---

Azərbaycanda tələbələri daşıyan avtobus aşıb, 2 nəfər ölüb, 21 nəfər yaralanıb - YENİLƏNİB

Banu. | 29-05-2016, 21:49
319 0

Xızının Xələfli kəndində baş verən yol qəzası nəticəsində xəsarət alanların sayı 21-ə çatıb.

Xəsarət alanların xəstəxanalara aparılması üçün Xızı, Siyəzən və Sumqayıtdan təcili-tibbi yardım briqadalar cəlb olunub.

Hadisənin başvermə səbəbi hələ ki, məlum deyil.

Faktla bağlı araşdırmalar davam etdirilir.

---------

20:52

Bu gün axşam saatlarında Xızı rayonu, Xələflər kəndi ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib, çərisində tələbələr olan "Hyundai" markalı avtobus yoldan çıxaraq dərəyə aşıb.

İlkin məlumata əsasən, qəza nəticəsində 2 nəfər ölüb, 18 nəfər xəsarət alıb. Yaralılar Xızı rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Hadisənin başvermə səbəbi hələ ki, məlum deyil.

Faktla bağlı araşdırmalar aparılır.APA



Array