Quru yeməklər
Cənubda ördəkdən hazırlanan döşəmə plov.
Sabahım. | 2-01-2014, 09:00
18 999 46
Lazım olan ərzaqlar
1kq düyü
1 yağlı ördək
3 nar
4 soğan
duz , istiot
Düyü 2 saat qabaq ilıq suda isladılır.Təmizlənmiş ördəyin əvvəlcə dərisi tamam soyulur , sonra bu dəri də , ördəyin özü də balaca tikələrə bölünür.Nar dənələnir balaca doğranmış soğanla qarışdırılır , hətta nar dənələrinin suyunu buraxması üçün əllə bərk sıxılır. Bu da duzlanıb , istiotlanır. Ördəyin əti hazırlanmış soğanla , nar dənələrilə qarışdırılır.
1,5 kq düyü tutan qazan götürülür.Əvvəlcə ördəyin dərisi, yağlı iç tərəfi olmaqla qazanın dibinə düzülür.Sonra bu dərinin üzərinə nar dənələri və soğanla qarışıq tikələnmiş ördək əti də yığılır və yavaşca isladılmış düyü əlavə edilir.Düyünün üzərinə çıxanadək su tökülür , azacıq duz əlavə edilir.Duz əlavə edərkən ətin də duzlu olduğunu nəzərə almaq lazımdır .Ağzı bağlanır, az xodda qazın üzərinə qoyulur.Qaynamağa başlayanda düyünün altındakı qarışığın dadı və narın qırmızı rəngi , ördəyin dərisinin yağı qaynayaraq düyüyə kecir.Suyu azalanda kəfkirlə altdakı ətə dəymədən düyü astaca götürülüb üstdən alta olmaqla cevrilir.Birazda belə qaynadıqdan sonra suyu tamam çəkiləndə artıq dəmə qoyulur.Dəmdə də 1,5 saat qalır..
Dəm aldıqdan sonra soyuq suda islanmış parçanın üstünə qoyulur ki, qazmağı yaxşı çıxsın.Böyük qab götürülür.Əvvəlcə qazanın üstündəki düyü yavaşca ora tökülür, sonra ət də ayrıca qaba yığılır.Sonda isə qazanın dibindəki qıpqırmızı qızarmıış dəri kəfkirlə yığılır.Süfrəyə veriləndə düyü ilə dəri qazmağı qarışdırılıb üstünə də ördək əti qoyulur.
Qeyd edim ki , bu cox yağlı ördəkdən hazırlandığı üçün əlavə yağa ehtiyac olmur.
Soyuq qışda süfrəniz daim isti yeməklərlə dolu olsun.