İnsanın adı onun taleyini mütləq mənada müəyyən edir (araşdırma)

18-10-2011, 17:00  |  Həyat tərzi / Maraqlıdır

İnsanın adı onun taleyini mütləq mənada müəyyən edir (araşdırma)

 

Hər keçən gün, bir gün öncə baş verən bir hadisənin təsadüfi olmadığını bir daha sübut edir, çünki bütün təsadüflər elə zərurətdən doğur. Daha açıq desək, həyatda heç bir şey təsadüfi deyil. Hər bir xırdalıq dəfələrlə ölçülüb-biçilib, insan üçün nəyin yaxşı, nəyin pis olduğuna bundan sonra qərar verilib. Eynilə adlarımız və adların bizim üzərimizdə təsiri kimi. Milli.Az xəbər portalı bu dəfə insanın adı və adın taleyinə təsiri barədə yazır.

Körpələrə müsbət enerjili adlar seçək

Astroloqlar deyir ki, adlar yeni doğulan körpəyə verilərkən belə, fərqində olmadan adı qoyan şəxs, onun gələcəyini yazır. Astrologiyada eynilə rəqəmlərin insanlar üzərində təsirinin olması kimi, hərflərin də insanlar üzərində çox böyük təsiri olduğu artıq sübut edilib. Hər kəs adının layiqli daşıyıcısı olur. İstər yaxşı, istərsə də pis mənada. Amma insanların adlarına görə onları mühakimə etmək də doğru deyil. Astroloqlar fikirləşir ki, insanların yaxın ətrafında olan mənfi enerjili adları olanlar insana pis təsir edir. Yəni, ətrafında bədbin adlı birisi varsa, bu ad, sənə də sahibi qədər pis təsir edə bilər.

İnsanın adının taleyinə sirayət etməsi inancı Qədim Misir və hind mədəniyyətindən qaynaqlanır. Maraqlı burasıdır ki, Hindistanda hələ də bu ənənəyə sadiq qalırlar. Hazırda bu ölkədə doğulan hər yeni körpə üçün astroloq-kahin-münəccim çağırılır, o müqəddəs kitabların köməyi ilə uşağa ən uğurlu adı seçir. Adqoyma mərasimi xüsusi təşkil edilir. Tanrıya səcdə edərək od ətrafında körpəni dolandırır, oda qansız qurbanlar (meyvə-tərəvəz, paxlalılar, ağartı məhsulları) verilir, Tanrıdan onun adının uğurlu olmasını diləyirlər. Çünki ad insan həyatının demək olar ki, yol nişanıdır. Qədim Romada isə belə bir deyim vardı: “nomen est omen”, yəni “ad taledir”.

Müsəlman adətlərinə görə isə yeni doğulan körpəyə ailə böyüyü ad verir. Ata, ya da baba körpəni qucağına alır və onun qulağına dua oxuyur və 3 dəfə adını təkrarlayır.

Adın nədir? - Cinayət!

Təmir, Zimkan, Dövlətqar, Nəci, Ququş, Alabas, Aktiv, Duran, Qədeş, Hüseynşir, İbniş, Qutabə, Beytul, Rəhmət, Tola, Traktor, Oktyabr, Sovet, Faiz, Variş, Aydabala, Paçağa, Qarın, İnqraz, Şapələk, Təyyarə və bu kimi daha nə qədər adlar... Bunlar uydurma deyil, insan təxəyyülünün “məhsulu”dur.

Həyətimizə səhərlər bir qadın gəlir, Bakı kəndlərindən birində yaşayır, həyətində inək saxlayır, onun südünü, qatığını həyət-həyət özü gəzib satır. O qadının adı nə olsa yaxşıdır sizcə? Fəlakət!

Ata evimizin qonşuluğunda yaşayan bir qadının adı isə daha da dəhşətlidir - Cinayət! Valideynin belə bir adı bir qız uşağına qoyaraq, onu ömrü boyu sözün həqiqi mənasında bədbəxt etməyini isə sadəcə, anlamaq olmur.

Hazırda bizim toplumda maraqlı deyimlər var, duymuş olarsınız, birisi bir hərəkət edəndə ona "adına uyğun hərəkət edib", "adına-sanına layiq" kimi ifadələr istifadə edirik. Bir sözlə, adımız bizim pasportumuzdur.

Nənə-baba adını uşaqlara vermək doğrudurmu?

Bizim toplumda qəribə bir adət var: yeni doğulan körpəyə adətən, yaşayan və yaxud da rəhmətə gedən valideynin, qohumun adı verilir. Körpə hələ müdafiəsiz, zəif olduğu halda, bu qədər ağır yükü ona yükləyirlər. Çünki ad körpəyə verildiyi andan etibarən sahibini öz təsiri altına alır.

Hər bir adam adının xüsusiyyətlərini daşıyır. Elə buna görə də uşaqlarımıza adlar verərkən, bəzi xırdalıqlara diqqət yetirilməsi vacibdir. Dünyasını dəyişmiş nənə və babanın adının uşaqlara verilməsini astroloqlar da doğru hesab etmir. Bu adlar nə qədər müsbət enerjili ad olsa da körpənin həyatına mənfi təsir edir.

Mənası yaxşı olmayan, zarafat və “lağlağı” mövzusu olan adlarımız da kifayət qədərdir. Yuxarıda qeyd etdiyimiz kimi, bu adların bəzisi hətta insanın tüklərini ürpərdir. Adının ağırlığını ömrü boyu daşıyacaq olan uşaq isə həmişə bu addan utanacaq, birisi adını soruşanda söyləməyə xəcalət çəkəcək.

Körpəyə istənilən adam ad qoya bilərmi?

Tariximiz boyu insana ad verilməsi, çox vacib mərasim sayılıb. “Kitabi-Dədə Qorqud” dastanından bilirik, oğuzlar uşağa adı doğulanda deyil, böyüyüb eldə-obada yerini tutanda verirdilər. Yəni, o bu adı alnının təri ilə qazanmalı idi. Necə ki, bədənimizin hər bir əzası bizimdir, eləcə də adımız, heç birimiz özünü adsız təsəvvür edə bilmir.

El arasında bir məsəl var, “adını söylə, kimliyini mən deyim”. Böyüklərdən eşitmiş olarsınız, bir deyim də var, “adsız adam açarsız qapıdır”. Oğuzların zamanında bütün Oğuz əhlinə elin başbiləni, müdriki Qorqud Ata ad verərdi. Ad qoyulana qədər bütün igidlər birmənalı olaraq atasının adı ilə və yaxud da sadəcə, nişanla tanınırdı. Yetkinlik yaşına çatan igid, biləyinin haqqı ilə adını alırdı və o ad onun taleyini, xarakterini, kimliyini müəyyən edirdi. Onu tanımayan birisi adını öyrənincə hansı hünərlə bu ada sahib olduğunu bilirdi.

İndi yeni doğulan uşağa adətən valideynləri ad seçir. Yazımızın girişində qeyd etdiyimiz kimi, adı müsbət enerjili biri verməlidir. Çünki o ad ilə körpəyə həm də enerjisini yönləndirir. Daha bizdə ağsaqqal, başbilən birisi ilə məsləhət etmək adəti yoxdur, valideyn istədiyi adı seçib övladına qoyur.

Hansı adlar daha uğurludur?

Günümüzdə də elə ailələr var ki, öz uşağına ad seçəndə onun qeyri-adi olmasını istəyir. Bir çoxumuz milli, müsbət ruhlu ad tapa bilirik, amma bəzilərimiz də bu axtarış zamanı əcaib adlar seçirlər. Bizim ölkədə hazırda ən çox bəyənilən milli adlar Babək, Elçin, Elnur, Qorqud, Altay, Səma, Aygün, Günay, Aysu, Selcan, Bikə, Banu, Cavidan kimi milli adlardır. Düzdür, bu adlar son bir neçə ildə daha çox yayıldı, bu zamana qədər ərəb-fars dillərində dilimizə hopmuş kifayət qədər söz olduğundan kimsə millilik axtarışında deyildi.

Maraqlı burasıdır ki, indi valideynlərin bəzisi dini adlar seçməkdə maraqlıdırlar. Ölkəmizdə yayğın olan Xədicə, Həsən, Məhəmməd, Zəhra kimi ərəb adları hər addımbaşı rastlaşdığımız adlardır.

Astroloqlar hesab edirlər ki, hər millət öz dilindən olan adları seçsə, uşağı daha uğurlu tale gözləyir. Uşağın damarlarında türk qanı axırsa, ona ərəb, rus, ingilis adı qoyaraq həyatında ikitirəlik yaratmış oluruq. Onun ruhu ilə adı uyuşmur və bu da onun xarakterində uçurumlar yaradır.

Yüz ölçüb, bir biçmək lazımdır

Filoloq-alim Minaxanım Təkləlinin sözlərinə görə, ad yığcam, mümkün qədər milliliyi ifadə etməli, digər tərəfdən də mənalı olmalıdır. Ancaq bu gün təəssüf ki, soydaşlarımız arasında adqoyma məsələsində problemlər kifayət qədərdir. Alim deyir ki, adlarımız özündə həmişə şərqiliyi, milliliyi, türk ruhunu, türkün keyfiyyətini saxlamalıdır.

Psixoloq Naib Allahverdiyevin sözlərinə görə isə övladlarımıza ad xatirinə ad qoymaq düzgün deyil. Uşağa ad veriləndə adı verənin də müsbət enerjili biri olması mütləqdir: “Uşaq öz adının təsiri ilə böyüyür, bu adın yükü onu ömrü boyu izləyir. Adın yükünün isə müsbət enerjili olması buna görə çox vacibdir. Artıq sübut olunub ki, xoşagələn, könül oxşayan və müsbət enerjili adların daşıyıcıları həyatda daha çox uğur qazanırlar”.

Tanınmış münəccim Firudin Qurbansoy deyir ki, adlar insan həyatına həqiqətən təsir edir: “İnsanın adı onun taleyini mütləq mənada müəyyən edir. Elə bu səbəbdən də çalışmaq lazımdır ki, ad qoyanda xeyirli, müsbət enerjili, yaxşı adlar qoyulsun. İnsanların adında nə qədər çox heca olsa, bir o qədər dözümlü olurlar. Ad yaxşı, müsbət enerji ilə yüklü olanda insanın xarakteri də bir o qədər mülayim, yumşaq olur. Adda yumşaq saitlər və incə samitlər varsa insan da xoş xasiyyətli olur, qalın samitlər varsa, insan o qədər səssiz və sakit olur. Qısası, adlar boş yerə verilmir insanlara, onlar insanın xarakterini müəyyən edir”.

“Onun adını dəyişdilər, bir ay keçmədi ki, öldü”

Məhşur astroloq Səbuhi Rəhimli isə deyir ki, zərdüştilikdə təzə ölən adamın adını yeni doğulmuş körpəyə qoymazdılar, ümumiyyətlə, baba-nənə adlarını nəvəyə qoymaq dəb deyilmiş: “Hətta Zərdüşt adları da ancaq xüsusi ilahi bilgiyə yiyələnmiş insanlara sonradan verilərmiş. Ona görə də bəzi mənbələrdə Zərdüştü addan çox, titul, rütbə kimi dəyərləndirirlər.

Bir dəfə bir dost məclisində oturanda qəfildən 8-9 nəfərlik masamızdakı insanların adına fikir verdim, gördüm adın mənaları əksini tapıb. Məsələn, Səfalət (bir dəfə də üzü gülmür, faciələrə düçar olmaqdadır), Səfər (xanəndə olduğu üçün uşaqlıqdan ora-bura gedir, bəzən aylarla Gürcüstanda, İranda toy aparır, evə gəlmir), Səbuhi (sabahı düşünən adam timsalında), Şəfalı (həkim olduğu üçün insanlara şəfa verir) və s.”

Bəzi adları araşdırdığını deyən astroloq deyir ki, bir çox qız adları var ki, onlar böyüyəndə mütləq əxlaqi cəhətdən zəif olurlar, kişi adları da var ki, “ayağısürüşkən” olur: “Məsələn, Sevda ilə Sevincin böyük fərqi var, Sevinc daha üstündür. Osman və Orxan da həmçinin. Orxan daha uğurlu addır. Bəzi adlar da var ki, ümumi halda uğursuz sayılır...”

Valideynlər övladına istədiyi adı qoya bilməyəcək?

Azərbaycanda Ailə Məcəlləsinin 53.2-ci maddəsinə görə uşağa ad valideynlərin razılığı ilə verilir. Valideynlər arasında uşağın adına münasibətdə razılıq olmadıqda yaranan fikir ayrılığı müvafiq icra hakimiyyəti orqanı tərəfindən həll olunur.

Milli Məclisinin mədəniyyət komitəsinin sədri Nizami Cəfərovun sözlərinə görə isə gülməli, eyni adın təkrarlanması xalqın dünyagörüşünün və fantaziyasının zəifliyindən qaynaqlanır: "Bu cür problemlərin yaranmaması üçün ad və soyad bankı yaratmışıq və toplanan adların hamısı VVAQ orqanlarına təqdim edilib. Komissiya hansı adların qoyulmasının məqsədəuyğun olmadığını da müəyyənləşdirib. Bu üsul təhqiramiz, gülməli, milli mənşəyi olmayan adların uşaqlara qoyulması hallarının qarşısını alacaq”.

Yeri gəlmişkən, Türkiyənin Ali Məhkəməsi uşaqlara "Memati" adının qoyulmasını qətiyyətlə qadağan edib. Səbəb "Memati" adının ərəb sözü olması və tərcümədə "ölüm", "ölümcül" mənasını verməsidir. Başqa bir maraqlı fakt, Pakistanda bir neçə il əvvəl Məhəmməd adının qoyluması qadağan edilib. Buna səbəb, bu adın Pakistanda çox yayılması və hər hansı cinayət hadisəsi zamanı çaşqınlıq yaratmasıdır.

Oğuz elinin başbiləni Dədə Qorqud adqoyma mərasimində deyirdi: “Adını mən vedim, yaşını, taleyini Tanrım versin”. Övladlarımıza ad seçən valideynlərin bəlkə də çoxusu bilmir ki, onun taleyinin çizilməsində Tanrı qədər olmasa da, valideynlərin də rolu var. Övladımızın adı onun yaxşı gələcəyinin açarıdır, bu açarı xeyir-dua ilə yaradaq.

Lalə Mehralı

{r-rm} Bəyənməyib

Səhvi bildir  Baxış sayı 5144 Şərh sayı 46 Müəllif Azadqadin.az
Paylaş:
Facebook Twitter Google Plus Одноклассники ВКонтакте Мой Мир@Mail.Ru
Hörmətli istifadəçi, Siz sayta qonaq qismində daxil olmusunuz.
Daha çox imkanlardan yararlanmanız məqsədi ilə biz sizə qeydiyyat səhifəsini ziyarət etməyi məsləhət görürük.
  1. Offline selenay

    maarqli melumatdi tsk

    İmza:  Gülmək hər vaxt xoşbəxt olmaq üçün deyil. Bəzən elə gülümsəmələr vardır ki; ən böyük ağrıları gizləmək üçündür...!!!

  2. Offline Milaska.
    nem ola bilerrrr belkede duzdu mueyyen qeder

  3. Offline Sabahım.
    Əşi boş şeydir.Ad hec nəyi ifadə etmir.Necə deyərlər-adini mən qoydum taleyini ALLAH versin.Mənim adim nənəmin adidir.oğlum qaynatamin adini daşiyir.
    İmza: 




    AMİNLƏR BOŞA DEYİL.......HƏR ŞEYİN ZAMANI VAR.......

  4. Offline Sevinc.F
    Maraqli mobzudu. Mutleq nezere alacam.
    Teshekkurler..

  5. Offline seven-kiz
    maraqli movzudu tehsekkurler..

  6. Offline HEYATIM
    BU HAQDA HEC MELUMATIM YOX IDI
    İmza:  Heyatini ele yawa ki, donub arxaya baxanda uzun qizarmasin...

  7. Offline TATLI GUZEL
    hec bilmirdim.twk
    İmza:  La la ben de boyleyim
    La la hem de boyleydim ♥ :))

 Məlumat

Hörmətli Qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.
Scroll To Top