Sağlamlıq / Cinsi xəstəliklər

Hamiləlik zamanı cinsi münasibətlər

Aynur | 26-07-2013, 23:00
10 019 28


Hamiləlik dövrü çox cütün ictimai və cinsi həyatında bəzi məhdudlaşdırmaları özü ilə gətirər. Çünki körpəyə zərər verməmək üçün cütlər bu dövrdə cinsi əlaqəyə girməməyi seçərlər. Halbuki hamiləlik müddətin tərəfindən siz və yoldaşınız cinsi əlaqəyə girmək istədikdən sonra bunun körpəyə verə biləcək zərəri yoxdur.
Əlbəttə! Əgər hamiləliyiniz normal keçirsə, özünüzü yaxşı hiss edirsinizsə, hamiləliyin əvvəlindən axırına qədər sekslə məşğul ola bilərsiniz! Unutmayın ki, balanız ilk günlərdən məhəbbət dolu mühitdə böyüməlidir. Ancaq bəzi həkimlər hamiləliyin ilk həftələrində ehtiyatlı olmağı tövsiyyə edir. Siz nədənsə narahatsınızsa, həkimə müraciət edin. Kitablardan oxuduqlarınızla, ya da rəfiqələrinizin məsləhətləriylə kifayətlənməyin.
Hamiləlik dövründə yalnız bir neçə halda seksin təhlükəsi olar;
uşağın düşməsi təhlükəsi varsa və siz əvvəl də tez-tez uşaq salmısınızsa;
cift möhkəm deyilsə, ya ciftin yerləşməsində problem varsa;
çoxdöllü hamiləlik zamanı;
sizdə, ya yoldaşınızda cinsi orqanlarda infeksiya varsa (bir daha xatirladaq ki, bu məsələ hamiləliyə qədər həll olunmalıdır, hər iki valideyn həkimə müraciət etməli, xəstəliyi olub-olmadığını müəyyənləşdirməli, müalicə olunmalıdır, yalnız bundan sonra hamiləlik barədə düşünmək məsləhətdir).
Cinsi əlaqənin gələcək körpəyə zərəri yoxdur ki?
Yox. Uşaqlığın qalın əzələli divarları, eləcə də başqa orqanlar dölü qoruyur.
Düzdür, orqazmdan sonra dölün tərpəndiyini güman edə bilərsiniz, ancaq gümanınıza səbəb uşaqlığın yığılmasıdır. Gələcək körpənizi incitmədiyinizə əmin ola bilərsiniz. Onun heç nədən xəbəri yoxdur!
Bəs orqazm doğuşu tezləşdirmir ki?
Uşaqlıq doğuşa hazır deyilsə və döl yetişməyibsə, uşaqlığın yığılmasının zərəri yoxdur. Amma əgər doğuşa çox az qalıbsa, orqazm doğuşun başlamasına təkan verə bilər. Yəni seks sancıları gətirə bilər.
Hamiləlik dövründə qadının seksə marağı azalır?

Bu suala bir sözlə cavab vermək mümkün deyil. Bəzi hamilələrin, əksinə seksə marağı əvvəlkindən çox olur. Bu halda cütlük hamiləlik dövrünü cinsi münasibətlərin ən gözəl dövrü kimi xatırlaya bilər. Amma bəzi hamilələrdə cinsi əlaqəyə maraq azalır, ya da tamam olür.
Çox vaxt hamiləliyin ilk 3 ayında seksə maraq azalır (xüsusilə ilk dəfə hamilə olan qadınlarda belə olur). Buna səbəb, hamiləliklə bağlı narahatlıq, qorxu, eyni zamanda toksikoz, yorğunluq, süd vəzilərinin kobudlaşması, hormonal dəyişiklik nəticəsində emosional vəziyyətin dəyişkənliyidir.
İkinci 3 ay ərzində seksə maraq adətən bərpa olunur. Hamilənin bədənində qan dövranı gücləndiyindən uşaqlıq yolunda sekresiya artır. Bu da eroqen yerlərdə hissiyyatın güclənməsinə, qadının orqazm qabiliyyətinin artmasına səbəb olur. Statistika göstərir ki, qadınların çoxu orqazmın nə olduğunu məhz hamiləliyin ikinci rübündə anlayırlar. Odur ki. fürsəti əldən verməyin.
Son 3 ayda yenidən problem yarana bilər. Qarınları böyüyən qadınlar çox vaxt çəkinir, özlərini cazibədar hesab etmirlər. Bəzilərində yenidən toksikoz başlayır.
Həyat yoldaşınızın cinsi istəkləri...
Hər şey tərəflərin özündən-xüsusiyyətindən asılıdır. Sevdiyi qadının hamiləliyi kişini yumşaltmaqla yanaşı məsuliyyət hissini artırır. Axı cəmi bir neçə aydan sonra onun statusu tamamilə dəyişəcək ata olacaq. Odur ki, yoldaşınızın seksə marağının azalması sizi qorxutmasın. Nəzərə alın ki, o da narahatdır. Xanımının sağlamlığı, hamiləliyin normal keçməsi onu da maraqlandırır və bəzən kişilər də gələcək körpələrini incitməkdən çəkinirlər.
Hər bir kişi, açıq deməsə də, sonsuzluqdan qorxur. Odur ki, xanımının hamiləliyi kişini sevindirməklə yanaşı, daha ehtiyatlı edir. Bu da seksə təsir göstərir.
Həm də bilin ki, qadınlar hamiləliklə bağlı dəyişiklikləri daha təbii qarşılayırlar. Amma kişi xanımının görünüşünün dəyişməsinə, yeni zövqünə və yeni əhvalına daha çətinliklə alışır.
Bir şeyi bilmək zəruridir; hamiləlik zamanı xüsusilə vacib olan ailə münasibətlərində harmoniyanı qorumaqdır. Qarşınızdakının da istəyini nəzərə alın, özünüzə də diqqətli olun. Özünüzə çox əziyyət verməyin. Hamiləlik dövründə seks çox da vacib deyil. Qarşılıqlı məhəbbəti ifadə etməyin yolu çoxdur!
İlk 3 Ayda
Hamiləliyin ilk 3 ayı, cütlər üçün ən çətin və ən uzun dövrdür. Mədə bulandınız və böyüməyə başlayan sinələrinizdəki ağrıdan ötəri özünüzü çox vaxt pis hiss edə bilər və cinsi istəksizlik duya bilərsiniz. Bu vəziyyətdə yoldaşınıza bir az səbrli olmasını və sizi anlamasını söyləməlisiniz.
3-7 ay arası
Hamilə olduğunuzu artıq qəbul etmiş və bununla yaşamağı öyrənmisiniz. Bu dövrdə cinsi arzularınız geri gəlmişdir. Mədə tapan idinizdən xilas olduğunuz üçün dilədiyiniz zaman cinsi əlaqə yaşaya bilərsiniz. Bu dövr bir çox qadın üçün ən güclü orgazmların yaşandığı dövrdür. Qan təzyiqinizdəki artım, hormonal sekresiyalarınız cinsi istəklərinizi qamçılayacaq. Vajinal mayeniz artdığından ən kiçik ağrı duymadən əlaqəyə girə bilərsiniz. Hələ körpəniz səbəbindən də qarınınız çox çox böyümədiyi üçün istədiyiniz mövqedə sevişə bilərsiniz.
7. aydan sonrası
Qarınınız gedərək böyüdüyü üçün hər mövqedə cinsi əlaqəyə girə bilməzsiniz. Bu dövrdə daha çox yan yataraq sevişməyi təcrübənin.Yldaşınızın qarınınızın üstünə çox çox basdırmamasına diqqət yetirin. Zatən hər mövqedə yata bilməmək, gün keçdikcə körpəniz üçün narahatlıqlanmaq və ağırlaşan bədəninizi zorla hərəkət etdirmək cinsi istəklərinizi özbaşına yatıracaq. Bu vəziyyətdə ön sevişməyi uzun tutmalı və bir-birinizi uzun müddət oxşamalısınız.
Diqqət,bilməniz lazım olan nöqtələr:
Hamiləlikdə cinsi bərabərlik əsnasında gıgıyenaya normalda olduğundan daha çox diqqət yetirməlisiniz.
Cinsi əlaqənizin sıxlığını bu dövrdə bir az azaldın. Məsələn yeni bir əlaqə üçün əvvəlki əlaqənizin üzərindən 24 saat keçməsinə diqqət yetirin.
Körpənizə zərər verməmək üçün daha çox sizin üstdə olduğunuz mövqeləri seçin.
Hamiləliyiniz irəlilədikcə yan yataraq cinsi əlaqəyə girməyə diqqət!
Qısacası siz və yoldaşınız hamiləliyiniz müddətin tərəfindən cinsi həyatınızı davam etdirmək istədikdən sonra bunun körpənizə zərər verməyəcəyindən əmin ola bilərsiniz.
Ancaq qarınınız böyüdükcə əlbəttə ki bir az daha diqqətli olmalısınız.



aaaaaaaaaa | 12 noyabr 2015 14:53 | Status: İstifadəçi | Şərh: 176
sukur mende ele problem olmayib fasile etmemisik feel
Real Madrid CF | 20 may 2015 15:00 | Status: Professional user | Şərh: 5 400
Tesekkurler oxumadim.
BULUTUM | 26 fevral 2015 20:44 | Status: Professional user | Şərh: 7 360
Qismet Allahdan.
Zulya | 12 iyul 2014 17:22 | Status: Gümüş user | Şərh: 1 644
Maraqlidi tewekkur
MELEK_ | 19 iyun 2014 12:29 | Status: Professional user | Şərh: 3 962
Sitat: LUNA
ilk hamileliyimde bele seylere fikir vermirdim,bu hamileliyim cox cetin kecir,yataq rejimi ile baslamisdim,1 sozle 9 ay qorunmaliyam,balam salamat olsun teki,1 qadin basqa ne ister ki?...

insallah, sag-salamat bitsin hamileliyin
Mehri-Ban | 19 iyun 2014 12:24 | Status: Professional user | Şərh: 1 338
ilk hamileliyimde bele seylere fikir vermirdim,bu hamileliyim cox cetin kecir,yataq rejimi ile baslamisdim,1 sozle 9 ay qorunmaliyam,balam salamat olsun teki,1 qadin basqa ne ister ki?...
Röyamsan. | 27 mart 2014 19:36 | Status: Brilliant user | Şərh: 6 122
Sitat: yanina
allah herkese nesib etsin ovlad sevgisi

Gulshen. | 17 fevral 2014 08:32 | Status: Qonaq | Şərh: 0
Mence hec bir zereri yox
nolduyeeeee | 14 fevral 2014 20:22 | Status: İstifadəçi | Şərh: 2
salam melumati oxudum tewekkurler........size bir sual vermek olarmi?

babocka | 18 dekabr 2013 21:22 | Status: Şərhçi | Şərh: 261
teshekkurler xebere gore
Kenan :) | 21 noyabr 2013 01:52 | Status: Şərhçi | Şərh: 351
twk xebere gore
NaraAzer | 23 oktyabr 2013 08:23 | Status: Professional user | Şərh: 1 380
Tesekkurler,bizde ilk 3 ay hersey normal idi.3 aydan sonra hekim ara vermeymizi istedi
wans meleyi | 26 sentyabr 2013 14:02 | Status: İstifadəçi | Şərh: 13
melumata gore twk yan yataraq cinsi elaqe daha tehlukesizdir ancaq bu duruwda orqazm olmaq cetindi
Narkoz | 12 sentyabr 2013 15:17 | Status: İstifadəçi | Şərh: 10
xowuma geldi.bele melumatlara gore TWK
Asli Azeri | 9 avqust 2013 22:50 | Status: Şərhçi | Şərh: 187
Cox doqrudur. Her bir qadin öz ayaqlari uzerinde durmaqi bacarmalidir. Asili olanda insan aciz olur, qorxaq olur.
Anonimka. | 2 avqust 2013 21:37 | Status: VİP user | Şərh: 624
oxumadım hələ çox tezdi vaxtı gəlsə oxuyaram,,,,təşəkkürlər
Billurə | 29 iyul 2013 16:53 | Status: Professional user | Şərh: 4 905
Sitat: XeyaleR
Hele var hem de cox sad


)))elədiki var))
Aytekin82 | 27 iyul 2013 22:06 | Status: Redaktor | Şərh: 6 619
Sitat: leyla meherremova
Əslində qadın qız uşağına hamilədirsə cinsi istək artır,yox oğlandırsa istək azalır,hətta bəzilərində iyrənmə də yarana bilir.Təbii ki,keçici olaraq.Hamiləlik vaxtı cinsi əlaqə doğumu asanlaşdırır.Ancaq qadının üstə olması daha zərərli ola bilər.


Düzdü belə deyirlər, amma bunu yaşayanların xoş halinə))))
Hər halda könüllü tikəni udmaq daha asan olur)))
Alone Girl | 27 iyul 2013 14:17 | Status: Gümüş user | Şərh: 1 688
Sitat: yanina
allah herkese nesib etsin ovlad sevgisi

amin
Melek-Mehdi | 27 iyul 2013 12:53 | Status: İstifadəçi | Şərh: 108
Her ne qeder zereri olmasada ehtiyatli olmaqda fayda var
yanina | 27 iyul 2013 12:42 | Status: Şərhçi | Şərh: 385
allah herkese nesib etsin ovlad sevgisi
XeyaleR | 27 iyul 2013 11:52 | Status: VİP user | Şərh: 573
Hele var hem de cox sad
Aynur | 27 iyul 2013 03:31 | Status: Professional user | Şərh: 382
Sitat: Torpaq
Yaxsi xeberdi..amma yarim basliqlari secilerse daha yaxsi olar cunki xeber uzundu yorucu olmasin

Vallah men hamile olanda bunnanda uzun xeberleri yorulmadan oxuyardim,bu nediki,hemde etraflidi.
Sitat: Gulnare4
tesekkur basimiza gelseydi bizde bilerdik INSALLAH geler

Insallah canim,tezlikle
Decel | 27 iyul 2013 01:31 | Status: Gümüş user | Şərh: 935
Sitat: Gulnare4
tesekkur basimiza gelseydi bizde bilerdik INSALLAH geler

can uzulme tezlikle sevinersen amin insALLAh
Gulnare4 | 27 iyul 2013 01:21 | Status: Gümüş user | Şərh: 1 256
tesekkur basimiza gelseydi bizde bilerdik INSALLAH geler
Torpaq | 27 iyul 2013 00:38 | Status: Professional user | Şərh: 3 577
Yaxsi xeberdi..amma yarim basliqlari secilerse daha yaxsi olar cunki xeber uzundu yorucu olmasin
Sumeyye | 27 iyul 2013 00:20 | Status: Professional user | Şərh: 1 725
ox vaxt hamiləliyin ilk 3 ayında seksə maraq azalır (xüsusilə ilk dəfə hamilə olan qadınlarda belə olur). Buna səbəb, hamiləliklə bağlı narahatlıq, qorxu, eyni zamanda toksikoz, yorğunluq, süd vəzilərinin kobudlaşması, hormonal dəyişiklik nəticəsində emosional vəziyyətin dəyişkənliyidir.

raziyam...
Aliyeva | 26 iyul 2013 23:57 | Status: Yazar | Şərh: 4 051
melumatcun tewekkur amma... kime laimdi oxusun
info

İnformasiya

Qonaq qrupunda olan ziyarətçilər bu məqaləyə şərh yaza bilməzlər.