Həyat tərzi / Maraqlıdır

Kişinin sevdiyini necə anlamaq olar?

Alizes | 14-08-2012, 21:00
26 033 100
Kişinin sevdiyini necə anlamaq olar?

Siz ona aşiq olmusunuz. Bəs o? O da sizə aşiqdirmi? Maraqlı sualdır,elə deyilmi? Cavabını aşagıda sizə verəcəyim ipuclarından anlaya bilərsiniz,əziz xanımlar.


1. Sizə komplimentlər edər

Kişilər hər nə qədər desə də ki,xarıcı görünüşə önəm vermirlər,onlar üçün önəmli olan sizin daxili gözəlliyinizdir,inanmayın xanımlar. Kişilər ilk növbədə qadının görünüşünə diqqət edər. Bir kişi xanıma olan marağını  onu başdan ayağa kimi diqqətlə süzməsi ilə bildirər.

 

Geyiminizə, makiyajınıza, üz cizgilərinizə, çəkinizə, əl-ayaq barmaqlarınıza, saçlarınıza, gözlərinizə, sinənizə... Uzun sözün qısası onlar tərəfindən ilk olaraq fiziki görünüşlə bağlı imtahandan keçməli olacaqsınız. İmtahanın ardından " Nə gözəl gözlərin var?!", "Saçlarını çox bəyənirəm", "Mini yubka sənə çox yaraşır" kimi komplimentlər gələcək.

 

Sözün qısası daxili gözəlliyiniz olsa belə siz mütləq öz zahiri görünüşünüzə də diqqət yetirməyə çalışın. Çünki belə etmiş olsanız bir gün  əks cinsin bir nümayəndəsindən hökmən tərif eşidəcəksiniz.


2. Dinləyər

Sizi bəyənən bir kişi təbii ki,səs tonunuzu, tələffüzünüzü, danışıq qabiliyyətinizi də bəyənər və yanınıza gəlib sizinlə söhbət etməyi, suallar verməyi sevər. Mümkün olduqca ikinizin də marağına səbəb ola biləcək gündəlik mövzular tapın. Ona verəcəyiniz suallar vasitəsilə özü ilə maraqlandığınızı görəcək və bunun vasitəsilə həm də onu daha yaxından tanımış olacaqsınız.

 

Kişilər deyib-gülməyi sevən şən və ağıllı xanımları bəyənirlər ( P.S. Bir çoxlarının fikrincə isə kişilər ağıllı qadınları sevməzlər. Hər halda doğrusunu kişilər özləri daha yaxşı bilmiş olarlar). Onlara uşaqlığınızla bağlı gülməli xatirələri anlada bilərsiniz. Həmçinin bir-bir, səbrlə danışmağa cəhd edin. Gözəl danışıq qabiliyyətinə və təsir edici səs tonuna olan həssaslıqlarını da unutmayın.


3. Fədakar olar

Əgər bir kişinin sizdən çox xoşu gəlibsə,o, bütün mənliyi ilə sizi hər cürə xoşagəlməliklərdən qorumağa çalışar. Məsələn, çox tünlük olan yerlərdə narahat olacağınızı düşünüb təşvişə düşər və bir çox suallar verərək ehtiyaclarınızı öyrənməyə çalışar.

 

Sağlamlığınızın və əhvalınızın yerində olmasını hər kəsdən çox,o istəyər.  Üzülməməniz üçün əlindən gələni etməyə çalışar.

 


4. Ona zaman ayırmanızı istəyər

Bir kişinin həyatda ən çox önəm verdiyi şeylərdən biri də diqqətdir. Yəni ona diqqət yetirmənizi,onunla bərabər çoxlu zaman keçirmənizi istəyər.  "Bu axşama planın nədir?",  "Kiminlə gedəcəksən gəzməyə?", "Səni evə kimi ötürməmi istəyərsənmi?" kimi  qısqanclığını yüngülcə  biruzə verəcək suallar ilə qarşılaşa bilərsiniz. Əgər münasibətinizi təhlükəyə atmaq istəmirsinizsə o zaman keçmiş sevgiliniz ilə görüşməyə son verəcəksiniz. Nəzərə alın ki,o, ancaq sizin tərəfinizdən diqqət görmək istəyir. Ona olan diqqətinizin azaldığını hiss etdiyi andan beynində  "Görəsən həyatında başqa kişi varmı?" sualını fırladacaqdır.


5. Hər halınızla gözəl olduğunuzu düşünür

Təbii ki,saçlarınızın səliqədə olduğu zamanında sizə kompliment deməsini normal qarşılayacaqsınız. Lakin əgər sizi sevirsə yataqdan qalxdığınızda belə, saçlarınızın səliqəsiz, üzünüzün makiyajsız olduğu anlarda da gözəl olduğunuzu düşünəcəkdir. Bu o deməkdir ki,gözü sizdən başqasını görməz.


6.İlk növbədə sizsiniz

Sevən kişi sevdiyini hər zaman ön planda tutar. Siz onun üçün bəzən ailəsindən belə daha öndə gələrsiniz. Məsələn,bacısı və sizinlə alış-verişə çıxdığı zamanlarında ən gözəl geyimləri ilk növbədə sizə alar. Çünki əhvalınızın yaxşı olmasını,gülümsəmənizi və xoşbəxt olmanızı istəyər.

 

Soyuq bir yerdə sizdən başqa üşüyən varsa belə pencəyini ilk növbədə sizə verər. Xəstə olduğunuz günlərdə işə getmək əvəzinə ilk növbədə sizə baş çəkər, həftə sonlarını ailəsi yox, sizinlə keçirmək üçün planlar qurar. Çünki siz onun həyatının ən dəyərli varlığısınız.


7. Arzular

Sevən kişi sizinlə zaman keçirdikdən və bir çox şəxsi söhbətlər etdikdən sonra sizi yataqda da tanımaq istəyər. Sizinlə bağlı arzular qurmağı sevər və sizdən aralı qalmağı heç istəməz. Ona görə də imkan daxilində onun istəklərinə "yox" cavabını verməyin.

 

Siz də ona onun üçün darıxdığınızı bildirməkdən çəkinməyin. İş sonrası onunla  yeyə biləcəyiniz şam yeməyi üçün planlar qurun,ya da daha da yaxşısı o yeməyi özünüz hazırlayın.Bunu ona sürpriz etmiş olsanız inanın ki,çox bəyənəcəkdir.

 

Sevən kişilər hansı kəlmələrdən daha çox istifadə edər?

 

-Gözlərin çox gözəldir. Baxışların məni dəli edir.

-Həftə sonu mənimlə tətilə gedərsənmi?

-Mobil telefonunda nömrəsi olan Əli kimdir? Dostundurmu?

-Əzizim,bəyəndiyin ayaqqabıları sifariş etdim.

-Sən makiyajsız belə bütün qadınlardan daha gözəlsən.

 

Bəs siz,xanımlar, bu yazılanlar ilə rastlaşmısınızmı? smile


Janna_1994 | 12 may 2016 00:19 | Status: Şərhçi | Şərh: 518
maraqli xeber idi twk
beehive | 2 dekabr 2013 17:49 | Status: Şərhçi | Şərh: 337
Xəbər üçün təşəkkür edirəm..
raule | 22 may 2013 21:21 | Status: İstifadəçi | Şərh: 9
beli. sen makyajsizda cox gozelsen. gozlerin coooox xosuma gelir. sensiz yasamaq meni cox sixir,ne bilim eeeeeeeeeeey cox sozler ammma bacisi soz konusu olursa iste o zaman konu deyiser
axire | 13 fevral 2013 19:08 | Status: İstifadəçi | Şərh: 14
qarwima cixsa razilawacam n9
dunyaa | 12 fevral 2013 17:38 | Status: İstifadəçi | Şərh: 57
SENIIIIIII SEVIREEEMM n35 n36
RA | 28 yanvar 2013 19:34 | Status: Qonaq | Şərh: 505
bu arada bu mövzunu yazan xanımın özüdə şən hazırcavab xanımdır ...hiss olunur .. smile mövzuya əlavəm budur ki .. KİŞİLƏR GÖZLƏRİYNƏN SEVİRSƏDƏ QADINLAR QULAQLARIYNAN SEVƏRLƏR... wink AMMA ZARAFAT ÖZ YERİNDƏ...ƏSL SEVGİLİ ÜRƏK DOSTU SİRDAŞ OLAN İNSANDIR
_Nazlim_ | 28 yanvar 2013 19:18 | Status: Professional user | Şərh: 2 273
Sitat: Mavish

Sevən kişilər hansı kəlmələrdən daha çox istifadə edər?

-Gözlərin çox gözəldir. Baxışların məni dəli edir.

-Həftə sonu mənimlə tətilə gedərsənmi?

-Mobil telefonunda nömrəsi olan Əli kimdir? Dostundurmu?

-Əzizim,bəyəndiyin ayaqqabıları sifariş etdim.

-Sən makiyajsız belə bütün qadınlardan daha gözəlsən.



mencede
arzum | 27 dekabr 2012 20:01 | Status: Şərhçi | Şərh: 173
bu sözlərin hamisini bir kişinin bir qiza dediyinin şahidi oldum qiz ona inanaib güvənəndə məlum olduki bu sözləri arvadbaz kişilər də qizlari ələ kecirmək ücün deyirlər. lənət onlara inamdan istifadə edənlərə.

hər bu sözləri söyləyən kişi sevir deməzdim.
taclinsel | 26 dekabr 2012 11:55 | Status: İstifadəçi | Şərh: 24
nedense bu xususiyyetlerle her gun rastlasiram.Diyesen yoldasim heqiqeten de sevir aaaaaaaaaaaaaaaaaaa.
G-----16 | 2 dekabr 2012 14:14 | Status: Gümüş user | Şərh: 2 234
men rastlasmisam bu yazilarla ama ki menasizdir mene gore n28
Mavish | 30 noyabr 2012 11:04 | Status: Brilliant user | Şərh: 2 392
Sevən kişilər hansı kəlmələrdən daha çox istifadə edər?

-Gözlərin çox gözəldir. Baxışların məni dəli edir.

-Həftə sonu mənimlə tətilə gedərsənmi?

-Mobil telefonunda nömrəsi olan Əli kimdir? Dostundurmu?

-Əzizim,bəyəndiyin ayaqqabıları sifariş etdim.

-Sən makiyajsız belə bütün qadınlardan daha gözəlsən.



Bəs siz,xanımlar, bu yazılanlar ilə rastlaşmısınızmı?
ƏLBƏTDƏ
Karina | 18 noyabr 2012 21:59 | Status: İstifadəçi | Şərh: 16
eladi hamisi var menim heyatimda twk n44
Selay M | 22 oktyabr 2012 00:06 | Status: İstifadəçi | Şərh: 15
maraqli idi ela n43
Feriha. | 10 sentyabr 2012 12:46 | Status: Professional user | Şərh: 4 753
twk xosum geldi
Narmin PinkGlamour | 8 sentyabr 2012 11:01 | Status: Şərhçi | Şərh: 387
ay ne qeder guldum nese yaxwi tesir bagisdadi
P.S | 30 avqust 2012 22:37 | Status: VİP user | Şərh: 997
))) maraqlidi. Esidmisem bezilerin tskler
Sous loeil de l`ange | 28 avqust 2012 00:26 | Status: İstifadəçi | Şərh: 5
mence qisqandirmag en yaxsi yoldu..qarantiya vermirem amma :)
sevka1987 | 23 avqust 2012 18:44 | Status: İstifadəçi | Şərh: 2
bu sadalananxususiyyetlerin hec biri menim heyat yoldasimda yoxdur.amma biz 5 ildir bir-birimizi sevmisik ve 2 aydir evlenmisik.Eslinde etiraf etmeliyem ki menim yoldasim 8-9 ay meni sevib.sonrasi ise menim cabalarim ve onu cooox sevmeyim neticesinde biz bu gun birlikdeyik.
Ona deyirem ki sen meni sevmirsen,deyir ki,sevmesem seninle evlenmezdim.Nedense onun semimiyyetine inanmiram.
ask bir hayal | 22 avqust 2012 13:15 | Status: İstifadəçi | Şərh: 42
mence kisilerin 50 faizi gornuse fikir verir 50 faizideki ureye onu deyimki gozellik bir sey deyil esas odur ki ureyler bir olsun sevgiler qarsilligli olsun tesekurler
Sonik | 19 avqust 2012 21:07 | Status: VİP user | Şərh: 546
twk xeber bawligindaki wekilden cooox xowum geldi
Lovely Girl | 19 avqust 2012 17:49 | Status: İstifadəçi | Şərh: 85
bulari eden kisiler coxdur indi sevsede sevmesede ! ancaq qadinin her zaman baximli olmasinin terefdariyam ! trwkkur yenede maraqliydi !
Melek_1 | 18 avqust 2012 11:17 | Status: VİP user | Şərh: 1 005
tesekkurler maraqlidir smile
seker_kiz | 18 avqust 2012 09:59 | Status: Şərhçi | Şərh: 202
:))
Ayazim | 16 avqust 2012 13:22 | Status: Şərhçi | Şərh: 156
maraqli idi twk
sheh | 15 avqust 2012 21:50 | Status: Yazar | Şərh: 3 361
Sitat: AkifВ Ehmedov
Deməli (belə ola həmişə) , səadət sizin əlinizdə, ocağınızda qərarlaşıb. Buyur, şücaətini göstər..sevmək ürək istər, mücadilə istər..Elə et ki, bu sevgi saniyəbəsaniyə böyüsün, çeşmədən, gur çaylı dağ şəlaləsinə çevrilsin. Bizim xanımlar çox təcrübəsizdir. Əsas məsələ qalıb xırda-xuruşla oynayırlar.. Çox sevindim sevgi, xoşbəxtlik etirafınızla.

çox sağ olun,Akif müəllim.
Akif Ehmedov | 15 avqust 2012 18:25 | Status: Qonaq | Şərh: 720
Sitat: Sumeyye
öz xanımına xoş sözlər demək heçdə pis deyil.ya bu sözləri eşitmək istəyən xanım siz dediyiniz kimi deyil...


Sümeyya , mən xanıma xoş söz deməyin əleyhinə deyiləm.Mənim dediyim o fikirlər(sitatlar) dərunu hislərin ifadəsi deyildi, elə-belə ara sözləridir. Siz çox dərin məsələlərə girməyin, hələ həyat təcrübənizin imkan verdiyi hüdudlarda söz desəniz yaxşı olar.Hər halda sosial-mənəvi məsələləri, həyat tərzini, əxlaq nümunələrini mən sizdən daha əhatəli bilirəm. Mən bütün qızları nəzərdə tutmuram, amma öz fikrimi deyirəm, indiki bəzi qızlar 20-30 il bundan əvvəlki qızlar deyil, başqa sözlə, o nəslin qızları. üstündən bu qədər keçəndən sonra da öyrəndiklərini indi onların o vaxtki yaşlarından da kiçik olanlar bilirlər, vaxtından əvvəl öyrəniblər. Əzəli, mən mən sizə xitabən deməmişəm.İkincisi də sözümün üstündə də dururam. Allah adamısan, fikir ver, saytda gedən yazıların motivlərinə, aktivliyinə..Hələ düz-əməlli üz-gözünü yuya bilməyən uşaq evli adamlardan tez oxuyur ailə özəllikləri ilə bağlı yazıları. Bizim dövrümüzdə qız ağır oturub batman gələrdi.. Ağıllı qızlarımız var, ziyalı qızlarımız var, kübar qızlarımız var. Kim bunları görmür, alqışlamır ki..? Bilirsiniz indi atasız doğulan uşaqlar nə qədərdir? Bilirsiniz indi pozulan nikahların sayı nə qədərdir) Bunların içində günahsızları da var, amma əksəriyyəti elə başınaa kül olmalı qız və oğlanlarımızdır. Fərqi yoxdur. Ailə dağılırsa, hər ikisi qınanmalıdır.
Vetenperver | 15 avqust 2012 15:19 | Status: Professional user | Şərh: 6 742
Sitat: Sumeyye
onda niyə sevdiz niyə ailə qurduz? elə belə?

Əgər bilmək istəyirsizsə mən sevgiyə görə ailə qurmamışam, güya Azrəbaycanda bütün nigahlar sevgi üstündə qurulur?Kişinin yaşı keçəndən sonra baxıb bəyinir sonrada ailə qurur.Əgər sizdə sevgi varsa bu gözəldir amma hamıda belə olmur.Biraz sevgi ola bilər amma ailədə sevgi gedəndən sonra hörmət qalır.Mənim üçün sevgi əsas önəm daşımır,əgər sevgidən başqa heçnə yoxdursa buda pisdir.
Sumeyye | 15 avqust 2012 14:53 | Status: Professional user | Şərh: 1 725
Sitat: Vetenperver
xoşbəxtçilik tək sevib sevilməkdə deyil.

onda niyə sevdiz niyə ailə qurduz? elə belə?
Sitat: Akif Ehmedov
Fərizənin ruhu qarşısında mən diz çökərəm. Çünki O, sədaqətliliyin qanımıza, canımıza iiz qoya biləcək nümunəsini yaratdı. "Elə sevmək, elə sevilmək lazımdır ki, ata-anaların üzünə üzüağ gedə biləsən"..Belə qızların başına heç vaxt solmayacaq, ətirsizləşməyəcək güllər...
72

məgər mən atamdan anamdan icazəsiz gizlin sevirəm? mən demirəmki bir gün tanıdın ikinci gün belə sözlər eşit. hər şey tam ciddi olduqdan sonra gözəl sözlər deməyin ya eşitməyin ayıbı yoxdur.sadəcə kişilər xanımlarını tərif etməkdən qorxurlar. pis nəsə görən kimi ama deyirsiz. mən demirəmki aləmə car çəksinki sevirəm. ama ikilikdə öz xanımına xoş sözlər demək heçdə pis deyil.ya bu sözləri eşitmək istəyən xanım siz dediyiniz kimi deyil...
MELAYKA | 15 avqust 2012 14:46 | Status: VİP user | Şərh: 603
sevgi dilde oldugu qeder emeldede olmalidi iksinnen biri olmayanda subheli qalir wexsen men inciyirem ikisinnen biri olmayanda.misalcun xosladigim weyi almiyanda fakt biliremki onu almaga imkani catir ama almir sevirse niyede almasin.bir teher xosdugnan aldiriram ona deyirem bax indi inaniram meni sevdiyine:))
Solnuwka. | 15 avqust 2012 14:05 | Status: Həkim | Şərh: 982
Sevgi.Mence sevgisiz heyat yoxdur.Bu barede qiwqirib demek hec lazim deyil.Sevgi olanda hiss edirsen sevgini...
info

İnformasiya

Qonaq qrupunda olan ziyarətçilər bu məqaləyə şərh yaza bilməzlər.