Sağlamlıq / Qadın xəstəlikləri

Kontrasepsiya. Hamiləlikdən qorunma üsulları (Günün xəbəri)

dr.Samira | 25-05-2011, 23:01
30 169 88

 

Kontrasepsiya. Hamiləlikdən qorunma üsulları

 

 

Kontrasepsiya. Hamiləlikdən qorunma üsulları (Günün xəbəri)

 

 

 İnsanlar lap qədim zamanlardan arzuolunmaz hamiləlikdən qorunmağın sirlərini bilirdilər. B.r.ə. II minilliyin ortalarına aid olan "Ebersin papirusu" adlı əlyazmada,qədim misirlilərin ,ağö akasiya qətranı və baldan hazırlanmış vaginal kontraseptikinin resepti yazılmışdır.Müasir zamanda aparılmış araşdırmalar göstərmişdir ki,bu qarışığın kontraseptik effekti,onun tərkib hissəsi olan süd turşusunun spermisid təsiri hesabınadır. Antik Yunanlar və Romalılar çətirkimilər fəsiləsi bitkilərinin şirəsindən,yabanı yerkökünün toxumlarından hamiləlikdən qorunma və arzuolunmaz hamiləliyi sonlamdırmaq məqsədilə istifadə etmişdilər. Kontrasepsiyanın ideal üsulu,eyni zamanda həm 100% etibarlı,.həm də 100% təhlükəsiz olanı yoxdur.Ancaq müasir kontraseptiklər getdikcə ideala yaxınlaşmağa başlayıb.Ən çox istifadə olunan kontrasepsiya üsulları haqqında bir az məlumat yazmaq istərdim:


Türkəçarə kontrasepsiya(xalq üsulu)


1. Cinsi əlaqəni sperma axıtmadan öncə kəsmək. Ölkəmizdə ən çox istifadə olunan üsul olmasına görə populyarlıqda birinci yeri tutur.Bu təbii üsuldur.Bu zaman ,sperma axıtma anında kişi və qadın cinsiyyət orqanları toxunmamalıdır. Mənfi cəhəti ondadır ki,bəzən sperma axıtmadan öncə, tərkibində spermatozoidlər olan az miqdarda eyakulyat ifraz oluna bilər ki,bu da hamiləliklə "nəticələnər. Üstünlüyü ondadır ki,sağlamlıq üçün tam təhlükəsizdir. Cinsi əlaqəni yarıda kəsmək kişilər üçün ziyandır" fikri isə, təbiblərə görə mövhumatdan başqa bir şey deyil.

2.Təhlükəsiz günlərin hesablanması. Spermatozoidlər uşaqlığa düşdükdən sonra 5 sutka ərzində öz aktivliyini qoruyub saxlaya bilirlər.Menstruasiyadan əvvəlki və sonrakı 5 gün təhlükəsiz günlər sayılır. Əvvəlki 5 gün ərzində,yumurta hüceyrə artıq uşaqlıqdan qovulmaq üzrə olur,sonrakı 5 gün isə yumutrta hüceyrə mayalanma üçün hələ tam yetişməmiş olur.Bu günləri daha dəqiq bilmək üçün isə,gündəlik rektal hərarət ğlçülməli və cədvəl tərtib olunmalıdır.

3. Cinsi əlaqədən 10-15  dəq əvvəl uşaqlıq yoluna asetil-salisil turşusu(aspirin) tableti daxil etmək. Təsir mçexanizmi sadədir.Hərarəti aşağı salaraq ordan keçən spermatozoidlərin aktivliyini azaldır və məhv edir.Effekti 100%-li deyil,amma başqa vasitələr olmayanda istifadə etmək olar.


PREZERVATİVLƏR

 

 


 Prezervativlər demək olar ki,100% etibarlı üsuldur. Onlar əngəlləyən ,baryer üsullarına aiddirlər və populyarlığa görə ikinci yeri tuturlar.Cinsi yolla yoluxan xəstəliklərdən və xüsusilə də İİV-dən,QİÇS-dən qorunmağın yeganə etibarlı üsuludur.Yalnız düzgün istifadı zamanı prezervativlər etibarlı ola bilər. Bunu isə çox adam bacarmır.Prezervativi ereksiya baş verəndən sonra taxmaq lazımdır,"buruncuq"dakı havanı çıxarmaq lazımdır.

İstifadə müddəti bitmiş prezervativləri işlətmək olmaz!Hətta ən keyfiyyətli prezervativlər də yüksək hərarətə görə öz davamlılığını itirə bilərlər.Ona görə də,uzun müddət maşında,yaxud pul qabında saxladığınız prezervativlərdən istifadə etməyin.

Baryer kontraseptiklərinə diafraqmalar,kalpakcıqlar da aiddir.



 85-97% effektli olurlar.Həkim məsləhəti ilə istifadə olunmalıdır.Nəzərə almaq lazımdır ki,cinsi əlaqədən sonra onu 6 saat ərzində çıxartmaq olmaz və həmişə spermisidlərlə birgə istifadə olunmalıdır.


 SPERMİSİDLƏR

 


 

 


 Spermisidlər spermatozoidləri öldürərək hamiləliyin qarşısını alır. Kimyəvi maddələr olub,krem,vaginal şam,süngər formalarında istehsal edilir.Onlardan təklikdə,yaxud kalpakcıqlarla birgə istifadə etmək olar.

85-90% etibarlıdır.İstənilən yaşda qadınlar,istənilən zaman (laktasiya dövrü,abort və doğuşdan sonra) istifadə edə bilərlər.Hamiləlikdən qorumaqla yanaşı,cinsi yola ötürülən bəzi infeksiyalardan da qoruyur--qonokokkları,genital herpes virusunu,trixomanadları,solğun trepanemaları nəhv edir.Mənfi cəhəti isə odur ki,cinsi əlaqədən 15 dəq əvvəl istifadə olunmalıdır və ə\istifadədədn sonra əlaqəyə qədər yataqdan durmaq olmaz.


HORMONAL ÜSULLAR

 


 Bu üsulun təsir mexanizmi , qəbul olunmuş hormonların ovulyasiyanı tormozlanmasına əsaslanıb.Bir halda ki,yetişmiş yumurta hüceyrə yoxdu,demək mayalanma da olmayacaq.Etibarlıdır və asan istifadə olunur.hamiləlikdən qorumaqla yanaşı, süd vəzisinin xoşxasssəli şişlərinin,uşaqlıq və yumurtalıq xərçənginin,yumurtalıq sistlərinin,uşaqlıq miomasının,endometriozun və kiçik çanaq orqanlarının iltihabi xəstəliklərinin inkişafını ləngidir.Bu preparatlardan istifadə etmiş qadınların klimaks dövrü də çox yüngül keçir.Müalicə məqsədilə aybaşı siklinin pozulmalarında,hormonal disbalanslarda istifadə oluna bilər.

Mənfi cəhətləri --kökəlməyə və tüklənməyə səbəb ola bilər və cinsi yolla yoluxan infeksion xəstəliklərdən qoruya bilmir.


SPİRALLAR

 

 


 Uşaqlıqdaxili spirallar həm rahatdırlar,həm də yüksək effektli. Bir dəfə yeridildikdən sonra ,3-5 il (istifadə müddəti qablaşdırmada yazılıb) hamiləlikdən qoruya bilər.Lazım olan müddətdən artıq saxlamaq olmaz,iltihablaşa bilər.

Hər kəsə spiral qoymaq olmaz.Bu daha çox,ən azı bir dəfə hamilə olmuş qadınlara məzləhətdir.Hamiləlik keçirməyənlərdə uşaqlıq çox balaca olur və onlara mini- spiral gərək olur,bunu isə apteklərdə tapmaq çox çətindir.Bəzən isə mini spirallar da doğmamış uşaqlıq üçün böyük gələ bilər.

Müxtəlif materiallı və müxtəlif formalı spirallar mövcuddur.Yalnız bu müxtəlifliyin onların effektliyinə təsiri sübut olunmayıb.Belə ki,spirallar 98% effektlidir.


STERİLİZASİYA


Bu ən radikal metoddur,yəni bundan sonra hamilə qalmaq qeyri-mümkündür.Əgər bu üsula qərar vermisinizsə geri dönüşü olmadığını bilməlisiniz.Həm kişilər,həm də qadınlar sterilizasiya oluna bilərlər.Qadınlar,adətən,uşaqlıq borularını əməliyyatla bağlatdırmaqla,kişilər isə axtalanaraq.Bu üsul ən nadir istifadə olunan üsuldur.


QƏZA VƏZİYYƏTİNDƏ KONTRASEPSİYA


Əgər cinsi əlaqədən öncə qorunmaq mümkün olmayıbsa, bu zaman postkoital kontrasepsiyadan istifadə olunur. Bu üsula daha çox təcavüzə məruz qalanlar əl atırlar. Bu zaman,əlaqədən sonra 72 saat ərzində "zərbə" dozada hormonal preparat qəbul olunmalıdır.Bir çox ölkələrdə,xüsusilə belə vəziyyətlər üçün dozalaşdırılmış, Morning After(sonrakı gün) adlı preparatlar istehsal olunur. Lakin bunun da mənfi təsirləri var:

*Abortla müqayisədə çox zərərsiz olsa da ,uzun müddət istifadə edəndə ,daimi hormonal preparat qəbuluna nisbətən daha çox ziyanlı ola bilər,

*Adi kontraseptik üsullar əvəzinə postkoital kontraseptiyadan tez-tez istifadə eləmək lazım deyil.Əgər birinci istifadədə 98% effektli olursa,növbəti dəfələrdə 76 %-ə enir.

*əgər tromoemboliya,ürəyin işümik xəstəliyi,insult,süd vəzinin xərçəngi və s. kimi xəstəliklər varsa bu üsuldan istifadə etmək olmaz.

*Əgər postkoital kontraseptiadan istifadə etmisinizsə, və buna baxmayaraq hamiləlik baş tutmuşsa,abort elətdirmək məsləhətdir.Çünki zərbə dozasında estrogen hormonu almısınız,bu isə döldə ciddi xəstəliklər və inkişaf qüsurlarına səbəb olur.

Hansı kontrasepsiya üsullarının seçilməsi insanın istəyi ilə yanaşı tibbi göstərişlə də müəyyənolunur.Hər bir insana ən uyğun ola üsulu ancaq həkimi məsləhət verə bilər.

 

Sağlamlığınız öz əlinizdədir.İşi abort həddinə çatdırmayın,bunun qarşısını almaq üçün bir çox imkanlarınız var.


ESMERRi | 21 mart 2016 11:59 | Status: Brilliant user | Şərh: 5 471
Sitat: dılay
Tesekkurler xebere gore
dılay | 11 mart 2016 18:54 | Status: Brilliant user | Şərh: 8 156
Tesekkurler xebere gore
Ajmqmpw | 2 mart 2016 22:29 | Status: İstifadəçi | Şərh: 36
QƏZA VƏZİYYƏTİNDƏ KONTRASEPSİYA aborta benzeyir,cunki ruseym bir gunluk de olsa yene ana betnindedirse demek canlidir ve onu oldurmek,yox etmek olmaz.
SEVDA | 22 may 2015 00:14 | Status: Nəzarətçi | Şərh: 17 564
37-ci like menden,twk...
seva9 | 21 may 2014 23:14 | Status: İstifadəçi | Şərh: 20
SALAM ASPIRINI YOXLAMAGA DEYER MENCE EN ASAN YOL BUDUR TESEKKUR.
Цуда | 8 dekabr 2013 16:24 | Status: Şərhçi | Şərh: 229
Tesekurler
sevinc30 | 27 mart 2013 19:37 | Status: Şərhçi | Şərh: 123
tsk
RaySum | 12 mart 2013 14:51 | Status: Professional user | Şərh: 2 606
twkler
Meqa | 17 fevral 2013 13:46 | Status: Professional user | Şərh: 2 078
ən yaxşısı spiral
Ayka21 | 26 iyul 2012 13:10 | Status: Yazar | Şərh: 2 780
Tesekkurler xebere gore
info

İnformasiya

Qonaq qrupunda olan ziyarətçilər bu məqaləyə şərh yaza bilməzlər.