorxuya qalib gəlməkdə isə kişilər qadınlardan daha güclüdür. Çünki burada elə məqamlar var ki, fiziki gücə daha çox ehtiyac var. Ən azından kişilər bunun öhdəsindən gəlməsələr belə, yaxşı gizlədə bilirlər. Ancaq qadınlar daha zəif, incə məxluq olduqlarından qorxularına daha tez yenilə bilirlər”.Dünya Azərbaycanlıları Konqresinin Gənclər Təşkilatının sədri Samir Turan: “Məncə, bu, peşə və dünya görüşünə görə dəyişə bilər. Mənim qorxum bir az ümumidir. Belə ki, mən Azərbaycanın gələcəyi və övladlarmızın gələcəyindən çox qorxuram. Hətta bəzən məni yaxın zamanda gözləyən təhlükəni belə unuda bilirəm. Bir az sosial mövqedən baxsaq, adətən, maddi sıxıntı, sevdiyi tərəfindən aldadılmaq, xəyanət, alçaldılmaq və özünü təsdiq etmə qorxularını deyə bilərəm”.

“Bir oyuncağı əldə etmək üçün baxan iki göz, uzanan iki əllə böyüyür kişilərimiz…”
Jurnalist Mirvari Nəcəf: “Bir maşın oyuncağını əldə etmək üçün baxan iki göz, uzanan iki əllə böyüyür kişilərimiz… İstəkləri böyüdükcə, oyuncaqları da böyüyür. Məktəb, iş və nəhayət, ailə həyatı… Düşünürəm ki, kişilərin həyatda ən böyük qorxusu – əldə edə bilməyəcəkləri şeyin qorxusudur. Bu çoxlu pul, gözəl və ağıllı qadın, bahalı maşın da ola bilər. Lakin ağıllı kişini qorxudan bunlar da deyil. Onun əsas qorxusu həyatda tək qalmaq qorxusudur. Çünki ağıllı kişi yaxşı başa düşür ki, insanın həmdəmi olmadan o heç nəyə qadir ola bilməz!
”Yazıçı Kənan Hacı: “Kişi də bioloji varlıqdır. Qorxu hissi hər bir insanda var. Kişilər çox vaxt arvaddan qorxurlar. Eləcə də, ölümdən, ayrılıqdan və s. Mən ən çox ayrılıqdan qorxuram. Bir neçə dəfə həyatımda ayrılıqlar olub. İstəmirəm ki, bir daha belə bir fəlakətlə qarşılaşım”.
Şair-jurnalist Əvəz Qurbanlı: “İslam əxlaqı bizə təlqin edir ki, biz öz ağlımıza güvənib, digər qüvvələri də ağlımıza tabe edək. Buradan belə bir məntiq doğur ki, insanda qorxu olmalıdır, ancaq o qorxu ruha hakim olmamalıdır.“Kişilər nələrdən qorxurlar?” sualına birbaşa və ümumi cavab versək, deyərik ki, “kişi” sözünün özü qorxmazlıq rəmzi kimi də işlənilir. “Kişi heç nədən qorxmaz” kimi ifadələr mövcuddur. Amma qorxu mövzusu, qeyd etdiyimiz kimi, geniş olduğundan, ona mütləq digər rakurslardan da yanaşmaq lazımdır.Mənim fikrimcə, kişi birinci Allahdan qorxmalıdır. Hz.Peyğmbərimizdən bir hədis var, buyurur: “Ya Əli, o kəs ki, Allahdan qorxur, o, heç nədən qorxmaz; o kəs ki, Allahdan qorxmur, o, hər şeydən qorxar”. Bu ibrətamiz kəlamda qorxu məsələsinin fəlsəfi və həqiqi mahiyyəti bəlağətin və fəsahətin dili ilə çox gözəl açıqlanır.Digər tərəfdən, biz bəzən qorxu və ehtiyat etmək məsələlərini qarışdırırıq. Məsələn, məşhur “O olmasın, bu olsun” filmində Məşədi İbad obrazının dilindən səsləndirilən “kişi arvaddan nə qədər qorxsa, o qədər yaxşıdır” fikri ilə, hazırda işlənən “arvaddan qorxmayan kişi, kişi deyil” ifadəsində olan qorxu sözləri tam fərqlidir. Birincidə həqiqi qorxudan söhbət gedir, ikincidə isə ehtiyat etmək anlamında başa düşülür”.

Tələbə Çinarə Şəmilova:
“Mənim fikrimcə, kişilər qərar verməkdən qorxurlar. Qərar verərkən mütləq dəstək axtarırlar və bu da həyatlarına mənfi təsir göstərir. Bu mənada o qədər zəif olurlar ki, qərar verməyə çətinlik çəkdikləri zaman onları fikirlərindən döndərmək heç də çətin olmur. Kişilər güclu göründükləri qədər, daxilən aciz olurlar. Ən pisi isə əksər kişilərdə venustrofobiya xəstəliyi olur. Yəni onlar gözəl qadınlardan qorxurlar. Həmçinin, kişilərdə müdafiə edə bilməmək qorxusu var. Hansısa bir qadını sevdikdə özündən daha üstün bilib, onu qorumaqdan qorxub geri çəkilməyi seçirlər. O qadınsız əziyyət çəksələr belə. Çünki onlar tərk edilməkden də qorxurlar”.

Jurnalist Elgün Mənsimov:
“Kişilər nədən qorxur?” Bu suala kişi kimi cavab versək, gərək deyək ki, kişilər heç nədən qorxmur. Amma zəmanə kişini elə hallara salır ki, qorxmaya da bilmirsən. Mən heç kimin adından danışa bilmərəm. Ona görə də, məsələyə öz profilimdən yanaşmaq istəyirəm. Bəlkə də, çoxları bu suala yalnız Allahdan qorxduqlarını deyəcək. Ancaq deyim ki, Allahdan qorxmaq deyil, ona daha da yaxınlaşmaq lazımdır. Digər qorxulara gəldikdə isə, mən daha çox qarşılıqsız sevgidən qorxuram. Ataların bir sözü var “Qorxan gözə çöp düşər”. Allah bütün kişilərimizi o çöpdən qorusun”.
DJ Elvin Can Turan: “Mən gözəl qadınlardan qorxuram, onlar maqnit kimidir. Amma, eyni zamanda, təhlükəlidirlər. Məndə, həmçinin, təklik qorxusu var. Məncə, bu, hamıda var. Bir sözlə, kişilərin qorxusu paradoksal olur. Bir şey deyim ki, məndə çox sevdiyim əşyanı itirmə qorxusu daha güclüdür, nəinki kimisə itirmək qorxusu”.

Bəs ümumilikdə kişilər daha çox nələrdən qorxurlar?
 
İndi isə, psixoloqların dünya üzrə kişilər arasında araşdırmalar apararaq, müəyyənləşdirdikləri kişi qorxularını nəzərinizə çatdırırıq. Kişiləri qorxuları ilə daha yaxından tanıyaq:
1. Bağlılıq qorxusu – Bir çox kişilər qadına çox bağlanmaqdan qorxurlar. Ancaq təkcə qadınlara deyil, bir çox şeylərə də… Bağlılıq sözü kişi leksikonunda “dəhşət” sözünə sinonim sayılır.
2. Seksqabağı qorxu – Onlar seksin özündən qorxmurlar, bunu yaxşı edə bilməməkdən qorxurlar. Bu halda o, çoxlu vitaminlər, cinsi aktivliyi artıran dərmanlar qəbul edir, idmanla məşğul olmağa başlayır, daha nə edə biləcəyini düşünür.
3. Rəqiblərinin, yəni digər kişilərin olması qorxusu – Elə qadınlar da bundan qorxurlar – digər qadınların olmasından. Kişilər özündən yaraşıqlı, özündən güclü, imkanlı bir kişinin xanımının ətrafında olmasından çox narahat olarlar. Hətta bunun adını “qısqanclıq” qoyub, xanımını rəqibinə “uduzmaq” qorxusunu isə təbii ki, gizlədəcəklər.
4. Müdafiə edə bilməmək qorxusu – Kişilər düşünürlər ki, bir və ya bir neçə adam onun xanımına sataşsa, o, nə edər? Onun yanında olsam, onu qorumağa cəsarətim çatarmı? Onu qoruya bilərəmmi? Onun yolunda canımdan keçməyə hazırammı? Əgər onu qoruya bilmirəmsə, onda mən necə həyat yoldaşıyam və ya olacağam? Bu cür fikirlər daim kişini narahat edir.
5. Tənhalıq qorxusu – Psixoloqa gələn məktublardan birində yazılır: “Mən tənhalıqdan bezmişdim. Evdə tək oturmaqdan, tək nahar etməkdən, tək televizora baxmaqdan, tək yaşamaqdan yorulmuşdum. Günlərin bir günü bir qızla tanış oldum. 2 aydan sonra birlikdə yaşamağa başladıq. Düzünü deyim ki, bir-birimizə heç uyğun gəlmirik. Hətta aramızda böyük sevgi də yoxdur. Amma açığını deyim ki, bu, tək yaşamaqdan daha yaxşıdır”.
6. Birlikdə olmaq qorxusu – Bəli, təəccüblənəcəksiniz ki, birgə yaşamaqda qorxulu nə var ki? Amma birgə yaşamağın da özünə görə problemləri var. Vay o gündən ki, sevgililərdən biri pinti və tənbəl olsun. Təsəvvür edin ki, kişi çox səliqəlidir. Evində hər şey yerli-yerindədir, qadın isə əksinə, pinti və çox tənbəldir. Bulaşıq qabları da yumur ki, manikürü korlanar. Yaxud da əksinə, təmizliyə qarşı çox həssas olan qadının taleyinə, tez-tez çimməyi, ətirlənməyi, əyin-başını mütəmadi dəyişməyi sevməyən bir kişi düşüb. İndi nə etməli? Ya qadın kişinin xarakterini dəyişməlidir, ya da əksinə. Əks halda, bu kimi cütlüklərin birgə yaşaması fəlakət olacaq.
7. Ananı məyus etmək qorxusu – Kişilərin bir çoxu seçdikləri xanıma görə, analarını məyus etməkdən qorxurlar. Görüşdükləri hər bir xanımı analarına göstərməyə cürət etmirlər. Ancaq buna görə onları “ana uşağı” adlandırmaq olarmı? Ana övladını təkcə dünyaya gətirməyib. Ana onun qayğısına qalıb, əzab-əziyyətini çəkib, onun yolunda gəncliyini, sağlamlığını belə qurban verib və s. Buna görə də, bu məhrumiyyətləri yaxşı dərk edən, vicdanlı kişilər analarının ürəyini qırmaqdan çox qorxurlar.
8. Qorxaq görünmək qorxusu – Əgər kişi nədənsə qorxursa, bu, eyibdir. Ancaq oqorxu hissini qəbul edərək təslim olursa, onda bu, qorxaqlıq kimi başa düşülür.
9. Dostların yanında zəhmsiz görünmək qorxusu – Qadınlar kişilərin həyatına daxil olmazdan əvvəl çoxlu kişi dostları olur. Kişilər də ailə qurana qədər dostları ilə çox vaxt keçirirlər. Dostların fikri kişilər üçün çox önəmlidir. Kişilər dostları ilə gorüşə, hansısa xanımın ucbatından gecikəndə və ya buna bənzər hallar baş verəndə, dostlarının bundan xəbər tutmasını istəmirlər. Kişilər öz çevrələrində “qadına qulluq edən”, “qadının hər istək və arzusunu dərhal yerinə yetirən”, “qadının sözü ilə oturub-duran, onun hər dediyini edən”, “qadından ehtiyat edən, çəkinən”, bir sözlə, loru dildə desək, “arvaddanqorxan” kişi kimi görünməkdən qorxurlar.
10. Adi olmaq qorxusu – Kişilərin ən çox qorxduğu elə budur. Belə bir deyim var: “Ya qələbə, ya məğlubiyyət, üçüncü yol yoxdur!” Ancaq qadınlar üçüncü yola daha meyilli olurlar və ya kişilərə belə gəlir. Qadınlar kişilərin sağlam düşüncə çatışmazlığını doldururlar. Qadınlar bütünlükdə özlərini kişilərə həsr etməkdən çəkinmirlər. Elə bu da kişiləri onlardan çəkindirir. Əgər kişilər yanlarında olarkən bütün qorxularını unutduran qadını taparlarsa, ondan ikiəlli yapışırlar.

Sevinc Fədai

ESMERRi | 23 fevral 2016 20:34 | Status: Brilliant user | Şərh: 5 376
Sitat: ESMER
Teşəkkür cəbər üçün


Sitat: ESMER
Teşəkkür cəbər üçün
Yalcin Sabranli | 15 dekabr 2015 14:33 | Status: Şərhçi | Şərh: 110
Sitat: ayka wirinka
tesekiuler duz dersiz
Yagis_Negmesi | 3 dekabr 2015 15:03 | Status: Gümüş user | Şərh: 1 614
Sitat: lady sweet
Sitat: Rüzgarım
Maraqlıdı təşəkkürllər
dılay | 21 oktyabr 2015 23:31 | Status: Brilliant user | Şərh: 8 182
TewekkurLer

....M.......................
ESMER | 20 sentyabr 2015 23:11 | Status: VİP user | Şərh: 817
Teşəkkür cəbər üçün
Sirli dunyam | 19 avqust 2015 14:02 | Status: Qonaq | Şərh: 0
tesekkurler

maralidiii
Nagizade.Leyla | 24 may 2015 03:28 | Status: VİP user | Şərh: 1 321
Tesekkurler...
meley.......... | 4 may 2015 16:26 | Status: Şərhçi | Şərh: 221
tesekkurler
Kenan25 | 3 may 2015 11:21 | Status: Şərhçi | Şərh: 225
Sitat: ayka wirinka
tesekiuler duz dersiz
lady sweet | 9 aprel 2015 05:37 | Status: Gümüş user | Şərh: 1 880
Sitat: Rüzgarım
Maraqlıdı təşəkkürllər
Nergiz love | 8 aprel 2015 13:35 | Status: Professional user | Şərh: 7 871
Sebrim catmadi oxumaqa
Rüzgarım | 4 aprel 2015 16:20 | Status: Qonaq | Şərh: 0
Maraqlıdı təşəkkürllər
BULUTUM | 30 mart 2015 21:27 | Status: Professional user | Şərh: 7 386
Tewekkurler....
ayka wirinka | 18 mart 2015 14:50 | Status: Şərhçi | Şərh: 233
tesekiuler duz dersiz
boris arxan | 3 mart 2015 00:43 | Status: Professional user | Şərh: 4 783
tewekkurler
Miraj | 26 fevral 2015 00:27 | Status: Professional user | Şərh: 2 624
maraqlidir
mila21 | 23 fevral 2015 20:55 | Status: Şərhçi | Şərh: 283
TESEKURLER
Nigar | 23 fevral 2015 16:58 | Status: Gümüş user | Şərh: 6 063
Sitat: ●♥ Meley ♥●
Maraqlidir twk belay
Nigar | 22 fevral 2015 13:42 | Status: Gümüş user | Şərh: 6 063
Sitat: kalbimin sahibi
Tewekkurler
.....maraqli xeberdi
●♥ Meley ♥● | 9 fevral 2015 08:30 | Status: Gümüş user | Şərh: 412
Maraqlidir twk belay
nurlana nurlana | 7 fevral 2015 09:25 | Status: Gümüş user | Şərh: 1 949
Düzdüde kişi qorxaq olmalı deyil ......
my life is music | 4 fevral 2015 21:19 | Status: Gümüş user | Şərh: 736
bos seylerdir hamisi
KARAGULUM | 29 noyabr 2014 23:46 | Status: Gümüş user | Şərh: 1 433
Tewekkurler
.....maraqli xeberdi
Miraj | 4 noyabr 2014 14:44 | Status: Professional user | Şərh: 2 624
he lap yaxsi
.
Ay_Sun | 3 noyabr 2014 23:21 | Status: Brilliant user | Şərh: 13 407
Sitat: azeri_oglu
en cox qorxdugum ilandi menim

Menimde.
Nergiz love | 25 mart 2014 19:45 | Status: Professional user | Şərh: 7 871
ILAN VE TIMSAHDAN COOX QORXURAM
AYAN A-VA | 13 noyabr 2013 21:52 | Status: Gümüş user | Şərh: 1 722
Tesekkur edirem
azeri_oglu | 24 sentyabr 2012 12:51 | Status: Gümüş user | Şərh: 2 243
en cox qorxdugum ilandi menim
HEYATIM | 5 sentyabr 2012 09:41 | Status: Professional user | Şərh: 2 110
tewekkkurler maraqlidi