---

22 yaşlı ana niyə ölüb? - Xəstəxanadan açıqlama

Aynur_Qurbanqizi | 9-09-2016, 14:50
196 1

Ağcabədi rayon Mərkəzi Xəstəxanasında doğuş zamanı 22 yaşlı ananın ölməsinin səbəbi bəlli olub.

Xəstəxananın baş həkim müavini Əli İbadov açıqlamasında bildirib ki, qeysəriyyə əməliyyatından sonra Nurlana Quliyevanın sonra vəziyyəti ağırlaşıb: "Gecəykən xəstədə qanaxma baş verib. Onun qarşısını almaq üçün təkrar əməliyyat edilib. Qanaxmanı dayandıra bilməyəndə həkimlər Bakıdan xüsusi briqada çağırıb. Onların da səyinə baxmayaraq ananı xilas etmək mümkün olmayıb”.

Ə. İbadov N. Quliyevanın uşağının sağ olduğunu, hazırda vəziyyətinin stabilləşdiyini vurğulayıb.

Qeyd edək ki, Ağcabədi rayon sakini 22 yaşlı Nurlana Quliyeva qeysəriyyə əməliyyatı zamanı dünyasını dəyişib. Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.