Xəbəriniz olsun!

Aylarin 28,29,30,31 gün fərqliliyinin səbəbi

Banu. | 1-01-2014, 21:00
2 620 25



Aylarin 28,29,30,31 gün fərqliliyinin səbəbi .

 

 

Romalılar eramızdan 758 il əvvəl 10 aylıq təqvim tətbiqinə başladılar. Bu ilk original Roma təqvimində aylar, gündüz və gecənin bərabər olduğu, minlərlə ildir həyatın başlanğıc zamanı olaraq qəbul edilən Mart ayından başlamaq üzrə, Martius (Mart), Aprilis (Aprel), Maius (May), Junius (İyun), Quin-tilis (İyul), Sextilis (Avqust), September (Sentyabr), October (Oktyabr), November (Noyabr) və December (Dekabr) idi.

Bu ay adlarından Quintilisdən (İyul), Decemberə (Dekabr) qədər olanlar, 5, 6, 7, 8, 9 və 10 rəqəmlərinin Romalılarca tələffüz ediliş şəkli idi yəni, Mart başlanğıclı təqvimə görə bu aylar ilin 5-ci, 6-cı, 7-ci, 8-ci, 9-cu, və 10-cu ayları idilər. Bu 10 aylıq təqvim geridə hesaba qatılmamış daha 60 gün buraxırdı.

Ehtiyat olaraq buraxılan bu 60 gün problem yaradınca, Janarius (Yanvar) və Februarius (Fevral) adları ilə iki ay daha əlavə olunaraq təqvim tamamlandı. Yəni ilin ilk ayı Martius (Mart), son ayı isə Februarius (Fevral) oldu.

Əsrlər sonra eramızdan 46 il əvvəl Roma İmperatoru Julius Caesar (Sezar), ehtimalla siyasi səbəblərdən təqvimdə bəzi dəyişikliklər etdi. On bir ayı 30 və 31 gün olaraq iki şəkildə təşkil etdi, ilin son ayı olan Fevrala 29 gün verdi, hər dörd ildə bir Fevrala bir gün əlavəsini qəbul etdi. Ancaq sonra səbəbi bilinmədən Janairusu (Yanvar) ilin ilk ayı olaraq elan etdi. Belə olunca da, hər 4 ildə bir əlavə olunacaq bir günün, yeni vəziyyətdə ilin ikinci ayı mövqesinə gəlməsinə baxmayaraq Februariusa (Fevral) əlavə olunulmasına davam edildi.

Julius Caesarın gözlənilməyən ölümündən (Brütüs hadisəsi!) sonra, Romalılar bu çox sevdikləri imperatorlarının xatirəsinə Quintilis (İyul) ayının adını July olaraq dəyişdirdilər.

Ondan sonra taxta çıxanlardan, Augustus öz şərəfinə, Sex-tilis (Avqust) ayının adını öz adı ilə dəyişdirərək, bu aya August adını verdi. Amma ortaya başqa bir problem çıxmışdı. Sezərin ayı 31 gün, Augustusun ayı isə 30 gün çəkirdi. Problemi yenə imperatorun özü həll etdi və 29 gün olan Fevraldan bir gün daha götürərək Avqusta əlavə etdi. Beləcə iki ay da bərabərlənmiş oldu.

Sizə təqvimin, nə üçün 12 ay olduğunun, ayların adlarının necə qoyulduğunun və nə üçün fərqli ədəddə günlərdən meydana gəldiklərinin, dörd il sonra əlavə olunacaq artıq günün nə üçün ilin sonuncu deyil də, əlaqəsiz bir şəkildə ikinci ayına əlavə olunduğunun kiçik bir hekayəsidir bu mətn.

Xüsusilə orta əsrlərdə təqvimlər üzərində o qədər oynanmışdır ki, edilən elmi hesablamalara görə, İsa'nın bu gün qəbul edilən eradan, yəni İsa'nın doğumundan təxminən 6 il əvvəl doğulduğu, 36 il yaşayıb eradan sonra 30 ilində öldüyü irəli sürülməkdədir.


SABINA | 26 may 2014 13:54 | Status: Professional user | Şərh: 7 410
MARAQLIDIR
Ayanim | 25 may 2014 22:28 | Status: Gümüş user | Şərh: 1 920
Sitat: M.Aliyeva
Cox maraqliydi , cox sag olun.
Mehdiyeva Cinara | 4 yanvar 2014 11:46 | Status: VİP user | Şərh: 1 038
maraqli oldu bilmek bilmirdim bu barede
tesekkurler
NURLU | 4 yanvar 2014 08:22 | Status: Professional user | Şərh: 5 554
oxumusdum bu haqda yenede maraqla oxudum twkler
ŞokaLaTovA PeÇeNyA. | 3 yanvar 2014 16:35 | Status: Gümüş user | Şərh: 2 059
MAraqlidi cox tesekkur edirem
M.Aliyeva | 3 yanvar 2014 00:53 | Status: Gümüş user | Şərh: 1 970
Cox maraqliydi , cox sag olun.
Lumia | 3 yanvar 2014 00:00 | Status: Professional user | Şərh: 5 380
Tesekkurler,oxumusdum bu haqda.
Sabahım. | 2 yanvar 2014 20:06 | Status: Professional user | Şərh: 3 359
MARAQLI OLDU TŞK
Girl | 2 yanvar 2014 18:36 | Status: Professional user | Şərh: 8 206
maralı oldu...
SEVDA | 2 yanvar 2014 17:29 | Status: Nəzarətçi | Şərh: 17 442
melumata göre twk...
Kasablanka00 | 2 yanvar 2014 15:18 | Status: Şərhçi | Şərh: 171
oxumaga sebrim yetmedi
Nazlı_Kız | 2 yanvar 2014 13:52 | Status: Brilliant user | Şərh: 6 473
Maraqlidi tewekkurler
birdane | 2 yanvar 2014 13:13 | Status: Professional user | Şərh: 3 727
TESEKKURLER
Alice | 2 yanvar 2014 12:39 | Status: Professional user | Şərh: 5 021
Təşəkkürlər Banu xanım... Maraqlıdı...

Xüsusilə orta əsrlərdə təqvimlər üzərində o qədər oynanmışdır ki, edilən elmi hesablamalara görə, İsa'nın bu gün qəbul edilən eradan, yəni İsa'nın doğumundan təxminən 6 il əvvəl doğulduğu, 36 il yaşayıb eradan sonra 30 ilində öldüyü irəli sürülməkdədir.

Bir təqvim və bu qədər hesablamalar,üzərində oynamalar...
Qanad | 2 yanvar 2014 08:28 | Status: Yazar | Şərh: 4 357
Maraqlidir
Ulviyye | 2 yanvar 2014 01:20 | Status: Gümüş user | Şərh: 2 839
maraqlidi..
Röyamsan. | 2 yanvar 2014 01:05 | Status: Brilliant user | Şərh: 6 103
Tewekkurler Maraqli Xeber Ucun...
Ayan92 | 2 yanvar 2014 00:17 | Status: Professional user | Şərh: 3 056
Ay nə maraqlı.Bilmirdim.Sayənizdə öyrənmiş oldum.Təşəkkür
ferzane | 2 yanvar 2014 00:15 | Status: VİP user | Şərh: 1 042
Sitat: LaXaRy
PAYLASDIGINIZ UCUN TESEKKURLER.. :)
LaXaRy | 1 yanvar 2014 23:59 | Status: Şərhçi | Şərh: 328
PAYLASDIGINIZ UCUN TESEKKURLER.. :)
RUSTEM | 1 yanvar 2014 23:42 | Status: Qonaq | Şərh: 0
maraqlidir ela
shela | 1 yanvar 2014 23:17 | Status: Gümüş user | Şərh: 2 910
Atdim secilmishlere ushaqlarcun oxuyaram..
Aynur_Mezahirli | 1 yanvar 2014 23:14 | Status: Qonaq | Şərh: 0
Maraqli xeberidi tesekkurler.
yalniz arzu | 1 yanvar 2014 23:09 | Status: Gümüş user | Şərh: 1 759
MARAGLI MƏLUMATA GÖRƏ SAG OLUN.
Nara | 1 yanvar 2014 22:47 | Status: Yazar | Şərh: 1 718
TESEKURLER LAZIMLI MELUMATDI COX SAGOLUN