Həyat tərzi / Məsləhətlər

Dibçək güllərinə qulluq

Yasmin Arzu | 3-06-2012, 20:46
28 235 63

 
Gül – gözəllik, həzz almaq, ilham pərisi və ən gözəl hədiyyədir. Qədimdən bəri gül məhəbbət simvolu, qəlb rahatlığı və firavanlıq simvolu sayılmışdır. Güllər əsrlər boyu rəssam və şairlərin diqqətini çəkmişdir. Gözəlliyi, forma və rənglərinə görə güllər insanlara yardıcılıqlarının bütün sahələrində ilham verir.

Güllərin bizə daim belə gözəlliklər bəxş etməsi üçün bizlər də onların qayğısına yaxşı qalmalıyıq, onlara vaxtında qulluq etməliyik.

Bunun üçün sadəcə olaraq bir neçə qaydaya əməl etmək lazımdır:

1. Alçaq gülləri şüşənin qabağına, birinci cərgəyə düzmək lazımdır. Hündürlər isə onlardan sonra yerləşdirilməlidir. Onda həm alçaq , həm də
hündür güllər işıq və havanı lazımi qədər ala bilərlər.

2. Pəncərəyə çox qalın pərdə asmaq məsləhət görülmür.

3. Otağın havasını tez-tez dəyişmək lazımdır. 
Qışda nəfəsliyi açmalı, yayda isə pəncərəni həmişə açıq qoymalı. Güllərə mütləq təmiz hava lazımdır. Qışda nəfəslik açıq olan müddətdə güllərə soyuq olmasın deyə,onların üstünə qəzet örtmək məsləhət görülür.

4. Gülləri otağı qızdıran cihazlardan uzaqda saxlamaq lazımdır.

5. Gülləri yazda əkmək lazımdır. Özü də cavan güllər olsun, çünki bu zaman onlar yaşayacaqları şəraitə yaxşı alışırlar.

6. İşlənmiş dibçəklər gülləri əkmək , yerini dəyişmək üçün yararlıdır. Ancaq əvvəlcə dibçəyi isti su ilə yaxşı-yaxşı yumaq, qaynar suda saxlamaq lazımdır ki, içində kif qalmasın. Təzə dibçəkləri də yarım saat suda saxlamaq lazımdır.

7. Əgər dibçəyə şitil və ya kök buraxmış gövdə əkirsənsə, torpaq bir qədər bərk olmalıdır, xüsusilə dibçəyin qıraq hissələri. Əkib qurtarandan sonra güllərə çoxlu su töküb, kök atana qədər kölgəli yerdə saxlamaq lazımdır. 

8. Cavan bitkilərin yerini hər il yaz vaxtı – aprel , may aylarında, özlərini yaxşı hiss edən iri güllərin yerini isə iki – üç ildən bir dəyişmək lazımdır.

9. Qışda gülləri səhər vaxtı və az sulamaq lazımdır , yayda isə axşam sulamalı, suyu da bol tökməlisən.

10. Yayda gülləri hər gün, qışda isə gec – gec sulamaq lazımdır.

11. Dibçəyin qırağına çırtma vurun , əgər dibçəkdəki torpaq qurudursa, dibçəyin səsi cingiltili çıxacaq, rütubətlidirsə , onda boğuq səs eşidiləcək.
Dibçək güllərinə qulluq

12. Güllərə çoxlu su vermək , onların quru qalmasından daha çox qorxu törədir. Güllərə heç vaxt onlara lazım olan qədərdən artıq su vermək olmaz.
 


yarali-yurek | 8 sentyabr 2012 16:07 | Status: VİP user | Şərh: 447
gulleri coox sevirem hamisi qeweydir
HEYATIM | 5 sentyabr 2012 02:06 | Status: Professional user | Şərh: 2 116
AYY GULLER MENIM CANIMDI COX SEVIREM
TATLI GUZEL | 14 avqust 2012 13:22 | Status: Professional user | Şərh: 5 795
Faydali xeberdir.Tesekkurler
isiqli_zulmet | 13 iyul 2012 18:10 | Status: İstifadəçi | Şərh: 23
bu xeberi yazdiginiza gore tesekkur elleriniz agri gormesin menimde dibcek gullerim var bunlari bilmek menimcun vacib oldu yenede tesekkur
OZ_DUNYAMIZ | 10 iyul 2012 15:16 | Status: Gümüş user | Şərh: 1 206
GOZEL GULLERDI
ANAMIN GOZUNDEN UZAQQQ
abidin | 7 iyul 2012 23:24 | Status: İstifadəçi | Şərh: 1
cox sevirem dipcekleri
zyoma | 4 iyul 2012 08:27 | Status: VİP user | Şərh: 186
ureyim gedir dipceklerden otru.eladi
G-----16 | 1 iyul 2012 12:52 | Status: Gümüş user | Şərh: 2 234
qizilgullere lap bayiliram n28
G-----16 | 26 iyun 2012 16:01 | Status: Gümüş user | Şərh: 2 234
Gulleri mende cox sevirem eger biz bag evinde qalsaydiq orani cennet ederdim
info

İnformasiya

Qonaq qrupunda olan ziyarətçilər bu məqaləyə şərh yaza bilməzlər.