Qısa ətək geyinən Azərbaycan qadını əxlaqsızdırmı?

27-04-2012, 18:45  |  Yazarlar » Sevinc Fədai

 

Qısa ətək geyinən Azərbaycan qadını əxlaqsızdırmı?

 

Qısa ətək geyinən Azərbaycan qadını əxlaqsızdırmı?

 

“Qısa ətək gənclərimizin seksual manyak kimi formalaşmasına xidmət edir”

 

Bir çox qadınların sevimli geyimidir qısa ətək. Bu geyim bütün dövrlərdə mənfi tərəfləri ilə qınağa çevrilməyə səbəb olsa da, hər zaman dəbdə olmuş, bəyənilmişdir. Bu kiçik və seksual parça parçası, bütün zamanların ən ovsunlayıcı paradokslarından bəzilərini təmsil edib. Eyni zamanda həm pislənən, həm sevilən qısa ətək, illərdir diqqətləri çəkir. Bu gün isə qısa ətəyin yaranma tarixi, müsbət və mənfi cəhətləri, ən əsası, Azərbaycan cəmiyyətinin bu geyimi necə qiymətləndirməsindən danışacağıq. 


Qısa ətək necə yaranıb?

 

Qısa ətəyin maraqlı yaranma tarixi var. Belə ki, 1959-cu ilin yanvar ayında gənc ingilis dizayneri Meri Kuantın ağlına çox maraqlı bir fikir gəlib.
Bir dəfə o, rəfiqəsinin yeri silmək üçün qısaldılmış köhnə ətəkdə döşəməni sildiyini görüb və ağlına belə bir fikir gəlib: "Bu cür ətəyi niyə öz kolleksiyama daxil etməyim?". Həmin vaxtdan etibarən podiumlarda yeni bir tendensiya yaranıb və qızlar müasir dəbin tələbinə tam cavab verən qısa ətəklər geyinərək çılpaq ayaqlarını nümayiş etdirməyə başlayıblar.


"Qadının dizləri necə görünürsə, onun o qədər yaşı var"


Qeyd edək ki, bu yenilik bazara da yeni müvəffəqiyyət gətirilib. Kolleksiyanın buraxıldığı ildə "qısaldılmış modeldə" 200 mindən çox ətək satılıb. Kuant bu uğura sadə izahat verib: "Mən vulqarlığa pərəstiş edirəm. Ona görə də, milyonlarla qadın mənim ideyamı qəbul etdi. Məncə, mini ətəyin yaranması qadınlara 2 qat cazibədarlıq bəxş etdi". Meri Kuant, həmçinin, qeyd edib ki,  qadının dizləri necə görünürsə, onun o qədər yaşı var.

 

Xatırladaq ki, mini yubkaların daha populyar olmasında Fransız dizayner Andre Courregesin də böyük rolu olub. İlk dəfə mini ətəkər 1965-ci ildə yaz-yay kolleksiyasında nümayiş olunub.

 

“Mini” inqilab- azad, enerjili, gənc, müasir və ənənələrə zidd...

 

Beləliklə, feminizmlə işıqlanan qadın zehinləri moda sahəsində də daha fərqli düşünməyə başladı. Bununla da, qısa ətək 1960-cı illərin ortasında Londonun ruhunu əks etdirən geyim oldu; azad, enerjili, gənc, müasir və ənənələrə zidd. 
 Bu  illərdə dəyişən qadın imici,qısa ətək qızların bir simvolu oldu.

 Kişilərin diqqətində olmaq istəyənlərin seçimi...

 

Bu gün qısa ətək həm istirahət, həm də şam yeməkləri üçün arzuolunan geyimdir. Hər bir məşhur modelyerin kolleksiyasında qısa ətəklər özünə yer tutur. 
 Ümumiyyətlə, ətək qadın geyiminin ənənəvi və ayrılmaz atributudur. Ətək xanımlara zəriflik və cazibədarlıq verir. Elə bir xanım tapılmaz ki, onun qarderobunda qısa ətək olmasın. Qısa ətək geyinən xanım gözəl görünür və qadınlarda xanımlığı daha yaxşı biruzə verir. Qeyd edək ki, qısa ətəklərdə xanımlar yaşından cavan görünür. Belə ətəklər geyinmək arzusu xanımı həmişə formada qalmağa məcbur edir. Buna görə də,  kişilərin diqqətində olmaq istəyənlər üçün qısa ətək ən yaxşı seçimdir.

 

Qısa ətəklər həm dondurur, həm təhlükə yaradır...

 

Lakin qısa ətək çox vaxt sərbəstlik baxımından narahatçılıq törədir, artıq çəkisi olanlar bu ətəklərdən istifadə etdikdə yaxşı görünmür. Həmçinin, bu ətəkləri qışın şaxtasında geyinmək münasib deyil. Alimlərin fikrinə görə, soyuq havada qısa ətək geyinmək nəinki qadını üşüdür, hətta gözəllik üçün böyük təhlükə yaradır. Soyuq havada ayaqlar donur və orqanizm donmuş hissələrə daha çox müdafiə piyi ifraz edir ki, bu da sellülitin yaranmasına səbəb olur.

 

 

Kişiləri öldürən qısa ətəklər...

 

Bu barədə rus alimlərinin araşdırmaları zamanı maraqlı nəticə ortaya çıxıb. Məlum olub ki, qadınların qısa ətək geyinməsi ilə kişilərin erkən yaşda ölməsi arasında birbaşa əlaqə var. İddia olunur ki, qısa ətəklər dəb halını alandan sonra kişilər qadın gözəlliyinin qarşısında tab gətirə bilmir. 30 illik araşdırma nəticəsində o da bəlli olub ki, kişilər diqqətçəkici paltarlar geyən və onları coşduran davranışlar sərgiləyən qadınları görəndə aciz duruma düşür. Zərif cinsin nümayəndələri isə hər zaman olduğu kimi, gücsüz kişiləri rədd edir. Bu da kişilərdə stresslə bağlı xəstəliklər yaradır ki, onların da 80 faizi 60 yaşına çatmamış ölür. Rus alimləri hesab edir ki, Asiyada və ərəb ölkələrində kişilər normal ömürlərini başa vura bilir. Bu da qadınların həmin ölkələrdə Rusiyaya və Qərb ölkələrinə nisbətən daha abırlı geyinməsindən irəli gəlir.

 

“Azərbaycan kişisinin seksual manyaka çevrilməsi nəticədə elə Azərbaycan qadınının  başında çatlayır”

 

 Hafiz Mirzə: “Azərbaycan qadını özünün milli geyimlərindən o qədər çox uzaqlaşıb ki, Azərbaycan kişisi indi onun milli olmasa da heç olmasa abırlı geyinməsi dərdini çəkir.

Qısa ətək isə heç vaxt abır-həya, namus-izzət göstəricisi ola bilməz. Qısa ətək qadının çılpaq ayaqlarına erotik çalar vermək üçün düşünülüb. Kişiliyi erkən yaşlarından öləziyən Avropa kişisində şəhvət hissləri doğurmaq üçün bütün vasitələrdən, o cümlədən erotika, parnoqrafiya və eyni xarakterli geyimlər uydurulması təbiidir. Amma bizim kişilər, əlhəmdülillah, dünyaya isti qanlı gəlir, qaynar qanla yaşayır, ölənəcən şəhvətdən düşmür. Ona görə də, bizim qadınların qısa geyinməsinə həm ehtiyac yoxdur, həm də bu onların əxlaqının tamam pozulmasına aparıb çıxardır!

Abırlı qadın heç vaxt erotik bədən əzalarının qabarıq görünməsi və hiss olunması ilə diqqəti çəkməyə çalışmaz. Ümumiyyətlə, insanın (istər qadın, istər kişi olsun) özünü göstərməklə “fors” etməsi, lovğalanması təkəbbür əlaməti olaraq günahdır. Qadının örtülməyə borclu olması isə "Quran-Kərim”də də təsbit olunur. Deməli, qısa ətək geyinərək abırını açıq saxlayan qadın heç müsəlman hesab oluna bilməz. Azərbaycan qadını isə müsəlmandır!

Qısa ətək gənclərimizin diqqətini yayındırır, onların seksual manyak kimi formalaşmasına xidmət edir. Azərbaycan kişisinin seksual manyaka çevrilməsi nəticədə elə Azərbaycan qadınının öz başında çatlayır”.

 

 

“Qadının qısa ətək geyinməsi həm günhadır, həm də öz təhlükəsizliyi baxımından xatalıdır”

 

45 yaşlı bir şəxsin fikri: “Artıq Azərbaycanda çoxsaylı ərlər, atalar, əmilər , dayılar küçədə onlar ilə yanaşı, ya da onlarsız addımlayan qızlarının, həyat yoldaşlarının, seksuallığı xüsusi “qeyd” edən dar şalvar, qısa ətək geyinməsinə normal yanaşır . İndi əksər qadınların özü də daxil olmaqla, cəmiyyətimiz açıq-saçıq geyinməyə müsbət yanaşır. Laqeyd yanaşılan bu fəsad avtomatik olaraq daha ağır fəsadlara yol aça bilər. Cəmiyyətimiz sağlam fikrə saymazyana yanaşsa da, qeyd edim ki, qadının küçədə- bayırda açıq-saçıq paltar geyinməsi, ilk növbədə, əzalarının cizgilərini naməhrəm kişilərə nümayişi deməkdir. Bu günah əməl kişilərin instiktiv olaraq diqqətini cəlb etmək üçün “gözəl” şərait yaradır. Bu nəinki təkcə dini baxımdan günahdır, həmçinin, qadının öz təhlükəsizliyi baxımından da xatalı bir şeydir. Çünki bu halda onlar öz hisslərini cilovlaya bilməyən xəstə əxlaqlı insanların hədəfinə çevrilmiş olurlar, başlarına çoxsaylı problemlər açmış olurlar.Halbuki, öz təhlükəsizliyini, rahatçılığını qorumaq, ilk növbədə, həmin qadının öz marağında olmalıdır. Əlbəttə, bunları söyləyərkən təbii ki, mən peşəkar fahişələri və əxlaqsız qadınları nəzərdə tutmuram. Təbii ki, cahil adam öz qadınının, qızının bəzən sadəcə olaraq dərrakəsizlikdən, heç bir ehtiyac olmadan bədənini sərgiyə qoymasına və bununla da yad kişilərdə şəhvət hissi oyatmasına göz yumacaq. Bəzən isə hətta özü buna şərait yaradacaq və bəlkə də, bununla fəxr duyacaq. Çünki o, bu halda heç bir pis şey görmür və ya görmək istəmir. Ümumiyyətlə, qadının bəzənib düzənməsi , ətirlənməsi, qəşəng, erotik paltar geyərək seksual görünməyə çalişması-bütün bunları o evdə öz halal əri üçün etdiyi təqdirdə başadüşüləndir və bu bəyənilir. Bunları dərk etmək üçün minimum sağlam düşüncə yetər”.

 

“Başqası nə deyər?” fikrindən əl çəkmək lazımdır!

 

Turac: “Bilirsiniz, məncə, geyim hər bir kəsin öz şəxsi işidir. Qadının qısa ətək geyinməsində qəbahət bir şey görmürəm. İstəyən istədiyi kimi geyinməkdə sərbəst olmalıdır. Amma təəssüf ki, bizim millət hələ bu kimi kompleksləri aşa bilmir. Hər hansı bir geyimi geyinir, sonra da başlayır özünü narahat hiss etməyə. Düşünürəm ki, əgər narahatçılıq olmalıdırsa, bu, heç kimə görə yox, özünə görə narahatçılıq gətirən addım atmamalıdır. Ümumiyyətlə,"başqası mənə nə deyər?" fikrindən birdəfəlik əl çəkmək lazımdır”.

 

 

Qısa ətək geyinən Azərbaycan qadını əxlaqsızdırmı?

 

 Özü qısa ətəyi sevib geyinən qızlar bu barədə nə düşünürlər?

 

“Qıza məhz qısa ətək geyindiyinə görə söz atmırlar, buna başqa səbəblər olur”

 

Aynur: “Mən özüm qısa ətək geyinənlərdənəm və bu geyim növünü də çox bəyənirəm. Ancaq birmənalı yanaşmaq lazım deyil. Əslində insan ona yaraşan şeyi  geyinməldir. Qısa ətək hamıya eyni cür yaraşmır. Qadın var ki, qısa ətək geyinir və doğrudan da, çox vulqar və cəlbedici görünür. Qadın da var ki, kənardan baxanda da normal və xoş təsir bağışlayır. O keçidi qadın özü müəyyən etməldir, məncə. Mən geyinəndə kənardan pis baxışları hiss etməmişəm. Əslində, qısa geyinməyin də qədər var. Ancaq tək ətəklə hər şey düzəlmir. Əgər sən şalvar geyinmisənsə və geyiminin digər hissələri çox cəlbedicidirsə, sənə onsuzda baxacaqlar, yəni fərq etmir. Mən “qısa ətək geyinən qıza baxarlar” fikri ilə buna görə razılaşmıram. Yəni baxan adam onsuzda baxır. Qısa ətək arqument deyil. Qısanı normal geyinəndə heç kim sənə pis gözlə baxmaz. Küçədə təsadüfən qısa geyinən qızlara söz atan oğlanları da görmüşəm. Ancaq bayaq dediyim kimi, onlar məhz qısa geyimə görə söz atmırlar. Söz atmağa başqa səbəblərdə olur”.

 

“Normal oğlan başa düşməlidir ki, qız qısa ətəyi özünü göstərmək üçün geyinib, yoxsa özünə xoş olduğu üçün?”

 

Çinarə: “Mən hesab edirəm ki, insana geyiminə görə qiymət vermək-əsrimizin ən geridə qalmışlığıdır. Əlbəttə, onu da nəzərə almalıyıq ki, nə qədər avropalaşsaq da, azərbaycanlı olduğumuzu unutmamalıyıq.Yəni müasirliyi həddini aşmamaq şərti ilə yaşamalıyıq. Qısa ətəyə gəldikdə, onu da geyinmək tərzi var. Mənə elə gəlir, normal oğlan onu başa düşməlidir ki, qız qısa ətəyi özünü göstərmək üçün geyinib, yoxsa özünə xoş olduğu üçün. Şəxsən mənim 21 yaşım var və həmişə də qısa ətək geyinmişəm. Geyimim bu günə kimi mənə problem yaşatmayıb, yəni ətrafdan artıq söz eşitməmişəm. Qeyret-namusumuza, ata-qardaşlarımızın adını qorumağa qalanda isə, bunu əməllərimizlə etməliyik, geyimimizlə yox”.

 

 Bəs qısa ətək geyinən qızlar əxlaqsızdırmı və söz atmaq lazımdır?

 

Aydındır ki, cəmiyyətdə qısa ətəklərin geyinilməsi və bu cür geyimli qızlar da birmənalı şəkildə qarşılanmır. Kimisi üçün bu adi hal, zövq, dəb və ya digər mənalarda başa düşülə bilər. Ancaq kimisi üçünsə qısa ətək geyinən qız və ya qadın qəti şəkildə tərbiyəsiz, əxlaqsız, hətta “küçə qızı” belə adlandırılır və buna görə də, düşünürlər ki, məhz o qıza sataşılmalı, söz atılmalıdır.

 

 

Qısa ətək geyinən Azərbaycan qadını əxlaqsızdırmı?

 

 

“Qızın qısa ətək geyinməsinə səviyyəsizlik kimi baxırsansa, niyə söz atıb onun səviyyəsinə enirsən?”

 

23 yaşlı oğlanın fikirləri: “Azərbaycanda bu vəziyətdə , yəni bir qızın qısa ətək geyinib keçdiyi zaman ətrafda gördüklərim məni məyus edir şəxsən. Əslində, biz kişiyik. Açıq ayaqdan da, sinədən də  təsirlənə bilərik. Bu ancaq bizdədirmi yoxsa bütün dünyadadırmı?  Bilmirəm. Amma Şərq ölkələrində belə olduğu 100 %dir. Ən bariz nümunəsi də bizik. Ancaq nifrət edirəm o adama ki, içini içində saxlaya bilmir.
Gəlin belə danışaq da… Paltar kim üçün və nə üçün yaranıb? Onu geyinən üçün və onu geyinənin rahatlığı üçün. Yəni istəməzsən ki, sənin geyindiyin paltarlara görə kimsə sənə qarşı fikir yürütsün. Ümumiyyətlə, nəyə görə bir insan geyindiyi paltara görə qınaq obyektinə çevrilməlidir? Bizim millətin beynində zəhləm gedən bir fikir var: “ Onu geyinən qız ona görə geyinir ki, başqası ayağına baxsın, söz atsın və s”. Bu fikir tamamilə yanlışdır, onun bu hərəkətinə səviyyəsizlik kimi baxırsansa, niyə söz atıb onun səviyyəsinə enirsən?

“Bizdə elələləri var k, bunu geyinməklə kiminsə atdığı sözdən, çaldığı fitdən,xoşları gəlir”

Həm də bayaq dediyim kimi, sən bu cür geyinməyi sevirsənsə, o da o cür geyinməyi sevir. Qaqaş, demirsən pisdi? Baxma da! Söz atma da! Amma yox, niyə ki… Ləzzət eliyir axı baxıb ləzzət almaq. Amma bu heç pis sayılmır ki… Çünki sən yazıq neyləyəsən ki, o geyinib, sən də məcbursan ki baxasan! Budur bizim düşüncəmiz. Heç kim düşünməsin ki, mən bununla belə geyinən qadınları, qızları müdafiə edirəm. Heç də yox. Bir şeyi də demək istəyirəm ki, həqiqətən də bizdə elələləri var k, bunu geyinməklə kiminsə atdığı sözdən, çaldığı fitdən, xoşları gəlir. Onları, əlbəttə, qınayıram. Ancaq kənardan baxıb heç kimin belə olduğuna ilk dəfə görməklə  qərar vermək doğru deyil. Hər insan müxtəlif fikirlərə sahibdir. Kimsə bu səbəbdən geyinibsə, kimsə də zövqünü oxşadığına görə geyinib. Yəni kiminsə ayağına baxırsansa, bunu həmin adamın nə xarakteri, nə də hərəkətləri ilə əlaqələndirmək düzgün deyil. Bunun bir səbəbi var- o da sənin o sözlərə, cümlələrə sığmayan “kişiliyin”! Bunu özünə kişilik sayırsan? Necə kişisən ki, öz nəfsini saxlaya bilmirsən? Onu geyinən qızlara gəldikdə isə, bunu ancaq öz zövqlərinə görə geyinsinlər”.

 

Şəhriyar:“Mən bir Azərbaycan gənci kimi qızların qısa ətək geyinməsinə pis baxıram. Səbəb isə onlara qarşı oğlanların tam başqa fikirlə yanaşmalarıdır.Yəni istər- istəməz əgər həmin qız yolla gedirsə, onunla üz-üzə gələn istənilən oğlan qızın ardınca baxacaq. Elə mən də baxıram. Ancaq təəssüflər olsun, bir çoxları söz də atırlar. Mən oğlanların bu geyimdə olan qızlara söz atmasını düzgün saymıram. Ən azından onlar da kimlərinsə bacısıdır və ya anasıdır. Lakin yaxşı olar ki, qadınlar da kişilərin normal olan istəklərini nəzərə alaraq qısa ətəkdən uzaq olsunlar. Bir də ki, biz axı müsəlmanıq!”

 

 

Ramin Əliyev:Birmənalı şəkildə  deyə bilərəm ki, həm qısa ətək geyinən qıza, həm də bu geyimli qızlara söz atan kişilərə münasibətim pisdir. Hər ikisi yolverilməzdir. Ancaq elə geyimli qızlara fikrim müsbət olmasa belə, bu, o demək deyil ki, hökmən onlara sataşmalıyam. Mən şəxsən öz ailəmdə heç kimə qısa ətək geyinməyə icazə verməzdim. Nəzərə alsaq ki, bu həm cəmiyyətdə fəsada yol açır, həm də ailədaxili münasibətlərə zərər yetirir, ona görə də, o cür geyinməyə imkan yaratmazdım”.

 

 

Eldar: “Elə geyinən qıza sataşarlar da. Elə ətək geyinirlər ki, az qala hər yerləri görünə. Mən özüm qısa ətək və ya başqa formada açıq-saçıq geyinən heç bir qız-qadına sataşmıram, amma çox qarşılaşmışam ki, elə geynən qıza sataşırlar, nəinki normal geyinən qızlara”.

 

 

Kənan: “Məncə, qız qısa ətək geyinirsə, deməli, abrını itirib. İnsanlar bir-birinə geyiminə görə də qiymət verir axı. Təmiz qızla “küçə qızı” arasında bir fərq olmalıdır. 50%  geyindiyi geyimə görə ona qiymət verilir ki, bu necə qızdır?”

 

0 Bəyənməyib

Səhvi bildir  Baxış sayı 5959 Şərh sayı 116 Müəllif Sevinc Fedai
Paylaş:
Facebook Twitter Google Plus Одноклассники ВКонтакте Мой Мир@Mail.Ru
Hörmətli istifadəçi, Siz sayta qonaq qismində daxil olmusunuz.
Daha çox imkanlardan yararlanmanız məqsədi ilə biz sizə qeydiyyat səhifəsini ziyarət etməyi məsləhət görürük.
  1. Offline SeVa
    Xebere gore twkler

  2. Offline angel of death
    her adamada yarasamirisaetek gun

  3. Offline Damla A-va
    melumat ucun TWK

  4. Offline leyla meherremova
    YUBKA QISADIRSA DEMƏK AĞLI DA QISADIR.BAŞQA CÜR OLA BİLMƏZ.
    İmza:  Birlikdə gülürsənsə xoşbəxlik
    Birlikdə ağlayırsansa dostluq
    Birlikdə susursansa eşqdir..


  5. Offline aysun94
    men cox qisa geyinen qizlara pis baxiram ..

    GozelВ Melek,
    mende
    İmza:  Həyat çox gözəldir...

  6. Offline SEVA00
    COX UZUN XEBERI OXUMAQA SEBRIM CATMADI

  7. Offline Gozel Melek
    men qisa geyime pis baxiram

  8. Offline Madatova
    sexsen men qisa geyinirem,o demek deyil ki,pisem.UZUN GEYÇB,HEC KÇMÇN AGLÇNA GELMEYEN HOQQALARDAN CÇXMAQDANSA,QÇSA GEYÇNÇB,NORMAL HEYT TERZÇ SUREREM

  9. Offline RaySum
    pis baxmiram
    İmza:  Bir müddəT!.PassiV.HaziRliqlarima gore Catdira bilmireM.!


  10. Offline aysu tuncay
    MERI KUANT LENETLENIB BU GEYIM ICAD ETDIYNE GORE.

  11. Offline sevinc keder
    insanin geyimleri daxilinden xeber verir
    İmza:  qapi ona doyulecek her kese acilar.

  12. Offline _Nazlim_
    INSANI GEYIMLE TANIMAQ OLMAZ UREYI SAF TEMIZ XEYIRXAH OLSUN

    AMMA COX QISADA GEYINMEK DUZGUN SAYILMAZ

  13. Offline azeri_oglu
    MecidovaВ gunay,
    xanimsan daniwiqina fikir ver, o nenene deyersenki gelib ona ele soz deyeremki qapida oglan evezi durar, agliniza geleni yazmayin burda

  14. Offline TATLI GUZEL
    Narmal qisa giyimler olmalidir.Amma lapda qisa men beyenmirem.Tesekkurler
    İmza:  La la ben de boyleyim
    La la hem de boyleydim ♥ :))

 İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Scroll To Top