Zeytun, badımcan, sarımsaq, göyəm turşusunun qoyulması

1-09-2012, 13:07  |  Mətbəximiz » Konservləşdirilmiş məhsullar

Zeytun turşusu:

 

Zeytun, badımcan, sarımsaq, göyəm turşusunun qoyulması

 

 
 Hazırlanma qaydası 
Zeytun həm kal, həm də yetişmiş duzlanır. Kal zeytun dərilir (təxminən noyabr ayında) və saf-çürük edilir. Acılığı yox etmək üçün qələvi məhluluna (10 litr suya 175-200 qram natrium, ya da kalium qələvisi) qoyulur. Bu məhlulda zeytun ancaq üç günədək qala bilər. bundan sonra zeytun məhluldan çıxarılıb axar su altında yuyulur və hər gün dəyişmək şərtilə bir neçə gün təmiz suda saxlanır. Qələvinin tamam yox olmasını bilmək üçün zeytunun biri kəsilir və içinə fenolftalein (apteklərdə satılan purgen dərmanından istifaə etmək olar) sürtülür. Zeytunun içi qızarmırsa, deməli, qələvi təmizlənmişdir. Bundan sonra zeytunun üstünə duzlu su (1 litr qaynadılmış soyuq suya 50 qram duz) tökülüb turşumağa qoyulur. Turşuma vaxtı əmələ gələn qazın yaxşı çıxması üçün zeytun olan qabın qapağında deşik açılır və ora rezin borucuq keçirilir, ya da qapaqda bir neçə deşik açılır. Turşuma 15-20 gün çəkir. Bundan sonra zeytun hazır olur.

 

 

 

 

 


 

Badımcan turşusu:

 

 

Zeytun, badımcan, sarımsaq, göyəm turşusunun qoyulması

 


Tərkibi.
Xırda nazik badımcan - 3 kq.
Sarımsaq - 2 baş.
Keşniş.
Şüyüd.
Nanə.
Reyhan.
Tərxun.
Duz – zövqə görə.
Şərab sirkəsi.

 


Badımcan üçün iç hazırlanması
 
Badımcan üçün iç belə hazırlanır:sarımsağın qabığı soyulur, dilimlənib duzlanır (1 kq sarımsağa 50 q duz götürülür) həvəngdəstədə döyülür və ya xırda-xırda doğranılır, buna xırda-xırda doğranılmış şirin və acı göy istiot, cəfəri, nanə qatılıb qarışdırılır və zövqə görə duzlanır.

 
Hazırlanma qaydası.
 
Göyərtini yuyub, doğrayın. Doğranılmış sarımsağı göyərti ilə qarışdırıb, duz əlavə edin. Xırda badımcanları saplaqdan təmizləyib uzununa yarın, oraya duz səpin. Yarım saat saxlayın, sonra badımcanları yuyun. Suya duz əlavə edib qaynadın. Qaynar suya badımcanları atın. Əgər badımcanlar xırdadırsa, onda onları 2-3 dəqiqə qaynadın. Badımcanlar nə bərk, nə də yumuşaq olmalıdırlar. Pörtülmüş badımcanlar aşsüzənə yığılır, üzərinə ağır əşya qoyulub 3 saat saxlanlır. Hazırlanmış iç badımcanların arasına doldurulur, bankaya yığılıb üzərinə sirkə tökülür. Bankanı bağlayıb soyuq yerə qoyun.
 
Bankaya qoyulmuş hazır badımcanlar 1,5 aya yetişir.

 

 

 

Sarımsaq turşusu:

 

 

Zeytun, badımcan, sarımsaq, göyəm turşusunun qoyulması

 

 

 

Tərkibi.
Sarımsaq
Duz
Sirkə
Ətirli istiot
Dəfnə yarpağı
Mixək

 


Hazırlanma qaydası.
 
Sarımsağı sirkəyə 2 üsulla qoymaq olar: bütöv və ya "dişlərə" təmizlənmiş. Əgər təmizlənmiş sarımsağı sirkəyə qoyursuzsa, onda qabığı təmizlənmədən sarımsaq dişlərini birbaşa bankaya (əvvəldən qaynar su ilə yaxalanmış) yığırsız. Bankaya sarımsaqdan qabaq ədviyyəni və duzu yığın. Bunların üzərinə sirkə tökülür. Qaynara verilmiş qapaqla bankanı bağlayın və ehtiyatla bir neçə dəfə bankanı çevirin ki, ədviyyat tam yayılsın. Bankanı sərinə qoyun. 1 aya yetişəcək.
 
Əgər sarəmsağı bütöv sirkəyə qoyursuzsa, onda sarımsağı üst qalın qabığını təmizləyin (alt qabıq qalmalıdır). Qaba 1 litr su töküb 20 gr. duzu əridin. Sarımsaqları bu qaba qoyun, belə ki, onlar tam duzlu suda olmalıdır. Sonra sarımsaqlar "ağırlaşıb", özləri "dibə" enəcəklər. Belə vəziyyətdə sarəmsağı 6-7 gün saxlamaq lazımdır. O, rəngini dəyişəcək.
 
Qaynara verilmiş bankaya ədviyyəni yığıb, duzu tökün, sonra isə sudan çixarılmış sarımsaqları. Üzərinə sirkə töküb qaynara verilmiş qapaqla bağlayın. Bir neçə dəfə bankanı çevirib, sərin yerə qoyun. 1 aya yetişəcək.

 

 

 

Göyəm turşusu:

 

 

 

 

 
Tərkibi.
 
Sarımsaq – 500 q, göyəm – 3 kq., dəfnə yarpağı – 3 ədəd, quru nanə – 30 q., ətirli istiot – 5 əd., qara istiot – 5 əd., duz – 2 x. q, şərab sirkəsi – 100 q.

 


Hazırlanması.

Göyəm yuyularaq 1-2 yerdən çəngəllə deşilir. Sarımsaq dişləri soyulub təmizlənir. Bankanın dibinə ədviyyat qoyulur, sarımsaq dilimləri, sonra göyəm yığılıb üstünə qaynar su tökülür. Banka açıq şəkildə 3-4 saat (su soyuyana kimi saxlanılır). Daha sonra bankadakı soyudulmuş su yenidən qazana boşaldılaraq qaynadılır və qaynaq su ikinci dəfə duz və sirkə ilə birgə bankaya tökülür. Bankanın qapağı hermetik bağlanıb sərin yerdə saxlanılır.


Redaktə etdi: sheh - 8-10-2012, 08:27

Səhvi bildir  Baxış sayı 3240 Şərh sayı 76 Müəllif Nazar
0
Paylaş:
Facebook Twitter Google Plus Одноклассники ВКонтакте Мой Мир@Mail.Ru
Hörmətli istifadəçi, Siz sayta qonaq qismində daxil olmusunuz.
Daha çox imkanlardan yararlanmanız məqsədi ilə biz sizə qeydiyyat səhifəsini ziyarət etməyi məsləhət görürük.
  1. Offline AYNURE.S
    men yasadiqim yerde goyem yoxdu deye etmirem.qalanlarin boyuk zovqle tuturam dadli alinir))))))))))))

  2. Online RaySum
    etmemiwem bilmirem...heleki anam elleri sagolsun komek olur
    İmza:  ❤=) ßéLęÐἔ YaxciÐu.. ❤

  3. Online Akademik

    mamam edir bunlari, mene oyredib bi necesini. twkler.

    İmza:  ♥Allahımın qulu, nəfsimin ağasıyam♥

  4. Online Hande 18

    mamanin masalla her sey gelir elinen

    İmza:  Həyata 4 əllə sarıla bilməm üçün sənin "əllərinə" ehtiyacım var.

    Ürəyimin ən gözəl otağına səni çağırıram, girərkən qapını bağlakı bir daha heç kim girə bilməsin...

  5. Offline selenay
    bacarmaram tsk
    İmza:  Gülmək hər vaxt xoşbəxt olmaq üçün deyil. Bəzən elə gülümsəmələr vardır ki; ən böyük ağrıları gizləmək üçündür...!!!

  6. Offline Milaska.
    ede bilmirem eee men mama ama edende menede verirrrr
    İmza:  qarninda 9ay bir uwagi qelbinde sonsuzadek bir kiwini dasiya bilen mohtewem varliqa qadin deyilir... QIZ_INSALLAH MENIM OGLUMDA SENIN QIZINI UZER.. OGLAM__EYBI YOX,BACI QARDAS ARASINDA OLUR BELE WEYLER))) QIZIM VURULMUSAN?ANA YOX NE DANWRSAN BUNU HARDAN CXARDUN?CUN 2SATTDI SUPU VILKAY;A ICMEYE CALWRSAN

  7. Offline Mehrin
    n44

  8. Offline My cat
    Tesekkur...
    İmza:  You laugh at me because I'm different, I laugh at you because you're all the same. Jonathan Davis

  9. Offline aysun94
    twk..
    İmza:  Heyat cetin deyil..

  10. Offline Mehrin
    tsk

  11. Online Əfşan
    anam da bele maraqli sheyler bilir,ona ruslar oyredib
    İmza:  Ayaqların üstə ölmək, dizlərin üstə yaşamaqdan daha yaxşıdır.

  12. Offline Gozel Melek
    menim bibim butun tursulardan baglayib,Allah onun canin sag elesin.Amin

  13. Offline Girl
    KONSERVLESDIRILMISLER ELEDE COX XOSUMA GELMIR EVDE BISIRILENIN DADINI VERMIR
    İmza: 
    Sən gedirsən deyə ağladığım mahnıları indi ''Remix'' edib oynuyuram =)

  14. Offline AMARILLIS
    xowum gelmir badimcanin ichine menden bawqa herwey qoyulanda. Badimcan tutmasinin en dadlisi - nane ve sarimsaq. Dadina baxin, hec vaxt ondan bawqa icine kelem, pomidor, xiyar, qonwunun ayaqqabilarini ve ya nenenin protezlerini atmaq bele agliniza gelmez. Ehhh.. ALLAH neneme rehmet elesin. En dadli badimcan turwusunu o, eleyerdi.

  15. Offline Gul_Cicek
    n44

  16. Offline aysu tuncay
    SARIMSAQ TURSUSU SUPERDI

  17. Online RaySum
    hmm.agzim sulanmadi turwudu bu defe n3
    İmza:  ❤=) ßéLęÐἔ YaxciÐu.. ❤

  18. Offline gulya20
    Yoldasimda mende badimcan tursusunu xoslayiriq,men en coooox alca tursusunu sevirem

  19. Offline gulnar aydinli
    Uffsuppa bes alca turwusu nece

  20. Online ruzgargulum
    tsk
    İmza: 

 Məlumat

"Qonaq" kimi saytı ziyarət edən şəxslər, saytda şərh əlavə etmə hüququna sahib deyildir! Zəhmət olmasa, qeydiyyatdan keçin və ya öz istifadəçi hesabınıza daxil olun!
Scroll To Top