Hamilə qadının geyimi necə olmalıdır?

30-07-2011, 12:00  |  Münasibətlər » Analıq məktəbi
 
Hamilə qadının geyimi necə olmalıdır?
 

Hamilə qadının geyimi təmiz, yumşaq, rahat və gen, hərəkətə mane olmayan və əlbəttə, mövsumə uyğun olmalıdır. Qadın alt paltarını tez-tez dəyişməlidir. Süd vəziləri böyüdükcə büsthalteri də dəyişmək lazımdır. Hamilə qadın sıx, süd vəzilərini, döş qəfəsini basan büsthalterlər geyməməlidir. Girdə corab bağları da geymək olmaz, çünki onlar ayaqların Venoz damarlarını sıxır, qan dövranını pozur və venaların varikoz genişlənməsinə şərait yaradır. Corabları xüsusi rezinlə ya belbağıya, ya da xüsusi bandaja bənd etmək olar. Alt darbalağın rezini də sıx olmamalıdır. Böyüyən uşaqlığın və onun içində inkişaf edən dölun sıxımasına yol vermək olmaz. Hamiləliyin artması ilə uşaqlığın ön qarın divarına təzyiqi də artır, bu da hərdən əzələlərin çox kenişlənməsinə, qarının sallanmasına və dölün uşaqlıq boşluğunda düzgün vəziyyətdə olmamasına gətirib çıxarır. Bütün bu ağırlaşmaların qarşısını almaq üçün hamiləliyin ikinci yarısında xüsusi bandaj geymək lazımdır. Onu uzanmış halda geyirlər. Bandaj uşaqlıq üçün daha bir dayaq rolunu oynadığından o qarnı yaxşı tutmalı, ancaq sıx olmamalıdır. Bandajın ipləri hamiləlik artdıqca onu genişləndirməyə imkan verir. Bandajı vaxtında (hamiləliyin 28—30 həftəliyində) və düzgün geyən qadınlarda qarın sallanmır və «hamiləlik çapıqları» az-az olur.

Hamilə qadının geyimi necə olmalıdır?

Qadınların çoxu hamiləlik dövründə qədd-qamət-lərini və gözəlliklərini mümkün qədər çox saxlamağa çalışırlar. Bu tamamilə təbii və aydındır. Qarının ölçüsünü koketkalı paltarlar və köynəklər yaxşı gizlədir, onlar həm rahat, həm də gendir, bundan başqa, müasir dəbdə olan gen canlıqlar, gen yubkalar və örtüklər geymək olar. Dar, paltarlar, əksinə, hamilə qadının qəddinin bütün xüsusiyyətlərini qabarıq nə-zərə çarpdırır. Bəzi moda jurnallarında «gələcək analar üçün» olan paltarların fasonları verilir. Paltar və köynəkləri yaxşı yuyulan parçalardan tikmək lazımdır.
Hamiləliyin vaxtı artdıqca qadının bədənin ağırlıq mərkəzi qabağa keçir. Müvazinəti saxlamaq üçün qadın gəzərkən bədəninin yuxarı hissəsini dala əyir, bu da fəqərə sütununun bel şöbəsinin daha da əyilməsinə gətirib çıxarır.

 


Əgər hamilə qadın hündürdaban çəkmə geyirsə, onun ağırlıq mərkəzi daha çox qabağa çıxır, kürək əzələləri isə daha da gərginləşir. Bundan başqa, belə vəziyyət dölün başının çanağa düzgün düşməsinə mane olur. Hündürdaban ayaqqabılar az dayanıqlıdır, Hamilə qadın belə dabanda asanlıqla burxulub yıxıla bilər. Bu da çox vaxt dölətrafı mayenin vaxtından qabaq xaric olmasına, qanaxmaya və vaxtından əvvəl doğuşa gətirib çıxarır. Bu isə həm ana, həm də uşaq üçün qorxuludur.

 

 

 

Səhvi bildir  Baxış sayı 2520 Şərh sayı 41 Müəllif LoVe_FoReVeR
0
Paylaş:
Facebook Twitter Google Plus Одноклассники ВКонтакте Мой Мир@Mail.Ru
Hörmətli istifadəçi, Siz sayta qonaq qismində daxil olmusunuz.
Daha çox imkanlardan yararlanmanız məqsədi ilə biz sizə qeydiyyat səhifəsini ziyarət etməyi məsləhət görürük.
  1. Offline SEVA00
    hamile qadin ne qeder rahat geyim geyse hem ozune hem usaqa bir o qeder xeyirli olar

  2. Offline Gulnare4
    Ayka21,
    Amin
    İmza:  Qadın olmaq boyayla, makiyajla gözəlləşmək deyil.İç gözəlliyini, imanını, dürüstlüyünü ortaya qoya bilməkdir. Hər kişidə bir parça buraxmaq deyil.Bir kişidə bütün ola bilməkdir!

  3. Offline Ayka21
    Sitat: Hande
    ALLAH butun qadnlara nesib eder inwallah

    Amin
    İmza:  IMAM ELI (E)BUYURMU$DUR:EY INSAN!ÖZÜNÜ UCUZA SATMA,ÇÜNKI SENIN YERIN CENNETDIR.''GELIN ÖZ HEYATIMIZA NEZER SALAQ.$EYTANIN VE NEFSIMIZIN QULU OLUB ONLARIN VESVESESINE UYMAYAQ.QOHUM QON$U NE DIYECEK DIYE YOX,BIZI YOXDAN VAR EDEN ALLAHA NE DIYECEK DEYE •••

  4. Offline TATLI GUZEL
    Hande,
    Insallah
    İmza: 

 Məlumat

"Qonaq" kimi saytı ziyarət edən şəxslər, saytda şərh əlavə etmə hüququna sahib deyildir! Zəhmət olmasa, qeydiyyatdan keçin və ya öz istifadəçi hesabınıza daxil olun!
Scroll To Top