Azadqadin.az saytına xoş gəlmisiniz! Bu xəbər saytda aktiv olan ilk xəbər idi... 11.02.11

11-02-2015, 08:00  |  Maraqlıdır / Azadqadin.az

11 fevral 2011-ci il tarixində (11.02.11) Azərbaycanda azlıq təşkil edən qadın saytlarından biri də artdı. Böyük iddialarla azadqadın.az da bu sıraya qoşuldu.


 

Saytımızın məqsədi-məramı haqqında qısaca deyim ki, bu məkanda zamanla əsasən qadınların cəmiyyətimizdə üzləşdiyi problemlərdən söz açılıcaq və çıxış yolunu birlikdə arayacağıq. Daha ətraflı AZADLIQ VERİLMİR, ALINIR bölməsinin girişində oxuya bilərsiniz. Azadqadın.az ilk saytdır ki, hər bir bölmənin mahiyyəti haqqında o bölməyə daxil olduğunuzda başda narıncı fonun üzərində qısa xülasə yerləşdirib.

 

O cümlədən HÜQUQUNU BİL bölməsində öz hüquqlarınızı öyrənəcəksiniz. Çünki, yalnız hüququnu, qayda-qanunları bilənlər problemlərlə daha rahat mübarizə aparmağı bacarırlar.

 

Saytımızın ən maraqlı bölmələrindən biri KIŞI VƏ QADIN SÖZ DUELIdir. Bu bölmə isə eksluziv olaraq Azadqadın.az layihələrinə daxildir. Burada yerləşdirilən yazılarda adından göründüyü kimi, bir mövzuya əks düşüncəli qadın və kişilərin fikrini öyrənəcək və onlar qarşı-qarşıya qoyulacaq. Məsələn: Bölmə üçün hazırlanan ilk xəbərdə ateist kişi ilə dindar qadın «İslamda qadına münasibət» mövzusu ətrafında duelə çıxıblar.

 

Azadqadın.az-da maraqlı və hər birinizin zövqünü oxşayan rəngarəng bölmələr məhz sizlərin maraqlarına uyğun olaraq yaradılıb. Zamanla bu mövzulara uyğun xəbərlər sizin ixtiyarınıza veriləcək. Bunun üçün sadəcə saytımızı gündəlik ziyarət etmək və yeni, ekskluziv xəbərləri qaçırmamaqdır.

 

Maraqlı mövzuları, müxtəlif sahələri əhatə edən əsas və yarım bölmə olaraq saytda 52 bölmə yerləşdirilib. Ayrıca 9 mövzunu özündə birləşdirən GÖZƏL QADINLARIN SİRRİ isə özünə qulluq edən, baxımlı xanımlar üçün yaradılıb.

 

 Digər qadın saytlarından fərqli olaraq biz qapılarımızı kişilər üçün də açmışıq. Azadqadın.az yalnız uşağa baxmaqdan, məxbəxdən yox, ümumi cinsindən asılı olmayaraq hər kəsə lazımlı olacaq mövzulara üstunluk verdiyi üçün bəylər də bu saytda istədiklərini tapa bilərlər.

 

Niyə bəylərin bu sayta gəlməsində maraqlıyıq?


Adətən qadın təşkilatları, saytları sadəcə qadınlardan ibarət olduğuna görə, hər hansı qadın zorakılığından bəhs edərkən özümüz deyib, özümüz eşidirik. Bu nəyə lazımdır? Əslində bu cür toplantılarda kişilər çoxluq təşkil etməlidir, yazılar onlar üçün yazılmalıdır. Hər iki tərəf problemin kökünü araşdırmalı və həlli yollarını tapmalıdır.

 

Sosial, yalnız ciddi mövzulardan bəhs edən saytların istifadəçi kontigenti az olur. Bu cür saytlarla yalnız ziyalı insanlar maraqlanır. Bizim məqsədimiz isə, yalnız ziyalıların yox, hər bir yaş təbəqəsinin, sənət sahibinin, xüsusilə də gənclərin diqqətini problemlərə cəmləşdirməkdir. Bu səbəbdən azadqadın.az-da ciddi mövzularla yanaşı, əyləncə bölmələri də var.  Əylənməyə meylli gənclər sayta yollarını salarkən, eyni zamanda cəmiyyəti narahat edən məsələlərlə də tanış olacaq.


UĞUR VƏ PUL QAZANMAĞIN YOLLARI bölməsi də məhz hər iki cinsi maraqlandıran mövzulardan biridir. Bu bölmənin xəbərlərini izləməklə karyeranızda yüksəliş edəcəyinizə əminik.

 

AİLƏ QURMAQ İSTƏYİRƏM! bölməsi isə tənha insanların öz yarını tapması məqsədilə yaradılıb.

 

Azadqadın.az-ın digər həmkar saytlardan daha bir üstünlüyü 4 sahədə insanlara yardım edəcək - həkim, hüqüqşünas, psixoloq və kosmetoloq onlayn məsləhət bölmələrinin mövcudluğudur. Bu sahədə problemi olanlara peşəkar müxəssislər tərəfindən pulsuz məsləhətlər  veriləcək.



Bunları oxumaq məsləhətdir:


Saytin qaydaları

  "XƏBƏR ƏLAVƏ ET" bölməsindən necə istifadə etməli?


Azadqadın.az-a dostunu dəvət et, pul qazan!


Saytda statuslar


1 bəyənməyib

Səhvi bildir  Baxış sayı 685 Şərh sayı 22 Müəllif Azadqadin.az
Paylaş:
Facebook Twitter Google Plus Одноклассники ВКонтакте Мой Мир@Mail.Ru
Hörmətli istifadəçi, Siz sayta qonaq qismində daxil olmusunuz.
Daha çox imkanlardan yararlanmanız məqsədi ilə biz sizə qeydiyyat səhifəsini ziyarət etməyi məsləhət görürük.
  1. Offline lady sweet
    tek istfade etdiyim bu saytdir ve cox xosum gelir bele bir sayti acdiginiz ucun tesekkurler 0115
    İmza:  Mən kimsənin məcburi istiqaməti deyiləm !
    Kimsədə mənim çıxılmaz dar küçəm deyil..!

  2. Offline Nergiz love
    Mende heqeqten tek busaytda varam.uzun omurlu olsun saytmiz.
    İmza:  .DEYERI AZALMAYAN,EKSINE HERGUN ARTAN SEY ÔVLADDIR.

  3. Offline Vetenperver
    Bu saytda başqa qadın saytlarından fərqli olaraq qadınlar kişi userlərə pis baxmır,aşağılamır(istisnalara həmişə var) ona görə məndə bu saytı sevirəm.Əlbətdə baxır kişiyə.Burdakı qadınlara böyük hörmətim var.

  4. Offline Ay_Sun
    Sitat: SEVDA
    Saytın yaradıcı heyyetine tewekkürler......
    İmza:  ♥ ATA: Xəzinə qapısıdı açmasını bilənə...!
    ♥ ANA: Cənnət qapısıdır girməsini bilənə ...!
    ♥ Qardaş: Gönül aynasıdır baxmasını bilənə...!
    ♥ Bacı: Güldür çiçəkdir... görməsini bilənə...!

  5. Offline boris arxan
    yaxsiki burda varam 0123
    İmza:  Bilirsen ne vaxt qedrimi anlayacaqlar... weklim bir neferin elinde.. ozum ise 4 neferin ciyninde gedende....?

  6. Offline BULUTUM
    En qemli animda bu sayiti tapdim.Var olun.[right][/right] 0140
    İmza:  Dua et bir gun xowbext olacaqsan, sebirli ol bir gun duani yawayacaqsan....

  7. Offline SEVDA
    Saytın yaradıcı heyyetine tewekkürler......
    İmza:  99 derde derman dua:"Le havle vela qüvvete illa billah".

    Bir qadının heyat yoldaşına vere bileceyi en gözel hediyye temiz adı ve namusudur....

  8. Online Ag Gul
    Sitat: sevgi istanbul
    yaxsiki burda varam...
    İmza:  Я я я Люблю тебя

  9. Offline 007
    Saytimiz uzun omurlu olsun.
    İmza:  ♣♠♦♥

  10. Offline Gulya2676
    Sitat: gulcin70
    Sayt, elə ilk gündən öz sözünü deməyi bacarıb..
    Yaxşı ki varsan, Azadqadın.az!


  11. Offline N....N92
    Maraqlidir...
    İmza: 

  12. Offline Narin-Ulker
    heyatimda en uqurlu gunum bu sayta uzv olduqum gundur hemise var ol Azadqadin.az sayti 0109

  13. Offline SEVA
    yaxsiki burda varam...
    İmza:  https://youtu.be/8-SAEsOaz-g

  14. Offline Nara88


    love Tesekkurler
    İmza: 

  15. Offline flovers
    Sitat: fea omer
    bu sayt menim gizli dunyamdi

    İnanmazsan amma mende de
    İmza:  Deyiяləя düиyaиı gözəlliк xilas edəcəк мən hələdə iиaиa bilмirəм кi,düиyaиıи тaleyi мəиdəи asılıdıя(LoVe)

  16. Offline Miraj
    bu sayt menim gizli dunyamdi
    İmza:  Ədaləti anlamaq, gözəlliyi duymaq, yaxşını arzu etmək – şüurlu həyatın mənası budur.

  17. Offline gulya88
    Sitat: mila21
    SUPER SAYITDIR TEBRIKLAR 0158 0123

  18. Offline nurlana nurlana
    Sayıt her cehetde superdiiiii 0140
    İmza:  SENSİZ SENİNLEYEM

  19. Offline Gülçin-70
    Sayt, elə ilk gündən öz sözünü deməyi bacarıb..
    Yaxşı ki varsan, Azadqadın.az!

    İmza:  Kül qədər dəyəri olmayan insanların özlərini od sanması çox qəribədir..

  20. Offline mila21
    SUPER SAYITDIR TEBRIKLAR 0158 0123

  21. Offline ●♥ Meley ♥●
    Bu sayt No:1 0115
    İmza:  Берегите и цените свою мать.
    Она не вечна.

  22. Offline perishka2
    Mən şəxsən bu saytı çox sevirəm.

    İmza:  Xoşbəxtlik izah edilə bilməz, yaşanar. O səbəblə xoşbəxt olduqlarını izah edən insanlara həmişə şübhə ilə baxdım..



 Məlumat

Hörmətli Qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.
Bootstrap Slider
Scroll To Top