Sağlamlıq / Qadın xəstəlikləri

Qadın 40 yaşından sonra-Klimaksın orqanizmə təsiri

Alizes | 21-02-2013, 19:00
9 574 49
Hansı qadın uzun müddət cəzbedici və valehedici qalmaq istəmir? Buna görə hər bir xanım həyatında adətən 40 yaşından sonra baş verən klimaks kimi xoşagəlməz halla rastlaşanda qorxu izində cazibəliliyin sonu gəldiyi haqqında düşünür. Bu zaman çəki ilə fədakar mübarizə başlayır. Bu mübarizədə qadını kişilərin gözlərində bu qədər arzu olunan və heyranedici edən qadın incəliyi zərər çəkir.
Ədalət naminə demək lazımdır ki, 40 yaşından sonra hər bir, hətta irsən çox arıq olan xanımlarında beli öz incəliyini itirir. Bu yaşda piy toxumaların yumurtalıqların bəzi funksiyalarını yerinə yetirdiyinə görə bununla mübarizə heç bir nəticəyə gətirməyəcək. Onlar, məhz dəri və həmçinin damar, ürək və ümumiyyətlə bütün orqanizm üçün çox vacib olan estrogenəoxşar hormonları (onlarsız dəri solacaq) emal etməyə başlayırlar. Əbəs yerə deyil ki, estrogenləri cavanlıq hormonları adlandırırlar. Belə ki, əziz xanımlar bəzi piy ehtiyatların olmasına yol verə bilərsiniz.

Qadın 40 yaşından sonra-Klimaksın orqanizmə təsiri

Artıq çəkiyə meyli olmayan xanımlar o qədər də çox deyil -4-5 % təşkil edir, əksəriyyəti isə klimaks dövrünə hətta 10 kq. və bundan da çox artıq çəki ilə yaxınlaşır. Onlardan azad olmaq hamiləlik vaxtı arıqlamaq deməkdir, yəni bunun kimi təhlükəli və lazımsızdır. Bu zaman hər bir xanıma hansı psixoloji tipə aid olduğunu anlamaq və səhvlərdən uzaqlaşmağa çalışmaq lazımdır.
Birincisi hayküyçü tipidir. İllər ötdükcə çəkini nəzarət altında saxlamağın çətin olduğunu müşahidə edirsiniz. Və qorxuya düşürsünüz, çünki qarşıda çəkinin artmasına gətirən klimaks dövrü var. Və özünüzü aclığa məhkum etməkdən başqa çıxış yolu tapmırsınız.
Bu "çıxış yolu” qadın orqanizminə çox ziyan verir. Bundan betər yalnız aclıq ola bilər. Aclıq vasitəsi ilə siz artıq çəkidən azad ola bilməyəcəksiniz, əksinə, daha artıq kilolar alacaqsınız. İş ondadır ki, menapauza zamanı aclıq daha kəskin təhlükə haqqında olan siqnal kimi hiss edilir və qəbul edilən qida ehtiyata toplanılır. Bu artıq çəkinin yaranmasına səbəb olur. Yalnız həkim xüsusi hallarda sizə aclığı təyin edə bilər. Menapauza zamanı (40-45 yaşdan sonra) qadına bunu etmək qəti qadağandır. Aybaşının bitməsinə 1 il qaldıqda və ondan sonra bir il ərzində aclıq etmək xüsusilə təhlükəlidir.

Bu problemin həllinin yolları:
a) Monopəhrizlərin köməyinə əl atmayaraq rasionun kaloriliyini 1200-1500 qədər azaltmaq lazımdır. Bu zaman əsas məqsədiniz çəkinin sürətli artmasına imkan verməməkdir.
b) Vahimənin şüurunuzu zəbt etməsinə imkan verməyin. Hətta az qida qəbul etdikdə çəkinizin artmasının qaçılmaz olduğunu bir fakt kimi qəbul edin. Hormonal sıçrayış keçdikdən sonra çəkini atmaq daha asan olacaq.
Məsləhət: ifrata vararaq 2 ölçü kiçik olan libas geyinməyə çalışmayın. Bununla vücudunuz incələşməyəcək, əsəbləriniz isə korlanacaq. Bədən quruluşunun daha gözəl olması üçün korreksiya edən alt paltarların: korsetlərin, kəmərlərin olduğunu yadınıza salın.

İkincisi təcrübəçi tipidir. Bütün dəbdə olan pəhrizləri və çəkinin azalması üçün möcüzəli vasitələri dərhal təcrübədən keçirirsiniz.
Təəssüf ki, möcüzələr olmur (onlar yalnız nağıllarda olur). Müxtəlif həblər və "tez arıqlamaq üçün” başqa vasitələr yalnız qısa müddətə iştahanı azaldır. Bununla belə, onlar hormonal fonu dəyişir və qara ciyərin işinə pis təsir edir.
Bu gün çox populyar olan xolesterinsiz pəhriz də faydalı deyil. Son tədqiqatlar müəyyən edib ki, bu pəhriz klimaksın tez baş verməsinə gətirir. Axı xolesterin steroid hormonları üçün xammaldır. Onların sırasına cinsi hormonlar da daxildir. Xolesterin qismən orqanizmdə sintez edilir, qalan hissəsi isə yağlı qida ilə daxil olur. Bəs bu qida orqanizmə daxil olmadıqda nə baş verir? Bu halda qadının seksə olan həvəsi itir və adətən aybaşı da kəsilir. Asan həzm olunan karbohidratları da rasiondan çıxarmaq olmaz, deməli Atkinsin pəhrizi cavan xanımlara daha uyğundur. 40 yaşdan sonra zülalı ehtiyatla qəbul etmək lazımdır. Atkinsin pəhrizi çox vaxt duzsuz pəhrizlə birləşdirilir. Və bu orqanizmin susuzlaşmasına və dərinin büzüşməsinə gətirir.
Qadınların çoxu hesab edirlər ki, çəkinin azalmasına oruc tutmaqla nail olmaq mümkündür. Nəticədə xroniki yorğunluqdan və seksual həvəsin azalmasından əziyyət çəkilər. Və bu ailədə münaqişələrə səbəb olur.

Bu problemin həllinin yolları:
a) Orqanizminiz üzərində təcrübələr aparmağın əvəzinə həftədə bir dəfə yüngülləşdirici gün təşkil edin. O. bir qayda olaraq asan keçirilir.
b) Xolesterinin miqdarını azaltmaq üçün qida rasionundan tort və başqa şirniyyatı çıxarmağa çalışın. Onların tərkibində şəkər və piyin zərərli birləşməsi vardır.
c) Xüsusi diqqət balığa yetirin. Ətdən fərqli olaraq o hormonlarla zəngin deyil. Okean balığı: siyənək, sardina, alabalıq, somğa, tunes, qızılbalıq xüsusilə faydalıdır. Balıq çox tez doydurur və onun tərkibində ürək üçün çox faydalı olan omega-3 piy turşuları vardır.


Məsləhət: yağlı qida qəbul etmə vərdişindən əl çəkə bilmirsinizsə, tərkibində xitin olan xüsusi preparatları qəbul edin. Bunu hər hansı bir yığıncaqdan əvvəl etmək lazımdır. İştahanı öldürən vasitələrdən də istifadə etmək olar. Lakin bu vasitələri yalnız ilk mərhələdə qida vərdişlərin dəyişdirilməsi üçün stimul kimi istifadə etmək lazımdır.


40 yaşlı qadının faydalı vərdişləri:
1) Tort yeməmək
2) Tərəzi əldə etmək
3) Məhsulların kalori cədvəli ilə tanış olmaq
4) Doyumlu səhər yeməyinə öyrəşmək
5) Gündə heç olmasa bir saat gəzməyə çalışın
6) Həftədə bir dəfə yüngülləşdirici gün təyin edin

Üçüncü qayğılı tip. Sizcə hər yerdə öz bədən quruluşuna nə qədər diqqət yetirdiyinizi göstərsəniz ətrafdakılar sizə daha çox hörmət edəcəklər.
Bu mövqe əks təsirlə nəticələnə bilər. Maraqlı fakt müşahidə edilir: elə ki qadın arıqlaması haqda söhbət açır ətrafdakılar onun artıq kiloqramlarını görməyə başlayırlar. Kişilər tərəfindən dəstək ala bilməyəcəksiniz. Daim pəhrizə riayət edən qadının narazı halı onları çox qıcıqlandırır.
Bu problemin həllinin yolları:

a)Hamıdan, hətta yaxınlarınızdan gizli olaraq arıqlayın. Çəkinizin azalması haqqında istəyinizi açıq bəyan etməyin. Bu halda ruh düşkünlüyündən, komplekslərdən və depressiyadan azad olacaqsız. Hamı ilə birlikdə qidanı qəbul edin, lakin onun miqdarını 2-3 dəfə azaldın.
b)Artıq çəkini özünüzə dərd etməyin. Ətrafdakılara bu vəziyyətə yumorla yanaşdığınızı göstərin.
Məsləhət:
makaron, çörək və sıyıqlardan imtina etməyin. Onların bədən quruluşuna verəcəyi ziyan çox şişirdilib. Buğdanın möhkəm növlərindən olan makaronları və bütöv taxıldan hazırlanmış çörəyi yeyin. Səhər yeyilən sıyıq isə günortaya qədər ac qalmamağa imkan verəcək. Lakin xoşlamadığınız qidanı qəbul etməyə özünüzü məcbur etməyin, çünki ləzzətlə dadılmayan yemək fayda verməz.

Dördüncü qayğısız tip. Sabah haqqında düşünməyərək bu günlə yaşayırsınız. Tort istədikdə onu yeyirsiniz, gecə iştahanız artanda soyuducuya tərəf qaçırsınız. Sizcə artıq biliklərin yalnız əhvalı pozur və qırışları çoxaldır.
Özünüzə qarşı bu cür qayğısız münasibət piylənməyə və xəstəliklərə səbəb olur. 40 yaşdan sonra sağlamlığı qorumaq və həmişə ayıq olmaq lazımdır. Bu zaman qəribə arzular yaranır, dad üstünlükləri, seksual hisslər və ümumiliklə həyata baxış dəyişə bilər. Ən dəhşətlisi isə odur ki. səbəbsiz olaraq çəki artmağa başlayır. Bütün bu faktorlar klimaksın başlanacağının əlamətləridir.
Bu problemin həllinin yolları:

a)Tərəzi alın və çəkinizə nəzarət edin.
b)Çəkiniz artmağa başlayıbsa həddindən artıq yeməyin və rasionunuzun kaloriliyini azaldın.
Məsləhət:
idmanla məşğul olun və buna ciddi yanaşın. Məşqlər müntəzəm olmalıdır. Bir müddətdən sonra məşqləri dayandırsanız çəkiniz daha da artacaq. Müntəzəm olaraq idmanla məşğul ola biləcəyinizdə əmin deyilsinizsə məşqləri başlamağa dəyməz. Alternativ kimi axşamlar gəzintiyə çıxa bilərsiniz. İqlim imkan verirsə xizək və ya velosiped sürə bilərsiniz. İstirahət günü hovuza gedə bilərsiniz. Unutmayın ki, fiziki yükləmələr müntəzəm olmalıdır, əks halda onların heç bir faydası olmayacaq.
Klimaks dövrü qadınlar üçün keçid dövrdür. Bu mərhələdə orqanizm cinsi yetkinlikdən yumurtalıqların hormonal funksiyasının bitməsinə keçir. Bəzi xoşbəxt xanımlar klimaksın başlanmasını heç hiss etmirlər. Əksər hallarda isə o, yüksək gərginlik, başgicəllənmə, təzyiqin artması, ürək döyüntüsü, tez yorulmaq, yuxunun pozulması, istilik hissiyyatı və çəkinin artması ilə səciyyələnir.
Əhval-ruhiyyənizin və vəziyyətinizin yaxşılaşdırılması üçün ümumi möhkəmləndirici su proseduraları və müalicəvi idmanla məşğul olmaq lazımdır. Vitamin terapiyasını və sakitləşdirici çayları da unutmaq lazım deyil. Az kalorili pəhrizlər və yüksək fiziki yükləmələr isə məsləhət deyil. Onlar çəkinin artmasına səbəb olur. Lakin bu o demək deyil ki, həddindən artıq yemək və idmanı unutmaq lazımdır. Əziz qadınlar hər şeyin həddini bilmək lazımdır! Və ruh düşkünlüyünə qapılmayın. "Keçid dövründən” sonra qadın üçün yaradıcılıq imkanlarının yüksəliş dövrü başlanır. Və ən əsası seksual münasibətlərin yaxşı tərəfə doğru dəyişməsi baş verir.

ESMERRi | 21 mart 2016 11:54 | Status: Brilliant user | Şərh: 5 459
Sitat: dılay
Kimler kecib bu dovru onlar yaxsi biler
dılay | 11 mart 2016 19:44 | Status: Brilliant user | Şərh: 8 150
Kimler kecib bu dovru onlar yaxsi biler
Aydan18 | 4 dekabr 2014 21:43 | Status: Şərhçi | Şərh: 490
Anam üşey kilimaks dövründədi lazmı tədbirləri görəm tşk
Qanad | 22 iyun 2013 08:53 | Status: Yazar | Şərh: 4 369
Kimler kecib bu dovru onlar yaxsi biler
SULTANIM | 4 iyun 2013 15:40 | Status: Ekspert | Şərh: 4 761
Cox cetin prosessdir.Allah hamiya komek olsun.
ayruska | 24 may 2013 15:03 | Status: Professional user | Şərh: 3 991
ALLAH HAMIYA KOMEK OLSUN
Akademik | 21 may 2013 14:49 | Status: Professional user | Şərh: 4 591
hmm...nələr gözləyir bizi?.....
Hande 18 | 13 aprel 2013 22:10 | Status: Professional user | Şərh: 3 310

twk amma 40 yasim cox var hele 18 yasimdayam

mariya1971 | 5 mart 2013 12:01 | Status: Şərhçi | Şərh: 101
Artıq qörxı 1 il var ki, keçmişəm. Çəkimi saxlamağa çalışıram, əziyyət çəkirəm. 1,55 boyum, 48 kq çəkimdir. Sözün əsil mənasında mücadilə aparıram. Əlbəttə ki, yaşımla. Hələ qocalmaq istəmirəm.
zoluwka | 26 fevral 2013 02:10 | Status: Professional user | Şərh: 3 175
40 hele cox var ama bilmek yaxwidi.umumiyetle hec olmasa ilde bir defe de olsa umumi hekim muayineden kecmek vacibdi.tewekkurler baciwka
Vetenperver | 25 fevral 2013 10:29 | Status: Professional user | Şərh: 6 742
Sitat: Aytekin82
Hindi demək istədiniz ki, elə sizdən ötrü yaşayırıq? Səhvin var....Amma xirdalamaq istəmirəm)))))))))))))))))))

Səhvim yoxdur,məndə xırdalamaq istəmirəm)))
Alizes | 23 fevral 2013 23:14 | Status: Yazar | Şərh: 2 601
Sitat: N.Lady
Onda sonra yavasca menim qulagima deyersende

Qulağıva pıçıldayaram n17
Əfşan | 23 fevral 2013 16:08 | Status: Professional user | Şərh: 1 717
deyerli xeberdi təşəkkurler
K.AWK.S.LOVE | 23 fevral 2013 00:12 | Status: Gümüş user | Şərh: 1 241
HMMM
Alizes | 22 fevral 2013 21:54 | Status: Yazar | Şərh: 2 601
Sitat: N.Lady
Alizes,
Deyerli melumatlardir tewekkurler ,bezen wubhelenirem deyirem goresen bu Nigar tesadufen hekim deyil ?

Her wey ola biler, Nergiz.... :)
ufuq 69 | 22 fevral 2013 21:45 | Status: Şərhçi | Şərh: 98
deyeli melumatlara gore tesekkur edirem calisacagam burda yazilanlara emel edim
Alizes | 22 fevral 2013 19:17 | Status: Yazar | Şərh: 2 601
Sitat: KAMA88

Kisilerde klimaks kecirir.Elbetde qadin basqa,kisi basqa cur...Bunu bilmek yaxsidi.

Menim bu movzuda da xeberim olub, xanim. Kiwi klimaksina Andropauza deyirler. Kohne yazilarimi axtarsaniz tapa bilersiniz.
Konka_20 | 22 fevral 2013 19:11 | Status: Şərhçi | Şərh: 100
cox zibil weydi menim anam onun ucbatindan rematizm oldu indide ayaqlari tutulub yeriye bilmir
Mavish | 22 fevral 2013 19:07 | Status: Brilliant user | Şərh: 2 392
Klimaks çox pis şeydi,gərək vaxtında müalicəsini etdirəsən,mamada klimak keçirir çox kökəlib mamam deyəndə yəni qaynanam

Sitat: sheh
oxsa mənim kimi elə bismillah eliyib pəhrizə otururam,hamıya car çəkirəm,üstündən heç iki saat keçmir ki,acıyıb peşman oluram,sora da öz-özümə ürək-dirək verib deyirəm ki;nə olsun e,hamı arıq olmaz ki?!!

Şükürlər mən pəhrizə yəni çörəyi tərgitmişəm gündə 1 yada 2 dəfə
sulu yeyirəm bəzənsə 2 xörək qaşığı suda isladılmış
qreçka yeyirəm 9 kilo arıqlamışam
Aytekin82 | 22 fevral 2013 15:46 | Status: Redaktor | Şərh: 6 619
Vetenperver,
Siz bizim gözümüzdə arzu olunan və heyran edici olmasaydız onda özünüzə heç baxmardız))).Həqiqəti qəbul edin əziz xanımlar)).

Hindi demək istədiniz ki, elə sizdən ötrü yaşayırıq? Səhvin var....
Amma xirdalamaq istəmirəm)))))))))))))))))))


Hələ 10 il var, inşallah belə problemlər yaşamaram)))))
sevinc keder | 22 fevral 2013 15:35 | Status: Professional user | Şərh: 3 825
40-a 20 il var hele wink amma atiram secilmiwlere 40 da gozden kecirderem .tewekkurler
Aytekin82 | 22 fevral 2013 15:34 | Status: Redaktor | Şərh: 6 619
Çəkimi nəzarətdə saxlaya, çox faydalı məsləhətlərə qulaq asa, əməl edə bilirəm bircə tort.... offffff mənim zəif yerim)))))))))))))))))

Eşşşşşş hələ 10 il var, işində ol, Ayka)))))
alisa1971 | 22 fevral 2013 12:55 | Status: İstifadəçi | Şərh: 12
mən öz çəkimi saxlaya bilmişəm 42 yaşımda 48 kq-
KAMA88 | 22 fevral 2013 12:43 | Status: Şərhçi | Şərh: 352
Kisilerde klimaks kecirir.Elbetde qadin basqa,kisi basqa cur...Bunu bilmek yaxsidi... n40
Zehra1 | 22 fevral 2013 12:41 | Status: Şərhçi | Şərh: 325
Hele 40 yawima cox var,
Aya:)) | 22 fevral 2013 12:32 | Status: Gümüş user | Şərh: 2 242
cox qorxuram
Vetenperver | 22 fevral 2013 12:30 | Status: Professional user | Şərh: 6 742
Sitat: Nurus
Yaziq qadinlar her ezaba onlar dozmelidirler

Eh demə,heyif deyil kişi olmaq.
Nurus. | 22 fevral 2013 12:22 | Status: Brilliant user | Şərh: 7 011
Ele qadinlar varki bu dovu yaxsi kecirir elesileride varki cetinlikle kecirirler.Yaziq qadinlar her ezaba onlar dozmelidirler
Vetenperver | 22 fevral 2013 12:08 | Status: Professional user | Şərh: 6 742
"Bu zaman çəki ilə fədakar mübarizə başlayır. Bu mübarizədə qadını kişilərin gözlərində bu qədər arzu olunan və heyranedici edən qadın incəliyi zərər çəkir."
Ehh deyirəm siz qadınlar həmişə öz həyatınızı kişilərin üzərində qurursuz))).Siz bizim gözümüzdə arzu olunan və heyran edici olmasaydız onda özünüzə heç baxmardız))).Həqiqəti qəbul edin əziz xanımlar)).
Bu arada yaxşı olarki yazılardı kişilərin gözlərində yox öz kişisinin gözündə.
Yaraqşıqlı və baxımlı qadın 40 yaşdada gözəl görsənəcək 45 yaşdada,hələ üstəlik bu yaşdanda yuxarı.Amma hər qadında bu olmur,özündən aslı olmayan səbəblərdə var.


Sitat: sheh
yoxsa mənim kimi elə bismillah eliyib pəhrizə otururam,hamıya car çəkirəm,üstündən heç iki saat keçmir ki,acıyıb peşman oluram,sora da öz-özümə ürək-dirək verib deyirəm ki;nə olsun e,hamı arıq olmaz ki?!!

)))Sənin pəhrizin səhər yeməyindən günorta yeməyinə qədər davam edir wink Bilirsən qadınlar kişilərə baxanda daha dözümsüz olur pəhrizə qarşı.
sheh | 22 fevral 2013 09:15 | Status: Yazar | Şərh: 3 361
)Hamıdan, hətta yaxınlarınızdan gizli olaraq arıqlayın. Çəkinizin azalması haqqında istəyinizi açıq bəyan etməyin. Bu halda ruh düşkünlüyündən, komplekslərdən və depressiyadan azad olacaqsız.

yoxsa mənim kimi elə bismillah eliyib pəhrizə otururam,hamıya car çəkirəm,üstündən heç iki saat keçmir ki,acıyıb peşman oluram,sora da öz-özümə ürək-dirək verib deyirəm ki;nə olsun e,hamı arıq olmaz ki?!!
info

İnformasiya

Qonaq qrupunda olan ziyarətçilər bu məqaləyə şərh yaza bilməzlər.