---

Yasamalda QƏTL: 32 yaşlı qadın bıçaqlandı

Banu. | 6-05-2017, 12:04
174 0
Bakının Yasamal rayonunda qətl hadisəsi törədilib.
Haqverdiyev küçəsində yerləşən evlərin birində yaşayan 1985-ci il təvəllüdlü Məsimova Nigar Arif qızı yaşadığı evdə çoxsaylı bıçaq zərbələri ilə qətlə yetirilib.
Hadisənin kim tərəfindən törədildiyi araşdırılır.
Faktla bağlı Yasamal Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 120-ci (qəsədən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.publika.az