Hansı uşaqlar daha məsuliyyətli olurlar?

3-05-2012, 13:30  |  Münasibətlər » Analıq məktəbi

Hansı uşaqlar daha məsuliyyətli olurlar?

Ekspress" qəzeti yazır ki, psixoloqların fikrincə, isə uşaqların ev heyvanına qayğı göstərməsi onların psixologiyasına müsbət təsir göstərir.

Valideyn Sevinc Babayevanın sözlərinə görə, qızı dəfələrlə evdə pişik saxlamağı istəsə də o, buna icazə verməyib.
"Evdə heyvan saxlamaq natəmizlyə gətirib çıxarır, tükləri də hər tərəfə yayılır. Uşağa isə bunu izah etmək olmur. Hər dəfə pişik saxlamaq istədiyini bildirir. Ad günü və bayramlarda pişik hədiyyə etmədiyimizi görəndə uzun müddət ağlayır".

Psixoloq Murad İsayevin sözlərinə görə, ev heyvanlarına qayğı birinci növbədə uşaqlara məsuliyyətli olmağı öyrədir. "Uşaqlar ev heyvanları saxladıqda üzərinə öhdəlik götürür. Ev heyvanı saxlayarkən onu qidalandırmaq, təmizliyinə fikir vermək, ona qulluq etmək lazımdır. Bu uşaqlara gələcəkdə eqoist olmamağa kömək edir. Uşaq ev heyvanlarına qarşı öhdəlik hiss etməyə başlayırsa, tədricən bu hiss insanlara qarşı da yaranır. Eyni zamanda, uşaqların fikirlərinin dəhşətli cizgi filmlərinə, kinolara, oyunlara yönəlməyindənsə, heyvanlara qarşı yönəlməsi daha yaxşıdır".

Psixoloq vurğulayır ki, ev heyvanını saxlamazdan əvvəl uşaqlarda onlara qarşı allergiyanın olub-olmamasını yoxlamaq vacibdir
. Həmsöhbətimizin dediyinə görə, itirmək qorxusu olmayan insandan təhlükəli insan yoxdur. "İtirmək qorxusunun olması məsuliyyətin mövcudluğuna işarədir. Məsuliyyəti olmayan insanlarda çox problemlər ortaya çıxır. Heyvanlar da uşaqları məsuliyyətli olmağı öyrədir. Uşaq bir canlının yaşamasına kömək edirsə o, özünü fərqli, şəxsiyyət kimi göstərir. Uşaq hər şeyə böyük kimi münasibət göstərməyi öyrənir".

M.İsayev bizdə valideynlərin çoxunun ev heyvanları saxlamaqdan boyun qaçırdığını bildirir. "Valideynlər ev heyvanlarının daha çox evi çirkləndirdiklərinə görə saxlamaqdan qorxurlar. Lakin heyvanların dalınca yığışdırmağı uşaqlara həvalə etsələr, onlarda məsuliyyət hissini daha da inkişaf etdirmiş olarlar".

Psixoloqa görə, uşaqlar heyvanların artımını, onların öz körpələrini necə bəsləməsini,
onlara necə qida verməsini, müxtəlif heyvanların davranışının necə fərqli olmasını müşahidə etməlidir. Uşaq heyvanları izlədikcə o həyat təcrübəsi yığır. "Bir övladın valideynə "uşaq necə dünyaya gəlir" sualına sual işarələri ilə cavab verməkdənsə, heyvan saxlayaraq uşağın özünün heyvanın və balaların münasibətini müşahidə etməsi daha yaxşıdır. Bu uşaq psixologiyasına müsbət təsir edir".

Onun sözlərinə görə, heyvanlar insanlara nisbətən daha məsuliyyətlidirlər.
Belə ki, uşaqlar heyvan saxlayarkən onların nə qədər qayğıkeş, bir-birlərinə qarşı mehriban olduqlarını görəcəklər. Misal üçün, pişiklərin öz balalarına qarşı mehribanlığını görən uşaqda duyğusallıq artır. O, bu nəvazişləri valideylərindən istəyəcək. Valideyn işdən yorğun qayıdıb uşağa yaxınlaşmaq həvəsində olmayanda belə, uşaq özü ona yaxınlaşacaq. Bu uşağın gələcəkdə qapalı vəziyyətdə böyüməməsinə kömək edir. Əgər valideyn işdən yorğun gəlir və uşağa diqqət göstərmirsə, uşaq sevgiyə olan tələbatını heyvanlardan alaraq konpensasiya edəcək, eyni zamanda özü valideynə yaxınlaşmağa başlayacaq. Ümumiyyətlə, heyvanların həyatını izləyərək uşaqlar tərbiyələnirlər.

Müsahibim əlavə edir ki, pasiyentlərindən biri uşağının çox qəribə davranışını təsvir edib
. "Onun övladı hündürlükdən tullanıb möhkəm zədələnir. Bu hadisədən sonra, uşaq çox qəribə tərzdə və həyacanla anasına müraciət edir ki, "ana, mən niyə uça bilmədim? Spaydermenin paltarını, maskasını, əlcəklərini geyinmişdim. Hər bir şey öz qaydasında idi. Mən niyə uça bilmədim?"

Psixoloqun sözlərinə görə, ana bu sualı cavablandırmaqda çətinlik çəkib və ona bunun yalan, boş bir şey olduğunu deyib. "Nəticədə uşağın xəyal dünyası dağılır. Ona böyük psixoloji zərbə dəyir. Uşaq fikirləşir ki, yalan nə qədər çoxdur ki, telekanallarda, cizgi filmlərində qəhrəmanlar hamısı yalandır. Real baxanda spaydermen mutasiyaya uğramış bir insandır. Mutasiyaya uğramış insan normal insan deyil. Cəmiyyət isə uşaqları məcbur edir ki, normal olmayan insana oxşamağı arzulasınlar. Nəticədə biz uşaqları real həyatdan illüziyalar olan həyata sürükləyirik. Uşaqların fantaziya aləmini biz illüziyalaşdırırıqsa, ertəsi gün o bizə qarşı çıxacaq. Uşaq tədricən valideynlərinə gücsüz kimi baxacaq. Onların gücsüz olduğunu düşünəndə valideynlərə qarşı hörmətsizlik yaranır. Hörmətsizlik isə etibarsızlıq, inamsızlıq yaradır".

Həmsöhbətim qeyd edir ki, illüziya aləmində böyüyən uşaq 13-14 yaşından sonra,
şəsxiyyət kimi formalaşanda cəmiyyətə adaptasiya ola bilmir. "Ona görə də uşaqları real həyata uyğun qəhrəmanlarla tanış etmək vacibdir. Bunun da ən gözəl nümunəsi bitki və heyvanlara qayğıdır".

Onun fikrincə, bəzi hallarda ev heyvanı saxlamaq mümkün olmadıqda, uşaqla müəyyən kompromisə getmək olar. "Bunun üçün uşaqları tez-tez zooparklara və sirklərə aparmaq faydalı olar".


Hansı uşaqlar daha məsuliyyətli olurlar?

Hansı uşaqlar daha məsuliyyətli olurlar?

Hansı uşaqlar daha məsuliyyətli olurlar?

Hansı uşaqlar daha məsuliyyətli olurlar?

Hansı uşaqlar daha məsuliyyətli olurlar?

Hansı uşaqlar daha məsuliyyətli olurlar?

Hansı uşaqlar daha məsuliyyətli olurlar?

Hansı uşaqlar daha məsuliyyətli olurlar?

Hansı uşaqlar daha məsuliyyətli olurlar?

Hansı uşaqlar daha məsuliyyətli olurlar?

Hansı uşaqlar daha məsuliyyətli olurlar?

Hansı uşaqlar daha məsuliyyətli olurlar?

Hansı uşaqlar daha məsuliyyətli olurlar?


0 Bəyənməyib

Səhvi bildir  Baxış sayı 2521 Şərh sayı 82 Müəllif Solnuwka.
Paylaş:
Facebook Twitter Google Plus Одноклассники ВКонтакте Мой Мир@Mail.Ru
Hörmətli istifadəçi, Siz sayta qonaq qismində daxil olmusunuz.
Daha çox imkanlardan yararlanmanız məqsədi ilə biz sizə qeydiyyat səhifəsini ziyarət etməyi məsləhət görürük.
  1. Offline leyla meherremova
    NE OLUR OLSUN EVE HEYVAN QOYMARAM.
    İmza:  Arxamca danışmaqdan zövq alırsansa, əsla susma... Məni günahkar çıxarmaq istəyirsənsə günahlandır və qəlbimə dəymək istədiyində, əlindən gələn hər şeyi et... Çünki mən səni Allaha həvalə etdiyim müddətcə sən mənə deyil, Allaha hesab verəcəksən!!!

  2. Offline Milaska.
    hmmm bilmirdim maraqli n10 oldu

  3. Offline Əfşan
    cox maraqli xeberdi,seve-seve oxudum canim
    İmza:  Ayaqların üstə ölmək, dizlərin üstə yaşamaqdan daha yaxşıdır.

  4. Offline cucem.
    BU WEKILDEKILER NE YEMELIDILEREEEE

  5. Offline cucem.
    evde heyvanlari sevmirem hec piwiklerede nifret edirem n1

  6. Offline azeri_oglu
    piwikde cox xestelik var, uwaqlarin yanina qoymayin

  7. Offline Ayka21
    ayallah sekillerdeki it ne gozeldi

  8. Offline life82
    evde it saxlamaq olmaz.evinde it saxlayanin evine melekler gelmez n49

  9. Offline Hande.
    Men meselencun mesuliyyetli qizam,itimin,piwiyim olmamasina baxmayaraq. wink
    İmza:  <b>♣İnsanları səni səhv başa düşdükdə bunu dərd etmə;eşitdikləri sənin səsindi,amma ağlından keçirdikləri öz düşüncələridir.*</b>

  10. Offline Lale
    uwaqda itde cox gozeldir.wiwdim lap smile

  11. Offline nurashka
    Bu uşaqlar necə də şirindilər

  12. Offline TATLI GUZEL
    babyler ne sirindi caaaan
    İmza:  La la ben de boyleyim
    La la hem de boyleydim ♥ :))

  13. Offline abdullayeva gunel
    vaxtiyken mende pisik saxlamisam.amma hardasa duzdur tukleri tokulur.

 İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Scroll To Top