Aktual / Xəbəriniz olsun!

Hindistanlı aktrisanın başına 1,5 milyon dollar mükafat qoyulub

Banu. | 20-11-2017, 21:28
158 0
 Hindistanda “Padmavati” filminin rejissoru Sancay Lila Bhansali və lentdə şahzadə Rani Padminini oynayan Bollivud aktrisası Dipiki Padukonun başına 1,5 milyon dollar mükafat vəd verilib.
Bu barədə “Channel News Asia” nəşri yazır.
Nəşrin məlumatına əsasən, belə bir təkliflə Hindistanın “Bharatiya canata parti” partiyasının üzvü Surac Pal Amu çıxışı edib. 
Hindistanda bir çox tanınmış siyasətçilər tarixi təhrif edən filmi qınayıblar. Filmdə müsəlman sərkərdə Ələuddin Çircinin şahzadənin sevgilisi olması tənqidçilərin xoşuna gəlməyib.
Belə ki, “Padmavati” əsərinə əsasən 1303-cü ildə müsəlman sərkərdə şahzadə Padminin ələ almaq üçün Çittor şəhərini mühasirəyə alıb. Əfsanəyə görə, işğalçıya təslim olmamaq üçün şahzadə özünü yandırıb. 
Qeyd olunur ki, filmin premyerası dekabrın 1-nə planlaşdırılıb.oxu.az



info

İnformasiya

Qonaq qrupunda olan ziyarətçilər bu məqaləyə şərh yaza bilməzlər.