Araşdırma / Xüsusi

Gözdəyməyə qarşı nə edim?

Gülçin | 29-07-2017, 20:00
3 499 17


Gözdəymə düşüncə ilə bağlı daxili qüvvələrdən qaynaqlanır, göz sadəcə bir vasitədir.
Qeyd edək ki, insanlar Esfəndin kökünü, budağını, yarpağını və dənəsini evdə saxlayır, divardan asırlar. Digər tərəfdən Esfənd tüstüsündən alınan nəticə də düşündürücüdür. İnsanlar bununla psixoloji gərginlikdən, baş ağrılarından qurtulurlar. Bu rəcrübədə sübuta yetib. Nəticə bu olur ki, Esfəndin kifayət qədər faydaları var və müxtəlif şəkillərdə istifadə oluna bilər. Qəm-qüssəni aradan qaldırmaq, sehri zərərsizləşdirmək üçün də Esfənd yandırmaq təsirli sayılır. Əlbəttə ki, dualar daha təsirlidir. İstənilən sahədə, istənilən növ xürafat təhlükəli və dağıdıcıdır. Amma biz fəlsəfəsini bilmədiyimiz hər hadisəni xürafat adlandıra bilmərik. Biz xürafatla gerçəklik arasında dəlillərimizin olmaması əsası ilə sərhəd qoya bilmərik. Hadisəni əvvəlcə tam şəkildə örgənmək, yalnız bundan sonra dəlillər əsasında xürafat adlandırmaq olar. Təbii ki, Esfənd yandırmaqda da xürafat əlamətləri ola bilər. Amma prinsipcə bu işi xürafat saymaq düzgün deyil. Xurafatın müxtəlif məqsədləri ola bilər. Məsələn Əbu Hüreyrənin Məkkədə soğan yemək barədə rəvayəti böyük qazanca hesablanmış bir rəvayət idi. Amma çox ucuz qiyməti olan Esfəndin yandırılmasında hansısa iqtisadi maraqların gizlənməsini iddia etmək məntiqi deyil. 

Ud yandırmağın xüsusiyyətləri. 
Ud adətən Hindistanda istehsal olunur. Dünyada Hindistan udu məhşurdur. Ud ətirli çubuqlardan, ağac qabıqlarından, otlardan, toxumlardan, kötüklərdən hazırlanır. Ud da Esfənd kimi neçə min illərdir istifadə olunur. Uddan həm də havanı ətirləndirmək üçün istifadə olunur. Təbii ki, Ud tüstüsünün pislikləri uzaqlaşdırdığına da etiqad var. Xalis ud toz və ya yağ şəkilində alıcılara çatdırılır. Müsəlmanlar arasında da uddan istifadə edən var. Ərəb ölkələrində əsil udun qiyməti yüksəkdir. Beləcə, ud ətirli bir maddə olaraq insan beyninə müsbət təsir göstərir, yorğunluğu aradan qaldırır. Udun mənfi enerjini uzaqlaşdırmasına da inananlar var. Botaniklər, təbiətşünaslar udun müsbət təsirlərini təsdiqləyirlər. Sünnə mənbələrində həzrət Peyğəmbərdən (ə) Hind udunun xüsusiyyətləri barədə hədis nəql olunur. Ümmi Qeys deyir: "Övladlarımdan birinin boğazağrısı var idi. Peyğəmbərin hüzuruna getdim. Buyurdu ki, hind Udundan istifadə edin, bu çubuqda yeddi müalicəvi təsir var…”
Duzun bədnəzərə təsiri.
Hazırda mənfi enerjilərin, bu qəbil bəlaların qarşısını almaq üçün araşdırmalar aparılır və biliklər artır. İnsnalar evdə və işdə aram mühit yaratmaq üçün rənglərdən, bitkilərdən istifadə edirlər. Bunlardan biri də insanın yaşadığı mühitdə duz saxlamasıdır. Dini mənbələrdə bu barədə məlumatla rastlaşmırıq. Amma İslam tibbində duzun xüsusi yeri var. Düz qoruyucu təsirə malikdir, qidanın xarab olmasının qarşısını alır. Qida duzlandıqda zərərli həşəratlar da ondan uzaq olur. Həzrət Peyğəmbər (s) həzrət Əliyə (ə) buyurur: "Ya Əli (ə) yeməyə düzla başla, yeməyi duzla başa çatdır. Hər kim bu işi görsə 72 bəladan amanda qalar və o bəlalardan biri divanəlikdir. ("Biharul-Ənvar”, c. 63, s. 395)
İmam Sadiq (ə) buyurur: "Əgər insanlar duzun təsirini bilsəydilər xəstələrini yalnız duzla müalicə edərdilər.” (Həmin mənbə)
Belə bir qənaətə gəlirik ki, duzun xalq arasında geniş yayılmasının bir səbəbi onun müalicəvi təsiridir. Müasir elmi araşdırmalar təsdiqləyir ki, evdə duz daşı saxlamaq mənfi enerjiyə mane olur. Müasir tibb uzun illər duza qarşı olub. Amma son vaxtlar duz haqqında deyirlər ki, duz dostluğu sübuta yetmiş düşməndir.
Tapıntılar və təcrübələrin nəticələri.
Dini mənbələr və təcrübələrdən bir sıra nəticələr əldə olunub. Müxtəlif xalqlar arasında təcrübədə sübuta yetmiş həqiqətlər var. 
1.Gözdəymə həqiqətdir;
2.Başqalarının bəd nəzəri bizə qeybi şəkildə şüalanır;
3.Başqaları da bizim mənfi baxışlarımızdan təsirlənir;
4.Bəd nəzərin səbəbi təkcə paxıllıq və düşmənçilik deyil;
5.Mənfi enerjili baxışın yaranma səbəblərindən biri təəccüb, yaxınların sevgisi ola bilər;
6.İnsanlardan əlavə cinlərin də mənfi enerjisindən təsirlənirik;
7.Gözü dəyən insanı pis niyyətinə görə ittiham etmək olmaz. Bu ədavət yaradır.
8.Biz bütün uğursuzluqlarımızı gözdəymənin ayağına yaza bilmərik. Bir çoxları işdə təlaş göstərmir, tənbəllik edir və bunu gözdəymə ilə əlaqələndirir.
9.Gözdəymənin təsiri baxışın bir nöqtəyə yönəlməsi ilə əlaqəlidir;
10.Gözdəymə düşüncə ilə bağlı daxili qüvvələrdən qaynaqlanır, göz sadəcə bir vasitədir.
Bilirdinizmi ki, göz yaşı şordur?
Qeyd etməliyik ki, gözün şorluğu ilahi ədalətlə zidd deyil. Varlıq aləmində bütün hadisələrin hikməti var. Allah insanlara enerji verib. Bu enerji mənfi yolda sərf olunursa diyə bilmərik ki, insanların gücü Allahın ədalətinə ziddir.

Gözdəyməyə qarşı nə edim?
nur.az

dılay | 12 fevral 2016 17:58 | Status: Brilliant user | Şərh: 8 184
Sitat: Nurus.
Gozde var,caduda var,qargişda var,hər şey var...Kim kime bunlardan birini edibse Allah oz başına gətirsin,balalarinin qarşisina cixarsin...Pis adamlarinda cavabi bu olsun gərək...
Ay_Sun | 28 may 2015 20:41 | Status: Brilliant user | Şərh: 13 409


Goz deymeye cox inaniram.Onun ucunde her zaman ailemi qoruyuram pis gozlerden.
Real Madrid CF | 27 may 2015 00:41 | Status: Qonaq | Şərh: 0
Men inanmiram gozmuncugudu,uzerrikdi nebilme hamisi bosseydir ozlerinden amerika kesf edirler agzinda esya deyirsen esyanin ne gucu varkii nese edee bos seylerdirr hamisi movhumatdir,cahillerin uyurdugu yalanlardi.Sonrada deyirler ki biz muasirik eger bir insan esyanin ona komek edceyine inanirsa burda yeni fikirlilikden sohbet gede bilmez.En yaxsisi ele seylere inanib umid gozleyib basini yormaqdansa aytetil-kursini oxu yeter.
sirin bala | 26 may 2015 23:43 | Status: Gümüş user | Şərh: 1 669
men goz munncuxna inanmeram ama basa duz heriyib yanan ocaxa atda ccare olduxnu dusunurem
Narin-Ulker | 26 may 2015 14:14 | Status: Gümüş user | Şərh: 2 748
Sitat: Nurus.
Gozde var,caduda var,qargişda var,hər şey var...Kim kime bunlardan birini edibse Allah oz başına gətirsin,balalarinin qarşisina cixarsin...Pis adamlarinda cavabi bu olsun gərək...

Duzdur sizinle raziyam
Gülçin | 26 may 2015 11:14 | Status: Brilliant user | Şərh: 6 780
Allah hər birimizi pis gözdən, bəd nəzərdən, şeytan şərrindən qorusun..

Şərh yazan hər kəsə təşəkkür edirəm. 0115
Ag Gul | 26 may 2015 10:25 | Status: Professional user | Şərh: 4 333
Mən həmişə Nəs və Fələq surələrini oxuyuram
Təşəkkürlər xala
Nurus. | 26 may 2015 01:20 | Status: Brilliant user | Şərh: 6 982
Gozde var,caduda var,qargişda var,hər şey var...Kim kime bunlardan birini edibse Allah oz başına gətirsin,balalarinin qarşisina cixarsin...Pis adamlarinda cavabi bu olsun gərək...
drop | 26 may 2015 00:47 | Status: Gümüş user | Şərh: 2 448
nezere gelmeye inaniram cunki ozum co tez gotururrem nezeri gozu. burda yazilibki goz deymek tekce paxilliqdan deyil. duzdu. adamin ozunun ozune de gozu deye biler ve yaxud yaxin adamina oz dogmasina da .cox istediyindrn , beyendiyinden de gozun deye biler.
burda esfend yeqin uzerlik kimi nezerde tutulub. uzerliyi yandirib iylemek ,tustusunu eve yaymaq xeyirdi. hercend ki biz cox istifade etmirik ama lazumdi.
Nara88 | 25 may 2015 22:41 | Status: Professional user | Şərh: 4 253
Sitat: BULUTUM
Duzu goz deymeye, caduya bitiye hec hec inanmiram

mende inanmirdim))ama Quranda deyilirki cadu var,bele islerle mesgul olanlar cehennem odunda yanacaqlar InsaALLAH
O ki qaldi goz deymesine))esitmisem,ama ne derecede dogrudur bilmirem))
lady sweet | 25 may 2015 03:02 | Status: Gümüş user | Şərh: 1 880
Sitat: Nergiz love
Men inaniram.goze nefse.

mende inanmıram
SEVDA | 25 may 2015 01:48 | Status: Nəzarətçi | Şərh: 17 441
Arada duzla üzerrik yandırıram.
Maraqlı melumatlara göre twk Gülçin xanım.
Hesretli | 24 may 2015 18:27 | Status: Qonaq | Şərh: 0
Allah deyib gozden nefisden xeberim yoxdu.
Nergiz love | 24 may 2015 15:19 | Status: Professional user | Şərh: 7 871
Men inaniram.goze nefse.
Ayan92 | 24 may 2015 14:36 | Status: Professional user | Şərh: 3 056
Mənə də, yoldaşıma da göz tez deyir 0101
Üzərlik yandırıb, başımıza duz çeviririk.
BULUTUM | 24 may 2015 14:12 | Status: Professional user | Şərh: 7 388
Duzu goz deymeye, caduya bitiye hec hec inanmiram.Ancaq anam hemiwe bizim bawimiza duz herleyib ocaqa atardi.bele deyerdi, ve en axirda kimin bawina firlayardisa uc defe yungul tupurerdik.
Nezer nezer bende nezer, goy gozden, qara gozden, cal gozden, camir gozden, itden piwikden bed nezerden.kimin menim balamda gozu varsa oz gozu oz ocaqinda yansin.tuf tufu edib yanar ocaqa atirdi anam.
Dəniz qızı | 24 may 2015 14:06 | Status: Brilliant user | Şərh: 8 019
2-ci like məndən.Aktual mövzudu.Təşəkkür xalacan.