---

Bu marşrut avtobusları yeniləri ilə əvəz ediləcək - SİYAHI

Banu. | 1-12-2017, 22:31
9 304 0

Son vaxtlar Sumqayıtda olan avtobuslarda bir çox dəyişiklik baş verir. Avtobus xətləri dəyişdirilir və ya avtobuslar yeniləri ilə əvəz edilir.
Maraqlıdır, bu sahədə daha hansı dəyişikliklər olacaq?

Açıqlama verən Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı yanında Sumqayıt Avtomobil Nəqliyyatı ilə Sərnişindaşıma İdarəsinin rəisi Seyfulla Əsədullayev qeyd etdi ki, şəhərə yaxın zamanlarda 71 avtobus gətiriləcək:
"Yeni gələn avtobuslar ilk olaraq 8, 4, 10 A, 25 və 33 nömrəli avtobuslarla əvəz olunacaq. Bunlardan başqa harada yeni avtobuslara tələb olacaqsa, onların istifadəsinə də verəcəyik. Bu avtobusların içi isti və təmiz olacaq. Onlar bütün şəraitlə təmin olunacaqlar".big.az