Ehtiraslı xanım necə olmalı?

3-02-2012, 20:30  |  Münasibətlər » İntim hisslər
Ehtiraslı xanım necə olmalı?

Necə edim ki oğlanların xoşuna gəlim? Oğlanların gözləri isə daim axtarır. Kimi? Əlbəttə, gözəl və ehtiraslı xanımı.
Ehtiraslı və seksual qadının "baza"sında nələr olmalıdır? Cazibədarlıq nə hündür boyla, nə uzun ayaqlarla, nə gözəl saçlar, nə də qüsursuz üzlə ölçülmür.
Çox 100 %-lik qızlar var ki, kişilər onlar tərəfə heç gözlərinin ucu ilə də baxmırlar.
İstənilən qız, hətta gözəl olmayan qadın belə, xüsusi şərtlərə əməl edərək ən cazibədar və „can alan“ xanıma çevrilə bilər.
Güzgünün qarşısına keçin, özününzə tamam başqa gözlə, lakin diqqətlə baxın:

Ehtiraslı qadının bədəni

İdman görünüşlü-əzələləri tarım çəkilmiş və qamətli görünüş hər dövrdə, hər bir kişinin ideal saydığı bədəndir.
Düz kürək, boyun və çiyinlərdən uzaqsınızsa, ürəyinizi sıxmayın. Ən münasib yerdə ən asan idman növü ilə məşğul olun. İdman hərəkəti sizi yaşınızdan ən azı 5 yaş cavan saxlayacaq. Gözəl qamətli, incəbelli xanımlara baxan kişilər fikirlərində ağlagəlməz seksual fantaziyalar qururlar.

Seksual qadının fiqurası

Kim deyir ki, kişilər kök xanımları xoşlamırlar? Əksinə, nağara çubuqlu ayaqlar, kürəyin 12 qabırğasının da birdən görünməsi heç də ürəkaçan deyil. Boyunuza uyğun çəki: BUDUR İDEAL BƏDƏN.... Həddən artıq köklük, ağırlıq, bir sözlə, „yekəpərlik“ heç vaxt cazibə şərti sayılmır. Ən pəzəvəng kişilər də həmişə böyük çəkili və irigövdəli xanımlardan çəkiniblər. Çünki onunla „bacarmamaq“ qorxusu onların beyninə həkk olunub. Aşağı ətrafların enini və həcmini konkret olaraq 90 sm-ə çatdırmaq üçüçn əl-ayağa düşməyin. Son vaxtlar sübut olunub ki, kişiləri qadın budlarının köklüyü narahat etmir, əsas belin incəliyidir. Kişilər qollarının asanlıqla sarıla bildiyi və əllərinə sığışan belin „dəlisidirlər“

Seksual qadının saçları

Saç qadını uzaqdan,arxadan və ani görünüşdə nəzərə çarpdıran ən başlıca amildir.Əgər saçlarınızın quruluşu və görünüşü şampun reklamındakı xanımların saçlarına bənzəmirsə, onları yığmağa və kəsməyə tələsməyin.Ən gözəl saç ,təmiz yuyulmuş,səliqəli daranmış yaxud fenlənmiş və mütləq xoş qoxu gələn saçlardır.Kişilərin 70%-i yatağa dağılmış saçların qarşısında tab gətirə bilmir.

Ehtiraslı qadının yerişi

"Kişi yerişli", «qaçaraq» yerişli xanımlar... Hara tələsirsiniz? Belə yerişlə heç bir kişinin diqqətini cəlb etməyəcəksiniz. Ehtiraslı qadının yerişinin əlamətləri: yüngül, «qu kimi» ayaqlar bərabər məsafədə atılır, qarın bir qədər içəri dartılmış, baş düz, çənə sinənin bərabərində olmalı, gözlər düz baxmalı, əllər yanınca yellənməməli... Bədən hərəkətlərinizin plastikasını artırmaq üçün rəqsə getməyiniz məsləhətdi. İşdən evə yorğun gələn istənilən kişi qadının mətbəxə incə və nazlı yerişlə keçməsinə laqeyd qalmayacaq.

Ehtiraslı qadının baxışları

Anadangəlmə seksual və mənalı baxışı çox az adam qazanır. Dünyanın bütün modelləri, Merilin Monro uzunmüddətli təcrübə və məşqin sayəsində «can alan» baxışlara sahib olublar. Güzgü qarşısında əyləşin: diqqətlə yalnız gözlərinizə baxın. Yavaş yavaş fikirlərində yaxşı, maraqlı və şən hadisələr, sözlər canlandırın. Həmin an baxışınızın necə dəyişdiyini izləyin. Sizin xoşunuza gələn baxışda dayanıb, seçin və həmin baxışı «məşq» etdirin. Əks cinsin nümayəndələrinə baxanda elə edin ki, gözlərinizin dərinliyi gülsün, onunla gözlərin danışsın.

Seksual gülüş

Heç bir kişi gülüşə, özü də qımışaraq gülən gülüşə biganə qala bilməz. Gülərkən, danışarkən dişlərinizin 32-sini ağzınızın içini göstərməyin. Bu kişini qorxuda bilər. Ciddi, bir-birinə yüngülcə toxunan dodaqlar, incə gülüş, mütləq və mütləq təmiz dişlər... Araşdırmalara görə, ilk tanışlıq zamanı kişilərin 80%-i xanımın gözlərinə, dodaqlarına, dişlərinə baxır. Dodaqlarınız ya həmişəlik onu sizə bağlayacaq, ya da əbadi uazqlaşdıracaq. Çox qırmızı vəya tünd rəngli dodaq boyasını görüş zamanı çəkməyin. Ümumiyyətlə, kişilər boyasız, bir qədər nəm dodaqları xoşlayır.

Bədənin seksual ətri

Çox vaxt olur ki, gözəl bir kişi ona yaraşmayan və çirkin bir qadınla görüşür və evlənir. Bu, çox gözəl qadınları özündən çıxarır. Amma əsəbləşməyə dəyməz. Əsas məsələ bədənin ətrindədir. Qadının dərialtı piy təbəqəsinin ifraz etdiyi xüsusui rəngsiz, lakin iyli maddə spesifik və özünəməxsus olur. Lakin bu qoxu hər kişiyə xoş gələ bilməz. Bədənlərinin bir-birinə xoş və «oyadıcı» təsir edən evli cütlüklərin nigahı daha uğurlu olur. Heç bir bahalı ətir və ya krem təmiz dərinin ətrini vermir. Fikir vermisinizsə, hamamdan çıxandan sonra kişiləri qadınlarına daha çox yaxınlaşır, xoş sözlər deyirlər, nəinki hər hansı ziyafətə gedərkən bəzənib-düzənəndə... Kişilər qadınlardan daha təmizkardılar, halbuki əksinə olmalıdır. Ayaqlarını, qollarınızı depilyatorla təmizləyirsinizsə, onu müntəzəm edin. Kişiləri bilmək olmaz. Hərdən onların «yoxlama» əməliyyatları olur. Buna hazır olun.


Redaktə etdi: Azadqadin.az - 3-02-2012, 17:33

1 Bəyənməyib

Səhvi bildir  Baxış sayı 13848 Şərh sayı 127 Müəllif Naza
Paylaş:
Facebook Twitter Google Plus Одноклассники ВКонтакте Мой Мир@Mail.Ru
Hörmətli istifadəçi, Siz sayta qonaq qismində daxil olmusunuz.
Daha çox imkanlardan yararlanmanız məqsədi ilə biz sizə qeydiyyat səhifəsini ziyarət etməyi məsləhət görürük.
  1. Offline Gul Gul_
    Tewekkur melumata gore
    İmza:  Indiki bezi gencler :)

  2. Offline ay gunes
    tewekkurler

  3. Offline mehimim
    mende bunlarin coxu var

  4. Offline milaska-meryem
    Bunlari bilmeyenler hec aile qurmasinlar,cunki tezlikle qayidarlar.

  5. Offline dowann
    Ha ha ha bu xususiyetlerin hamısı mende var

  6. Offline Akademik

    oxumushdum bu haqda. twkler

    İmza:  Allahımın qulu, nəfsimin ağasıyam!

  7. Offline Sevinc.F
    Hmmmm tekrar sheylerdi ki.
    Teshekkurler

  8. Offline sevinc keder
    Sitat: cucem.
    DEMELI MEN


    sen ne,,,?????
    İmza:  qapi ona doyulecek her kese acilar.

  9. Offline Narin_yagis
    HMMMM MARAGLİ XEBERDİ TŞK

  10. Offline Mavish
    Ehtiraslı qadının yerişi

    "Kişi yerişli", В«qaçaraqВ» yerişli xanımlar... Hara tələsirsiniz? Belə yerişlə heç bir kişinin diqqətini cəlb etməyəcəksiniz. Ehtiraslı qadının yerişinin əlamətləri: yüngül, В«qu kimiВ» ayaqlar bərabər məsafədə atılır,

    Düzü mən astagəl gəzə bilmirəm cəldəm

    Güzgü qarşısında əyləşin: diqqətlə yalnız gözlərinizə baxın. Yavaş yavaş fikirlərində yaxşı, maraqlı və şən hadisələr, sözlər canlandırın. Həmin an baxışınızın necə dəyişdiyini izləyin. Sizin xoşunuza gələn baxışda dayanıb, seçin və həmin baxışı В«məşqВ» etdirin

    hə son vaxtlardır məndə belə məşq edirəm baxışlarımı dəyişmək üçün xexe özüm-özümə vurulmuşameeee wink
    İmza: 

  11. Offline _Nazlim_
    caliwaram bezilerini duzeldem

  12. Offline Melek_sima
    Maraqlı idi. Əlbəttə qadın baxımlı olmalıdı həmişə..

  13. Offline sevmez olaydim
    ela melumatlardi...men ince ve baximliyam n28

  14. Offline NANICKA
    HMMMMM MARAQLIYDI

  15. Offline cucem.
    DEMELI MEN n33

  16. Offline Sevinc_Bayramova
    doğru meslehetlerdir ne yaxşı ki ince ve baxımlıyam 1:0

  17. Offline QaRa-CiPp
    n12

  18. Offline Efwin
    elaaaaaaaaaaaaaaa


  19. Offline jasmin-87-b
    maraqlidi atdim secilmise

  20. Offline Nazli_Melek
    lazimli melumatlardi emel etmeye deyer wink

  21. Offline AYKA_088
    Qadin mutleq her vaxt baximli olmalidir smile

  22. Offline Meryem Babayeva
    Bu movzuda duzgun fikirler coxdur.Ama yoldasimiz dediyi kimi her kes oz erine gozel gorunmelidir.mence en duzgun fikir de ele budur............. n43 n21

  23. Offline Rushanli Ayka
    yende twk-ler zehmet cekmisiz


    her ne qederde bilsek bunlari yende yadimiza salirsiz

 İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Scroll To Top