Həyat tərzi / Əl işləri

Toxumağı öyrənək

VILVET | 22-01-2013, 15:00
20 889 56

Kruçokla toxumağı bacaran və bacarmayan xanımlar birlikdə toxuculuq üzrə bacariğinizi üzə çıxarmaq və ya inkişaf etdirməyə razisinizmi?

Əvvəlcədən deyim ki,burda verilən şəkillər 0-dan başlayan xanımlar üçün olduqca asan və əlverişli olacaq.Sadəcə mən bunları ingilis və türk,rus saytlarından topladığıma və öyrəndiyimə görə konkret Azərbaycan dilində açılışlarını bilmirəm.Bu barədə təcrübəli xanımlarımız bizə kömək etsə şad olaram.

 

Əvvəlcə toxumağın insan üçün xeyirlərindən biraz bəhs edək,

Gündəlik həyatın stressini azaldan,yaradıcı qabiliyyətləri üzə çıxaran,ruh yüksəkliyi yaradan toxuculuğun faydalarını saymaqla qurtara bilmərik.Dünya üzrə tək ev xanımlarının deyil,eyni zamanda siyasətçilərin və məşhurların toxumaqla məşğul olduqları buna sübutdur.Üstəlik son dövrlərdə köhnə dövrün naxışların üzərində əlavələr edərək yeni tipli geyimlərin və digər əl işlərinin yaradılması və dəb halına salınması artıq bir çoxumuza məlumdur.Keçmişdə əl əməyindən daha ucuz,fabrik malları daha çox satılardı,bununla birlikdə həm əl işlərinin qiyməti düşdü,həm də toxumağın faydaları unuduldu.Nəyə görə bir çox xanımlar toxumağa üstünlük verirlər.ABŞ-da aparılan tədqiqatlara əsasən toxumaq və kitab oxumaq kimi hobbilər insanın daha tez qocalmasının qarşısını alır.Həddən artıq Tv izləmək isə yaddaşın pozulmasına səbəb olur.Araşdırmaya əsasən 70-89 yaşlarında xatırlama problemi  olan 200 nəfər,bu problemi olmayan digər bir qrupla qarşılaşdırılıb.Bu zaman məlum olub ki,200 nəfər komputer və Tv qarşısında vaxt keçirərək hafizəsini itirən və ya pozulan insanlardır.Digər qrupda isə toxuma və kitab vərdişləri olan insanlar yer alırdılar.Eyni zamanda alimlər,toxuculuğun əl və beyin yarımkürələrinin inkişafına xüsusi təsir göstərdiyini deyiblər.Belə ki bildiyiniz kimi sağ və sol yarımkürələr çox az insanda hər ikisinin güclü inkilşafda olurlar.Buna səbəb isə əllərin və beynin birlikdə əlaqəsidir.Toxuculuq eyni zamanda beynin hesablama funksiyasina da xüsusi təsir göstərir.Hər dəfə ilmələrdə itki və əlavələrin hesablanması belə yaddaşın təkrarlanaraq idman etməsinə səbəb olur.Eyni zamanda toxuculuq psixoloqlar tərəfindən də metod kimi istifadə edilir.Psixi və fiziki sağlamlığın eyni zamanda yoxdan var etməklə inkişaf etdiyini söyləyən Psixoloqlar adi bir ip yumağından bir-birindən gözəl geyimlər və ya parçalar toxumağın,nəyisə yaratmağın insanlara xüsusi sevinc bəxş etdiyini söyləyirlər.Bu isə gündəlik stressi unutdurmağa səbəb olur.Mütəxəssislər toxumağın bir yaşı olmadığı kimi,istəyən və öyrənən hər bir kəsin bacara biləcəyi bir vərdiş olacağını da bildiriblər.

1)Toxumağa başlamadan ipi yaxşı tanımaq və naxışı görmək üçün kiçik bir parça(hissə) toxumağınızda fayda var.Buna əsasən siz neçə ilmək neçə sm hesabını asanlıqla qavrayacaqsınız.

2)Yumaq üzərində verilən ölçü məlumatı ilə sizin toxuduğunuz şeyin ölçüsü bir-birinə uyğun olmaya bilər..Bu fərq eyni zamanda toxuma vərdişinizdən də asılıdır.Məsələn,siz sıx və ya boş toxuduğunuz zaman sm hesabında fərqlilik yarana bilər.Eyni zamanda sizin miliniz yaxud milçənizin ölçüsü ilə fərqlilik yarana bilər..

3)Kitabda ve ya jurnalda göstərilən nümunəyə əsasən toxuyursunuzsa,çalışın ölçüləri düz edəsiniz.Əl vərdişinizi dəyişdirmək çətin olduğu üçün millərin ölçüsünü dəyişdirmək sizə daha əlverişli ola bilər.Ən azından əziyyətlə toxuduğunuzu sonra sökmək məcburiyyətində olmazsınız.

 

4)Qol,kənar kimi hissədən ibarət olan bir şeyi toxuyub daha sonra tikəcəksiniz.Çalışın hörgünün başlanğıcı və sonu düz ilmək olsun.Bu zaman onlari tikmək daha asan başa gəlir.
5)Əgər ilgəkli bir şey toxuyursunuzsa əvvəlcədən düyməni seçsəniz yaxşı olar.Çünki sonra həmin deşiyə uyğun düymə tapmaq çətin ola bilər.

 

İlmək yığmaq üçün

 

Düz hörgü:


Tərs hörgü:

 

 İlmə artırmaq üçün:

 (tersden artirma)

 (düzdən artırma)

 

 

Bəzən ilmə qaçır bunun üçün necə etməlisiniz:


 

 

Bu isə sümbülvari naxışdır.

 


Bəz xanımlar toxuduqlarının sonuna gəldikdə bağlamanı ya çox səliqəsiz edir,ya da heç bacarmır. 

 

 

Bunun üçün:

Əgər kruçok(milçə)ilə edirsinizsə 

  

İynə ilə isə:


 

 

 



 

Toxuduğunuz sadə bir şey üzərində yazı yazmaq üçün:

 

Bəs bunu necə hesablamaq lazımdır,

 

Əvvəlcədən düzgün sxem çıxarmaq lazımdır.Məsələn:

 

Beləcə hansı ilməkdən hansı sıradan keçmək lazım olduğu sizə asan olacaq.Hətta belə bir keçid verəcəyəm siz orda bu sxemləri asanlıqla düzəldib istifadə edə biləcəksiniz.

 

Sxem üçün

Toxuduğunuz hər hansı bir şeyə muncuq əlavə etmək üçün:

hazırdır


Kruçok ucun ayrıca:

 



 

 



 

 


 

 

 (davamı gələn xəbərdə olacaq wink )


ESMERRi | 18 aprel 2016 22:44 | Status: Brilliant user | Şərh: 5 470
Sitat: Nura ezizli
Super ellerinize sagliq

Sitat: Nura ezizli
Super ellerinize sagliq

Sitat: Nura ezizli
Super ellerinize sagliq
SEVDA | 23 mart 2016 17:19 | Status: Nəzarətçi | Şərh: 17 645
Sitat: konul.salifova
cox istirem toxumagi, ama bacarmiram, maraqlidi))
Nura ezizli | 22 fevral 2015 17:22 | Status: İstifadəçi | Şərh: 1
Super ellerinize sagliq
ayrılıq həsrəti | 3 sentyabr 2014 22:19 | Status: İstifadəçi | Şərh: 23
men ozum toxuya bilierm hem mille hemde milcə ilə .. isteyen olsa uşaqlar üçün sifarişlə gözəl papaq və əlcəklər toxuya bilərəm
aynur198 | 23 fevral 2014 12:13 | Status: Şərhçi | Şərh: 193
Lap yaxşı , məncə öyrənmək olar..
Girl | 23 fevral 2014 10:53 | Status: Professional user | Şərh: 8 230
Bunun asand yolların bilirəm təşəkkür...
yunisella | 18 fevral 2014 15:25 | Status: Şərhçi | Şərh: 298
Sitat: Nara
orgenmek isdedim orgene bilmedim cetindi

Mencede
Nara | 29 oktyabr 2013 17:48 | Status: Yazar | Şərh: 1 721
orgenmek isdedim orgene bilmedim cetindi
Leyla. | 9 iyun 2013 01:10 | Status: Professional user | Şərh: 2 605
tewekkurler menim hec sebrim catmir horgu hormeye.
Akademik | 27 may 2013 15:45 | Status: Professional user | Şərh: 4 592
məktəb illərimdə çox toxuyurdum. kuklarıma papaq, palto, şərf toxuyurdum. amma indi hövsələm qalmayıb.
Nergiz33 | 26 yanvar 2013 18:45 | Status: VİP user | Şərh: 1 067
mende toxumagi cox sevirem cox isteyiremki balca dunyaya gelcek usagmiza ozum balca bir corab kimi bir sey horum eyer bilenler varsa mene komek etsin ya ne bilim bir saytdan olsun men tapa bilmedim((((((
BAYACAM | 25 yanvar 2013 22:27 | Status: Professional user | Şərh: 1 044
BUNLARI BILIREM TEWEKKURLER.TOXUDUQLARIMDA EVDE...BIR ARA LAP COX TOXUYURDUM.AMA SON VAXTLAR TOXUMURAM.
leylawka | 25 yanvar 2013 18:19 | Status: Professional user | Şərh: 1 873
Eziyyetin ücün teshekkürler Vilish, bu qeder melumat toplamisan, bu oturaq ishdir, men toxusam gerek ayaqüste toxuyum wink
konul.salifova | 25 yanvar 2013 00:18 | Status: İstifadəçi | Şərh: 13
cox istirem toxumagi, ama bacarmiram, maraqlidi))
dunyaa | 24 yanvar 2013 17:22 | Status: İstifadəçi | Şərh: 57
mende kurcok birdenedi,ipleri de tapa bilmirem hara oqymusham ,ele ble bacaririram ,yene toxumaq isteyirem aama iplerimi tapmiram
Fatima Q. | 24 yanvar 2013 17:10 | Status: Gümüş user | Şərh: 985
Torpaq,
Gunel,
Sagolun xanimlar.
Gulu94 | 24 yanvar 2013 17:09 | Status: İstifadəçi | Şərh: 10
bacariram ama sebrim yoxdu.bir jiletka birde corab yarimciq qalib.qis cixdi me toxumadim n18
sema dagistanli | 24 yanvar 2013 17:00 | Status: Yazar | Şərh: 1 346
qeti hevesim yoxdur hedda sebrim bele yoxdur hor hor hor nedi axirda birdene corab cixacaq ortaya ondansa ver bir manatini ged corabini al geyinde ne girinc olmusan deyirem hemise .indi uje ele bir dovurde yasayiriqki ne axtarsan magazalarda var.evveller olmadigindan insanlar mecburiyyetden bunu edirdiler.indi tek tuk insan bu isi gorur.oda can sixintisindan.
Endless Love | 24 yanvar 2013 16:00 | Status: İstifadəçi | Şərh: 15
maragim yoxdu yenede twkler n18
Ruqeyye | 24 yanvar 2013 15:58 | Status: VİP user | Şərh: 579
Usaqliqdan bu senete maraqim olub eladi cox maraqlidi oyrenerem
svetlana | 24 yanvar 2013 09:34 | Status: VİP user | Şərh: 547
Əlaaa!Çox gözəl ,səliqəli,asan anlaşilan xəbərdir!Bir sözlə mükəmməl!Toxumağı çox sevirəm sadəcə ilk ilməyi yığa bilmirdim.Bu xəbər sayəsində onu da öyrəndim.Təşəkkürlər. n26
_Nazlim_ | 23 yanvar 2013 20:56 | Status: Professional user | Şərh: 2 273
Duzu hevesim var biraz.Amma tebellik edirem
TATLI GUZEL | 23 yanvar 2013 15:16 | Status: Professional user | Şərh: 5 795
Cooox maraqli xeberdir.Xoshum gelir bele rengli shekilli xeberlerden.Tesekkurler Vili
sanel | 23 yanvar 2013 14:37 | Status: Professional user | Şərh: 3 654
toxumagi cox sevirem tesekkur
venera_77 | 23 yanvar 2013 13:05 | Status: Şərhçi | Şərh: 140
cox xoslayiram hormeyi oyrenerem insallah
sheh | 23 yanvar 2013 13:03 | Status: Yazar | Şərh: 3 361
çoxdan bəridir ki,saytda bu qədər ürəyimə yatan xəbər olmamışdı..əla..əla..əla...əla...əla..əla...əla...əla....çox sağ ol,Villicik..
Damla | 23 yanvar 2013 12:09 | Status: Brilliant user | Şərh: 7 192
Sitat: VILVET
kaw ele azaciq da olsa oxwayardim fistik gibi kiz yaa o

ne oluf saaaa.Mawallah fistik kimi qizlara taw cikardirsin..Beh-beh!
ruzgargulum | 23 yanvar 2013 11:58 | Status: Brilliant user | Şərh: 2 498
super xeberdi menede kurcok ile horme lazim idi tesekkurler

Sitat: VILVET
Oyrenmek istesen deyersen,sene her cur naxiwi oyreneceyin saytlar deyerem,Rus,ingilis,turk hamisindan nese oyreneceksen.

o saytlari mene yaza bilersen zehmet olmasa axtarirdim mende tsk
raie | 22 yanvar 2013 23:14 | Status: İstifadəçi | Şərh: 14
en sevimli mewguliyyetimdi toxumaq.eseblerim sakitlewir sanki.el iwlerime baxanda zovq aliram
Asya Qurbanova | 22 yanvar 2013 22:55 | Status: Gümüş user | Şərh: 717
cox saqolun xebere gore tesekkurler.
info

İnformasiya

Qonaq qrupunda olan ziyarətçilər bu məqaləyə şərh yaza bilməzlər.