Araşdırma / Fikirlərin dueli

Xoşbəxtliyimizin açarı

Nuridə Nuriyeva | 29-05-2014, 13:30
2 819 21
 
 
"Dünya əvvəlki dünya deyil”, "Yaman pis zəmanədə yaşayırıq”. "Heç nəyin ləzzəti qalmayıb”, "İnsanlar saxtadırlar” "Sevgi yoxdur” İnsanların dilindən düşməyən, dünyagörüşlərini, əhval-ruhiyyələrini dərindən əks etdirən bədbin, pessimist cümlələr... Bəzən sadəcə uşaqlarla ünsiyyət qurmaq istəyir insan. Çünki yetkin insanların əksəriyyəti ünsiyyət olaraq ancaq bu mövzuları seçirlər. Davamlı həyatdan, zəmanədən, insanlardan şikayət. İnsanlardan həyatın heç bir mənasının olmadığını eşitmək həqiqətən də ürək ağrıdan vəziyyətdir. Bu narazılığın, bu giley-güzarın səbəbi də gün kimi aydındır. Sadəcə sevgisizlik. Həyatdan bezməyin səbəbi sevgisizlikdir. Təkcə bunun yox, dünyaya baxaq. O qədər qarışıqlıq, fəsadlar, cinayətlər, sənətin, estetikanın getdikcə zəifləməsi, intiharların artması və daha nələr. Hamısın kökündə dayanan şey sevgisizlikdir...

Əslində hər insanda az-çox sevgi duyğusu var, fitrətində Allah yaradıb bu duyğunu. Amma ki, sevginin əsl mənbəyindən uzaq düşdüklərinə görə, insanlar bədbəxtliyə sürüklənirlər. Sevginin mənbəyi Allahdır. Allahı sevmədən, Allaha qəlbən yaxın olmadan dünyada xoşbəxt olmaq mümkün deyil. Allah sevgisi olmadan insan məhv olur, özünə bu qədər gözəlliyi təqdim edən, bu qədər yaxşılığı lütf edən Allaha laqeyd yanaşan, onu başqalarıdan sonraya, ikinci plana atan insan əlbəttə ki layiq olduğu qarşılığı alır, bədbəxt olur. Allah sevgisiz insanların üzərindən bərəkəti götürür. Xəstəlik, sıxıntı və bəlaları ard-arda yollayır ona. Bir quran ayəsi var: "..əgər şükür etsəniz həqiqətən də sizə artıraram...”(İbrahim surəsi, 7) Həm Allahın hər an təqdim etdiyi nemətlərdən faydalanıb, həm də Allaha dönüb yönəlməyən bir insan adətən "şükür etmirəm” demiş olur. Dili ilə deməsə də, hərəkətləri, davranışları və düşüncələri, niyyətləri ilə şükür etmədiyini göstərir. "Allahın verdyi neməti istifadə edirəm, amma qul olmağı qəbul etmirəm” demiş olur. İndi mən soruşuram sizdən, bu necə əxlaqdır? Allah meyvələr, tərəvəzlər yaradacaq, maşınlar yaradacaq, evlər yaradacaq, texnologiya yaradacaq, televizor, radio yaradacaq, amma insan "mən hamısını istifadə edirəm, sahibi isə məni maraqlandırmır” deyəcək. Bunu deyən bir insan zamanla böyük ruhi çöküntü yaşayacaq. Varlı, ali təhsilli olması, ətrafında say-seçmə adamların olması, hər cür imkana sahib olması bu şəxsi artıq razı salmayacaq, nələrsə axtaracaq onu rahatlığa qovuşduran. Amma yanlış mənbələrdə axtardığına görə rahatlığa qovuşmayacaq.

Allah insanlar üçün ən yaxşısını istər, "ağıllı olmalarını, ən yaxşı şəkildə, ən vicdanlı olaraq” yaşamalarını istər. Rəbbimiz "şükür edin, Məni sevin, Mən də sizi sevim” deyir. Yəni bu pis təklifdir ki? İnsanlar nəyə görə bu təklifi rədd edirlər. Allahın təklifi çox gözəl, çox xoş və çox hikmətli bir təklifdir. Rəbbimizin yolu ilə gedən insanların həyat keyfiyyəti artır, zənginlik, bolluq bərəkəti artır. Lakin insanların çoxu "xeyr, biz dünyanı yaşayacağıq” deyir. Və yenə insanları, zəmanəni gedişatı qınayırlar, şikayət edirlər. Amma bilmirlər ki, bütün sıxıntılarını yaradan da Allahdır. Deyirlər ki məsələn, iqtisadi böhran var, bizim bilmədiyimz bir səbəbdən iqtisadiyyat kilidlənib. Halbuki, iqtisadi böhranı da yaradan Allahdır. İqtisadiyyatın vəziyyəti hər kəsə məlumdur, Ticarət, banklar, dollarlar, pul hələ insanların nəzarətindədir. Amma Allah insanların nəzarət edə bilmədiyi metafizik bir hikmətlə iqtisadi böhranı yaradır. Bəlkə insanlar bunun hikmətini axtaralar, tapalar deyə. Ona yönələlər deyə.

Çox gec olmadan, hər kəs Allaha dönməlidir, Allahı sevməlidir. İnsan qəddarlığa, sevgisizliyə meyillidir. Niyə axı?! Ən gözəl, ən qüsursuz şəkildə yaranmışıqsa, ən gözəl duyğuları da yaşamalıyıq. Sevgi, mərhəmət, şəfqət, bağışlayıcılıq duyğusu, cömərdlik çox zövqlüdür əslində. Məsələn bir uşağa hədiyyə alanda necə sevinir, necə xoşbəxt olur, üzündə necə gözəl ifadə yaranır. Sadəcə o uşağın sevincini görmək belə insanı xoşbəxt edə bilər. Yoxsulların evinə yemək aparanda çox sevinirlər. Gözlərində sevinc işığı parlayır. Sadəcə o gözündəki sevinc parıltısını görməkdən də həzz almaq olur. Televizoru açırıq, qəzeti açırıq, interneti açırıq, çölə-bayıra çıxırıq, kimsə kimləsə dalaşır, mübahisə edir, sözlə, hərəkətlə önə çıxmaq istəyir, sevgiyə deyil, dava-dalaşa meyillidirlər insanlar. Halbuki dünya o qədər böyükdür ki, bütün insanlara çatar. Dünyanın bütün əraziləri ucsuz-bucaqsızdır, çox nadir yerlərdə şəhərlər var və bomboşdurlar... Bu qədər dava-dalaşa, boğuşmağa, nifrətə dəyməz. "Bu dünya hamımıza çatar...Sevgi ilə, imanla dünyanı gözəl bölüşmək olar...
 
Redaktə etdi: Leyla Məhərrəmova

  1. Yagis_Negmesi | 28 noyabr 2015 22:55 | Status: Gümüş user | Şərh: 1 615
    Gozel xeberdi tesekkurler
  2. fidancik | 11 noyabr 2015 23:04 | Status: Qonaq | Şərh: 0
    tesekkurler
  3. Sirli dunyam | 19 avqust 2015 14:54 | Status: Qonaq | Şərh: 0
    tesekkurler
  4. Sunay Elizade | 28 may 2015 14:41 | Status: Gümüş user | Şərh: 2 157
    maraqli xeberdi tsk
  5. FarizEhmedli | 17 aprel 2015 19:16 | Status: Şərhçi | Şərh: 199
    cox superrr
  6. N....N92 | 30 noyabr 2014 16:59 | Status: Professional user | Şərh: 4 354
    Maraqli xeberdi
  7. Ay_Sun | 7 avqust 2014 13:59 | Status: Brilliant user | Şərh: 13 414
    Tesekkur maraqli xeber ucun.
  8. SEVDA | 30 may 2014 22:27 | Status: Nəzarətçi | Şərh: 17 456
    ellerine sağlıq...
  9. Gulshen. | 30 may 2014 08:42 | Status: Qonaq | Şərh: 0
    Tewekkurler maraqlidi
  10. Aynur_Mezahirli | 29 may 2014 22:25 | Status: Qonaq | Şərh: 0
    Sitat: Lumia
    Heyata hansi gozle baxarsan,o cur de yasarsan.İnsanin qarsisina ozu kimi insanlar cixir hemise,bos yere demeyibler ki,Allah her kesin ureyine gore verir.Basqalarinin xosbextliyine sevinenler ozleri de xosbext olur hemise.Tesekkurler.

    Eynen baci eledi...
  11. Nergiz love | 29 may 2014 20:41 | Status: Professional user | Şərh: 7 872
    Sitat: G-DAMLA
    Allah bizə xoşbəxtliyi nəsib edir açarınıda deyir özünüz açın.

    TAMAMILE RAZIYAM
  12. Nazlı_Kız | 29 may 2014 19:44 | Status: Brilliant user | Şərh: 6 473
    Allah bizə xoşbəxtliyi nəsib edir açarınıda deyir özünüz açın.
  13. DENIZ QIZI3 | 29 may 2014 17:52 | Status: Gümüş user | Şərh: 3 859
    Sitat: MELEK_
    HEYATDA EN ONEMLİ OLAN İNSANİN İMANİDİR, İMAN VARSA HER SEY OLAR, OLMAZSA OLMAZ

    raziyam dediyinle bacim
  14. Lumia | 29 may 2014 17:31 | Status: Professional user | Şərh: 5 384
    Heyata hansi gozle baxarsan,o cur de yasarsan.İnsanin qarsisina ozu kimi insanlar cixir hemise,bos yere demeyibler ki,Allah her kesin ureyine gore verir.Basqalarinin xosbextliyine sevinenler ozleri de xosbext olur hemise.Tesekkurler.
  15. Ayanim | 29 may 2014 15:39 | Status: Gümüş user | Şərh: 1 921
    Çox gec olmadan, hər kəs Allaha dönməlidir, Allahı sevməlidir. duzdur....
  16. Röyamsan. | 29 may 2014 14:57 | Status: Brilliant user | Şərh: 6 103
    Sitat: gulcin777
    Hər nə olursa,yaxşılığa doğru olur. Allahın verdiyi hər günə,hər şeyə şükürlər olsun.. Ən böyük xoşbəxtlik-şükr etməyi bacarmaqdır.

    Düzdür razıyam sizin fikirinizə Gülçin xanım.
  17. Gülçin | 29 may 2014 14:53 | Status: Brilliant user | Şərh: 6 783
    Hər nə olursa,yaxşılığa doğru olur. Allahın verdiyi hər günə,hər şeyə şükürlər olsun.. Ən böyük xoşbəxtlik-şükr etməyi bacarmaqdır.
  18. nergiz_zz | 29 may 2014 14:32 | Status: Professional user | Şərh: 3 816
    ƏLLƏRİN AĞRIMASIN.MARAQLIDI.ALLAHIN VERDİYİ HƏR GÜNƏ MİN ŞÜKÜR...
  19. N....N92 | 29 may 2014 14:24 | Status: Professional user | Şərh: 4 354
    Çox gec olmadan, hər kəs Allaha dönməlidir, Allahı sevməlidir.Wukur bu gunumuze
  20. Nazlı G | 29 may 2014 14:15 | Status: Qonaq | Şərh: 0
    Xoşbəxtlik açarımız bir bütün olaraq özümüzdədi.
  21. MELEK_ | 29 may 2014 13:46 | Status: Professional user | Şərh: 3 950
    HEYATDA EN ONEMLİ OLAN İNSANİN İMANİDİR, İMAN VARSA HER SEY OLAR, OLMAZSA OLMAZ