Aktual / Xəbəriniz olsun!

Ev telefonları ilə bağlı VACİB YENİLİK

Banu. | 21-11-2017, 08:35
950 0
“Ultel” MMC rabitə operatoru abunə müqavilələrinin mütəmadi yenilənməsi prosedurunu ləğv edib.
Bu barədə Trend-ə şirkətdən məlumat verilib.
Məlumatda qeyd olunur ki, bundan sonra operatorla abunəçi arasında imzalanan müqavilə müddətsiz olacaq:
“Əgər əvvəllər müştərilər müqavilələri hər üç ildən bir yeniləməli olurdusa, yeni qaydalara əsasən bu prosedur avtomatik olaraq həyata keçiriləcək”.
Qeyd edək ki, abunəçinin operatorla müqavilələri mütəmadi olaraq yeniləməsi barədə qaydalar 2016-cı il noyabrın 16-da Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən ləğv olunmuşdu.

info

İnformasiya

Qonaq qrupunda olan ziyarətçilər bu məqaləyə şərh yaza bilməzlər.