Həyat tərzi / İslam

Fironun həyat yoldaşı Asiyə

muslim woman | 9-07-2012, 16:00
1 945 45

 

Fironun həyat yoldaşı Asiyə

 

Ağır və acı hadisələr müqabilində qəhrəmancasına dözüb səbir edən qadınlardan biri də Fironun həyat yoldaşı,Məzahimin qızı Həzrəti Asiyədir.Allah-taala Qurani-Məciddə bu qadını mömin şəxslər üçün məsəl çəkir və onu örnək kimi yad edir."Təhrim"surəsinin 11-ci ayəsində buyrulur:"Allah iman gətirənlərə Fironun zövcəsini məsəl çəkir.Bir zaman o:"Ey Rəbbim!Mənim üçün Cənnətdə bir ev tik.Məni Firondan və onun əməlindən qurtar Məni zalımqövmdən xilas et” demişdi”. Bu qadın Fironun həyat yoldaşı olaraq sarayda, ləl-cəvahirat və bər-bəzək içində yaşasa da, heç vaxt bunlara aldanmadı. Xəlvətdə Musaya (ə) və Allaha iman gətirdi. Musanı (ə) uşaqlıq dövründə sudan götürdü və onu doğma anadan da yaxşı himayə etdi, heç vaxt qoymadı ki, ona bir zərər dəysin. Bu imanlı qadının o qədər dərin düşüncəsi və uzaqgörənliyi var idi ki, rəvayətlərə əsasən bir göz qırpımı qədərincə İlahi vəhyə kafir olmadı.("Təhrim" surəsi, ayə 11)

O, Allahpərəst bir partizan kimi imkanı olan qədər Musaya (ə) kömək edir və Firona, onun əqidəsinə zərbə vururdu. Hizbilin uşaqlarının və həyat yoldaşının ürəkyandırıcı hadisəsi baş verəndə Asiyə daha fəryadlarını boğazında boğmadı, ağzına sükut möhürü vura bilmədi. Fironun qarşısında durub qətiyyətlə dedi: “Ey Firon! Nə vaxta qədər qəflət yuxusunda qalacaq və Allahın həqiqi bəndələrini yandıracaqsan?”

Firon dedi: “Mənim allahlığıma sən də şəkk edirsənmi?”

Asiyə dedi: “Mənim sənin allahlığına etiqadım var idi ki, bu gün də şəkk edəm? Mən Musanı (ə) Nil çayından götürdüyüm gündən onun peyğəmbərliyinə etiqadlı olmuşam. Buna görə də bacardığım qədər onu qorudum”.

Firon Asiyənin ağır cavabından elə narahat oldu ki, qəzəblə qışqırdı: “Ey Asiyə! Səni elə öldürəcəm ki, indiyə kimi heç kəsi belə öldürməmişəm”.

Fironun əmri ilə Asiyanı yerə uzadıb əl-ayağını dörd mıxa bağladılar və sinəsinə böyük daş parçası qoydular. Belə bir vəziyyətdə ona dedi: “Ey Asiyə! Musanın Allahına de ki, səni bu işgəncələrdən qurtarsın”.

Asiyə işgəncə altında çox narahat idi. Bu xəbər Musaya (ə) çatdı. Musa (ə) Allaha ərz etdi: “Ya Rəbbim! Asiyə üçün can verməyi asanlaşdır”.

Quranın (“Təhrim” surəsi, ayə 11) buyurduğuna əsasən, Asiyə deyirdi: “Ey Rəbbim! Mənim üçün Cənnətdə bir ev tik. Məni Firondan və onun zalım qövmündən xilas et”.

Allah Asiyənin məqamını onu göstərdi və ruhunu gücləndirdi. O, behişt nemətlərindən yeyir və içirdi. Asiyə bunları gördükdən sonra sevindi və göz yaşı təbəssümə döndü. Firon təəccüblə dedi: “Həyat yoldaşım dəli olub. O belə bir vəziyyətdə gülür və boş yerə özünü ölümə verib!”

Asiyə dedi: “And olsun Allaha! Dəli olmamışam. Əksinə, öz yerimi Cənnətdə görürəm”.

O, elə həmin halda Allahının görüşünə tələsdi və şəhid oldu. Asiyəyə qızmar günəş altında işgəncə veriləndə, mələklər sıraya düzülüb günəşin qabağında duraraq ona kölgə saldılar. ("Bihar", 13-cü cild, səh.165; "Məcməul-bəyan", 10-cu cild, səh.319) O, Cənnətin ən yaxşı qadınları və tarixin dörd ən yaxşı nümunəvi, yəni Asiyə, Məryəm (ə), Xədicə (ə) və Fatimə (ə) kimi xanımlarından birinə çevrildi. ("Kəşful-ğəmmə", 2-ci cild, səh.133)

Bəzi hədis kitablarına əsasən,Asiyə dünyada ən pis insanın həyat yoldaşı idi.O,fədakarlığı və səbirli olması nəticəsində elə bir məqama çatdı ki,axirətdə ən yaxşı insanın həyat yoldaşı olacaq.Bu,dozümlü,səbirli,fədakar,dini himayə edən və Allah yolunun yolçusu olan qadının mükafatı idi.

 

Məhəmməd Məhəmmədi İştiharidi

Tərcümə:Məhəmməd Xəlilov

 

Mənbə:Quranevi.az 

 


SEVDA | 25 mart 2016 21:06 | Status: Nəzarətçi | Şərh: 17 646
Maraqla oxudum.
Allah razı olsun.....
AYAN A-VA | 12 noyabr 2013 20:29 | Status: Gümüş user | Şərh: 1 728
Təşəkkürlər
shela | 25 iyun 2013 20:37 | Status: Gümüş user | Şərh: 2 921
Bu xəbərdən özümə dərs aldım.Allah razı olsunş
Akademik | 7 iyun 2013 12:27 | Status: Professional user | Şərh: 4 592
MARAQLI MÖVZUDUR. TƏŞƏKKÜR EDİRƏM.
RaySum | 4 may 2013 18:11 | Status: Professional user | Şərh: 2 606
tewekkurler
Gozel Melek | 6 mart 2013 10:37 | Status: Gümüş user | Şərh: 1 533
tewekkurler
Ayka21 | 2 dekabr 2012 22:16 | Status: Yazar | Şərh: 2 779
Çox sağolun
Princess_93 | 1 noyabr 2012 21:27 | Status: Brilliant user | Şərh: 5 890
tewekkurler
Torpaq | 27 sentyabr 2012 17:28 | Status: Professional user | Şərh: 3 577
Fironlar icerisinde 1 ASIYA olmaq duasiyla tesekkur
HEYATIM | 10 sentyabr 2012 20:35 | Status: Professional user | Şərh: 2 116
TEWEKKURLER... MEN BUNU DINI KITABLARDAN OXUMUWAM.
azeri_oglu | 8 sentyabr 2012 21:05 | Status: Gümüş user | Şərh: 2 251
Super xeberdi cox sagolun
NURGUL_GUL | 22 iyul 2012 16:29 | Status: Şərhçi | Şərh: 130
tewekkurler cox sag ol maraqlidi bilmirdim hec bir daha cox sag ol. n47
OZ_DUNYAMIZ | 17 iyul 2012 23:45 | Status: Gümüş user | Şərh: 1 206
Sitat: zoluwka
Alah razi olsun Allah hamimzasebrli ve teqvali etsin

AMINNN
zoluwka | 11 iyul 2012 13:27 | Status: Professional user | Şərh: 3 175
Alah razi olsun Allah hamimzasebrli ve teqvali etsin
xalide | 11 iyul 2012 09:22 | Status: Şərhçi | Şərh: 148
məlumatım yox idi, maraqla oxudum smile təşəkkürlər
sanel | 10 iyul 2012 16:26 | Status: Professional user | Şərh: 3 654
allah razi olsun
Allahin Gulu | 10 iyul 2012 13:58 | Status: Professional user | Şərh: 2 108
ALLAH RAZI OLSUN .HER BIR MUSELMANIN BILMESI GEREKEN VACIB XEBERDIR.
sheh | 10 iyul 2012 09:18 | Status: Yazar | Şərh: 3 361
ALLAH SƏNDƏN RAZI OLSUN,BACIM.ALLAH BALALARINI SAXLASIN.QIZIN MƏNİM BALACA QIZIMA OXŞAYIR.
Damla | 10 iyul 2012 06:40 | Status: Brilliant user | Şərh: 7 193
Sitat: Eyc
Allah razı olsun əllərin dərd görməsin məndə oxudum maraqlıdır təşəkkürlər.

Musi canim cox gozel xeberdi.+5
Sekine Hesen | 9 iyul 2012 23:17 | Status: Gümüş user | Şərh: 3 120
Sitat: nergiz_zz
TƏŞƏKKÜRLƏR.ƏLLƏRİN DƏRD GÖRMƏSİN.ALLAH SƏNDƏN RAZI OLSUN.ALLAHIM BİZLƏRƏDƏ BELƏ BİR ƏQİDƏ NƏSİB ET..



BACIM SƏNİN FİKRİNLƏ TAM RAZIYAM....
Ayzu | 9 iyul 2012 22:30 | Status: VİP user | Şərh: 213
Allah razı olsun Eltoş maraqla oxudum.
Sonsuz_Sevgim | 9 iyul 2012 22:04 | Status: Şərhçi | Şərh: 165
MARAQLI IDI TESEKURLER
BAYACAM | 9 iyul 2012 21:10 | Status: Professional user | Şərh: 1 044
ALLAH RAZI OLSUN.AXIRA KIMI OXUDUM.BU BAREDE HEC EWITMEMIWDIM.
TEWEKKURLER.
TAHIRE | 9 iyul 2012 21:00 | Status: Şərhçi | Şərh: 134
Maraqli idi Tesekkurler!
Nazar | 9 iyul 2012 20:01 | Status: Professional user | Şərh: 1 189
Allah razı olsun əllərin dərd görməsin məndə oxudum maraqlıdır təşəkkürlər.
Yasmin Arzu | 9 iyul 2012 19:40 | Status: Professional user | Şərh: 587
maragla oxdum cox tewekkurler
Esmerim-S | 9 iyul 2012 19:25 | Status: İstifadəçi | Şərh: 33
cox maraqliydi.teş n49 ekkurler
G-----16 | 9 iyul 2012 19:14 | Status: Gümüş user | Şərh: 2 234
maraqlidir tesekkurler n28
TATLI GUZEL | 9 iyul 2012 19:08 | Status: Professional user | Şərh: 5 795
Maraqli xeber idi.Allah tazi olsun.Ve bele Xebere gore tesekkurler
leylawka | 9 iyul 2012 19:08 | Status: Professional user | Şərh: 1 873
TESEKKÜR ELLERINE SAGLIQ . smile
info

İnformasiya

Qonaq qrupunda olan ziyarətçilər bu məqaləyə şərh yaza bilməzlər.