Aktual / Xəbəriniz olsun!

Mikroavtobusun aşmasına qadın sürücü səbəb olub – DYP

Banu. | 12-01-2018, 23:01
146 0
Bu gün Bakı-Lənkəran sərnişin mikroavtobusunun qəzaya uğraması nəticəsində xəstəxanaya yerləşdirilən sərnişinlərin hamısı evə buraxılıb. 

Bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polkovnik Kamran Əliyev məlumat verib. O bildirib ki, Lənkəran-Bakı reysi üzrə hərəkət edən, 85 CA 442 dövlət qeydiyyat nömrə nişanlı sərnişin mikroavtobusu rayonun Ürgə kəndi ərazisində hərəkətdə olarkən döngədə qadın sürücünün idarə etdiyi 44 BO 008 dövlət qeydiyyat nömrə nişanlı "KİA" markalı avtomobil onun yoluna çıxıb. Mikroavtobus sürücüsü “KİA”nı vurmamaq üçün maşını sərt şəkildə kənara çəkərkən mikroavtobus aşıb. Nəticədə sərnişinlər yüngül xəsarət alıblar. Bəziləri isə qorxduğu üçün həkimə müraciət edib. Lakin bir neçə saat sonra onların hamısı evə buraxılıb.

Kamran Əliyev bildirib ki, hadisəyə səbəb olan xanım sürücü müayyən edilib, hazırda araşdırmalar davam edir.big.az



info

İnformasiya

Qonaq qrupunda olan ziyarətçilər bu məqaləyə şərh yaza bilməzlər.