Həyat tərzi / İslam

Necə namaz qılmalıyıq? (qadınlar üçün)

Falling_Angel | 11-06-2011, 17:00
253 548 74
Necə namaz qılmalıyıq? (qadınlar üçün)

Bizə vacib olan gündəlik namazlar aşağıdakılardan ibarətdir:

 I- SÜBH namazı 2 rəkət; 
II - ZÖHR namazı 4 rəkət;
III- ƏSR namazı 4 rəkət; 
 IV- ŞAM namazı 3 rəkət; 
 V- XÜVTƏN namazı 4 rəkət.
 
 Namaz gərək bu tərtiblə qılınsın:

Niyyət, təkbirətül-ehram, qiraət, rüku, səcdə və ikinci rəkətdə səcdələrdən sonra təşəhhüd və axırıncı rəkətdə təşəhhüddən sonra salam desin.
 
 Namazda Haram
 
 Namaz qılan şəxs təkbirətül-ehramı deyərək namaza başlayandan qurtarana qədər bəzi işlər ona haram olur. Əgər namaz halında onların birini etsə namazı batildir. O cümlədən: 


1) Danışmaq, bilərəkdən, mənası olan iki hərf; 
2) Gülmək, bilərəkdən, uca səslə; 
3) Ağlamaq, dünya işləri üçün, uca səslə; 
4) Üzü qiblədən başqa tərəfə döndərmək; 
5) Yemək və içmək; 
6) Namazın surətini (formasını) pozmaq; 
7) Namazın rükünlərini azaltmaq və ya çoxaltmaq. Rükun olmayan yerlərdə əgər bilərəkdən edərsə batil, səhvən edərsə səhihdir. 
8) İki və üç rükətli namazlarda birinci və ikinci rükətlərdə şəkk edərsə; 
9) Namazın şərtlərini aradan aparan şeylər; 
10) Dəstəmazın aradan getməsi; 
11) Əlini əlinin üstünə qoyma; 
12) Həmddən sonra "Amin" demək.


 

Sübh namazını qılmaq qaydası



1-Dəstəmaz aldıqdan sonra üzü qibləyə duraraq niyyət edirsən:

«Sübh namazını qılıram vacib qürbətən iləllah»


2-Sonra təkbirətul-ehram (əlləri qaldırmadan Allahu əkbər sözünü) deyirsən.

3-Sonra həmin halda
Fatihə surəsini, daha sonra Ixlas və ya Qur'anın böyük və kiçik surələrindən hər hansı birini oxuyursan.

Fatihə surəsi: Bismillahir-rəhmanir-rəhim. Əlhəmdulillahi Rəbbil aləmin. Ər-rəhmanir-rəhim. Maliki yəvmiddin. Iyyakə nə'budu və iyyakə nəstəin. Ihdinəs-siratəl mustəqim. Siratəlləzinə ən'əmtə ələyhim, ğəyril məğzubi ələyhim vələzzallin.

Ixlas surəsi : Bismillahir-rəhmanir-rəhim. Qul huvəllahu əhəd. Allahussəməd. Ləm yəlid vələm yuləd. Vələm yəkun ləhu kufuvən əhəd.




4-Sonra rükuya gedir (yə'ni əllər dizlərə çatanadək əyilirsən) və bədən aram olduqdan sonra üç dəfə «Subhanəllah» deyirsən.


5-Zikrləri dedikdən sonra ayağa qalxaraq düz durursan.
Necə namaz qılmalıyıq? (qadınlar üçün)


6-Daha sonra Allah-taala hüzurunda səcdəyə düşürsən. Səcdə halında alın, əllərin içi, dizlər və ayaqların baş barmaqları yerə qoyulmalıdır. Baş barmaqdan başqa barmaqların da yerə qoyulmasının heç bir eybi yoxdur. Səcdədə də bədən aram olduqdan sonra üç dəfə «Subha-nəllah» deyirsən:



7-Daha sonra səcdədən qalxıb əyləşirsən.
Necə namaz qılmalıyıq? (qadınlar üçün)


8-Sonra ikinci dəfə səcdəyə gedərək birinci səcdədəki kimi üç dəfə «Subhanəllah» zikrini deyirsən.



9-Sonra səcdədən qalxaraq əyləşirsən.


10-Ikinci səcdədən sonra bir daha ayağa qalxır, həmçinin Fatihə və Ixlas surələrini oxuyursan.


11-Hər bir namazın ikinci rəkətində ixlas surəsi sona yetdikdən sonra qünut tutub, dua etmək müstəhəbdir. Qunutda hər hansı bir duanı oxuya bilərsən.Məsələn: "Allahummə səlli əla Mühəmmədinvə ali Mühəmməd"



12-Daha sonra rükuya gedib üç dəfə «Subhanəllah» zikrini deyirsən.


13-Sonra rükudan qalxıb bir an dayanırsan.
Necə namaz qılmalıyıq? (qadınlar üçün)


14-Daha sonra səcdəyə gedib birinci rəkətdə olduğu kimi iki səcdəni «Subhanəllah» zikri ilə yerinə yetirirsən.
Necə namaz qılmalıyıq? (qadınlar üçün)




15-Sonra isə əyləşərək təşəhhüd və salamı oxuyursan.

Təşəhhüd-Əşhədu əlla ilahə illəllah, vəhdəhu la şərikə ləh və əşhədu ənnə Muhəmmədən əbduhu və rəsuluh. Allahummə səlli əla Muhəmməd və ali Muhəmməd.
Salam-Əssəlamu ələykə əyyuhən-nəbiyyu və rəhmətullahi və bərəkatuh. Əssəlamu ələyna və əla ibadillahis-salehin. Əssəlamu ələykum və rəhmətullahi və bərəkatuh.
Namazın salamını dedikdən sonra üç dəfə Allahu əkbər demək müstəhəbdir.
Bununla da Sübh namazı sona çatır.
 
Sübh namazının ardıcıllığı belədir:
 
Niyyet
 Tekbir-Allahu Əkbər
 Hemd-Sure+İxlas surəsi
 Ruku-3 dəfə Sübhanəllah
 Secde (2 defe)-3 dəfə Sübhanəllah
 Hemd-Sure+İxlas surəsi
 Qunut-Məsələn: "Allahummə səlli əla Mühəmmədinvə ali Mühəmməd"
  Ruku-
3 dəfə Sübhanəllah
  Secde (2 defe)-
3 dəfə Sübhanəllah
 Tesehhud ve Salamlar

Zöhr, ƏsrXuvtən (Işa) namazlarını qıldıqda isə ikinci rəkətin təşəhhüdünü dedikdən sonra salam demədən ayağa qalxır və fatihə surəsi əvəzinə təsbihat-ərbəə adlı aşağıdakı zikri üç dəfə deyirsən:«Subhanəllahi vəlhəmdulillahi vəla ilahə illəllahu vəllahu əkbər»
Sonra qeyd olunduğu kimi rüku və səcdələri yerinə yetirirsən.
Daha sonra yenidən ayağa qalxıb təsbihat-ərbəəni üç dəfə deyirsən.Sonra rüku və səcdələri yerinə yetirirsən.Daha sonra əyləşən halda təşəhhüd və salamı deyib namazı bitirirsən.Şam (Məğrib) namazı isə üç rəkətli olduğu üçün üçüncü rəkətin rüku və səcdələrindən sonra əyləşib təşəhhüd və salamı oxuyursan. Bu isə namazın vacib olan hissəsindən ibarətdir və bu tərzdə qılınan namaz alimlərin fətvasına əsasən düzgündür.
 

SEVDA | 24 mart 2016 23:15 | Status: Nəzarətçi | Şərh: 17 631
Sitat: elnare terlan
minnetdaram
ESMERRi | 21 mart 2016 14:16 | Status: Brilliant user | Şərh: 5 459
Sitat: boris arxan
Allah razi olsun
dılay | 12 fevral 2016 15:13 | Status: Brilliant user | Şərh: 8 166
Sitat: Dəniz qızı
Mən də qılıram artıq....

Allah qebul etsin bacim.
Dəniz qızı | 4 yanvar 2016 18:36 | Status: Brilliant user | Şərh: 7 976
Mən də qılıram artıq....
boris arxan | 5 may 2015 15:02 | Status: Professional user | Şərh: 4 814
Allah razi olsun
Həyat sən nə qəribəsən | 3 yanvar 2015 19:38 | Status: İstifadəçi | Şərh: 32
Bağışlayın içmək istərdim xanımlar namaz qılan da azan verməlidi?
QERIB INSAN | 16 noyabr 2014 21:14 | Status: VİP user | Şərh: 571
Mende qiliram.Allah qebul elesjn ibadetlerimizi
Naza | 16 noyabr 2014 21:09 | Status: Professional user | Şərh: 153
Salam qizlar mende qilmaq isteyirem yardim etsesez sevinerem
cennet_313 | 15 noyabr 2014 07:46 | Status: İstifadəçi | Şərh: 45
Allah herbir bendesine namaz qilmagi nesib etsin... VE QILINAN NAMAZLARI QEBUL ETSIN AMMIN love
birdane | 18 fevral 2014 21:07 | Status: Professional user | Şərh: 3 739
bizim bir turk qonsumuz vardi ondan oyrenmisem yeni turkler kimi qiliram yoldasimada o cure oyretmisem allah haminin namazlarini qebul etsin 
sevinc# | 13 fevral 2014 19:47 | Status: İstifadəçi | Şərh: 16
allah haminin namazlarini qebul etsin icindede bizimkini men 12 yasimnan namaz qiliram  ve indi 17 yasim var hamiya demek isteyirem allaha daha yaxin olmaq ucun namaz qilin.heqiqeten namaz insanlari cirkin ve pis emelerden cekindirer.
karamelo | 12 sentyabr 2013 10:03 | Status: İstifadəçi | Şərh: 1
mende namaz qiliram.hemde 13 yasimdan.indi ise 23 yasim var.ve ALLAH mene omur verdikcede qilacam.her kese de tavsiye ederim nn25
SU CICEYI | 11 iyun 2013 12:37 | Status: İstifadəçi | Şərh: 33
HE AMINM EN 1 RUKETDE SUBHANEKE..BESMELE IXLAS FATIHE//OXUYURAM AYAQ USTE//SORA 2-CI RUKERDE BESMELE ,IXLAS FATIHE//OTURDUQDA ETTEHIYYATU//ALLAHUMMESALLI.ALLLAHUMME BARIK VE RABBANA DUASI//OXUYURAM MEN BILEN BU DUALAR OXUNMALIDR AXI HE?

MISKEY MAUS HEC VAXT GELECEYI GOZLEME CUNKI TENBELLESR VE ARXEYINLESRSEM BUGUN SENINDI SABAHSA YOX//CUNKI SABAH NE OLACAQINI TANRI BILER ANCAQ ODURKI EGER HEYATI SEVRSEN ZAMANININ QEDRINI BIL.CUNKI HEYAT ZAMANDAN IBARETDR CANIM
Akademik | 7 iyun 2013 16:41 | Status: Professional user | Şərh: 4 591
BİLİRƏM CANIM. ALLAH RAZI OLSUN.
ALLAH BÜTÜN İBADƏT EDƏNLƏRİN İBADƏTİNİ QƏBUL ETSİN,MÜKAFATINI VERSİN.
Girl | 24 may 2013 15:57 | Status: Professional user | Şərh: 8 224
Sitat: Mickey Mouse
Qilmiram insallah gelecekde qilacam.

MENDE
Mickey Mouse | 7 may 2013 19:51 | Status: Professional user | Şərh: 4 014
Qilmiram insallah gelecekde qilacam.
Meqa | 2 mart 2013 15:09 | Status: Professional user | Şərh: 2 078
bilirdim teşekkürler
elnare terlan | 11 yanvar 2013 18:13 | Status: VİP user | Şərh: 1 411
minnetdaram
o_ve_men | 3 yanvar 2013 22:48 | Status: İstifadəçi | Şərh: 11
coooox sagolun. Allah razi olsun. Allah qildigmiz namazlari qebul etsin inwAllah.
sheyla | 3 yanvar 2013 22:26 | Status: Professional user | Şərh: 841
Allah her kesin namazini,duasini qebul etsin ve bizi bagislananlardan etsin.Ilahi Amin!
H.Fidan. | 29 dekabr 2012 00:53 | Status: Şərhçi | Şərh: 205
ALLAH SIZDEN RAZI OLSUN.ALLAH HAMIMIZA REHM ETSIN.

QIYAMET GUNU EN BIRINCI WEY KI, HESABLANACAQ-NAMAZDIR.
aysel157 | 26 dekabr 2012 16:42 | Status: İstifadəçi | Şərh: 17
sukur allaha men bunlari bilirem
Gunel | 12 dekabr 2012 19:15 | Status: Professional user | Şərh: 4 100
Xeber cox deyerli xeberdri Allah hazirlayandan razi olsun.amma mene bir shey qaranliq qaldi

2-Sonra təkbirətul-ehram (əlləri qaldırmadan Allahu əkbər sözünü) deyirsən.

Men amma Tekbir dedikde eksine ellerimi goye qaldiriram.namazi orgendiyim yerden bele gormushem.
medis | 12 dekabr 2012 18:59 | Status: İstifadəçi | Şərh: 75
men namaz qilmaq isteyirem.cox saq olun. n47
Ayka21 | 4 dekabr 2012 00:52 | Status: Yazar | Şərh: 2 779
Çox sagolun bucur deyerli xeber hazırladıqınız üçün
azeri_oglu | 10 sentyabr 2012 17:56 | Status: Gümüş user | Şərh: 2 251
Coox gozel xeberdi yazan elleriniz der gormesin
konul mamedova | 29 avqust 2012 13:42 | Status: Professional user | Şərh: 1 714
burda bir şeyi başa düşmədim...
Tekbir-Allahu Əkbər
Hemd-Sure+İxlas surəsi
--sonra da fatihə surəsini oxuyum??..
_Ay_ | 28 iyul 2012 12:43 | Status: Gümüş user | Şərh: 396
men elimi qaldirib ALLAHU EKBER deyirem
mugan qizi | 23 iyul 2012 14:13 | Status: VİP user | Şərh: 702
BU COX DEYERLI XEBERDIR EZIYYETINI CEKENDEN ALLAH RAZI OLSUN AMIN!
TATLI GUZEL | 23 iyul 2012 14:05 | Status: Professional user | Şərh: 5 795
aaaaaaaaaaaaaaaaaa
info

İnformasiya

Qonaq qrupunda olan ziyarətçilər bu məqaləyə şərh yaza bilməzlər.