Zeytun, badımcan, sarımsaq, göyəm turşusunun qoyulması

1-09-2012, 13:07  |  Mətbəximiz / Konservləşdirilmiş məhsullar

Zeytun turşusu:

 

Zeytun, badımcan, sarımsaq, göyəm turşusunun qoyulması

 

 
 Hazırlanma qaydası 
Zeytun həm kal, həm də yetişmiş duzlanır. Kal zeytun dərilir (təxminən noyabr ayında) və saf-çürük edilir. Acılığı yox etmək üçün qələvi məhluluna (10 litr suya 175-200 qram natrium, ya da kalium qələvisi) qoyulur. Bu məhlulda zeytun ancaq üç günədək qala bilər. bundan sonra zeytun məhluldan çıxarılıb axar su altında yuyulur və hər gün dəyişmək şərtilə bir neçə gün təmiz suda saxlanır. Qələvinin tamam yox olmasını bilmək üçün zeytunun biri kəsilir və içinə fenolftalein (apteklərdə satılan purgen dərmanından istifaə etmək olar) sürtülür. Zeytunun içi qızarmırsa, deməli, qələvi təmizlənmişdir. Bundan sonra zeytunun üstünə duzlu su (1 litr qaynadılmış soyuq suya 50 qram duz) tökülüb turşumağa qoyulur. Turşuma vaxtı əmələ gələn qazın yaxşı çıxması üçün zeytun olan qabın qapağında deşik açılır və ora rezin borucuq keçirilir, ya da qapaqda bir neçə deşik açılır. Turşuma 15-20 gün çəkir. Bundan sonra zeytun hazır olur.

 

 

 

 

 


 

Badımcan turşusu:

 

 

Zeytun, badımcan, sarımsaq, göyəm turşusunun qoyulması

 


Tərkibi.
Xırda nazik badımcan - 3 kq.
Sarımsaq - 2 baş.
Keşniş.
Şüyüd.
Nanə.
Reyhan.
Tərxun.
Duz – zövqə görə.
Şərab sirkəsi.

 


Badımcan üçün iç hazırlanması
 
Badımcan üçün iç belə hazırlanır:sarımsağın qabığı soyulur, dilimlənib duzlanır (1 kq sarımsağa 50 q duz götürülür) həvəngdəstədə döyülür və ya xırda-xırda doğranılır, buna xırda-xırda doğranılmış şirin və acı göy istiot, cəfəri, nanə qatılıb qarışdırılır və zövqə görə duzlanır.

 
Hazırlanma qaydası.
 
Göyərtini yuyub, doğrayın. Doğranılmış sarımsağı göyərti ilə qarışdırıb, duz əlavə edin. Xırda badımcanları saplaqdan təmizləyib uzununa yarın, oraya duz səpin. Yarım saat saxlayın, sonra badımcanları yuyun. Suya duz əlavə edib qaynadın. Qaynar suya badımcanları atın. Əgər badımcanlar xırdadırsa, onda onları 2-3 dəqiqə qaynadın. Badımcanlar nə bərk, nə də yumuşaq olmalıdırlar. Pörtülmüş badımcanlar aşsüzənə yığılır, üzərinə ağır əşya qoyulub 3 saat saxlanlır. Hazırlanmış iç badımcanların arasına doldurulur, bankaya yığılıb üzərinə sirkə tökülür. Bankanı bağlayıb soyuq yerə qoyun.
 
Bankaya qoyulmuş hazır badımcanlar 1,5 aya yetişir.

 

 

 

Sarımsaq turşusu:

 

 

Zeytun, badımcan, sarımsaq, göyəm turşusunun qoyulması

 

 

 

Tərkibi.
Sarımsaq
Duz
Sirkə
Ətirli istiot
Dəfnə yarpağı
Mixək

 


Hazırlanma qaydası.
 
Sarımsağı sirkəyə 2 üsulla qoymaq olar: bütöv və ya "dişlərə" təmizlənmiş. Əgər təmizlənmiş sarımsağı sirkəyə qoyursuzsa, onda qabığı təmizlənmədən sarımsaq dişlərini birbaşa bankaya (əvvəldən qaynar su ilə yaxalanmış) yığırsız. Bankaya sarımsaqdan qabaq ədviyyəni və duzu yığın. Bunların üzərinə sirkə tökülür. Qaynara verilmiş qapaqla bankanı bağlayın və ehtiyatla bir neçə dəfə bankanı çevirin ki, ədviyyat tam yayılsın. Bankanı sərinə qoyun. 1 aya yetişəcək.
 
Əgər sarəmsağı bütöv sirkəyə qoyursuzsa, onda sarımsağı üst qalın qabığını təmizləyin (alt qabıq qalmalıdır). Qaba 1 litr su töküb 20 gr. duzu əridin. Sarımsaqları bu qaba qoyun, belə ki, onlar tam duzlu suda olmalıdır. Sonra sarımsaqlar "ağırlaşıb", özləri "dibə" enəcəklər. Belə vəziyyətdə sarəmsağı 6-7 gün saxlamaq lazımdır. O, rəngini dəyişəcək.
 
Qaynara verilmiş bankaya ədviyyəni yığıb, duzu tökün, sonra isə sudan çixarılmış sarımsaqları. Üzərinə sirkə töküb qaynara verilmiş qapaqla bağlayın. Bir neçə dəfə bankanı çevirib, sərin yerə qoyun. 1 aya yetişəcək.

 

 

 

Göyəm turşusu:

 

 

 

 

 
Tərkibi.
 
Sarımsaq – 500 q, göyəm – 3 kq., dəfnə yarpağı – 3 ədəd, quru nanə – 30 q., ətirli istiot – 5 əd., qara istiot – 5 əd., duz – 2 x. q, şərab sirkəsi – 100 q.

 


Hazırlanması.

Göyəm yuyularaq 1-2 yerdən çəngəllə deşilir. Sarımsaq dişləri soyulub təmizlənir. Bankanın dibinə ədviyyat qoyulur, sarımsaq dilimləri, sonra göyəm yığılıb üstünə qaynar su tökülür. Banka açıq şəkildə 3-4 saat (su soyuyana kimi saxlanılır). Daha sonra bankadakı soyudulmuş su yenidən qazana boşaldılaraq qaynadılır və qaynaq su ikinci dəfə duz və sirkə ilə birgə bankaya tökülür. Bankanın qapağı hermetik bağlanıb sərin yerdə saxlanılır.


Redaktə etdi: sheh - 8-10-2012, 09:27

22 bəyənməyib

Səhvi bildir  Baxış sayı 32 829 Şərh sayı 99 Müəllif Nazar
Paylaş:
Facebook Twitter Google Plus Одноклассники ВКонтакте Мой Мир@Mail.Ru
Hörmətli istifadəçi, Siz sayta qonaq qismində daxil olmusunuz.
Daha çox imkanlardan yararlanmanız məqsədi ilə biz sizə qeydiyyat səhifəsini ziyarət etməyi məsləhət görürük.
  1. Offline Yagis_Negmesi
    Sitat: Gulshen.
    Badimcan tursusunu cox sevirem
    İmza:  İnsan - keçmişin həsrətini çəkən, gələcəyi üçün
    darıxan, yaşadığı andan şikayət edən varlıqdır....♥♥♥♥

  2. Offline kiraz mevsimi
    Bunlardan istifade etmiremm allergiyam var.
    İmza: 

  3. Offline Sunay Elizade
    ela xeberdi bilmiyenler oxusun
    İmza:  Даже если есть много любви к душе каждого ❤

  4. Offline SABINA
    tesekkurler
    İmza:  Düzgün fikirlərin başqalarına yalnış gəlir deyə düzgün fikirlərindən imtina etmə....

  5. Offline Sabahım.
    ZEYTUNDAN BAŞQA  BÜTÜN  ŞORABALARI HAZIRLAYIRAM
    İmza: 




    AMİNLƏR BOŞA DEYİL.......HƏR ŞEYİN ZAMANI VAR.......

  6. Offline Nigar
    Sitat: Nailya
    eseptlere göre twk....

    İmza: 

  7. Offline SEVDA
    reseptlere göre twk....
    İmza:  ❇❇❇❇❇Bir adamın necə güldüyündən tərbiyyəsini,nəyə güldüyündən isə ağıl səviyyəsini anlaya bilərsən...❇❇❇❇❇

    99 derde derman dua:"Le havle vela qüvvetil illa billahi eliyyül-ezim".

    Bir qadının heyat yoldaşına vere bileceyi en gözel hediyye temiz adı ve namusudur....

  8. Offline Gulshen.
    Badimcan tursusunu cox sevirem
    İmza:  .

  9. Offline Meryem_Duyqu
    Mən göyəmi belə hazırlayıram, sadəcə göyəmin tumunu çıxarıram.

  10. Offline Nigar
    maraqli oldu tewekkurler
    İmza: 

  11. Offline AYAN A-VA
    TEWEKKURLERRRR
    İmza:  Sizi incidən bəzən sözlər deyil , sözləri kimin söylədiyidir...

  12. Offline M.Aliyeva
    COX SAGOL EZYETE GORE
    İmza: 

    MEN PIS ADAMLARDAN INCIMIREM, ALLAHIN CEHENNEMI DOLMALIDIR , YA YOX?

  13. Offline Damla A-va
    melumat ucun TWK

  14. Offline Anonimka.
    Gələcək üçün örgənmək lazımdı. Təşəkkürlər

  15. Offline su peerisi
    Tesekkurler

  16. Offline Girl
    tewekkurler
    İmza:  Kitap Kokusundakı Huzur... ♥

    Dərslərə Görə Bir MüddəT PasSiv...!

    Sizləri ÇoOoOoOoOoX Sevirəm! ♥ Görüşmək ümidi ilə...

  17. Offline xowbext_olum
    tskler maraqlidir hemde lazimlidir

  18. Sehri.
    Təşəkkürlər.Hazırlanması mənə aid deyil..Olsaydı dadına baxardıq:)

  19. Offline MELEK_
    agzim sulandi winked , olsa idi dadina baxardiq
    İmza:  Bu qeder cekdiyim eziyyetime deyer verilmediyine (menim ucun haqsiz qerar verildiyine gore) artiq sizinle yoxam, demek ki, cekdiyim eziyyetler, burda serf etdiyim zaman bosuna imis...
    Burda dogma bildiyim bacilar var, eziz bacilarim, Allaha emanet olun!!!

  20. Offline Mickey Mouse
    Atdim secilmiwe lazim olar.
    İmza: 

  21. Offline leyla meherremova
    MEYVE TURSUSU SEVMIREM.

  22. Offline SHIRIN-SHIPSIRIN.
    yemisem alcad,goyem tursusuda,,tesekkurler

  23. Offline Leyla.
    zeytunan bawqa butun turwulari xowlayiram.
    İmza:  R.L.G

  24. Offline flovers
    cox sag ilun amma anam bilir
    İmza:  İnsan həyatda 3 şeydən qorxur:
    Xəstələnməkdən,qocalmaqdan və ölməkdən.
    Amma 3-də özünə edir:
    Sağlamlığını,həyatını və keçmişini...

  25. Offline NURLU
    men yasadiqim yerde goyem yoxdu deye etmirem.qalanlarin boyuk zovqle tuturam dadli alinir))))))))))))
    İmza: 

  26. Offline RaySum
    etmemiwem bilmirem...heleki anam elleri sagolsun komek olur
    İmza:  Bir müddəT!.PassiV.HaziRliqlarima gore Catdira bilmireM.!


  27. Offline Akademik

    mamam edir bunlari, mene oyredib bi necesini. twkler.

    İmza:  Allahımın qulu, nəfsimin ağasıyam!

  28. Offline Hande 18

    mamanin masalla her sey gelir elinen


  29. Offline selenay
    bacarmaram tsk
    İmza:  Gülmək hər vaxt xoşbəxt olmaq üçün deyil. Bəzən elə gülümsəmələr vardır ki; ən böyük ağrıları gizləmək üçündür...!!!

  30. Offline Milaska.
    ede bilmirem eee men mama ama edende menede verirrrr
    İmza:  qarninda 9ay bir uwagi qelbinde sonsuzadek bir kiwini dasiya bilen mohtewem varliqa qadin deyilir... QIZ_INSALLAH MENIM OGLUMDA SENIN QIZINI UZER.. OGLAM__EYBI YOX,BACI QARDAS ARASINDA OLUR BELE WEYLER))) QIZIM VURULMUSAN?ANA YOX NE DANWRSAN BUNU HARDAN CXARDUN?CUN 2SATTDI SUPU VILKAY;A ICMEYE CALWRSAN

 İnformasiya

Qonaq qrupunda olan ziyarətçilər bu məqaləyə şərh yaza bilməzlər.
Bootstrap Slider
Scroll To Top