Körpələrə vurulan peyvəndlər və peyvəndlərin təqvimi

27-01-2012, 13:00  |  Münasibətlər » Analıq məktəbi

 

Körpələrə vurulan peyvəndlər və peyvəndlərin təqvimi

 

Peyvəndlərin Təqvimi:

Uşaqların Peyvənd olunması vacibdirmi?
Dölün ürəyi bətn daxilində döyünməyə başladığı andan döl addım- addım böyüməyə başlayır. Onun həyatının təhlükəsizliyinin keşiyində Ananın immun sistemi dayanır. Körpə dünyaya gəldikdən sonra da o, həmin qoruyucu mexanizmi Ananın südündən əldə edir. Hər dəfə süd əmdikcə körpənizin orqanizminə onu xəstəliklərdən qoruyacaq antitellər (qoruyucu elementlər) daxil olurlar.
Lakin, təəssüf hissi ilə qeyd etməliyik ki, körpənin həyatının ikinci yarısında onun immuniteti zəifləyir və müxtəlif xəstəliklərə tutulma təhlükəsi yaranır. Ona görə də immuniteti möhkəmləndirmək, aktivləşdirmək məqsədilə uşağın xəstəliklərə tutula biləcək kritik dövrlərində ona peyvəndlər olunması məsləhət bilinir.

Immun sistem və onun vəzifələri:

İmmunitet bütün dünyada olan insanlarda mövcuddur və onları xarici mühitin müxtəlif təsirlərindən qoruyur. Bunlar insan orqanizmi üçün yad olan viruslar, bakteriya və göbələklər, müxtəlif qida maddələrində, havada və atmosferdə olan zəhərli maddələr ola bilər. Insanları ətraf mühitin bu təhlükələrindən qoruyan immunitet 2 yerə ayrılır:

1. Ümumi-yəni insan orqanizminə təsir göstərən bütün mənfi aləmə cavab verən. Ümumi immunitet insanın praktiki olaraq bütün orqan və həyati vacib sistemlərini qoruyur, sanki bütün orqanizmə immun qoruyucu yerləşdirilibmiş kimi.
2. Spesifik-yəni konkret situasiyalarda işləyən. O orqanizmdə yalnız, orqanizmə müəyyən xəstəlik keçdikdən və ya peyvənd olunduqdan sonra yaranır və yaxud zərdab (vaksin, serum)şəklində orqanizmə süni olaraq daxil edilir.

Uşağın sağlam böyüməsi üçün və xəstəliklərə az tutulması üçün valideynlərdən onun fiziki hazırlığına çox diqqətlə yanaşmaları tələb olunur. Çünki, uşağın immunitetinin yüksək səviyyəsi onun fiziki hazırlığından çox asılıdır. Bir neçə məsləhəti yerinə yetirməklə valideynlər öz övladlarının ele ilk doğulan günündən immun sisteminin möhkəm olmasına yol aça bilərlər.

1ci təklif: Yeni doğulmuş körpəni bacardığınız qədər çox ana südü ilə əmizdirməyə çalışın. Bu zaman ananın özü də öz qida rasionuna yaxşı fikir verməlidir, çünki südün keyfiyyəti onun qidasının tərkibindən çox asılı olur.
2ci təklif: Uşağın qidalandırılma yaşı nəzərə alınmalıdır (4-6 ay) Erkən qidalandırma həzm sistemində pozğunluqlara və böyrək və qaraciyərin yüklənməsinə səbəb ola bilir.
3-cü təklif: evdə ekoloji təmiz atmosfer yaratmaq, tozları vaxtında almaq və təbii bitkilərin çoxluq təşkil etməsi.
4-cü təklif: siqaret çəkilməməli və evdə də siqaret çəkilməsinə icazə verilməməli.
5-ci təklif: Uşağın massajı, gimnastikası, uşaqları yormamaq şərtilə.

Peyvənd etməkdə məqsəd:

Peyvənd özü hər hansı bir xəstəlikdən qorunmaya qarantiya vermir. Lakin vaksinasiya 1 aylıqdan 1 yaşınadək körpələrdə infeksion xəstəliklərin riskini azaldır. Körpə nə qədər kiçik olarsa, o qədər infeksiyaya yoluxma şansı böyük olur. Ona görə də vaksinasiya olunmuş körpə xəstələnsə belə heç bir ağırlaşma olmadan tezliklə sağala bilər.
Peyvənd etmək üçün sadəcə həkimə gəlmək kifayət etmir. Bu əməliyyat çox böyük əhəmiyyət kəsb edir və uyğun olaraq incə yanaşma tələb edir. Orqanizmə yeridilən vaksin uşaq orqanizminə müsbət təsir göstərməlidir. Ona görə də aşağıda sadalanan əməllər vacibdir:

-Vaksinasiyaya hazırliq prosesi
-Vaksinasiya kurslarına əməl etmək
-Vaksinasiyanın naticəsinin effektivliyi

Bəzi valideynlər düşünürlər ki, əgər körpə ana südü əmirsə, deməli onun immuniteti “dəmir” kimidir, bir tərəfdən bu elədir, çünki südlə körpənin orqanizminə immunitet üçün vacib olan antitellər daxil olur. Digər tərəfdən isə uşağın bu antitelləri hansı sayda qəbul etdiyi məlum olmur. Ona görə də 100% əmin olmaq olmaz ki, südəmər körpənin immuniteti aydın işləyəcək və o xəstələnməyəcək və ya xəstəlik fəsadsız keçəcək.
Birdəfəlik peyvəndlər zamanı (belə peyvəndlər əsasən qızılca və parotit-el arsında “svinka”kimi tanınır, xəstəlikləri zamanı edilir) nəticəni mütləq yoxlamaq lazımdır. Bunun üçün qan analizi aparılır və qanda bu xəstəliyə qarşı antitellərin (qoruyucu elementlərin) yarandığı yoxlanılır. Əgər hər şey normaldırsa, demək vaksinasiya yaxşı keçib.
Üçmərhələli peyvəndlər zamanı (poliomielitə qarşı) xəstəliyə qarşı 99% immunitet əldə olunur. Onları 45gün fasilə verməklə 3 dəfə vururlar, bu da orqanizmdə kifayət qədər həmin xəstəliyə qarşı antitel yaranmasına səbəb olur. Ona görə də bu halda nəticə yoxlamağa ehtiyac qalmır.

“İstisnalar” mövcuddur:

Bəzi valideynlər “peyvəndlər olmaz!”deyə düşünürlər. Vaksinasiyaya qarşı belə qəti olaraq imtina etməzdən əvvəl bir başqa şeyi də düşünmək lazımdır. Siz əminsiniz ki, ekoloji təmiz şəhərdə yaşayırsınız?
Sizin şəhərdə vərəm epidemiyası təhlükəsi varmı? Belə halda tarixdə baş verən epidemiyaları yadınıza salsanız yaxşı olar.
Əgər uşaq çox zəifdirsə və tez-tez soyuqdəymə olursa, onda ona vaksinasiya vacibdir. Lakin bu halda çətinlik törədən səbəblərdən biri yaxşı, sağlam vəziyyəti tutmaqdır, xəstə uşaqlara vaksinasiya etmək olmaz. Zəif uşaqlar isə çox nadir hallarda sağlam olurlar. Tez-tez soyuqdəyməyə tutulurlar. Bu halda valideynlər immunoloqa müraciət etməlidirlər. Əsas məsələ ümumi immuniteti və onunla yanaşı spesifik immuniteti möhkəmləndirməkdir.

Peyvəndlərin kalendarı:

1. BSJ (vərəm əleyhinə) doğuşdan sonra 3-4cü gün, təkrar vaksinasiya 7 və 14 yaşında.
2. kompleks vaksinasiya ( difteriya, tetanus, göyöskürək əleyhinə) 3,4 və 6 ayında, təkrar vaksinasiya 1.5 yaşda, 7,17,27,37 yaşda
3. Qızılca əleyhinə 12 aylıqda, təkrar vaksinasiya 6 və 7 yaşda
4. Parotit (svinka) əleyhinə 12 aylıqda, təkrar vaksinasiya 6 yaşda
5. Məxmərək əleyhinə peyvənd 1yaş və 6 yaşda
6. Hepatit B əleyhinə doğuşdan sonra ilk 12 saat ərzində, 1 aylıqda və 6 aylıqda

Seçim sizin əlinizdədir!

1 Bəyənməyib

Səhvi bildir  Baxış sayı 7613 Şərh sayı 51 Müəllif ayka22
Paylaş:
Facebook Twitter Google Plus Одноклассники ВКонтакте Мой Мир@Mail.Ru
Hörmətli istifadəçi, Siz sayta qonaq qismində daxil olmusunuz.
Daha çox imkanlardan yararlanmanız məqsədi ilə biz sizə qeydiyyat səhifəsini ziyarət etməyi məsləhət görürük.
  1. Offline caliqusu f
    MEN DE USAQLARIMA VURDURMUSAM

  2. Offline Ayka21
    bizde de vurulur peyvend

  3. Offline sevmez olaydim
    xeber super..ama men hemiwe qorxmuwamee peyvendden n14

 İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Scroll To Top