Aktual / Xəbəriniz olsun!

Övladlığa uşaq götürmək istəyənlər, bunu nəzərə alın

Banu. | 21-11-2017, 19:00
408 0

Azərbaycanda qanunsuz olaraq övladlığa götürmə və övladlığa götürmə sirrini yaymaya görə cərimələrin məbləği artırılır.
Bununla bağlı Cinayət Məcəlləsinə (CM) dəyişikliklər edilir.
Layihəyə əsasən, uşaqların övladlığa götürülməsi, qəyyumluğa (himayəyə) və ya himayədar ailəyə tərbiyə olunmaq üçün verilməsi ilə bağlı qanunsuz hərəkətlər tamah məqsədi ilə törədildikdə şəxs 1500 manatdan 2000 manatadək (hazırda yüz manatdan üç yüz manatadək) miqdarda cərimələnəcək.
Övladlığa götürənin iradəsi ziddinə olaraq övladlığa götürmə faktını xidməti və ya peşə sirri kimi qorumağa borclu olan şəxs və ya digər şəxs tərəfindən tamah, qisas və ya sair alçaq niyyətlə yaymaya görə 1500 manatdan 2000 manatadək (hazırda 100 manatdan 500 manatadək) miqdarda cərimə tətbiq ediləcək.
Qeyd edək ki, CM-yə dəyişiklik layihəsi Milli Məclisin aprelin 25-də keçiriləcək plenar iclasında müzakirə ediləcək.milli.az

info

İnformasiya

Qonaq qrupunda olan ziyarətçilər bu məqaləyə şərh yaza bilməzlər.