Araşdırma / Xüsusi

Mehriban ana olmağın sirri

Gülçin | 25-08-2016, 09:00
1 947 20
Mehriban ana olmağın sirri


Uşaqlar valideyn rəftarının aynasıdır. Bu həssas aynada hər nə görərlərsə, eynisini özləri təkrar edərlər. Bu yolla uşaqlar valideynlərini təqlid edərlər və onu həyatlarında icra edərlər. 
Tədqiqat göstərir ki, o körpələr ki, ananın mehriban ağuşunda olarlar, ancaq cismi qidalanmaz, ruhi cəhətdən də anadan təsirlənərlər. O zaman ki, körpə ananın qucağında olar, anasının ürəyinin səsini eşidər, bu da ona rahatlıq bəxş edər. O analar ki, öz körpələrinə süd vermirlər, körpələrini meylsiz qucaqlarına alarlar, körpə bu zaman ananın bu halından təsirlənər və ruhu zədələnər.
Psixoloqlar ana ilə övladın bir-birini ilk gördüyü anı "görüş şövqü” anı adlandırırlar. Bu göz rabitəsi ilə ana ilə körpə arasında səmimi əlaqə yaranar. Bu rabitə anada sevgi və müsbət hisslər oyadar.
Əgər ana körpə vaxtı övladına lazımi qədər sevgi və məhəbbət hisslərini aşılaya bilərsə, uşağın ilk ictimai təcrübəsi də müsbət olar. Ananın övladına olan güclü sevgi hissləri bais olar ki, uşaq dünyanı təhlükəsiz və etimad ediləsi hesab etsin. Onun təbii inkişafı və sağlam şəxsiyyəti təmin edilər. Hər bir insanın varlığında həyat enerjisi, imkanları, istedadları gizlənmişdir. Əgər lazımi şərait olarsa, bu güc və istedadlar təbii və sağlam şəkildə inkişaf edər.
Bir uşağın sağlam böyüməsi üçün lazım olan şəraitlər əsasən bunlardan ibarətdir: sevgi və məhəbbət, himayə, kömək, təşviq və yol göstərmək. Əgər bu şəraitlər hazır olarsa, uşaq təhlükəsizlik hiss edər. Öz hiss, əlaqə və arzularını təbii halda inkişaf etdirməsi üçün fürsət əldə etmiş olar. O zaman ki, rahatlıq və təhlükəsizlik hissi möhkəmlənər, heç bir təşviş olmadan öz şəxsiyyətini formalaşdıra bilər. Zati istedadlarından özünü inkişaf etdirmək üçün istifadə edər.
Beləliklə deyə biərik ki, mehriban ana olmaq üçün körpəmizi qucağımıza aldığımız gündən onu sevgi ilə bəsləməli və onun sevgiyə olan ehtiyacını kifayət qədər təmin etməliyik. Çünki körpəmizin şəxsiyyəti dünyaya gələn ilk gündən forlamalaşır.

B.Fereh | 25 avqust 2016 14:43 | Status: Nəzarətçi | Şərh: 6 976
Sitat: nurane nurane
Sitat: B.Fereh
Balalarima canim qurban,ALLAH hec bir valideyni ovladla sinaga cekmesin.
Sitat: nurane nurane
INSALAH MEHRIBAN, MUASIR ANA OLARAM.

INWALLAH,CANIM.

COX SAGOL.ALLAH ARZULARINA CATDIRSIN SENI.BALALARININ XOS GUNLERINI GORESEN DAIMA.AMIN.

Sagol gozelim kissing_heart ,ALLAH agzinnan ewitsin.Sende butun arzularina catasan inwALLAH.
Gülçin | 25 avqust 2016 13:14 | Status: Brilliant user | Şərh: 6 780
Ana olmaq dünyananın ən gözəl, ən ali hissidir. Rəbbim hər kəsə yaşatsın, inşallah.
Sitat: nurane nurane
INSALAH MEHRIBAN, MUASIR ANA OLARAM.
SİTAT

Allah qismət eləsin...
nurane nurane | 25 avqust 2016 12:41 | Status: VİP user | Şərh: 1 016
Sitat: B.Fereh
Balalarima canim qurban,ALLAH hec bir valideyni ovladla sinaga cekmesin.
Sitat: nurane nurane
INSALAH MEHRIBAN, MUASIR ANA OLARAM.

INWALLAH,CANIM.

COX SAGOL.ALLAH ARZULARINA CATDIRSIN SENI.BALALARININ XOS GUNLERINI GORESEN DAIMA.AMIN.
B.Fereh | 25 avqust 2016 11:10 | Status: Nəzarətçi | Şərh: 6 976
Balalarima canim qurban,ALLAH hec bir valideyni ovladla sinaga cekmesin.
Sitat: nurane nurane
INSALAH MEHRIBAN, MUASIR ANA OLARAM.

INWALLAH,CANIM.
nurane nurane | 25 avqust 2016 10:46 | Status: VİP user | Şərh: 1 016
INSALAH MEHRIBAN, MUASIR ANA OLARAM.
dılay | 12 fevral 2016 17:56 | Status: Brilliant user | Şərh: 8 184
Sitat: miss xərçəng
Xəbərə gore tewekkur edirem.
Gülçin | 31 may 2015 12:05 | Status: Brilliant user | Şərh: 6 780
Bütün subay qızlara ailə qurmağı, ailə quranlara ana olmağı arzulayıram.
Şərh yazan hər kəssə təşəkkürlər. 0115
Nergiz love | 30 may 2015 23:55 | Status: Professional user | Şərh: 7 871
Coox calisiram.oqluma sevgimi qayqimi gosterim.en esasida duzgun terbiye.

Coox calisiram.oqluma sevgimi qayqimi gosterim.en esasida duzgun terbiye.
Ay_Sun | 29 may 2015 23:22 | Status: Brilliant user | Şərh: 13 409
Sitat: boris arxan
sevgi nedi lazim olsa canimida vererem balalarima
Ag Gul | 29 may 2015 20:16 | Status: Professional user | Şərh: 4 333
Anamın bizim üçün eləmədikıəri qalmıyıb bizi çoox əziyyətlə böyüdüb anamın yaşadıqlarını eşidən dəhşəətə gələr :(( Allah analarımız qorusun Amin
Gülçin | 29 may 2015 15:31 | Status: Brilliant user | Şərh: 6 780
Şərh yazan hər kəsə təşəkkür edirəm. 0115
miss xərçəng | 29 may 2015 12:55 | Status: Şərhçi | Şərh: 437
Xəbərə gore tewekkur edirem.
Sunay Elizade | 29 may 2015 10:18 | Status: Gümüş user | Şərh: 2 156
cox sagol gulçin xanim xebere gore
ELİSA | 29 may 2015 09:47 | Status: Gümüş user | Şərh: 1 047
Anam hemise mene qarsi mehribban ve anlayisli olub,refiqe kimiyem anamla.InsAllah mende anam kimi ana olaram gelecekde.Tesekkurler xalacan,maraqli meqaledi...
Sariwka1 | 29 may 2015 08:46 | Status: VİP user | Şərh: 1 774
Anama qurban verərəm bizə hər bir şey verib
lady sweet | 29 may 2015 01:01 | Status: Gümüş user | Şərh: 1 880
tesekkurler
boris arxan | 29 may 2015 00:09 | Status: Professional user | Şərh: 4 784
sevgi nedi lazim olsa canimida vererem balalarima
SEVDA | 28 may 2015 22:10 | Status: Nəzarətçi | Şərh: 17 441
Tewekkürler,yeterince sevgi vermiwem balalarıma....
Ayxan89 | 28 may 2015 21:09 | Status: Şərhçi | Şərh: 103
Gecələr yatmayıb yuxusuz qalan
Bizi əzizləyərək sevən anadır.
Bizi yedizdirib özü ac qalan,
Bizi yetişdirib böyüdən anadır.

Ana əyilməzdir, ana müqəddəs
Qoy bütün dünyaya yayılsln bu səs
Bir insan havasız yaşaya bilməz
Bizə havadan da vacib anadır.

Ey dünya, səsimə səs ver mənim
Anadır həyatda mənim həmdəmim
Anadır sevincim, anadır qəmim
Mənim həyatım da, elə anadır.

Anadır dünyada ən böyük sərvətim
Saxlamaq lazımdır onun hörməətin
İstəyir övladının görsün mürvətin.
Mənim ən böyük arzum ancaq anadır.

Doğulub dünyaya gəldim elə ki,
Çıxdı rahatlığın əlindən ana.
Gecələr yatmayıb laylamı dedin,
Of sözü duymadım dilindən ana.

Doqquz ay bətnində bəslədin məni,
Mən sənə nə etdim bilmirəm ana.
İndi göz yaşlarım süzür yanağa,
Yanaqda quruyur silmirəm ana.

Uşaqkən qədrini bilmirdim sənin,
Öpməzdim ağarmış telindən ana.
İndi can üstəsən nə mənası var,
Yüz kərə öpsəm də əlindən ana.

Qəlbinə toxundum yenə can dedin,
Bir ömür xətrimə dəymədin ana.
Halal zəhmətinlə böyütdün məni,
Heç kimə sən boyun əymədin ana.

Yaxşı əməlinlə abidə qurdun,
Hər kəsin qəlbində ucaldın ana.
O qədər dərdimi, cəfamı çəkdin,
Gözümün önündə qocaldın ana.

Ömrünü caladın mənim ömrümə,
Özünü mən qədər sevmədin ana.
Özün öz canından pay verdin mənə,
Ruhumda sən varsan ölmədin ana.

Adın müqəddəsdir adına qurban
Bəzəmək nə lazım naxışla ana.
Əvəzin yox imiş gec anlamışam,
Haqqını halal et bağışla ana.

Əgər bütün bəşəriyyət ədüvvi-canım ola,
Ürək süqut etməz aldığı mətanətdən.
Ricavü-xəfvə məkan vermərəm gər alimlər
Min ildə vəz edələr dəhşəti-qiyamətdən.

Pələnglər tuta dövrüm, çəkinmərəm əsla,
Və ya ki, vəd edələr dövləti-cahanı mənə.
Ki bir kəsə baş əyibiczimi bəyan eyləyim
Əyilmərəm nə ki yer, versələr səmanı mənə.

Yanımda gər dura cəllad, əlində şəmşiri,
Ölüm gücüylə mənə hökm edə olum təslim.
Əyilmərəm yenə haşa! Ölüm nədir ki, onun
Gücüylə xalqa həqiranə eyləyim təzim.

Cahanda yox elə bir qüvvə baş əyim ona mən,
Fəqət nə güclü, zəif bir vücud var yahu!
Ki hazıram yıxılıb xaki-payinə hər gün
Öpüm ayağını icz ilə. Kimdir o? Nədir o?

Ana, ana… O adın qarşısında bir qultək
Həmişə səcdədə olmaq mənə fəxarətdir.
Onun əliylə bəla bəhrinə yuvarlansam
Yenə xəyal edərəm bəzmi istirahətdir.

Əs, ey külək, bağır, ey bəhri-biaman, ləpələn!
Atıl cahana sən, ey ildırım, alış, parla!
Gurulda, taqi-səmavi, gurulda, çatla, dağıl!
Sən, ey Günəş, yağışın yağdır, ey bulud, ağla!

Bütün bunlar mənə əsər eyləyərmi? Mütləqa yox. Yox.
Fəqət ana… O adın qabağında,
O pak bağrına bassın məni desin layla
Təbəssüm oynadaraq, titrəyən dodağında…

Bütün vücudum əsər, ruhum eyləyər pərvaz,
Ucar səmalara o aləmi-xəyalətdə.
Yatar, ölər bədənim, nitqdən düşər bir söz:
ANA, ANA… SƏNƏ MƏN RAHİBƏM İTAƏTDƏ!


Hicab xanima cox gozel yaraşir Allah bilir elbet ki bendesine neyi vacib edir
BULUTUM | 28 may 2015 21:05 | Status: Professional user | Şərh: 7 388
ANA ANA CAN ANA
EZIZ MEHRIBAN ANA
BOYUTDUKCE BIZI SEN
DEN DUWUR SACLARINA
MEHRIBANLAR ANASI
SEVIMLI EZIZ QADIN
BIZIM ANA VETENLE
QOWA CEKILIR ADIN.
ALLAH QORUSUN CEMI ANALARIMIZI.