Layihələr / Tanıdım səni

Bütün Azərbaycan filmlərini Youtube-a kim qoyur?

Terane | 14-07-2012, 12:18
3 383 80

Bütün Azərbaycan filmlərini Youtube-a kim qoyur?


Youtube sosial şəbəkəsində hansı Azərbaycan filmlərini axtarsanız, mütləq tapacaqsınız. Bəs bu filmləri Yotube-a yükləyən kimdir? Nazirlikmi, Kino İttifaqımı, yoxsa kim? 

Bu filmləri Vüsal Ağayev adlı şəxs yerləşdirib Youtube. Özü də təmənnasız. Azərbaycan kinosuna olan sevgisindən, kinomuzun yayılmasından, inkişaf etməsinə olan istəyindən. Onun gördüyü iş təqdirəlayiqdir. V.Ağayev Youtube şəbəkəsinə 3500-dən çox video yükləyib. Onların arasında bədii, sənədli, qısa filmlərimiz, eləcə də hazırda kanallarda yayımlanan Azərbaycan serialları daxildir. Kulis.az olaraq Vüsal Ağayevin gördüyü işlərlə bağlı bir neçə sual ünvanladıq. Məqsəd həm də onu oxucularımızla tanış etməkdir.

- Əvvəlcə oxucular üçün özünüzü təqdim edin. Kimsiniz, təhsiliniz, işiniz nədir?

- BDU-nun "Beynəlxalq hüquq" fakültəsinin məzunuyam. Həmçinin Avstriyada elmi araşdırmam olub. Rumıniyada isə magistratura təhsili almışam. Bundan öncə müxtəlif dövlət qurumlarında ştatdankənar və ştatlı olaraq çalışmışam. Hazırda işsizəm.

- Kinoya maraq sizdə hardan yaranıb? 

- Kinoya maraq 13-14 yaşlarında “Görüş” filminə baxdıqdan sonra yarandı. Bundan sonra Azərbaycan filmlərini sərasər izləməyə başladım. Daha sonra dünya kinosu ilə maraqlanmağa başladım. Hətta yadımdadı, qırmızı rəngli Azərbaycan Sovet Ensiklopediyasında qeyd edilən bütün filmlərin adlarını öz dəftərimdə qeyd etmişdim ki, rastıma düşən kimi izləyim.

- Bəs filmlərimizi Youtube-a yerləşdirmək ideyası hardan gəldi? Bu öz ideyanızdır, yoxsa hansısa bir layihədir? 

- Öz ideyamdır. Əslində 2008-ci ildən əvvəlcə filmlərdən fraqmentlər yerləşdirməyə başladım. Məqsədim 2006-cı ildən bəri olaraq Vikipediyanın Azərbaycan bölməsində yaratdığım 3000-ə yaxın film məqaləsi, 5000-ə qədər kino şəxsi məqaləsində video materialları yerləşdirmək idi. Onu da deyim ki, 4 il ərzində Vikipediyada internetdə ən böyük Azərbaycan kinosu arxivini toplaya bilmişəm. Eyni zamanda 10. 000-ə qədər kino şəkilləri, filmlər barədə ətraflı, tədqiq olunmuş məlumat və kino sənətçiləri barədə imkan olduqca ətraflı məlumat yerləşdirdim. Youtube-dakı videoları da əvvəlcə fraqment olaraq müvafiq filmin məqaləsinə əlavə edirdim. 2010-cu ilin ikinci yarısından isə filmlərimizi əvvəlcə hissələrə bölərək yerləşdirməyə başladım. 2010-cu ilin dekabrından Youtube vaxt limitini götürdükdən sonra, bu fürsətdən istifadə edərək filmlərimizi bütöv olaraq yerləşdirməyə başladım. Heç bir layihə əsasında işləmirəm. Bu işdə təkbaşına və təmənnasız fəaliyyət göstərirəm.

- Hazırda nə qədər film yükləmisiniz? 

- Hazırda arxivimdə olan təxminən 2500-ə qədər filmin hamısını Youtube-a yükləmişəm. Demək olar ki, bütün filmlərimizi vusal1981 kanalından tapmaq olar. Ancaq araşdırmalarım həmişə davam edir. Tapılmayan filmləri tapıb paylaşmaq əsas məqsədlərimdən biridir.

- Sizin kanalınızda çox adama tanış olmayan, televiziyada göstərilməyən filmlərimizi görürük bəzən. Bunları hardan tapırsınız? 

- Tapılmayan filmləri müxtəlif şəxsi əlaqələrlə əldə edirəm. Adətən, bu, belə baş verir: mənim axtardığım filmləri mənə təqdim edən şəxsin də axtardığı filmləri mən ona təqdim edirəm. Demək olar ki, tapılmayan və efirə getməyən filmləri şəxsi təşəbbüsümlə əldə edirəm.

- Ümumi izlənmə nə qədərdir kanalınızda? 

- Kanalımda hazırda videoların ümumi izlənmə sayı 6 milyona çatmaq üzrədir. Son 1 ildə 5 milyon izlənmə olub. Statistikaya görə videolara ən çox Azərbaycan, Rusiya, Türkiyə, Ukrayna və s. ölkələrdən baxılır. 1-ci və 2-ci yerlər həmişə Azərbaycan və Rusiyaya aiddir. Ümumi götürsək, videolarıma 174 ölkədə baxırlar.

- Televiziyada gedən filmlərimizi də yerləşdirirsiniz. Bunu necə edirsiniz? Əvvəldən hazırlaşıb kinonu yazırsınız? 

- Televiziyada gedən filmləri adətən, internet üzərindən kanalların yayım axışını təqib edərək yazıram. Lakin bəzi kanalların (məsələn, Xəzə, İctimai kanal) yayım axışını saytlarından tapmaq olmur deyə, çətinlik çəkirəm. Əvvəlcədən hazırlaşıb yazıram, sonra müəyyən montaj işləri görüb Youtube-a yerləşdirirəm. Son 6 ayda teleseriallar layihəsini uğurla gerçəkləşdirirəm. Hazırda efirdə gedən bütün serialları operativ olaraq yalnız mənim kanalımdan tapmaq olur.
 


 

Bütün Azərbaycan filmlərini Youtube-a kim qoyur?

 

 


- Kinolarımızı yerləşdirdiyinzə görə Mədəniyyət və Turizm Nazirliyindən, Kino İttifaqından sizinlə maraqlanan olubmu? Və yaxud, hansısa filmi yerləşədirdiyinizə görə sizə hansısa kanaldan və ya şəxsdən etiraz edən olubmu? 

- Bu sual mənim ən ağrılı yerimdir. Çox təəssüflər olsun ki, Mədəniyyət Nazirliyindən heç kim bu işlə maraqlanmayıb indiyə qədər. “Çox sağ ol”,- deyirəm dəyər verən azərbaycanlılarımıza. Kanalıma çox yüksək dəyər verənlər həddindən artıq çoxdur. Hazırda Youtube-da azərbaycanlıları birləşdirən ən böyük kanaldır. Ancaq dediyiniz müəlliflik hüquqlarını mən tam olaraq dövlətin dəstəyi ilə ala bilərəm. Əlbəttə, müəyyən film müəllifləri bəzən etiraz edirlər. Ona görə kanalımda da qeyd etmişəm ki, kim filminin burada yerləşdirilməsini istəmirsə, mənə bildirsin, dərhal filmi götürüm kanaldan. Ancaq ümumən, film müəlliflərinin əksəriyyətinin təşəkkürünü görmüşəm. Etiraz edən çox azdır. Bu da təmənnasız işimi davam etdirmək üçün stimul verir. Hətta mənim kanalımdan sonra “Armenkino” adlı kanal açıldı. Lakin ermənilərin bu kanala çata bilməsi mümkün deyil. Çünki onlar çatana qədər mən daha da irəliyə gedəcəm. İstərdim ki, bu işi dövlət dəstəyi ilə edim.

- Özünüzün film çəkmək kimi bir arzunuz varmı? 

- Məncə, filmi peşəkarlar çəksin. Mən hüquqşünasam və bu, mənim hazırda işim kimi görünsə də əslində hobbimdir. Hər bir işin təhsili olmalıdır. Təhsilli rejissorlarımız isə çoxdur. İstedadlıları da var, istedadsızları da. Onlar çəksinlər, icazə versələr, mən də filmi təbliğ edərəm.

- Kinomuza nə arzulayardın? 

-Kinomuz barədə bəzən optimist, bəzən isə pessimist oluram. Mənim hazırkı məqsədim və arzum filmlərimizin internet vasitəsilə dünyaya yayılmasıdır. Çox istərdim ki, dövlət dəstəyi ilə filmlərimizin ingilis dilində altyazılarını təşkil edim. Mənə Avropanın müxtəlif ölkələrindən gələn məktublardan adətən, filmlərin ingilis versiyasını istəyirlər. Ən son İsveçdən gələn məktuba cavab olaraq "Ev" qısametrajlı filminin ingiliscə altyazılı versiyasını məsləhət gördüm, baxsınlar. Əlimdə ingiliscə olan filmlər çox azdır. Türkiyədə isə universitet tələbələri kanalım sayəsində Azərbaycan kinosu həftəliyi təşkil etmişdilər. Məndən bir neçə filmi tövsiyə etməyimi istədilər. 

Arzular həmişə müsbət yönə olur, əlbəttə. Hər bir filmimiz uğur əldə edəndə bu, hamımız üçün qürurvericidir. Arzu edərdim ki, Azərbaycanda çəkilən filmləri vətəndaşlarımız asanlıqla əldə edib baxa bilsinlər. Bunun sistemi qurulmalıdır. Ən azından, şəhərin mərkəzində kino evi və ya kino satış mərkəzi olmalıdır və bütün filmlərimiz orada təmərküzləşməlidir. Mən buna onlayn olaraq nail ola bilmişəmsə, niyə başqası bunu reallığa çevirməsin? Hər şey mümkündür. Təki istək olsun.

Elmin Həsənli


yalniz arzu | 1 avqust 2015 01:20 | Status: Gümüş user | Şərh: 1 764
Mence çox teqdirelayiq bir iş görür.ireli sürdüyü layiheler de çox maraqlıdı.desteyi olsa daha yaxşı neticeleri olar.Allah yolunu açığ elesin.amin
Elcin sangu | 31 iyul 2015 23:20 | Status: Şərhçi | Şərh: 244
Bilirdim amma yenede tewekkur
Sunay Elizade | 29 may 2015 16:20 | Status: Gümüş user | Şərh: 2 172
bilirdim ama yenede tsk
FarizEhmedli | 17 aprel 2015 20:50 | Status: Şərhçi | Şərh: 202
cox gozel hmm
gulu_95 | 9 aprel 2015 19:35 | Status: Şərhçi | Şərh: 573
sağolsun...
ayka wirinka | 18 mart 2015 14:23 | Status: Şərhçi | Şərh: 238
tesekurler size vusal beyy
gelinim | 28 iyun 2014 22:55 | Status: Şərhçi | Şərh: 124
Sitat: Gül-ka
Tewekkurler size Vusal bey

mencede
Gulshen. | 22 fevral 2014 11:15 | Status: Qonaq | Şərh: 0
Tewekkurler size Vusal bey
beehive | 29 noyabr 2013 11:19 | Status: Şərhçi | Şərh: 337
haber için teşekkürler efendim, saygılar,,,
ŞokaLaTovA PeÇeNyA. | 31 oktyabr 2013 14:25 | Status: Gümüş user | Şərh: 2 071
Mende youtubede qeydiyyatdayam ama kino yerlesdire biulmirem ancaq video yukluye bilirem
Gozel Melek | 13 iyul 2013 10:39 | Status: Gümüş user | Şərh: 1 533
TEWEKKURLER XEBERE GORE
flovers | 28 iyun 2013 17:24 | Status: Professional user | Şərh: 3 113
[quote=Qanad]Yaxsidir da kohne filmlere baxiriq?
duz deyirsen
Qanad | 19 iyun 2013 10:05 | Status: Yazar | Şərh: 4 375
Yaxsidir da kohne filmlere baxiriq.Televizorda ancaq reklam gosterirler
RaySum | 17 iyun 2013 10:44 | Status: Professional user | Şərh: 2 606
Tesekkkurler Vusala yerlesdirdiyi ucun
flovers | 6 iyun 2013 23:16 | Status: Professional user | Şərh: 3 113
tesekkur edirem
Mickey Mouse | 5 iyun 2013 13:16 | Status: Professional user | Şərh: 4 015
Yaxsi ki qoyur... wink
Nigar | 4 iyun 2013 14:58 | Status: Gümüş user | Şərh: 6 099
dogurdan??biyyyy bawima xeyir
Billurə | 1 iyun 2013 18:03 | Status: Professional user | Şərh: 4 905
Təşəkkürlər. Çox sağolun.
ayruska | 15 may 2013 23:06 | Status: Professional user | Şərh: 3 994
cox gozel is gorur
Pessimist_ka | 26 mart 2013 12:01 | Status: İstifadəçi | Şərh: 8
chooox maragli xeberdir teshekkurler
selenay | 26 mart 2013 10:42 | Status: Professional user | Şərh: 1 469
hmmmmmmmmm bildim tsk
Girl | 25 mart 2013 10:59 | Status: Professional user | Şərh: 8 229
tewekkurler bildik
Gozel Melek | 6 mart 2013 20:14 | Status: Gümüş user | Şərh: 1 533
tesekkurler
Maral630 | 6 mart 2013 18:02 | Status: Şərhçi | Şərh: 183
Olduqca faydalı iş görursunuz.Çox sağ olun.
Sevinc.F | 5 mart 2013 16:50 | Status: Gümüş user | Şərh: 954
Cox sag olsun you tube istifade edirem
Əfşan | 27 fevral 2013 19:23 | Status: Professional user | Şərh: 1 719
cox sagolsun,men tez tez axirinci asirima baxiram hem de qemlonun oldugu epizodlara
qelbin sesi | 17 fevral 2013 17:38 | Status: İstifadəçi | Şərh: 28
tesekurler
Girl | 5 fevral 2013 18:54 | Status: Professional user | Şərh: 8 229
TESEKKURLER
PrEnSeS_ | 6 dekabr 2012 08:33 | Status: VİP user | Şərh: 554
tesekkur edirik
Havin | 4 sentyabr 2012 18:47 | Status: Şərhçi | Şərh: 70
SAQ OLSUN, AZERBAYCAN FILMLERINE SAHIB CIXDIQI UCUN
info

İnformasiya

Qonaq qrupunda olan ziyarətçilər bu məqaləyə şərh yaza bilməzlər.