Xoşbəxtlik düsturu

Ailə - səmanın yerdəki bir hissəsidir

luce | 15-12-2013, 22:00
2 087 22


Ailə - səmanın yerdəki bir hissəsidir
Cəmiyyət ayrı-ayrı ailələrdən təşkil edilmişdir və ailə quran tərəflərin onu necə saxlamasından asılıdır. Ailə millətin ürəyidir. Ölkənin gələcək rifahı yaxud tənəzzülü yeni nəslin xarakteri və mənəvi simasi ilə şərtlənir. Bu gün gənclərdə formalaşan vərdiş və prinsiplər gələcək cəmiyyətin xarakterini əks etdirir.
 
Qaydaların vacibliyi:
 
Hər bir ailənin öz qayda-qanunları olmalıdır və valideynlər bir-birilərinə münasibətdə övladları üçün canlı nümunə olmalıdırlar. Daim nitqin təmizliyinə fikir vermək və nəzakətlə davranmaq vacibdir. Onlara həyatlarını idarə edəcək və ətrafdakılarla münasibətdə özünü büruzə verəcək prinsiplərə sadiq qalmağı öyrədin. Bu cür tərbiyə almış uşaqlar öz hərəkətləri üçün cavabdehlik daşımağa hazır olacaqlar.
  Ailədə mövcud olan ab-hava valideynlərin qarşılıqlı münasibətindən əhəmiyyətli dərəcədə asılıdır. Əgər ata ilə ana arasında fikir ayrılığı mövcuddursa, bu ruh uşaqlara da keçir. Buna görə də evinizdə qarşılıqlı nəvaziş atmosferi yaratmağa çalışın.

Ən başlıcası məhəbbətdir:
 
Evdəki problemləri dəmir çubuqla deyil, müdriklik və məhəbbətlə yoluna qoyun. Uşaqlar məhəbbət qanunlarına tabe olmağa həmişə hazırdırlar. Məhəbbət və bağlılıq nümayiş etdirin, bacardığınız qədər onların işlərini tərifləyin. Unutmayın ki, uşaqların təkcə məzəmmət və düzəlişlərə deyil, təsəliyyə və tərifə, mehriban, xeyirxah kəlmələrə də ehtiyacı var. 
  Biz əlimizdən gələni etməliyik ki, bizim evimiz sözün əsl mənasında ailə ocağına çevrilsin. Ailə - səmanın yerdəki bir hissəsidir. Bizim xoşbəxtliyimiz bir-birimizə bəslədiyimiz məhəbbət və rəğbətdən asılıdır. Ailə bağları yer üzündə ən sıx, ən incə və ən müqəddəs bağlardır.
Məhəbbət, rəğbət və nəvazişin hökm sürdüyü ailə mələklərin sevimli məkanı və Allahın izzətləndiyi yerdir. 
 
Ailənin təsiri:
  
Tərbiyəli və nəzakətli üzvləri olan ailə ətrafdakılara müsbət təsir göstərir. Allahın iradəsinə uyğun yaşayan ailə həmişə mələklərin müşayiətində olacaqdır.
    Əgər insan eqoist həyat sürürsə, öz ətrafında çox ağır, üzüntülü ab-hava yaradır. Lakin, əgər insanın ürəyi məhəbbətlə doludursa, o çox nəzakətli, xeyirxah, başqalarına qarşı nəvazişli olur. Öz işinə sevinc və qayğıyla yanaşır. Ətrafa xoşbəxtlik ruhu yayır.

Qoy gülərüz insanların sayı daha çox olsun. Ən əsası odur ki, ailədə mehribançılıq hökm sürsün. Onda bizim məhəbbətimiz, sevinc dolu təsirimiz ətrafımızdakılarda da iz buraxacaq və get-gedə daha da uzaqlara yayılacaq.
 
 

 @Xəbər azadqadin.az saytına məxsusdur, istifadə edilərkən istinad mütləqdir.

 
Redaktə etdi: Beren 


ESMERRi | 15 aprel 2016 17:40 | Status: Brilliant user | Şərh: 5 379
Sitat: nuray2007
gozel xeberdi
N....N92 | 30 noyabr 2014 14:24 | Status: Professional user | Şərh: 4 352
Sitat: SEVDA
Allah qorusun bütün aileleri xeyanetden,werden,böhtandan......
nuray2007 | 22 fevral 2014 18:19 | Status: Şərhçi | Şərh: 420
gozel xeberdi
Ulviyye | 17 dekabr 2013 10:33 | Status: Gümüş user | Şərh: 2 839
ailede birinci medeniyet teribiye gelir meniycin sora mehirbaliq redaket gozeldi tşkler
Lumia | 17 dekabr 2013 01:23 | Status: Professional user | Şərh: 5 380
Aile kicik cemiyyetdir,saglam aileler ne qeder cox olarsa cemiyyet de bir o qeder saglam olar.
SEVDA | 17 dekabr 2013 00:40 | Status: Nəzarətçi | Şərh: 17 442
Allah qorusun bütün aileleri xeyanetden,werden,böhtandan......
Aysel Akberova | 16 dekabr 2013 15:35 | Status: Qonaq | Şərh: 0
Biz əlimizdən gələni etməliyik ki, bizim evimiz sözün əsl mənasında ailə ocağına çevrilsin. Ailə - səmanın yerdəki bir hissəsidir. Bizim xoşbəxtliyimiz bir-birimizə bəslədiyimiz məhəbbət və rəğbətdən asılıdır. Ailə bağları yer üzündə ən sıx, ən incə və ən müqəddəs bağlardır.
Məhəbbət, rəğbət və nəvazişin hökm sürdüyü ailə mələklərin sevimli məkanı və Allahın izzətləndiyi yerdir.
Mən də uşaqlarımı və yoldaşımı çox istəyirəm. Ona görə də həmişə ailəmi qorumağa hazıram!
Nurus. | 16 dekabr 2013 15:28 | Status: Brilliant user | Şərh: 6 982
Gozel xeberdi.Her kese aile lazimdi elbetde.
Alice | 16 dekabr 2013 14:56 | Status: Professional user | Şərh: 5 021
Qoy gülərüz insanların sayı daha çox olsun. Ən əsası odur ki, ailədə mehribançılıq hökm sürsün. Onda bizim məhəbbətimiz, sevinc dolu təsirimiz ətrafımızdakılarda da iz buraxacaq və get-gedə daha da uzaqlara yayılacaq.

Amin... Ailə xoşbəxtliyi qoy sonsuz olsun...

İstədiyimiz bəzi şeylərə sahib ola bilməmək, xoşbəxtliyimizin bir parçasıdı... Bunu belə qəbul edək...
luce | 16 dekabr 2013 13:36 | Status: Professional user | Şərh: 2 922
Redakte ucun tesekkurler Beren.

Serh yazan her kese minnetdaram.
Röyamsan. | 16 dekabr 2013 13:01 | Status: Brilliant user | Şərh: 6 103
Maraqli Melumatdi Tewekkurler Aile Muqqedesdir...
NURLU | 16 dekabr 2013 10:12 | Status: Professional user | Şərh: 5 554
marqli melumatdi,terbiye,mehribanliq birde bir-birinin sozun kesmekem menim ucun onemlidi
SULTANIM | 16 dekabr 2013 09:58 | Status: Ekspert | Şərh: 4 743
Cox gozel xeberdir. Menim ucun de ailede birinci novbede terbiyedir.Sonra mehribanliq.Tesekkur edirem.
ufi | 16 dekabr 2013 03:40 | Status: Qonaq | Şərh: 0
Tewekkur maraqli mrlumatdirr

Men ailemden cox raziyam ve xiwbextem allah hamiya xowbext aile qismet etsin
Gunel | 16 dekabr 2013 00:45 | Status: Professional user | Şərh: 4 087
Aile her sheyden ve her kesden vacibdir.hetda ailede sevgi mehebbet bele olmasa zamanla yaranir hamsi onemli olan hormet,qaygi ve qarshiliqli anlashmadir.qalan her biri hell olunasidir ailenin deyerini bilen adam ucun hec bir cetinlik behane deil.Allah teala butun aileleri qorusun.
Ayan92 | 16 dekabr 2013 00:42 | Status: Professional user | Şərh: 3 056
Sitat: Huseyn80
Allah herkese mehriban aile qismet etsin herkese aile sadeti arzulayiram. Deyerli xeber ucun tesekkurler!

Amin canım.
nurla | 16 dekabr 2013 00:27 | Status: VİP user | Şərh: 824
TAMAMİLE DOGRUDUR MEHRİBANCİLİGİN ACA BİLMEYECEYİ QAPİ YOXDUR MEHRİBAN OLAQ MEHRİBAN OLAQ
Ayan92 | 16 dekabr 2013 00:14 | Status: Professional user | Şərh: 3 056
Sitat: elcin90
her kese salamlar

Ay qardaw,salamini-kalamini sohbet otagina yaz.Bura xebere aid fikrini bildir ve werh yaz.
Aynur_Mezahirli | 15 dekabr 2013 23:46 | Status: Qonaq | Şərh: 0
Allah herkese mehriban aile qismet etsin herkese aile sadeti arzulayiram. Deyerli xeber ucun tesekkurler!
elcin90 | 15 dekabr 2013 23:44 | Status: Qonaq | Şərh: 0
her kese salamlar
Nara | 15 dekabr 2013 23:33 | Status: Yazar | Şərh: 1 718
BEREN REDAKTE SUPER ELLERINE SAGLIQ XEBERE GORE TESEKURLER MARAQLIYDI
Nazlı_Kız | 15 dekabr 2013 22:22 | Status: Brilliant user | Şərh: 6 473
Melumat ucun cox sagolun luce xanim