İslam fiqhində..Uşaqsaldırma (abort) hamiləlikdən qorunma üsulu deyil..

28-07-2011, 14:00  |  Həyat tərzi » İslam

 

İslam fiqhində..Uşaqsaldırma (abort) hamiləlikdən qorunma üsulu deyil..

1) Uşaqsaldırma fiqhi baxımdan
     Uşaqsaldırma günahdır və bu işə razı olan valideynlər də günahkardırlar.
     Uşaq saldırmaq şərən haramdır və hеç bir halda caiz dеyil. Yalnız hamiləliyin ananın həyatı üçün təhlükəli olduğu halda ruh daxil olmazdan qabaq saldırmağın işkalı yoxdur. Lakin ruh daxil olduqdan sonra hеç bir vəchlə, hətta əgər hamiləliyin davam еtdirilməsi ana həyatı üçün təhlükəli olsa bеlə, caiz dеyil. Amma əgər hamiləliyin davam еtdirilməsi həm ananın, həm də uşağın həyatını təhlükəyə salarsa, uşağın həyatını xilas еtmək də hеç bir vəchlə mümkün olmazsa, lakin təkcə ananın həyatının xilas еdilməsi mümkün olarsa, bu halda uşağı saldırmağın еybi yoxdur. (Xamenei “Şəri suallara cavab”, c.2, sual: 178; Lənkərani “Cameul-məsail”, sual: 1752; Sistani “Tovzihul-məsail”, “Mulhəqat”, məs. 73)
     Sadəcə olaraq iqtisadi çətinliklərin varlığı ilə uşaq saldırmaq caiz dеyil.(Xamenei “Şəri suallara cavab”, c.2, sual: 173)
     Həmçinin rüşеymin hansı ayında olursa olsun, sadəcə naqis olacağını, yaxud doğuşdan sonra həyatı boyu çətinliklərlə qarşılaşacağını əsas tutaraq uşağı saldırmaq caiz dеyil. (Xamenei “Şəri suallara cavab”, c.2, sual: 175)
     Əgər qadın özü uşağı salmaq üçün hər hansı bir işi görsə və uşaq düşsə, günah etmişdir və dərhal tövbə etməlidir və deyiləcək miqdara uyğun olaraq diyəni uşağın atasına (Sistani... atasına və ya başqa varislərə ödəməlidir) ödəməsi vacibdir. (Lənkərani “Cameul məsail”, məs 1947, 1952 və 1973 ; Sistani. T.m, “mulhəqat”, məs. 73)
     Əgər uşağın düşməsinə ata bais olsa, onda ona vacibdir ki, anaya diyə ödəsin. (Lənkərani “Cameul məsail”, sual 1973; Sistani T.m, “mulhəqat”, məs. 73)
     Əgər həkim uşağı salmağa vasitə olsa, onda həkim diyə ödəməlidir.(Sistani T.m, “mulhəqat”, məs. 73)
     Varislər diyəni bağışlaya da bilərlər. (Sistani T.m, “mulhəqat”, məs. 73)
     
     
     Uşaq saldırmağın diyəsi
     
     • Nütfə olduğu müddətdə diyəsi – 20 şəri misqal sikkəli qızıl (hər misqal 18 noxud)
     • Ələqə (qan laxtası) olduğu müddətdə diyəsi – 40 şəri misqal
     • Muzğə (ət parçası) olduğu müddətdə diyəsi – 60 şəri misqal
     • Sümük olduğu müddətdə – 80 şəri misqal
     • Sümüyə ət gəldikdən sonra – 100 şəri misqal
     • Ruh daxil olduqdan sonra – Oğlan olsa, 1000 şəri misqal, qız olsa, 500 şəri misqal
     (Lənkərani “Cameul məsail”, məs.1946)
     
     
     2) Uşaqsaldırma mənəvi-psixoloji və tibbi baxımdan
     Çoxları doğulmamış körpəni “insan” yox,qadının öz mülahizəsinə görə istədiyi kimi davrana biləcəyi bir “döl” adlandırmağı daha üstün tutsalar da, mənən zəngin insanlar başa düşürlər ki, insanın yaranışı məninin(sperma) yumurta hüceyrəsi ilə mayalandığı ilk andan başlayır. Hətta qədim Çində bəzən insanın yaşını yarandığı gündən hesablayırdılar. Yəni uşaqsaldırma kiçik uşağın qətl tarixidir.
     Tibbi nöqteyi-nəzərdən uşaqsaldırma mümkün təhlükəli ağırlaşmalara aparıb çıxara biləcək bir proseduradır.
     Statistikaya görə dünyada hər il 36-53 mln uşaqsaldırma həyata keçirilir. Bu o deməkdir ki, hər 4 hamiləlikdən biri doğuş yox, süni uşaqsaldırma ilə nəticələnir və bu qadınların müəyyən bir hissəsi uşaqsaldırmanın ciddi nəticələri ilə üzləşirlər.
     Uşaqsaldırmanın ağırlaşma halları müxtəlifdir və hamiləliyi süni şəkildə sona çatdıran qadınlardan 10-20 faizi bu hallarla üzləşirlər. Bu ağırlaşmaların bir qismi süni uşaqsaldırma cərrahiyyəsinin düzgün həyata keçirilməməsi ilə əlaqədar baş verir. Başqa ağırlaşma hallarının səbəbi isə zorakılıqla sona çatdırılmış hamiləlik prosesi zamanı qadın orqanizmində baş vevmiş dəyişikliklərdir.
     Süni uşaqsaldırmadan sonrakı ağırlaşma hamiləliyin müddətindən asılıdır: hamiləlik nə qədər irəliləyibsə, ağırlaşma ehtimalı bir o qədər artır.
     Ağırlaşma 2 növ olur: erkən və sonrakı. Erkən ağırlaşma cərrahiyyə zamanı və ya cərrahiyədən dərhal sonra baş verir.
     Tez-tez müşahidə olunan erkən ağırlaşmalardan biri uşaqlıq qanaxmasıdır. (Bu, abortdan sonra bir həftədən artıq gələn çoxlu qan axıntısıdır). Əgər qan axıntısı kəsilməsə, dərhal həkimə müraciət etmək lazımdır. Həkim təkrar cərrahiyyə apardıqdan sonra qanaxmanı saxlamaq mümkün olmadıqda isə qadının uşaqlığını ləğv edirlər.
     Qeyd etmək lazımdır ki, uşaqlığın divarları çoxsaylı kürtaja (qaşınıb təmizlənmə) məruz qaldıqda o qədər nazilir ki, artıq növbəti hamiləliyi daşımaq mümkün olmur.
     Belə hallarda qadına sterilizə olunmaq məsləhət görülür.
     Uşaqsaldırmanın ən ciddi ağırlaşmalarından biri də uşaqlığın divarının cərrahiyyə aləti ilə deşilməsidir. Uşaqsaldırmanın sayı artdıqca deşilmə ehtimalı bir o qədər artır. Həmçinin uşaqlığında əvvəlcədən iltihabi xəstəlik olan qadınlarda uşaqlığın divarı tez deşilir. Zədələnmə, deşilmə kiçik olarsa, tikiş vurulur. Əgər zədə daha ciddidirsə və ya qanaxma ilə müşayiət olunursa, uşaqlıq ləğv edilir. Bəzən deşilmə zamanı iri damarlar, böyrəklər, sidik kisəsi zədələnir. Bu zaman peritonitin (qarın iltihabının) inkişafına zəmin yaranır.
     Uşaqsaldırma zamanı uşaqlığın boynunun zədələnməsi də baş verə bilər. Bu zaman növbəti uşaqsaldırmalarla nəticələnən iltihabi xəstəliklərin inkişafı riski artır. Bundan əlavə cərrahiyyə zamanı döl yumurtasının yarımçıq kənarlaşdırılması da tez-tez baş verir. Cərrahiyyənin yaxşı aparılıb-aparılmadığını öyrənmək üçün ultrosəs müayinəsi aparmaq lazımdır. Döl yumurtasının qalıqları aşkar edilərsə, təkrar kürtaj (qaşıma) aparılmalıdır. 
     İkinci növ ağırlaşma isə bir qədər vaxt, hətta 2-3 il keçdikdən sonra üzə çıxa bilər. 
     İkinci dərəcəli ağırlaşmalara cinsi orqanların iltihabi xəstəlikləri aiddir (endometrit, salpinqoofrit və s.) Əksər vaxtlar iltihabın səbəbi qadının cinsi sistemində əvvəllər latent (qizli) şəkildə mövcud olmuş şəxsi infeksiyaların aktivləşməsi olur. Mikroorqanizmlərin aktivləşməsi və iltihabın inkişafına səbəb isə kürtaj zamanı uşaqlığın divarı və uşaqlığın boynunda yaranan travmatik zədələnmələrdir. Xronik iltihablar daimi, təkrarlanan xarakter daşıyır və müalicəyə çətinliklə təslim olur. Çox zaman belə iltihabın nəticəsi yumurtalıqların, uşaqlığın fəaliyyətinin pozulması, müntəzəm uşaqsaldırma və sonsuzluq olur. Halbuki abortun bütün ağır nəticələrini (həm fiziki, həm də mənəvi-psixoloji) asanlıqla dəf etmək olar. Bunun üçün hamiləlikdən qorunma üsullarına şüurlu yanaşma lazımdır. Müasir tibb mayalanmağın qarşısını alan vasitələrin böyük seçimini təqdim edir. Bunlardan vaxtlı-vaxtında və düzgün istifadə həm sizin cisminizi, həm də ruhunuzu arzuolunmaz hamiləliyin iztirabından qoruyar.
     Yadda saxlayın! Uşaqsaldırma hamiləlikdən qorunma üsulu deyil!

0 Bəyənməyib

Səhvi bildir  Baxış sayı 2767 Şərh sayı 50 Müəllif E-A
Paylaş:
Facebook Twitter Google Plus Одноклассники ВКонтакте Мой Мир@Mail.Ru
Hörmətli istifadəçi, Siz sayta qonaq qismində daxil olmusunuz.
Daha çox imkanlardan yararlanmanız məqsədi ilə biz sizə qeydiyyat səhifəsini ziyarət etməyi məsləhət görürük.
  1. Offline leyla meherremova
    ƏN YAXŞISI HAMILƏ QALMA. _define046
    İmza:  Birlikdə gülürsənsə xoşbəxlik
    Birlikdə ağlayırsansa dostluq
    Birlikdə susursansa eşqdir..


  2. Offline Akademik
    Sitat: zoluwka
    mence ele hamile qalmamiwdan evvel hekimle meslehetlewib hamile qalmamaq ucun meslehet alinsa yaxwidi.cunki abortun qeti eleyhineyem ne olur olsun.

    RAZIYAM.
    İmza:  Allahımın qulu, nəfsimin ağasıyam!

  3. Offline Ayka21
    Allah günahımızdan keçsin

  4. Offline zoluwka
    mence ele hamile qalmamiwdan evvel hekimle meslehetlewib hamile qalmamaq ucun meslehet alinsa yaxwidi.cunki abortun qeti eleyhineyem ne olur olsun.
    İmza:  Torpaq kimi olmalısan, əzildikcə sərtləşməlisən. Səni əzənlər sənə möhtac qalmalı, həyatı səndə tapmalıdırlar!

  5. Offline sema dagistanli
    menim usaqlara qarsi hesasam nece usaq xestesi oldugumuda meni taniyanlar bilirler.duzdur bir azcig esebiyem amma onlarin bezen qelbine deyirem .amma sevdiyimden emin olmalari ucunde elimden geleni edirem .duzdur bu hali mende yasamisam amma istemezdim qanimdan canimdan ovladima bunu reva gorum .elimde olmayan sebelerden bunu etmisem amma qarsisini almisam birde bunu etmek istemirem.cox pis bir hissdir yasayanlar bilir.men hele cox hesasam ozume gelmeyim cetin olur pisikolojik duygu yasayiram.

  6. Offline G-----16
    Sitat: şeh
    VAXTINDA BİLMƏYİB ELƏMİŞƏM.ALLAH KEÇSİN GÜNAHIMDAN.

    AMIN CANIM ALLAH BUTUN GUNAHLARIMIZI BAGISLASIN
    İmza:  men askimin askiyam

  7. Offline TATLI GUZEL
    tesekkurler
    İmza:  La la ben de boyleyim
    La la hem de boyleydim ♥ :))

 İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Scroll To Top