Kişinin sevdiyini necə anlamaq olar?

14-08-2012, 21:00  |  Həyat tərzi » Maraqlıdır
Kişinin sevdiyini necə anlamaq olar?

Siz ona aşiq olmusunuz. Bəs o? O da sizə aşiqdirmi? Maraqlı sualdır,elə deyilmi? Cavabını aşagıda sizə verəcəyim ipuclarından anlaya bilərsiniz,əziz xanımlar.


1. Sizə komplimentlər edər

Kişilər hər nə qədər desə də ki,xarıcı görünüşə önəm vermirlər,onlar üçün önəmli olan sizin daxili gözəlliyinizdir,inanmayın xanımlar. Kişilər ilk növbədə qadının görünüşünə diqqət edər. Bir kişi xanıma olan marağını  onu başdan ayağa kimi diqqətlə süzməsi ilə bildirər.

 

Geyiminizə, makiyajınıza, üz cizgilərinizə, çəkinizə, əl-ayaq barmaqlarınıza, saçlarınıza, gözlərinizə, sinənizə... Uzun sözün qısası onlar tərəfindən ilk olaraq fiziki görünüşlə bağlı imtahandan keçməli olacaqsınız. İmtahanın ardından " Nə gözəl gözlərin var?!", "Saçlarını çox bəyənirəm", "Mini yubka sənə çox yaraşır" kimi komplimentlər gələcək.

 

Sözün qısası daxili gözəlliyiniz olsa belə siz mütləq öz zahiri görünüşünüzə də diqqət yetirməyə çalışın. Çünki belə etmiş olsanız bir gün  əks cinsin bir nümayəndəsindən hökmən tərif eşidəcəksiniz.


2. Dinləyər

Sizi bəyənən bir kişi təbii ki,səs tonunuzu, tələffüzünüzü, danışıq qabiliyyətinizi də bəyənər və yanınıza gəlib sizinlə söhbət etməyi, suallar verməyi sevər. Mümkün olduqca ikinizin də marağına səbəb ola biləcək gündəlik mövzular tapın. Ona verəcəyiniz suallar vasitəsilə özü ilə maraqlandığınızı görəcək və bunun vasitəsilə həm də onu daha yaxından tanımış olacaqsınız.

 

Kişilər deyib-gülməyi sevən şən və ağıllı xanımları bəyənirlər ( P.S. Bir çoxlarının fikrincə isə kişilər ağıllı qadınları sevməzlər. Hər halda doğrusunu kişilər özləri daha yaxşı bilmiş olarlar). Onlara uşaqlığınızla bağlı gülməli xatirələri anlada bilərsiniz. Həmçinin bir-bir, səbrlə danışmağa cəhd edin. Gözəl danışıq qabiliyyətinə və təsir edici səs tonuna olan həssaslıqlarını da unutmayın.


3. Fədakar olar

Əgər bir kişinin sizdən çox xoşu gəlibsə,o, bütün mənliyi ilə sizi hər cürə xoşagəlməliklərdən qorumağa çalışar. Məsələn, çox tünlük olan yerlərdə narahat olacağınızı düşünüb təşvişə düşər və bir çox suallar verərək ehtiyaclarınızı öyrənməyə çalışar.

 

Sağlamlığınızın və əhvalınızın yerində olmasını hər kəsdən çox,o istəyər.  Üzülməməniz üçün əlindən gələni etməyə çalışar.

 


4. Ona zaman ayırmanızı istəyər

Bir kişinin həyatda ən çox önəm verdiyi şeylərdən biri də diqqətdir. Yəni ona diqqət yetirmənizi,onunla bərabər çoxlu zaman keçirmənizi istəyər.  "Bu axşama planın nədir?",  "Kiminlə gedəcəksən gəzməyə?", "Səni evə kimi ötürməmi istəyərsənmi?" kimi  qısqanclığını yüngülcə  biruzə verəcək suallar ilə qarşılaşa bilərsiniz. Əgər münasibətinizi təhlükəyə atmaq istəmirsinizsə o zaman keçmiş sevgiliniz ilə görüşməyə son verəcəksiniz. Nəzərə alın ki,o, ancaq sizin tərəfinizdən diqqət görmək istəyir. Ona olan diqqətinizin azaldığını hiss etdiyi andan beynində  "Görəsən həyatında başqa kişi varmı?" sualını fırladacaqdır.


5. Hər halınızla gözəl olduğunuzu düşünür

Təbii ki,saçlarınızın səliqədə olduğu zamanında sizə kompliment deməsini normal qarşılayacaqsınız. Lakin əgər sizi sevirsə yataqdan qalxdığınızda belə, saçlarınızın səliqəsiz, üzünüzün makiyajsız olduğu anlarda da gözəl olduğunuzu düşünəcəkdir. Bu o deməkdir ki,gözü sizdən başqasını görməz.


6.İlk növbədə sizsiniz

Sevən kişi sevdiyini hər zaman ön planda tutar. Siz onun üçün bəzən ailəsindən belə daha öndə gələrsiniz. Məsələn,bacısı və sizinlə alış-verişə çıxdığı zamanlarında ən gözəl geyimləri ilk növbədə sizə alar. Çünki əhvalınızın yaxşı olmasını,gülümsəmənizi və xoşbəxt olmanızı istəyər.

 

Soyuq bir yerdə sizdən başqa üşüyən varsa belə pencəyini ilk növbədə sizə verər. Xəstə olduğunuz günlərdə işə getmək əvəzinə ilk növbədə sizə baş çəkər, həftə sonlarını ailəsi yox, sizinlə keçirmək üçün planlar qurar. Çünki siz onun həyatının ən dəyərli varlığısınız.


7. Arzular

Sevən kişi sizinlə zaman keçirdikdən və bir çox şəxsi söhbətlər etdikdən sonra sizi yataqda da tanımaq istəyər. Sizinlə bağlı arzular qurmağı sevər və sizdən aralı qalmağı heç istəməz. Ona görə də imkan daxilində onun istəklərinə "yox" cavabını verməyin.

 

Siz də ona onun üçün darıxdığınızı bildirməkdən çəkinməyin. İş sonrası onunla  yeyə biləcəyiniz şam yeməyi üçün planlar qurun,ya da daha da yaxşısı o yeməyi özünüz hazırlayın.Bunu ona sürpriz etmiş olsanız inanın ki,çox bəyənəcəkdir.

 

Sevən kişilər hansı kəlmələrdən daha çox istifadə edər?

 

-Gözlərin çox gözəldir. Baxışların məni dəli edir.

-Həftə sonu mənimlə tətilə gedərsənmi?

-Mobil telefonunda nömrəsi olan Əli kimdir? Dostundurmu?

-Əzizim,bəyəndiyin ayaqqabıları sifariş etdim.

-Sən makiyajsız belə bütün qadınlardan daha gözəlsən.

 

Bəs siz,xanımlar, bu yazılanlar ilə rastlaşmısınızmı? smile

40 Bəyənməyib

Səhvi bildir  Baxış sayı 12068 Şərh sayı 99 Müəllif Alizes
Paylaş:
Facebook Twitter Google Plus Одноклассники ВКонтакте Мой Мир@Mail.Ru
Hörmətli istifadəçi, Siz sayta qonaq qismində daxil olmusunuz.
Daha çox imkanlardan yararlanmanız məqsədi ilə biz sizə qeydiyyat səhifəsini ziyarət etməyi məsləhət görürük.
  1. Offline beehive
    Xəbər üçün təşəkkür edirəm..

  2. Offline raule
    beli. sen makyajsizda cox gozelsen. gozlerin coooox xosuma gelir. sensiz yasamaq meni cox sixir,ne bilim eeeeeeeeeeey cox sozler ammma bacisi soz konusu olursa iste o zaman konu deyiser

  3. Offline axire
    qarwima cixsa razilawacam n9

  4. Offline dunyaa
    SENIIIIIII SEVIREEEMM n35 n36

  5. Offline RA
    bu arada bu mövzunu yazan xanımın özüdə şən hazırcavab xanımdır ...hiss olunur .. smile mövzuya əlavəm budur ki .. KİŞİLƏR GÖZLƏRİYNƏN SEVİRSƏDƏ QADINLAR QULAQLARIYNAN SEVƏRLƏR... wink AMMA ZARAFAT ÖZ YERİNDƏ...ƏSL SEVGİLİ ÜRƏK DOSTU SİRDAŞ OLAN İNSANDIR

  6. Offline _Nazlim_
    Sitat: Mavish

    Sevən kişilər hansı kəlmələrdən daha çox istifadə edər?

    -Gözlərin çox gözəldir. Baxışların məni dəli edir.

    -Həftə sonu mənimlə tətilə gedərsənmi?

    -Mobil telefonunda nömrəsi olan Əli kimdir? Dostundurmu?

    -Əzizim,bəyəndiyin ayaqqabıları sifariş etdim.

    -Sən makiyajsız belə bütün qadınlardan daha gözəlsən.



    mencede

  7. Offline arzum
    bu sözlərin hamisini bir kişinin bir qiza dediyinin şahidi oldum qiz ona inanaib güvənəndə məlum olduki bu sözləri arvadbaz kişilər də qizlari ələ kecirmək ücün deyirlər. lənət onlara inamdan istifadə edənlərə.

    hər bu sözləri söyləyən kişi sevir deməzdim.

  8. Offline taclinsel
    nedense bu xususiyyetlerle her gun rastlasiram.Diyesen yoldasim heqiqeten de sevir aaaaaaaaaaaaaaaaaaa.

  9. Offline G-----16
    men rastlasmisam bu yazilarla ama ki menasizdir mene gore n28
    İmza:  Zamani var.....Aminler bowa deyil

  10. Offline Mavish
    Sevən kişilər hansı kəlmələrdən daha çox istifadə edər?

    -Gözlərin çox gözəldir. Baxışların məni dəli edir.

    -Həftə sonu mənimlə tətilə gedərsənmi?

    -Mobil telefonunda nömrəsi olan Əli kimdir? Dostundurmu?

    -Əzizim,bəyəndiyin ayaqqabıları sifariş etdim.

    -Sən makiyajsız belə bütün qadınlardan daha gözəlsən.



    Bəs siz,xanımlar, bu yazılanlar ilə rastlaşmısınızmı?
    ƏLBƏTDƏ
    İmza:  İn sha Allah mart 2015 də bir oğlum daha gələcək gözləyirəm onunda yolunu xeyirli olsun Allah balalarımın imanını ağlını kamil etsin İn sha Allah ...

  11. Offline Karina
    eladi hamisi var menim heyatimda twk n44

  12. Offline Selay M
    maraqli idi ela n43

  13. Offline Feriha.
    twk xosum geldi
    İmza:  kalbimin tek sahibi

  14. Offline Narmin PinkGlamour
    ay ne qeder guldum nese yaxwi tesir bagisdadi

  15. Offline P.S
    ))) maraqlidi. Esidmisem bezilerin tskler

  16. Offline Sous loeil de l`ange
    mence qisqandirmag en yaxsi yoldu..qarantiya vermirem amma :)

  17. Offline sevka1987
    bu sadalananxususiyyetlerin hec biri menim heyat yoldasimda yoxdur.amma biz 5 ildir bir-birimizi sevmisik ve 2 aydir evlenmisik.Eslinde etiraf etmeliyem ki menim yoldasim 8-9 ay meni sevib.sonrasi ise menim cabalarim ve onu cooox sevmeyim neticesinde biz bu gun birlikdeyik.
    Ona deyirem ki sen meni sevmirsen,deyir ki,sevmesem seninle evlenmezdim.Nedense onun semimiyyetine inanmiram.

  18. Offline ask bir hayal
    mence kisilerin 50 faizi gornuse fikir verir 50 faizideki ureye onu deyimki gozellik bir sey deyil esas odur ki ureyler bir olsun sevgiler qarsilligli olsun tesekurler

  19. Offline Sonik
    twk xeber bawligindaki wekilden cooox xowum geldi

  20. Offline Lovely Girl
    bulari eden kisiler coxdur indi sevsede sevmesede ! ancaq qadinin her zaman baximli olmasinin terefdariyam ! trwkkur yenede maraqliydi !

  21. Offline Melek_1
    tesekkurler maraqlidir smile

  22. Offline seker_kiz
    :))

  23. Offline Ayazim
    maraqli idi twk

  24. Offline sheh
    Sitat: AkifВ Ehmedov
    Deməli (belə ola həmişə) , səadət sizin əlinizdə, ocağınızda qərarlaşıb. Buyur, şücaətini göstər..sevmək ürək istər, mücadilə istər..Elə et ki, bu sevgi saniyəbəsaniyə böyüsün, çeşmədən, gur çaylı dağ şəlaləsinə çevrilsin. Bizim xanımlar çox təcrübəsizdir. Əsas məsələ qalıb xırda-xuruşla oynayırlar.. Çox sevindim sevgi, xoşbəxtlik etirafınızla.

    çox sağ olun,Akif müəllim.

  25. Offline Akif Ehmedov
    Sitat: Sumeyye
    öz xanımına xoş sözlər demək heçdə pis deyil.ya bu sözləri eşitmək istəyən xanım siz dediyiniz kimi deyil...


    Sümeyya , mən xanıma xoş söz deməyin əleyhinə deyiləm.Mənim dediyim o fikirlər(sitatlar) dərunu hislərin ifadəsi deyildi, elə-belə ara sözləridir. Siz çox dərin məsələlərə girməyin, hələ həyat təcrübənizin imkan verdiyi hüdudlarda söz desəniz yaxşı olar.Hər halda sosial-mənəvi məsələləri, həyat tərzini, əxlaq nümunələrini mən sizdən daha əhatəli bilirəm. Mən bütün qızları nəzərdə tutmuram, amma öz fikrimi deyirəm, indiki bəzi qızlar 20-30 il bundan əvvəlki qızlar deyil, başqa sözlə, o nəslin qızları. üstündən bu qədər keçəndən sonra da öyrəndiklərini indi onların o vaxtki yaşlarından da kiçik olanlar bilirlər, vaxtından əvvəl öyrəniblər. Əzəli, mən mən sizə xitabən deməmişəm.İkincisi də sözümün üstündə də dururam. Allah adamısan, fikir ver, saytda gedən yazıların motivlərinə, aktivliyinə..Hələ düz-əməlli üz-gözünü yuya bilməyən uşaq evli adamlardan tez oxuyur ailə özəllikləri ilə bağlı yazıları. Bizim dövrümüzdə qız ağır oturub batman gələrdi.. Ağıllı qızlarımız var, ziyalı qızlarımız var, kübar qızlarımız var. Kim bunları görmür, alqışlamır ki..? Bilirsiniz indi atasız doğulan uşaqlar nə qədərdir? Bilirsiniz indi pozulan nikahların sayı nə qədərdir) Bunların içində günahsızları da var, amma əksəriyyəti elə başınaa kül olmalı qız və oğlanlarımızdır. Fərqi yoxdur. Ailə dağılırsa, hər ikisi qınanmalıdır.

  26. Offline Vetenperver
    Sitat: Sumeyye
    onda niyə sevdiz niyə ailə qurduz? elə belə?

    Əgər bilmək istəyirsizsə mən sevgiyə görə ailə qurmamışam, güya Azrəbaycanda bütün nigahlar sevgi üstündə qurulur?Kişinin yaşı keçəndən sonra baxıb bəyinir sonrada ailə qurur.Əgər sizdə sevgi varsa bu gözəldir amma hamıda belə olmur.Biraz sevgi ola bilər amma ailədə sevgi gedəndən sonra hörmət qalır.Mənim üçün sevgi əsas önəm daşımır,əgər sevgidən başqa heçnə yoxdursa buda pisdir.

  27. Offline Sumeyye
    Sitat: Vetenperver
    xoşbəxtçilik tək sevib sevilməkdə deyil.

    onda niyə sevdiz niyə ailə qurduz? elə belə?
    Sitat: Akif Ehmedov
    Fərizənin ruhu qarşısında mən diz çökərəm. Çünki O, sədaqətliliyin qanımıza, canımıza iiz qoya biləcək nümunəsini yaratdı. "Elə sevmək, elə sevilmək lazımdır ki, ata-anaların üzünə üzüağ gedə biləsən"..Belə qızların başına heç vaxt solmayacaq, ətirsizləşməyəcək güllər...
    72

    məgər mən atamdan anamdan icazəsiz gizlin sevirəm? mən demirəmki bir gün tanıdın ikinci gün belə sözlər eşit. hər şey tam ciddi olduqdan sonra gözəl sözlər deməyin ya eşitməyin ayıbı yoxdur.sadəcə kişilər xanımlarını tərif etməkdən qorxurlar. pis nəsə görən kimi ama deyirsiz. mən demirəmki aləmə car çəksinki sevirəm. ama ikilikdə öz xanımına xoş sözlər demək heçdə pis deyil.ya bu sözləri eşitmək istəyən xanım siz dediyiniz kimi deyil...
    İmza:  Sahip olduklarına şükretmeyi bilmeyenin, kaybettiklerine isyan etmeye hakkı yoktur. Mevlana

  28. Offline MELAYKA
    sevgi dilde oldugu qeder emeldede olmalidi iksinnen biri olmayanda subheli qalir wexsen men inciyirem ikisinnen biri olmayanda.misalcun xosladigim weyi almiyanda fakt biliremki onu almaga imkani catir ama almir sevirse niyede almasin.bir teher xosdugnan aldiriram ona deyirem bax indi inaniram meni sevdiyine:))

  29. Offline Solnuwka.
    Sevgi.Mence sevgisiz heyat yoxdur.Bu barede qiwqirib demek hec lazim deyil.Sevgi olanda hiss edirsen sevgini...

  30. Offline Akif Ehmedov
    Sitat: Sumeyye
    ...bunu siz demirsizsə və sizin xanım eşitmirsə. camaatın qızların kül etməyə gərək yoxdur... qat qat yaşca məndən böyüksüz ama razılaşınki bu cümlə yersiz idi....

    Sumeyye, yersiz söz demək yersiz hərəkət etməkdən gücsüz..... Elə məsələlər var ki, hamısını dilə gətirmək olmur. Hər halda auditoriyanı tanımalısan. Əgər mənim üz tutduqlarrım mənim deyə biləcəklərimi (tək mənim yox, faydalı söz deyə biləcəklərdən hər kəsin) anlaya bilən olsa idilər, heç belə fikirlər(başına kül tökmək)
    də yaranıb formalaşmazdı. Siz bilirsizmi, "başa kül tökmək" nə deməkdir? Siz bilirsinizmi, bu söz artıq yaranışındakı kimi fiziki mənada görülən işi yox, sadəçə onun ehtiva etdiyi mənanı ifadə edir. Bu söz heç də bütün hallarda mənfi çalarlı deyil. Kül tökmək ilkinliyində qan çıxarmaq kimi mərasimlərin bir növü olub. Din hər ikisini pisləyir. Qan tökənlər də, kül tökənlər də pis adamlar deyildilər. Din uğrunda, torpaq uğrunda qanlarını əsirgəməyəçək həmcinslərimiz idi. Biz, sadəcə olaraq, onlara sevgilərini bu yolla bildirmələrini irad tuta bilərik. Görməmisiniz, amma mən oqlu bıçaqlanmış bir atanın baş-gözünə döyə-döyə "indi mən başıma haranın külünü töküm deyə" fəryadını eşitmişəm.
    Qaldı ki, konkret olaraq mənim dediyim halda məqamında çoxları deyə bilər. Bu deyim, daha çox etiraz, narazılıq və narahatçılıq ifadə edir..söyüş deyil, qarğış deyil. Sizin həyat təcrübəniz azdır, hələ çox şeyləri beyninə yerləşdirə bilmirsiniz. Neçə illər əvvəl bizim evin yanında texnikum var idi. Həmin texnikumun qızları yaxınlıqdakı mağazaya tez-tez gələrdilər. Mağazada işləyən xanım deyirdi ki, bir qız var, hər dərsə gələndə evdən geyib gəldiyi donu çıxarıb mini yubka geyir, dərsdən sonra da yenə əvvəlkiylə dəyişib sonra gedirdi.Və yaxud sizin haqq qazandırdığınız "Gözlərin çox gözəldir. Baxışların məni dəli edir" sözlərini sevgi kimi qəbul edən qız içindəkilərdən çox baxşılarına diqqət etməyəcəkmi? 20 yanvar şəhidimiz Fərizənin ruhu qarşısında mən diz çökərəm. Çünki O, sədaqətliliyin qanımıza, canımıza iiz qoya biləcək nümunəsini yaratdı. "Elə sevmək, elə sevilmək lazımdır ki, ata-anaların üzünə üzüağ gedə biləsən"..Belə qızların başına heç vaxt solmayacaq, ətirsizləşməyəcək güllər...

 İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Scroll To Top