Hamilə qadının geyimi necə olmalıdır?

27-04-2014, 16:30  |  Münasibətlər » Analıq məktəbi
 

 

Hamilə qadının geyimi təmiz, yumşaq, rahat və gen, hərəkətə mane olmayan və əlbəttə, mövsumə uyğun olmalıdır. Qadın alt paltarını tez-tez dəyişməlidir. Süd vəziləri böyüdükcə büsthalteri də dəyişmək lazımdır. Hamilə qadın sıx, süd vəzilərini, döş qəfəsini basan büsthalterlər geyməməlidir. Girdə corab bağları da geymək olmaz, çünki onlar ayaqların Venoz damarlarını sıxır, qan dövranını pozur və venaların varikoz genişlənməsinə şərait yaradır. Corabları xüsusi rezinlə ya belbağıya, ya da xüsusi bandaja bənd etmək olar. Alt darbalağın rezini də sıx olmamalıdır. Böyüyən uşaqlığın və onun içində inkişaf edən dölun sıxımasına yol vermək olmaz. Hamiləliyin artması ilə uşaqlığın ön qarın divarına təzyiqi də artır, bu da hərdən əzələlərin çox kenişlənməsinə, qarının sallanmasına və dölün uşaqlıq boşluğunda düzgün vəziyyətdə olmamasına gətirib çıxarır. Bütün bu ağırlaşmaların qarşısını almaq üçün hamiləliyin ikinci yarısında xüsusi bandaj geymək lazımdır. Onu uzanmış halda geyirlər. Bandaj uşaqlıq üçün daha bir dayaq rolunu oynadığından o qarnı yaxşı tutmalı, ancaq sıx olmamalıdır. Bandajın ipləri hamiləlik artdıqca onu genişləndirməyə imkan verir. Bandajı vaxtında (hamiləliyin 28—30 həftəliyində) və düzgün geyən qadınlarda qarın sallanmır və «hamiləlik çapıqları» az-az olur.

Qadınların çoxu hamiləlik dövründə qədd-qamət-lərini və gözəlliklərini mümkün qədər çox saxlamağa çalışırlar. Bu tamamilə təbii və aydındır. Qarının ölçüsünü koketkalı paltarlar və köynəklər yaxşı gizlədir, onlar həm rahat, həm də gendir, bundan başqa, müasir dəbdə olan gen canlıqlar, gen yubkalar və örtüklər geymək olar. Dar, paltarlar, əksinə, hamilə qadının qəddinin bütün xüsusiyyətlərini qabarıq nə-zərə çarpdırır. Bəzi moda jurnallarında «gələcək analar üçün» olan paltarların fasonları verilir. Paltar və köynəkləri yaxşı yuyulan parçalardan tikmək lazımdır.
Hamiləliyin vaxtı artdıqca qadının bədənin ağırlıq mərkəzi qabağa keçir. Müvazinəti saxlamaq üçün qadın gəzərkən bədəninin yuxarı hissəsini dala əyir, bu da fəqərə sütununun bel şöbəsinin daha da əyilməsinə gətirib çıxarır.

Əgər hamilə qadın hündürdaban çəkmə geyirsə, onun ağırlıq mərkəzi daha çox qabağa çıxır, kürək əzələləri isə daha da gərginləşir. Bundan başqa, belə vəziyyət dölün başının çanağa düzgün düşməsinə mane olur. Hündürdaban ayaqqabılar az dayanıqlıdır, Hamilə qadın belə dabanda asanlıqla burxulub yıxıla bilər. Bu da çox vaxt dölətrafı mayenin vaxtından qabaq xaric olmasına, qanaxmaya və vaxtından əvvəl doğuşa gətirib çıxarır. Bu isə həm ana, həm də uşaq üçün qorxuludur.

 

 

 

 

1 Bəyənməyib

Səhvi bildir  Baxış sayı 2661 Şərh sayı 23 Müəllif LoVe_FoReVeR
Paylaş:
Facebook Twitter Google Plus Одноклассники ВКонтакте Мой Мир@Mail.Ru
Hörmətli istifadəçi, Siz sayta qonaq qismində daxil olmusunuz.
Daha çox imkanlardan yararlanmanız məqsədi ilə biz sizə qeydiyyat səhifəsini ziyarət etməyi məsləhət görürük.
  1. Offline N....N92
    rahat serbet pambiqdan ve ,s olmalidir
    İmza:  Taleyimi yazan MƏLƏK nə pis xəttin var...

  2. Offline Aida.
    Sitat: HESENIM
    HAMILE QADIN SERBEST GEYINMELIDIR TSK

    Duzdu
    İmza: 

  3. Offline HESENIM
    HAMILE QADIN SERBEST GEYINMELIDIR TSK

  4. Offline TENHA_MELEK
    Sitat: Meryem_Duyqu
    Hamiləlik arzusunda olanları Allah tezliklə arzularına çatdırsın...AMİN!

    Amin
    İmza: 
    Bαlαcα olαrkən iтməĸdən qorхυrdυm. İndi isə itirməĸdən qorхυrαm .

  5. Offline SEVDA
    dar geyim tekce hamilelere yox,subay qızlara da ziyandı....
    İmza:  Uğur qazanmaq isteyirsense,yaltaqlıqdan uzaq ol !

  6. Offline SELENA
    ALLAH NESIB ETSIN
    İmza:  EDEBLİ EDEBİNDEN SUSAR, EDEBSİZ SUSDURDUM DEYE ZENN EDER

  7. Offline Ayanim
    Allahim birde qismet elesin emel ederem 0117 soz verirem

  8. Offline Gulus.
    Sitat: Röyamsan.
    Allah bütün arzusunda olanlara qismət etsin.

    Amin

  9. Offline Meryem_Duyqu
    Hamiləlik arzusunda olanları Allah tezliklə arzularına çatdırsın...AMİN!

  10. Offline N....N92
    ALLAH qismet etsin olmuyanlara
    İmza:  Taleyimi yazan MƏLƏK nə pis xəttin var...

  11. Offline NURLU
    Sitat: TERANE1978
    Qismet olaca ki yeni bizde emel edek.

    olar olar insallah ALLAH boyukdu
    İmza: 

  12. Offline Röyamsan.
    Allah bütün arzusunda olanlara qismət etsin.
    İmza:  Əllərini aç və sahib olduğun hər şey üçün "Allah"a şükr et. Və zamanla görəcəksən ki, "Allah" sənə sahib olmadıqlarını da, qismət edəcək!

  13. Offline Alice
    Allah bu gözəl xoşbəxt günü bütün qadınlarımıza yaşatsın.. Ən əsasda saytımızda arzusu olan bir çox övlad arzulayan xanımlarımıza..Amin İnşAllah.. Ondan sonra özləri nə geyinəcəklərini elə gözəl təyin edəcəklərki...
    İmza: 

  14. Offline tenha Qadin.
    Menen kecdi artiq twkler xeber ucun
    İmza: 

  15. Offline nurane55
    Bunları hamiləlikdə kitabdan təkrar-təkrar oxumuşam.
    İmza:  Hara qaçırsan qaç,üç şey sənin ardınca gələr:kölgən,dərdin,keçmişin.Qismətin isə zatən səni orda gözləməkdədir.

  16. Offline Aynur_Mezahirli
    Allah hamilelerimizi qorusun sag-salamat azad olsunlar. Hamile geyimlerden ovlad isteyen gozel gelinlerimize qismet olsun insallah.
    Tesekkurler xanim...
    İmza:  Ya Hüseyn...!!!

  17. Offline BITANECIK
    Xəbər üçün minətaram...

  18. Offline Lumia
    Her qadina qismet olsun hamile geyimi geymek.Tesekkurler.
    İmza:  Insanlar yasadiqlari kimi dusunerler.Fridrix Engels

  19. Online Naranin Ureyi
    Butun gelin kocen qizlara hamile paltari geymek qismet olsun. Allah hamisini dardan qurtarsin.

  20. Offline TERANE1978
    Qismet olaca ki yeni bizde emel edek.

  21. Offline nergiz_zz
    ƏLLƏRİN AĞRIMASIN.ALLAH HƏR BİR XANIMA NƏSİB ETSİN..AMİN.
    İmza:  Nə var Allahdan yuxarı,nə var qəbirdən aşağı.Yığış ruhum gedirik sən yuxarı mən aşağı.....

  22. Offline Nara
    ISDEYEN HERKESE QISMET OLANLARI DA DARDAN KUTARSIN ALLAH INSALLAH

  23. Offline Sirinim555
    hamiya qismet

 İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Scroll To Top