Həyat tərzi / Maraqlıdır

AZƏRBAYCAN, Yurdum mənim!

Inci deniz | 12-11-2013, 19:30
7 420 31



Azərbaycan haqqında yazılmış ən gözəl şeirlər.Bəs siz hansıları bilirsiz?


Almaz İldırım-Əsir Azərbaycan


Salam desəm, rüzgar alıb götürsə,
Ağrı dağdan Alagözə ötürsə,
Gur səsimi göy Xəzərə yetirsə,
Xəzər coşub zəncirini qırsa oy!...
Hökm etsə, bu sərsəm gediş dursa oy!...

Xəbər alsam Muğanımdan, Milimdən,
Nazlı Bakım, o neft qoxan gülümdən, 
Kim demiş ki, düşmüş adı dilimdən?!
Azərbaycan, mənim eşsiz yurdum oy!...
Ölməz eşqim, içimdəki dərdim oy!...


Səməd Vurğun-Azərbaycan


Könlüm keçir Qarabağdan
Gah bu dağdan gah o dağdan
Axşamüstü qoy uzaqdan 
Havalansın Xanın səsi
Qarabağın şikəstəsi...

Dinlə məni,gözəl vətən!
Bir söz gəlir ürəyimdən
Azadlığın eşqiylə sən
Güləcəksən hər bir zaman,
Azərbaycan,Azərbaycan!!!


Əli Kərim-Azərbaycan

Azərbaycan!
Odlar yurdu! –
Ürəklərin odundan
Yaranmış bir diyar.
Dostuyla hər dərdi-məlalı,
Sevinci bir duyar.
Azərbaycan –
Tarixlər şahidi,
Nizamisi sərhədsiz təfəkkürü,
Nəsimisi həqiqət şəhidi.
Füzulisi -könlün
Hər guşəsindən xəbər verən,
eşqin bütün çalarlarını görən
dünya ürəkli bir sənətkar.
Nəsrəddini, Cəlili
çiynində xalq dərdinin
Kəpəzi,
Şahdağı.
Sinəsində çalın-çarpaz
göz yaşı, ah dağı.

Bəxtiyar Vahabzadə-Azərbaycan oğluyam


Azərbaycan oğluyam,
Odu Allah sanmışam.
Anam torpaq,
Atam od,
Mən oddan yaranmışam:

Od kimi istiqanlı,
Seltək dəliqanlıyam.
Həyat qədər qədiməm,
Torpaq qədər şanlıyam.
Od kimi yandıranam.
Su kimi söndürənəm
Məni yandırsalar da,
Suda batırsalar da,
Yenə mənəm, mən mənəm!

Köküm üstə bitmişəm,
Şöhrətim var,
Şanım var.
Mənim gələcəklə də
Öz əhdi-peymanım var.

Nəriman Həsənzadə-Azərbaycan

Od ürəkli , od nəfəsli diyarımsan
Ocağına canım qurban , Azərbaycan !
Əzilsən də , əyilməyən vüqarımsan
Bu çağına canım qurban , Azərbaycan !

Savaşlardan alnıaçıq çıxan zaman
Tarixlərə bağışladın neçə qurban.
Hər qonşuda bir parçası əsir qalan
Torpağına canım qurban , Azərbaycan !

Məmməd Araz-Azərbaycan,dünyam mənim.


Azərbaycan – qayalarda
bitən bir çiçək,
Azərbaycan – çiçəklərin içində qaya.
Mənim könlüm bu torpağı
vəsf eləyərək,
Azərbaycan dünyasından
baxar dünyaya.
Azərbaycan – mayası nur,
qayəsi nur ki…
Hər daşından alov dilli ox ola bilər.
"Azərbaycan!” – deyiləndə ayağa dur ki,
Füzulinin ürəyinə toxuna bilər.
Oğulları Kür gəzdirər biləklərində,
Oğulların göz atəşi
Gözəl əridir.
Azərbaycan səhərinin bəbəklərində
Qütb ulduzu,
dan ulduzu gözəlləridir.
İllər olub – kürrələrdə dəmir olmuşuq,
Sərhədlərdə dayanmışıq küləkdən ayıq.
Od gölündə,
buz çölündə gəmi olmuşuq,
Biz Bakının ilk səadət carçılarıyıq.
Min illərlə zülmətlərə yollar açıqdı,

Məhəmmədhüseyin Şəhriyar-Azərbaycan


Könlüm quşu qanad çalmaz sənsiz bir an, Azərbaycan!
Xoş günlərin getmir müdam xəyalımdan, Azərbaycan!

Səndən uzaq düşsəm də mən,eşqin ile yaşayıram,
Yaralanmış qəlbim kimi qəlbi viran Azərbaycan!

Övladların nə vaxtadək tərki-Vətən olacaqdır?
Əl-ələ ver!Üsyan eylə!Oyan!Oyan!Azərbaycan!

Besdir fəraq odlarından kül ələndi başımıza,
Dur ayağa!Ya azad ol, ya tamam yan, Azərbaycan!

Şəhriyarın ürəyi də səninkitək yaralıdır,
Azadlıqdır sənə məlhəm, mənə dərman, Azərbaycan.

Ay_Sun | 7 avqust 2014 13:53 | Status: Brilliant user | Şərh: 13 474
Seirler ucun cox tesekkur.Her biri cox gozeldir.
Aynur_Mezahirli | 14 noyabr 2013 01:42 | Status: Qonaq | Şərh: 0
Azerbaycan!
Konlumun,
ruhumun,
sevincimin,
kederimin,
fikrimin veteni!
Azerbaycan!
Insan zekasinin
isiqlandirdigi,
konlunde
min ciraq yandirdigi
bir diyar.
Bayrami zeferlerle,
bugunku parlaq,
sabahki daha parlaq,
seherlerle dolu;
Yolu-
Beser fikrinin
zirve yolu.
Sekine Hesen | 13 noyabr 2013 19:39 | Status: Gümüş user | Şərh: 3 120
tesekkurler SEHRIYARIN seirini oxuyurdum oz ozume
Lumia | 13 noyabr 2013 18:03 | Status: Professional user | Şərh: 5 409
Tesekkur edirem,A.Ildirimin o seirini men cox sevirem.
nur gun ma me | 13 noyabr 2013 15:24 | Status: Şərhçi | Şərh: 358
bir az mekteb illerinden bilirikde
Lady Nara | 13 noyabr 2013 12:33 | Status: VİP user | Şərh: 1 034
AZERBAYCAN menim ewsiz yurdum oy
Alice | 13 noyabr 2013 11:53 | Status: Professional user | Şərh: 5 036
Azəri balası, yaran dərindir,
Barışma bu haqqsız qismətin ilə.
İnləyən, çağıran torpaq sənindir,
Ahına qulaq ver,fəryadın dinlə.

Söylə ki,bu mənə şərəfdir ana!
İndi mən rahatam, gələm qoynuna
Əbədi xoşbəxt ol,Azərbaycanım!
Vətənim,fədadır sənə bu canım.
TƏŞƏKKÜRLƏR..
Girl | 13 noyabr 2013 09:47 | Status: Professional user | Şərh: 8 230
Od ürəkli , od nəfəsli diyarımsan
Ocağına canım qurban , Azərbaycan !
Əzilsən də , əyilməyən vüqarımsan
Bu çağına canım qurban , Azərbaycan !

Savaşlardan alnıaçıq çıxan zaman
Tarixlərə bağışladın neçə qurban.
Hər qonşuda bir parçası əsir qalan
Torpağına canım qurban , Azərbaycan !


Mehdiyeva Cinara | 13 noyabr 2013 09:28 | Status: VİP user | Şərh: 1 042
tesekkurler
SULTANIM | 13 noyabr 2013 09:19 | Status: Ekspert | Şərh: 4 764
Azerbaycan - odlar yurdum menim.
Just me | 13 noyabr 2013 08:37 | Status: Professional user | Şərh: 1 301
Sitat: NURLU
lap mekteb illerim yadıma düwdü..
NURLU | 13 noyabr 2013 07:53 | Status: Professional user | Şərh: 5 582
lap mekteb illerim yadıma düwdü..
Seyidli | 13 noyabr 2013 01:39 | Status: Yazar | Şərh: 2 719
Azərbaycan – qayalarda
bitən bir çiçək,
Azərbaycan – çiçəklərin içində qaya.
Mənim könlüm bu torpağı
vəsf eləyərək,
Azərbaycan dünyasından
baxar dünyaya.


Təşəkkürlər İnci Dəniz!
ALLEGRETTO | 13 noyabr 2013 01:23 | Status: Gümüş user | Şərh: 2 237
ALLAH RAZI OLSUN!
Kenan :) | 13 noyabr 2013 01:20 | Status: Şərhçi | Şərh: 351
qeweng weirdi
ww.ss | 13 noyabr 2013 01:06 | Status: VİP user | Şərh: 697
Canimin ici vetenn
Nurus. | 13 noyabr 2013 00:10 | Status: Brilliant user | Şərh: 7 015
Sitat: Nərmin.bayram
ən çox sevdiyim Səməd Vurgunun " AZƏRBAYCAN " ŞEİRİ VƏ M.H.ŞƏHRİYARIN "AZƏRBAYCAN ŞEİRİDİR
EL BİLİRKİ SƏN MƏNİMSƏN
YURDUM YUVAM MƏSKƏNİMSƏN
AYRILARMI KÖNÜL CANNAN,
AZƏRBAYCAN! AZƏRBAYCAN

menimde
SEVDA | 12 noyabr 2013 22:54 | Status: Nəzarətçi | Şərh: 17 643
lap mekteb illerim yadıma düwdü....edebiyyat dersi
Laura81 | 12 noyabr 2013 21:34 | Status: VİP user | Şərh: 1 281
darixmiwam vetenim ucun inwallah belke qismet olsa ayin axri getdik yoldawimin demeyine gore
sadəcə MƏN | 12 noyabr 2013 21:33 | Status: Brilliant user | Şərh: 4 793
3 dənəsini məktəb vaxtı əzbərləmişdim,maşAllah hələ də qalıblar yadımda)))
Röyamsan. | 12 noyabr 2013 21:04 | Status: Brilliant user | Şərh: 6 125
TEWEKKURLER
Sabahım. | 12 noyabr 2013 20:57 | Status: Professional user | Şərh: 3 374
AZƏRBAYCAN YAZIQ VƏTƏN
Nərmin.bayram | 12 noyabr 2013 20:52 | Status: Gümüş user | Şərh: 2 318
ən çox sevdiyim Səməd Vurgunun " AZƏRBAYCAN " ŞEİRİ VƏ M.H.ŞƏHRİYARIN "AZƏRBAYCAN ŞEİRİDİR
EL BİLİRKİ SƏN MƏNİMSƏN
YURDUM YUVAM MƏSKƏNİMSƏN
AYRILARMI KÖNÜL CANNAN,
AZƏRBAYCAN! AZƏRBAYCAN
luce | 12 noyabr 2013 20:27 | Status: Professional user | Şərh: 2 940
Azərbaycan – mayası nur,
qayəsi nur ki…
Hər daşından alov dilli ox ola bilər.
"Azərbaycan!” – deyiləndə ayağa dur ki,
Füzulinin ürəyinə toxuna bilər.
En cox sevdiyim ser.
AYAN A-VA | 12 noyabr 2013 20:16 | Status: Gümüş user | Şərh: 1 728
Təşəkkürlər
Təşəkkürlər
Nazlı_Kız | 12 noyabr 2013 20:13 | Status: Redaktor | Şərh: 6 497
Melumat ucun tewekkkurler
Ayan92 | 12 noyabr 2013 20:03 | Status: Professional user | Şərh: 3 067
Təşəkkürlər
Ulviyye | 12 noyabr 2013 20:00 | Status: Gümüş user | Şərh: 2 849
tewekkurler

tewekkurler
M.Aliyeva | 12 noyabr 2013 19:46 | Status: Gümüş user | Şərh: 1 981
Canim, Azerbaycanim!
Men fexr edirem ki, men Azerbaycanliyam! (Allah sene rehmet elesin, Heyder baba)
HUSNIYYA | 12 noyabr 2013 19:42 | Status: Gümüş user | Şərh: 1 199
Od ürəkli , od nəfəsli diyarımsan
Ocağına canım qurban , Azərbaycan !
Əzilsən də , əyilməyən vüqarımsan
Bu çağına canım qurban , Azərbaycan !

Savaşlardan alnıaçıq çıxan zaman
Tarixlərə bağışladın neçə qurban.
Hər qonşuda bir parçası əsir qalan
Torpağına canım qurban , Azərbaycan !

Neçə gizli sərvət yatır qucağında ,
Neçə ölkə od aparır ocağından .
Azadlığın al rəmzi var bayrağında
Bayrağına canım qurban , Azərbaycan !

Hər uğurun gələcəyə bir yol açır ,
Hər dost elə xoş niyyətin işıq saçır .
Hər millətə , hər məzhəbə isti , açıq
Qucağına canım qurban , Azərbaycan !

Başım üstdə məğrur-məğrur dalğalanan
Bayrağına canım qurban , Azərbaycan !
Ruhuma büt , cismim üçün vətən olan
Torpağına canım qurban , Azərbaycan !

Bu şeiri sevdiyim üçün..istədim qalan 3 bəndidə yazim..
Təşəkkürlər əla xəbərdir...
info

İnformasiya

Qonaq qrupunda olan ziyarətçilər bu məqaləyə şərh yaza bilməzlər.