Münasibətlər / İntim hisslər

Ehtiraslı xanım necə olmalı?

Naza | 3-02-2012, 20:30
21 911 128
Ehtiraslı xanım necə olmalı?

Necə edim ki oğlanların xoşuna gəlim? Oğlanların gözləri isə daim axtarır. Kimi? Əlbəttə, gözəl və ehtiraslı xanımı.
Ehtiraslı və seksual qadının "baza"sında nələr olmalıdır? Cazibədarlıq nə hündür boyla, nə uzun ayaqlarla, nə gözəl saçlar, nə də qüsursuz üzlə ölçülmür.
Çox 100 %-lik qızlar var ki, kişilər onlar tərəfə heç gözlərinin ucu ilə də baxmırlar.
İstənilən qız, hətta gözəl olmayan qadın belə, xüsusi şərtlərə əməl edərək ən cazibədar və „can alan“ xanıma çevrilə bilər.
Güzgünün qarşısına keçin, özününzə tamam başqa gözlə, lakin diqqətlə baxın:

Ehtiraslı qadının bədəni

İdman görünüşlü-əzələləri tarım çəkilmiş və qamətli görünüş hər dövrdə, hər bir kişinin ideal saydığı bədəndir.
Düz kürək, boyun və çiyinlərdən uzaqsınızsa, ürəyinizi sıxmayın. Ən münasib yerdə ən asan idman növü ilə məşğul olun. İdman hərəkəti sizi yaşınızdan ən azı 5 yaş cavan saxlayacaq. Gözəl qamətli, incəbelli xanımlara baxan kişilər fikirlərində ağlagəlməz seksual fantaziyalar qururlar.

Seksual qadının fiqurası

Kim deyir ki, kişilər kök xanımları xoşlamırlar? Əksinə, nağara çubuqlu ayaqlar, kürəyin 12 qabırğasının da birdən görünməsi heç də ürəkaçan deyil. Boyunuza uyğun çəki: BUDUR İDEAL BƏDƏN.... Həddən artıq köklük, ağırlıq, bir sözlə, „yekəpərlik“ heç vaxt cazibə şərti sayılmır. Ən pəzəvəng kişilər də həmişə böyük çəkili və irigövdəli xanımlardan çəkiniblər. Çünki onunla „bacarmamaq“ qorxusu onların beyninə həkk olunub. Aşağı ətrafların enini və həcmini konkret olaraq 90 sm-ə çatdırmaq üçüçn əl-ayağa düşməyin. Son vaxtlar sübut olunub ki, kişiləri qadın budlarının köklüyü narahat etmir, əsas belin incəliyidir. Kişilər qollarının asanlıqla sarıla bildiyi və əllərinə sığışan belin „dəlisidirlər“

Seksual qadının saçları

Saç qadını uzaqdan,arxadan və ani görünüşdə nəzərə çarpdıran ən başlıca amildir.Əgər saçlarınızın quruluşu və görünüşü şampun reklamındakı xanımların saçlarına bənzəmirsə, onları yığmağa və kəsməyə tələsməyin.Ən gözəl saç ,təmiz yuyulmuş,səliqəli daranmış yaxud fenlənmiş və mütləq xoş qoxu gələn saçlardır.Kişilərin 70%-i yatağa dağılmış saçların qarşısında tab gətirə bilmir.

Ehtiraslı qadının yerişi

"Kişi yerişli", «qaçaraq» yerişli xanımlar... Hara tələsirsiniz? Belə yerişlə heç bir kişinin diqqətini cəlb etməyəcəksiniz. Ehtiraslı qadının yerişinin əlamətləri: yüngül, «qu kimi» ayaqlar bərabər məsafədə atılır, qarın bir qədər içəri dartılmış, baş düz, çənə sinənin bərabərində olmalı, gözlər düz baxmalı, əllər yanınca yellənməməli... Bədən hərəkətlərinizin plastikasını artırmaq üçün rəqsə getməyiniz məsləhətdi. İşdən evə yorğun gələn istənilən kişi qadının mətbəxə incə və nazlı yerişlə keçməsinə laqeyd qalmayacaq.

Ehtiraslı qadının baxışları

Anadangəlmə seksual və mənalı baxışı çox az adam qazanır. Dünyanın bütün modelləri, Merilin Monro uzunmüddətli təcrübə və məşqin sayəsində «can alan» baxışlara sahib olublar. Güzgü qarşısında əyləşin: diqqətlə yalnız gözlərinizə baxın. Yavaş yavaş fikirlərində yaxşı, maraqlı və şən hadisələr, sözlər canlandırın. Həmin an baxışınızın necə dəyişdiyini izləyin. Sizin xoşunuza gələn baxışda dayanıb, seçin və həmin baxışı «məşq» etdirin. Əks cinsin nümayəndələrinə baxanda elə edin ki, gözlərinizin dərinliyi gülsün, onunla gözlərin danışsın.

Seksual gülüş

Heç bir kişi gülüşə, özü də qımışaraq gülən gülüşə biganə qala bilməz. Gülərkən, danışarkən dişlərinizin 32-sini ağzınızın içini göstərməyin. Bu kişini qorxuda bilər. Ciddi, bir-birinə yüngülcə toxunan dodaqlar, incə gülüş, mütləq və mütləq təmiz dişlər... Araşdırmalara görə, ilk tanışlıq zamanı kişilərin 80%-i xanımın gözlərinə, dodaqlarına, dişlərinə baxır. Dodaqlarınız ya həmişəlik onu sizə bağlayacaq, ya da əbadi uazqlaşdıracaq. Çox qırmızı vəya tünd rəngli dodaq boyasını görüş zamanı çəkməyin. Ümumiyyətlə, kişilər boyasız, bir qədər nəm dodaqları xoşlayır.

Bədənin seksual ətri

Çox vaxt olur ki, gözəl bir kişi ona yaraşmayan və çirkin bir qadınla görüşür və evlənir. Bu, çox gözəl qadınları özündən çıxarır. Amma əsəbləşməyə dəyməz. Əsas məsələ bədənin ətrindədir. Qadının dərialtı piy təbəqəsinin ifraz etdiyi xüsusui rəngsiz, lakin iyli maddə spesifik və özünəməxsus olur. Lakin bu qoxu hər kişiyə xoş gələ bilməz. Bədənlərinin bir-birinə xoş və «oyadıcı» təsir edən evli cütlüklərin nigahı daha uğurlu olur. Heç bir bahalı ətir və ya krem təmiz dərinin ətrini vermir. Fikir vermisinizsə, hamamdan çıxandan sonra kişiləri qadınlarına daha çox yaxınlaşır, xoş sözlər deyirlər, nəinki hər hansı ziyafətə gedərkən bəzənib-düzənəndə... Kişilər qadınlardan daha təmizkardılar, halbuki əksinə olmalıdır. Ayaqlarını, qollarınızı depilyatorla təmizləyirsinizsə, onu müntəzəm edin. Kişiləri bilmək olmaz. Hərdən onların «yoxlama» əməliyyatları olur. Buna hazır olun.


loading...

İkinci dəfə evlənməyə ...

256 baxış, 4 şərh

Bakıda 32 yaşlı müəllimə 18 ...

23 367 baxış, 6 şərh

Bakıda məktəb yandı.Yanğın ...

1 643 baxış, 4 şərh

Iyul ayını gözləyirəm, elə ...

7 903 baxış, 3 şərh

Dünyanın ən xoşbəxt və ən ...

1 330 baxış, 10 şərh

“Səhv etmiş insanların ...

1 085 baxış, 3 şərh

Azərbaycanda qadınlar ...

752 baxış, 8 şərh

“Onu namusum yox, pul ...

5 732 baxış, 9 şərh

Bunları bilirdinizmi ? ...

2 068 baxış, 6 şərh

Körpələrin öldüyü yanğın ...

2 049 baxış, 12 şərh

Təyyarə qəzasında həlak olan ...

1 191 baxış, 5 şərh

Dəniz qızı | 24 sentyabr 2015 22:04 | Status: Brilliant user | Şərh: 7 030
Sitat: Akademik
<p>oxumushdum bu haqda. twkler</p>
Gulshen. | 17 fevral 2014 18:41 | Status: Qonaq | Şərh: 0
Tewekkur melumata gore
ay gunes | 20 oktyabr 2013 20:48 | Status: VİP user | Şərh: 894
tewekkurler
mehimim | 27 may 2013 23:51 | Status: VİP user | Şərh: 668
mende bunlarin coxu var
milaska-meryem | 21 may 2013 01:25 | Status: Şərhçi | Şərh: 129
Bunlari bilmeyenler hec aile qurmasinlar,cunki tezlikle qayidarlar.
dowann | 11 may 2013 18:42 | Status: Şərhçi | Şərh: 111
Ha ha ha bu xususiyetlerin hamısı mende var
Akademik | 3 aprel 2013 17:23 | Status: Professional user | Şərh: 4 595

oxumushdum bu haqda. twkler

Sevinc.F | 5 mart 2013 22:12 | Status: Gümüş user | Şərh: 954
Hmmmm tekrar sheylerdi ki.
Teshekkurler
sevinc keder | 18 oktyabr 2012 17:52 | Status: Professional user | Şərh: 3 825
Sitat: cucem.
DEMELI MEN


sen ne,,,?????
Narin_yagis | 10 oktyabr 2012 08:29 | Status: Gümüş user | Şərh: 603
HMMMM MARAGLİ XEBERDİ TŞK
Mavish | 26 avqust 2012 15:29 | Status: Brilliant user | Şərh: 2 397
Ehtiraslı qadının yerişi

"Kişi yerişli", В«qaçaraqВ» yerişli xanımlar... Hara tələsirsiniz? Belə yerişlə heç bir kişinin diqqətini cəlb etməyəcəksiniz. Ehtiraslı qadının yerişinin əlamətləri: yüngül, В«qu kimiВ» ayaqlar bərabər məsafədə atılır,

Düzü mən astagəl gəzə bilmirəm cəldəm

Güzgü qarşısında əyləşin: diqqətlə yalnız gözlərinizə baxın. Yavaş yavaş fikirlərində yaxşı, maraqlı və şən hadisələr, sözlər canlandırın. Həmin an baxışınızın necə dəyişdiyini izləyin. Sizin xoşunuza gələn baxışda dayanıb, seçin və həmin baxışı В«məşqВ» etdirin

hə son vaxtlardır məndə belə məşq edirəm baxışlarımı dəyişmək üçün xexe özüm-özümə vurulmuşameeee wink
_Nazlim_ | 26 avqust 2012 15:15 | Status: Professional user | Şərh: 2 273
caliwaram bezilerini duzeldem
Melek_sima | 26 avqust 2012 15:07 | Status: İstifadəçi | Şərh: 4
Maraqlı idi. Əlbəttə qadın baxımlı olmalıdı həmişə..
sevmez olaydim | 20 avqust 2012 09:33 | Status: Şərhçi | Şərh: 55
ela melumatlardi...men ince ve baximliyam n28
NANICKA | 17 avqust 2012 09:39 | Status: Şərhçi | Şərh: 220
HMMMMM MARAQLIYDI
cucem. | 14 avqust 2012 20:23 | Status: Professional user | Şərh: 4 429
DEMELI MEN n33
Sevinc_Bayramova | 14 avqust 2012 10:26 | Status: Yazar | Şərh: 798
doğru meslehetlerdir ne yaxşı ki ince ve baxımlıyam 1:0
QaRa-CiPp | 9 avqust 2012 16:56 | Status: İstifadəçi | Şərh: 36
n12
Efwin | 9 avqust 2012 16:51 | Status: İstifadəçi | Şərh: 1
elaaaaaaaaaaaaaaa

jasmin-87-b | 9 avqust 2012 01:24 | Status: Şərhçi | Şərh: 131
maraqlidi atdim secilmise
Nazli_Melek | 25 iyul 2012 21:19 | Status: İstifadəçi | Şərh: 58
lazimli melumatlardi emel etmeye deyer wink
AYKA_088 | 18 iyul 2012 14:47 | Status: İstifadəçi | Şərh: 1
Qadin mutleq her vaxt baximli olmalidir smile
Meryem Babayeva | 13 iyul 2012 02:39 | Status: İstifadəçi | Şərh: 7
Bu movzuda duzgun fikirler coxdur.Ama yoldasimiz dediyi kimi her kes oz erine gozel gorunmelidir.mence en duzgun fikir de ele budur............. n43 n21
Rushanli Ayka | 27 iyun 2012 13:27 | Status: İstifadəçi | Şərh: 1
yende twk-ler zehmet cekmisiz


her ne qederde bilsek bunlari yende yadimiza salirsiz
info

İnformasiya

Qonaq qrupunda olan ziyarətçilər bu məqaləyə şərh yaza bilməzlər.