Hamiləliyin Əlamətləri

2-07-2011, 19:31  |  Münasibətlər » Analıq məktəbi


Hamiləliyin Əlamətləri


Hamiləliyin ən ilkin və ən vacib əlamətlərindən biri aybaşının kəsilməsidir. Lakin hər qadında aybaşı qanaxması nizamlı olmadığından bu yanlış da ola bilər. Aybaşı müxtəlif xəstəliklərdən, mövsüm dəyişikliklərindən, stressdən vəs. hallardan asılı olaraq da kəsilə bilər.
Hamiləlikdə ən tez-tez rast gəlinən əlamətlər süd vəzilərinin ağrılı olması, yorğunluq hissi, mədə bulantıları və başqa mədə şikayətləri (qıcqırma, qusma), tez-tez sidiyə çıxmaq istəyi və qarında qabarıqlıq əlamətləridir. 
Bəzi hamiləlik əlamətləri hamiləliyin qəti olduğunu, bəziləri isə ondan şübhələnməyi ortaya çıxarır. Heç bir erkən əlamət hamiləliyin qəti göstəricisi sayılmır. Əslində hamiləliyin qəti göstəricisi körpənizin ürək döyüntülərinin Dopler USM ilə təyinidir ki, bu da 10-12ci həftələrdə mümkün olur.

HAMİLƏ OLABİLƏCƏYİNİZİ ŞÜBHƏLƏNDİRƏN GÖSTƏRİCİLƏR

ƏLAMƏT

ORTAYA ÇIXDIĞI AN

DİGƏR MÜMKÜN SƏBƏBLƏRİ

Aybaşının kəsilməsi

Bütün hamiləliklərdə

Səfər,yorğunluq,stress,hamiləlik 
qorxusu,hormonal problemlər,artıq çəki və ya çəkinin həddindən artıq itirilməsi, hamiləliyi əngəlləyən dərmanların kəsilməsi, əmizdirmə

Səhərlər ürək bulantıları

Hamilə qaldıqdan 2-8 həftə sonra

Qida zəhərlənməsi, gərginlik

Tez-tez sidiyə çıxma

Hamilə qaldıqdan 
6-8 həftə sonra

Sidik yolları iltihabı, gərginlik,şəkər 
xəstəliyi

Sızıldayan,ağrıyan,şişkin süd vəziləri

Hamilə qaldıqdan sonra 
bir neçə gün ərzində

Hamiləliyi əngəlləyən dərmanların, aybaşı günlərinin yaxınlaşması

Məmələrin ucundakı qəhvəyi çevrənin daha piqmentləşməsi və böyüməsi

Hamiləliyin ilk 3 ayı ərzində

Hormonal tarazlığın pozulması

Əvvəlcə döşlərdə, sonra isə qarında çatlaqlar

Hamiləliyin ilk 3 ayında

Hormonal tarazlığın pozulması və ya əvvəlki hamiləliyin təsiri

Yeməklərə həddindən artıq istək hissi

Hamiləliyin ilk 3 ayı ərzində

Pis qidalanma,stress,aybaşı günlərinin yaxınlaşması

HAMİLƏ OLACAĞINIZI GÖSTƏRƏN DAHA GÜCLÜ GÖSTƏRİCİLƏR

ƏLAMƏT

ORTAYA ÇIXDIĞI AN

DİGƏR MÜMKÜN SƏBƏBLƏRİ

Uşaqlıq və uşaqlıq boynunun yumşalması

Döllənmədən (mayalanmadan) 2-8 həftə sonra

Aybaşının gecikməsi

Uşaqlığın ve qarının böyüməsi

8-12ci həftə

Şiş xəstəlikləri, mioma vəs.

Fasiləli və ağrısız qarın sıxılmaları

Hamiləliyin əvvlində başlayır, hamiləlik irəlilədikcə tezliyi artır

Bağırsaq sıxılmaları

Körpənin hərəkətləri

İlk olaraq hamiləliyin 
16-22ci həftəsındə hiss olunur.

Bağırsaq sıxılmaları

QƏTİ HAMİLƏLİK ƏLAMƏTLƏRİ

ƏLAMƏT

ORTAYA ÇIXDIĞI AN

DİGƏR MÜMKÜN SƏBƏBLƏRİ

USM də körpənin görünməsi

Döllənmədən (mayalanmadan) sonraki 46cı həftədə

Yoxdur

Körpənin ürək döyüntüləri

10-20ci həftədə

Yoxdur

Qarında hiss olunan körpənin hərəkətləri

16cı həftədən sonra

Yoxdur

Səhvi bildir  Baxış sayı 3531 Şərh sayı 35 Müəllif Alizes
0
Paylaş:
Facebook Twitter Google Plus Одноклассники ВКонтакте Мой Мир@Mail.Ru
Hörmətli istifadəçi, Siz sayta qonaq qismində daxil olmusunuz.
Daha çox imkanlardan yararlanmanız məqsədi ilə biz sizə qeydiyyat səhifəsini ziyarət etməyi məsləhət görürük.
  1. Offline AYNURE.S
    ALLAH hamiya qismet etsin amin.mede icin de olmaqla
    .

  2. Online RaySum

    Amin....Gulnare

    İmza:  ❤=) ßéLęÐἔ YaxciÐu.. ❤

  3. Offline Gulnare4
    Allah olmayanlara qismet elesin
    İmza:  Qadın olmaq boyayla, makiyajla gözəlləşmək deyil.İç gözəlliyini, imanını, dürüstlüyünü ortaya qoya bilməkdir. Hər kişidə bir parça buraxmaq deyil.Bir kişidə bütün ola bilməkdir!

  4. Offline seva85
    allah hamiya qismet etsin amin

  5. Offline SEVA00
    BU HAQDA ARTIQ YETERINCE MELUMATIM VAR

  6. Offline yumurcaq
    mende ilk heftelerde bunlar hamisi var idid lakin hamile olduguma indide inana bilmirem o vaxtida inanmirdim

  7. Offline Gul_Cicek
    wink

  8. Offline Princess_93
    Hande,
    amin
    İmza:  Ayağıma dolaşan tək əngəl: - Gəlinliyimin ətəyi olsun ..

  9. Offline Decel
    EH her elamat hamileliyi bildirmez yaxsisi budur ki,hekime gedesen
    İmza: 

  10. Offline sevinc keder
    mence hamile olub olmamaği oyrenmek ucun her kes test edir wink
    İmza:  qapi ona doyulecek her kese acilar.

  11. Offline sevinc keder
    ALLAH HER KESE BU HISSLERI YAWAMAQI NESIB ETSIN OZUDE HASANTINDAN. n28
    İmza:  qapi ona doyulecek her kese acilar.

  12. Offline Ayka21
    Sitat: Hande
    Allah hamiya biu xow,sevincli hissi yawatsin,

    Amin
    İmza:  IMAM ELI (E)BUYURMU$DUR:EY INSAN!ÖZÜNÜ UCUZA SATMA,ÇÜNKI SENIN YERIN CENNETDIR.''GELIN ÖZ HEYATIMIZA NEZER SALAQ.$EYTANIN VE NEFSIMIZIN QULU OLUB ONLARIN VESVESESINE UYMAYAQ.QOHUM QON$U NE DIYECEK DIYE YOX,BIZI YOXDAN VAR EDEN ALLAHA NE DIYECEK DEYE •••

  13. Offline Hande.
    Allah hamiya biu xow,sevincli hissi yawatsin,AMIN...Tewekkurelr xeber ucun baci...
    İmza:  <b>♣İnsanları səni səhv başa düşdükdə bunu dərd etmə;eşitdikləri sənin səsindi,amma ağlından keçirdikləri öz düşüncələridir.*</b>

  14. Offline life82
    caşki bu hissleri yene yaşasaydim.cooooooox gozel hisslerdir.qizimda sevinerdi

 Məlumat

"Qonaq" kimi saytı ziyarət edən şəxslər, saytda şərh əlavə etmə hüququna sahib deyildir! Zəhmət olmasa, qeydiyyatdan keçin və ya öz istifadəçi hesabınıza daxil olun!
Scroll To Top