Araşdırma / Maraqlıdır

Solaxaylıq --məşhur adamların simasında mif və reallıqlar

Gülçin | 7-01-2016, 18:00
1 289 11

 

 
Vaxt var idi ki, solaxayların həyatı hər an təhlükə altında idi. Keçmiş zamanlarda Avropada solaxaylıq iblislik əlaməti hesab edilirdi və solaxaylara ölüm hökmü oxunurdu.
Bu səbəbdən də solaxay doğulanlar solaxay olduqlarını gizlətməyə çalışırdılar.
 Rusiyada, I Pyotr belə bir fərman vermişdir ki, "kürənlər, solaxaylar, taygözlər məhkəmədə şahidlik edə bilməzlər”. I Pyotr bunu belə izah edirdi: — "fırıldaqçı bədzatlara İlahi özü nişan qoyur”. Hal-hazırda isə bu cür rüsvayçı fərmanlara heç yerdə rast gəlmək mümkün deyil. Hətta məktəblərdə belə solaxaylara sol əllə yazmaq qadağa edilmir. Amma yenə də, solaxaylarda nəsə bir qeyri-adiliyin olması haqda fikirlər dolaşmaqdadır. Buna misal olaraq sizlərə dünyaca məşhur olan tanınmış solaxayların həyatından bir neçə faktları çatdırmaq istəyirik:
İsaak Nyuton: "Solaxayların məntiqi, qadın məntiqi kimi ağlasığmazdır”...
 Məşhur alim İsaak Nyuton solaxay olmuşdur və onun davranışlarında da, özü dediyi kimi, ağlasığmazlıqlar çox olmuşdur. Nyuton pişikləri çox sevərmiş, amma işləyərkən pişiklərin ona mane olmasına çox səbirsiz idi. İşləyərkən pişiklərin ona mane olmaması üçün, alim həmişə pişikləri bayıra qovarmış. Bu səbəbdən də o, qapıda deşik açdırıbmış. Qeyri-adi olan isə odur ki, bu pişiyin 3 balası dünyaya gələn zaman Nyuton ana pişik üçün açdırdığı deşiyin yanından üç ədəd balaca deşik də açdırır, balaca pişiklərin də bayıra çıxa bilməsi üçün. Dünya şöhrətli alimin heç ağlına gəlməmişdi ki, böyük pişik üçün açılmış deşikdən elə balaca pişiklər də çıxa bilərlər.
 Ardı var.


Ay_Sun | 18 yanvar 2016 20:39 | Status: Brilliant user | Şərh: 13 409
Sitat: ESMERRi
Oğlumun 4 yaşı var hər şeyi sol əllə edir yemək yeməyidi yazmağıdı.Biz deyəndə sağla işlə çaşır qalır ağlıyır ona görədə hələki məcbur etmirik.Onuda deyim ço ağıllı yşaqdı.

Allah saxlasin canim.Menim oglumla eyni yasdadir .Menim oglumda sol elle edir her seyi .Babasi qoymur biz onu sag ele oyredek.
Dəniz qızı | 9 yanvar 2016 16:17 | Status: Brilliant user | Şərh: 8 019
Bəyəndim bu xəbəri ardı gəlsin.
Cicim İncim | 9 yanvar 2016 15:35 | Status: Gümüş user | Şərh: 2 457
O boooyda Nyutonun səhvini heç cür bağışlaya bilmirəm... wink
Azeri Fidashka | 8 yanvar 2016 22:14 | Status: Şərhçi | Şərh: 734
solaxaylarin qeyri-adi istedada malik pldugunu esitmisem de gormusemde
SEVDA | 8 yanvar 2016 20:08 | Status: Nəzarətçi | Şərh: 17 442
Solaxayların qeyri adi istedada malik olduğunu mən də eşitmişəm,amma görməmişəm.... smile
B.Fereh | 8 yanvar 2016 17:19 | Status: Nəzarətçi | Şərh: 6 976
Sitat: ESMERRi
Oğlumun 4 yaşı var hər şeyi sol əllə edir yemək yeməyidi yazmağıdı.Biz deyəndə sağla işlə çaşır qalır ağlıyır ona görədə hələki məcbur etmirik.Onuda deyim ço ağıllı yşaqdı.

Hec vaxt da,mecbur etmeyin!Cunki solaxayliq birbawa beyinnen gelir,mecbur etmek olmaz.O vaxti muellimler de mecbur oyredirdiler sagla yazmagi,amma indi yox.bizim uwagin da sinif yoldawlari arasinda solla yazanlar var.
ESMERRi | 8 yanvar 2016 17:02 | Status: Brilliant user | Şərh: 5 379
Oğlumun 4 yaşı var hər şeyi sol əllə edir yemək yeməyidi yazmağıdı.Biz deyəndə sağla işlə çaşır qalır ağlıyır ona görədə hələki məcbur etmirik.Onuda deyim ço ağıllı yşaqdı.
aaaaaaaaaa | 8 yanvar 2016 13:03 | Status: Qonaq | Şərh: 0
Sitat: Qaracaqiz
Mende solaxayam.Deyirlerki guyakı solaxaylar savadlı ve qeyri adi insanlar olur bele deyirler
Qaracaqiz | 8 yanvar 2016 00:50 | Status: VİP user | Şərh: 1 882
Mende solaxayam.Deyirlerki guyakı solaxaylar savadlı ve qeyri adi insanlar olur bele deyirler
B.Fereh | 7 yanvar 2016 20:11 | Status: Nəzarətçi | Şərh: 6 976
Bir solaxay olaraq,her zaman solaxaylar haqqinda yazilari maraqla oxuyuram.Bu yazinim ardin da oxudum,cox maraqlidi.Mende solaxayam,1ci sinife gedende anamgil zorla oyredibler sag elle yazmagi,ona gore sag elle yaziram.Amma evde, demek olar ki, cox iwleri sol elle gorurem...
dılay | 7 yanvar 2016 19:55 | Status: Brilliant user | Şərh: 8 184
Vallah bu Nyutonun bu piwik meselesine mehettel qaldIm. ...
MaraqlI idi. ArdInI gozleyirem..