Islamda Azadliq... (Günün xəbəri)

26-05-2011, 03:01  |  Həyat tərzi » İslam

 

Islamda Azadliq...

 



Insan  işlərini özü seçmək ixtiyarına malikdir. Baxmayaraq ki, bəziləri deyirlər: “İnsan gördüyü işlərdə məcburdur, ancaq güman edir ki, azaddır”.  İnsanın ixtiyar sahibi olmasına aid dəlillər vardır ki, onların bəzilərinə işarə edək:

 

Hər bir insan iş görərkən bəzən şəkkə düşür ki, bu işi görsün, yoxsa yox. Həmin şəkk etmək onun azad olmasına dəlalət edir. Yəni o, bu işi görə də bilər, görməyə də bilər.


Bəzən insanlar bir-birinin işini tənqid edirlər. Tənqid etmək özü də göstərir ki, o kəs bu işi görməyə də bilərdi, ancaq görmüşdür.

 

Hər bir insan ömründə bir dəfə də olsa, öz danışığından və ya rəftarından peşman olur. Həmin peşmançılıq bunu göstərir ki, o, bu işi görməyə də bilərdi. Belə ki, öz-özünə deyər:”Eh, kaş bunu etməzdim.

 

Bütün insanlar övladlarını tərbiyə edirlər, ya da müəllimə tapşırırlar. Bu onu göstərir ki, insan övladları əyri yolu qoyub, haqq yolu ilə irəliləyə bilərlər.

 

Beləliklə, şəkk, tənqid, peşmançılıq, tərbiyə - insan azadlığının dəlilləridir. Azadlıq bütün insanların arzusudur. Bunu heyvanlar da arzulayır. Belə ki, pişiyi qəfəsə salsaq, ona hər növ qida versək də, o, yenə narahat olacaqdır. O, daha çox küçələrdə sadə yemək yeməyə üstünlük verər.

 

Islamda Azadliq... (Günün xəbəri)


Behiştdə də əgər azadlıq olmasa, mömin əziyyət çəkər. Belə ki, müsəlman behiştə daxil olanda, Allaha behiştdə azadlığa çıxdığı üçün şükür edər. Və deyər: “Həmd, tamamilə bizə verdiyi vədəni doğruldan və bizi bu yerə varis edən Allaha məxsusdur ki, cənnətin harasında istəsək sakin olarıq”. (“Zumər” surəsi, 74).

Bütün bunlara baxmayaraq, insan - Allah bəndəsidir. Və gərək Onun göstərişlərinə əməl etsin. Əgər azadlığın sərhədi olmasaydı, insan öz azadlığını nəfsinə və meyllərinə təslim edər və dərəyə yuvarlanardı..

 

Azadlıq gərək İlahi qanunlar və ağıl çərçivəsində olsun. Başqalarının azadlığını tapdalamasın.


İnsanların bir dinə inanmağa və ya o dinin ibadətlərini yerinə yetirməyə məcbur edilməsi, İslamın özünə və ruhuna ziddir. Çünki İslamda səmimi iman, azad iradə və vicdanı qəbul ilə mümkündür. Əlbəttə Müsəlmanlar bir-birlərini Quranda izah edilən əxlaqi xüsusiyyətlərin tətbiq olunması üçün xəbərdar edə bilər, təşviq edə bilərlər. Quran əxlaqının, ən gözəl sözlə insanlara izah edilməsi, bütün iman edənlərin üzərinə düşən məsuliyyətdir. İman edənlər “... Rəbbinin yoluna hikmətlə və gözəl nəsihətlə çağır...” (Nəhl Surəsi, 125) bu ayə din əxlaqının gözəlliklərini izah edir, ancaq “Onların hidayətə çatması, sənin üzərində (bir öhdəçilik) deyil. Ancaq Allah, dilədiyini hidayətə çatdırar.” (Bəqərə Surəsi, 272).Heç vaxtinsanlar üzərində maddi ya da mənəvi təzyiq tətbiq etməzlər. Ya da dünyəvi bir imtiyaz tanınaraq, adamı din əxlaqının tətbiqinə yönəltməzlər. Təbliğlərinə qarşılıq mənfi bir cavab aldıqlarında müsəlmanların verdikləri cavab “Sizin dininiz sizə, mənim dinim mənə.” (Kafirun Surəsi, 6) şəklində olar..

 

0 Bəyənməyib

Səhvi bildir  Baxış sayı 1256 Şərh sayı 46 Müəllif Allahin Gulu
Paylaş:
Facebook Twitter Google Plus Одноклассники ВКонтакте Мой Мир@Mail.Ru
Hörmətli istifadəçi, Siz sayta qonaq qismində daxil olmusunuz.
Daha çox imkanlardan yararlanmanız məqsədi ilə biz sizə qeydiyyat səhifəsini ziyarət etməyi məsləhət görürük.
  1. Offline M.Aliyeva
    GOZEL XEBERDI , XEBERIN HER CUMLESIYLE RAZIYAM .
    İmza: 

    MEN PIS ADAMLARDAN INCIMIREM, ALLAHIN CEHENNEMI DOLMALIDIR , YA YOX?

  2. Offline leyla meherremova
    Sitat: Akademik
    gözəl xəbərdir. təşəkkür edirəm.

    http://i39.tinypic.com/t5qhci.gif
    İmza:  Heç kim tənha deyildir!..
    Kiminin Arxasında Şeytanı Vardır,
    Kiminin də yanında ALLAHI...s.s!!!

  3. Offline Akademik
    gözəl xəbərdir. təşəkkür edirəm.
    İmza:  Allahımın qulu, nəfsimin ağasıyam!

  4. Offline A.Sebine
    coxsagolun mence hersey oz cercivesinde gozeldir

  5. Offline Torpaq
    Təbliğlərinə qarşılıq mənfi bir cavab aldıqlarında müsəlmanların verdikləri cavab “Sizin dininiz sizə, mənim dinim mənə.” (Kafirun Surəsi, 6) şəklində olar..


    son vaxtlar ele bunu istifade edirem bacim.
    İmza:  Seyidlii ismariclara bax...

    Dogacaqdir ved etdiyi gunler Haqqin,
    Kim bilir belke yarin belke yarindan da yaxin...
    M.A.Ersoy

  6. Offline Meqa
    maraqlı ve gözel xeberdi teşekürler
    İmza:  Allahim mən səndən məkan istədim cənnətə bənzər, mən səndən sevgi istədim çiçəklərə bənzər, mən səndən qoruyucu istədim mələklərə bənzər, mən səndən həyat istədim sonsuza bənzər sən mənə ANAMI verdin!
    ALLAH ANALARI QORUSUN AMIN!

  7. Offline Ayka21
    Çox gözel xeberdi yazan elleriniz dert görmesin

  8. Offline Princess_93
    ALLAH razi olsun
    İmza:  Ayağıma dolaşan tək əngəl: - Gəlinliyimin ətəyi olsun ..

  9. Offline sevinc keder
    ALLAH RAZİ OLSUN smile
    İmza:  qapi ona doyulecek her kese acilar.

  10. Offline azeri_oglu
    Cox gozel xeberdi cox beyendim

  11. Offline TATLI GUZEL
    ne maraqli idi hemde ibret goturmeli movzu idi.tesekkurler
    İmza:  La la ben de boyleyim
    La la hem de boyleydim ♥ :))

 İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Scroll To Top