Həyat tərzi / İslam

Islamda Azadliq... (Günün xəbəri)

Allahin Gulu | 26-05-2011, 03:01
1 831 46

 

Islamda Azadliq...

 



Insan  işlərini özü seçmək ixtiyarına malikdir. Baxmayaraq ki, bəziləri deyirlər: “İnsan gördüyü işlərdə məcburdur, ancaq güman edir ki, azaddır”.  İnsanın ixtiyar sahibi olmasına aid dəlillər vardır ki, onların bəzilərinə işarə edək:

 

Hər bir insan iş görərkən bəzən şəkkə düşür ki, bu işi görsün, yoxsa yox. Həmin şəkk etmək onun azad olmasına dəlalət edir. Yəni o, bu işi görə də bilər, görməyə də bilər.


Bəzən insanlar bir-birinin işini tənqid edirlər. Tənqid etmək özü də göstərir ki, o kəs bu işi görməyə də bilərdi, ancaq görmüşdür.

 

Hər bir insan ömründə bir dəfə də olsa, öz danışığından və ya rəftarından peşman olur. Həmin peşmançılıq bunu göstərir ki, o, bu işi görməyə də bilərdi. Belə ki, öz-özünə deyər:”Eh, kaş bunu etməzdim.

 

Bütün insanlar övladlarını tərbiyə edirlər, ya da müəllimə tapşırırlar. Bu onu göstərir ki, insan övladları əyri yolu qoyub, haqq yolu ilə irəliləyə bilərlər.

 

Beləliklə, şəkk, tənqid, peşmançılıq, tərbiyə - insan azadlığının dəlilləridir. Azadlıq bütün insanların arzusudur. Bunu heyvanlar da arzulayır. Belə ki, pişiyi qəfəsə salsaq, ona hər növ qida versək də, o, yenə narahat olacaqdır. O, daha çox küçələrdə sadə yemək yeməyə üstünlük verər.

 

Islamda Azadliq... (Günün xəbəri)


Behiştdə də əgər azadlıq olmasa, mömin əziyyət çəkər. Belə ki, müsəlman behiştə daxil olanda, Allaha behiştdə azadlığa çıxdığı üçün şükür edər. Və deyər: “Həmd, tamamilə bizə verdiyi vədəni doğruldan və bizi bu yerə varis edən Allaha məxsusdur ki, cənnətin harasında istəsək sakin olarıq”. (“Zumər” surəsi, 74).

Bütün bunlara baxmayaraq, insan - Allah bəndəsidir. Və gərək Onun göstərişlərinə əməl etsin. Əgər azadlığın sərhədi olmasaydı, insan öz azadlığını nəfsinə və meyllərinə təslim edər və dərəyə yuvarlanardı..

 

Azadlıq gərək İlahi qanunlar və ağıl çərçivəsində olsun. Başqalarının azadlığını tapdalamasın.


İnsanların bir dinə inanmağa və ya o dinin ibadətlərini yerinə yetirməyə məcbur edilməsi, İslamın özünə və ruhuna ziddir. Çünki İslamda səmimi iman, azad iradə və vicdanı qəbul ilə mümkündür. Əlbəttə Müsəlmanlar bir-birlərini Quranda izah edilən əxlaqi xüsusiyyətlərin tətbiq olunması üçün xəbərdar edə bilər, təşviq edə bilərlər. Quran əxlaqının, ən gözəl sözlə insanlara izah edilməsi, bütün iman edənlərin üzərinə düşən məsuliyyətdir. İman edənlər “... Rəbbinin yoluna hikmətlə və gözəl nəsihətlə çağır...” (Nəhl Surəsi, 125) bu ayə din əxlaqının gözəlliklərini izah edir, ancaq “Onların hidayətə çatması, sənin üzərində (bir öhdəçilik) deyil. Ancaq Allah, dilədiyini hidayətə çatdırar.” (Bəqərə Surəsi, 272).Heç vaxtinsanlar üzərində maddi ya da mənəvi təzyiq tətbiq etməzlər. Ya da dünyəvi bir imtiyaz tanınaraq, adamı din əxlaqının tətbiqinə yönəltməzlər. Təbliğlərinə qarşılıq mənfi bir cavab aldıqlarında müsəlmanların verdikləri cavab “Sizin dininiz sizə, mənim dinim mənə.” (Kafirun Surəsi, 6) şəklində olar..

 


SEVDA | 24 mart 2016 23:05 | Status: Nəzarətçi | Şərh: 17 631
Azadlıq gərək İlahi qanunlar və ağıl çərçivəsində olsun. Başqalarının azadlığını tapdalamasın.
M.Aliyeva | 18 yanvar 2014 21:02 | Status: Gümüş user | Şərh: 1 980
GOZEL XEBERDI , XEBERIN HER CUMLESIYLE RAZIYAM .
Akademik | 7 iyun 2013 22:04 | Status: Professional user | Şərh: 4 591
gözəl xəbərdir. təşəkkür edirəm.
A.Sebine | 21 may 2013 15:27 | Status: Şərhçi | Şərh: 235
coxsagolun mence hersey oz cercivesinde gozeldir
Torpaq | 17 fevral 2013 13:53 | Status: Professional user | Şərh: 3 577
Təbliğlərinə qarşılıq mənfi bir cavab aldıqlarında müsəlmanların verdikləri cavab “Sizin dininiz sizə, mənim dinim mənə.” (Kafirun Surəsi, 6) şəklində olar..


son vaxtlar ele bunu istifade edirem bacim.
Meqa | 17 fevral 2013 13:45 | Status: Professional user | Şərh: 2 078
maraqlı ve gözel xeberdi teşekürler
Ayka21 | 4 dekabr 2012 01:01 | Status: Yazar | Şərh: 2 779
Çox gözel xeberdi yazan elleriniz dert görmesin
Princess_93 | 30 noyabr 2012 22:45 | Status: Brilliant user | Şərh: 5 889
ALLAH razi olsun
sevinc keder | 3 oktyabr 2012 12:26 | Status: Professional user | Şərh: 3 825
ALLAH RAZİ OLSUN smile
azeri_oglu | 10 sentyabr 2012 18:03 | Status: Gümüş user | Şərh: 2 251
Cox gozel xeberdi cox beyendim
TATLI GUZEL | 22 iyul 2012 13:01 | Status: Professional user | Şərh: 5 795
ne maraqli idi hemde ibret goturmeli movzu idi.tesekkurler
info

İnformasiya

Qonaq qrupunda olan ziyarətçilər bu məqaləyə şərh yaza bilməzlər.