Araşdırma / Gəlin, müzakirə edək!

Baldız-Çuvaldız - gəlin, baldız münasibətləri necə qurulmalıdır?

leyla meherremova | 19-01-2020, 10:00
933 0


   
Bu gün sizə gəlin-baldız münasibətlərindən danışacağam... 
Biri evin qızı, digəri eyni evin qızı olma niyyəti ilə ailəyə sonradan gəlmiş iki qadın. İkisi də ana- ata deyər, eyni ailə böyüklərinə. Bu istiqamətiylə bir-birlərinə bacıdırlar əslində, gəlinlə baldız.


İki tanış küçədə qarşılaşıb hal- əhval soruşdular :

"Necəsən? İllərdir görmürəm səni." dedi.

O biri qadın isə:


" Soruşma heç, yoldaşımdan ayrıldım" deyə cavablandırdı.

" Doğurdan?! çox kədərləndim, necə oldu?"

" Bilirsən yoldaşımla dil tapa bilmirdim. Baldızlarımla da bir-birimizi sevmirdik. Nəhayət illər sonra bizi ayırmağı bacardılar."

"Kaş ki, onlarla dil tapıb, yola getməyin bir yolunu tapsaydın. İndi daha pis olub."

Bəli, bəzi evliliklərdə problemlər bu cür olur. Həll edilməyi istəniilsə də əksinə daha da böyüyür. Hərə bir tərəfdən müdaxilə edir. Düyünlər açılıb həll edilmə yerinə daha da dolaşır.

Bir də araya ailə yaxınları girdimi işin içindən çıx, çıxa bilirsənsə... Bəzi qohumlar ailədəki yanğına su yerinə benzin tökür. Nəticədə isə ailə dirəyi təməldən çökür.

Onsuz da bir-birinə yad olan iki insan birlikdə yaşamağa qərar veriblər.  Ailə ənənələri, el adətləri və həyat tərzləri fərqli olsa da, birgə dünya yaratmağa, ailə olmağa, bir bütün olmağa çalışırlar.

Bir-birlərinin xasiyyətlərinə öyrəşməyə  çətinlik çəkirlər. Uyğunlaşma problemi yaşaya bilirlər. Ya da ruhən yaxınlıq hiss edə bilmirlər. Tam bu məqamlarda araya girən qohumlar "parazit" meydana gətirir.

Əsasən bir çox evliliklər möhkəm bina kimidir. Çöldə fırtına qopsa da içəriyə zərər verə bilməz. Çünki cütlüklər arasında məhəbbət və harmoniya var. Nə qayınana, nə baldız, nə də başqaları aralarını poza bilməz.

Lakin bəzi evliliklər çürük bina kimidir. Kiçik bir küləklə belə yerlə yeksan ola bilər. Cütlüklər arasında möhkəm bir məhəbbət və uyğunlaşma yoxdur. Kənardan da mənfi müdaxilə olduğu vaxt, olmayan məhəbbət və uyğunlaşma tamamilə heçə enir.

Halbuki nə qadının, nə də kişinin yaxınlarının, qohum, əqrəbalarının ailəyə müdaxilə etməyə haqqları yoxdur. Belə bir davranış heç bir baxımdan etikaya uyğun deyil .

Yeni evlənən gənclər, xüsusi bir fərd və ayrı bir ailədir. Artıq böyümüş və öz başlarına evlərini idarə edəcək yetkinliyə çatmışdırlar.

Amma bəzi insanlar başqalarını idarə etmə, ya da kiminsə həyatlarını idarə altında tutma haqqını özlərində görə bilirlər. "Bu nə deməkdir  o mənim oğlumdur və ya qardaşımdır,  təbii ki, evinə də, ailəsinə də  qarışacağam."  və s.  sözlər deyərək özlərinə haqq qazandıra bilirlər.

Amma eyni insanlar, öz yoldaşlarının qohumlarının müdaxiləsinə qarşı çıxırlar. Bax burada empati etmək lazımdır. "Görəsən eyni şey mənə edilsə nə deyərəm, nə düşünərəm, necə hərəkət edərəm?"  deyə soruşmalıdır.

Özünə edilməsini istəmədiyi bir şeyi, başqası üçün də istəməməlisən. Çünki bir başqasını incitmək, onun yuvasını dağıtmaq, söz-söhbət salmaq, ailəsinə dava dalaş salmaq və ya rahatlığını pozmaq qul haqqıdır.

Peyğəmbərimiz (s.ə.v): "Qohum haqqlarını tapdalayan kimsə Cənnətə girə bilməz".

"Kim ruzisinin bol, ömrünün uzun olmasını arzu etsə, qohumlarına yaxşı rəftar etsin." deyə buyurmuşdur.

"Qohumlar" sözünün anlayışından da aydın olur ki, burada hər iki tərəfə vəzifələr düşür.

Bəzi gəlinlər də, kişinin qohumları ilə bütün bağlarını qopartmaq istəyir. Halbuki yoldaşını sevən, yoldaşının qohumlarını da sevməlidir, sevməsə belə, hörmətlə yanaşmalıdır.

Daha doğrusu gəlin baldızıını, baldız də gəlini bacı kimi sevməlidir. Əgər sevmirlərsə, o zaman da bir-birlərinin hüquqlarını tapdalamamalı, ailəsinə, qohumluq əlaqələrinə zərər verməməlidirlər.