Xəbəriniz olsun! / Manşet

662 bal toplayan tələbəni birlik öz himayəsinə götürdü - “Bütün universitet ləvazimatlarını...”

Banu. | 1-08-2017, 17:42
2 127 0
Azərbaycan Uşaqlar Birliyi ali məktəblərə qəbul imtahanından 662 bal toplayaraq imkansızlıqdan təhsil ala bilməyəcəyini deyən Aytən Şirinovanı öz himayəsinə götürüb.
Bunu  açıqlamasında Azərbaycan Uşaqlar Birliyinin sədri Kamalə Ağazadə bildirib. O, qeyd edib ki, Aytən Şirinova ilə əlaqə yaradaraq təhsili ilə bağlı müzakirələr aparıb:
“Aytən Şirinova topladığı balla hüquq fakültəsinə düşür. İndi çalışmalıyıq ki, Aytən Şirinova ödənişsiz ixtisasa düşsün. Bundan əlavə onun bütün universitet ləvazimatlarını da birlik ödəyəcək”.
Zərdab rayon Yarəmmədbağı kənd orta məktəbinin məzunu Aytən Şirinova ali məktəblərə qəbul imtahanında 662 bal toplayıb. Bu bal ona Bakı Dövlət Universitetinin hüquq fakültəsində təhsil almaq şansı qazandırsa da imkansızlıqdan təhsilini davam etdirə bilməyəcəyi deyilir.

Qeyd edək ki, bu məsələ gündəmə AzadQadin.az saytının rəhbəri Aynur Qurbanqızının paylaşdığı statusla gəldi.




info

İnformasiya

Qonaq qrupunda olan ziyarətçilər bu məqaləyə şərh yaza bilməzlər.