Azadqadin.az-ın xanım üzvləri hicaba necə keçdilər?

3-11-2012, 02:00  |  Azadqadin

 

Azadqadin.az-ın xanım üzvləri hicaba necə keçdilər?

 

İslam dini qadını xor gördüyü üçün yox,tam əksinə onu hərkəsin istədiyi şəkildə görməyəcəyi nadidə biri kimi qəbul etdiyindən,onu kəm gözlərdən qorumaq istədiyindən yəni ona dəyər verdiyinə gorə örtünmə əmrini vermişdir.İslam bütün insanların çatmaq istədiyi yeri Cənnəti anaların ayağı altında qəbul edəcək qədər,sizin ən yaxşınız qadınlara qarşı yaxşı olanınızdır deyəcək qədər,doguş vaxtı ölən qadını şəhid qəbul edəcək qədər qadınlara dəyər verir.


Görəsən bizim hicablı xanımlarımız necə örtünməyə qərar veriblər?


Azadqadin.az-ın xanım üzvləri hicaba necə keçdilər?


Azadqadin.az-ın xanım üzvləri hicaba necə keçdilər?


Hicab mənim uşaqlıq arzum olub.Həmişə hicablı xanımlar görəndə xoşum gəlirdi,onlarla ünsiyyətdə olmaq,danışmaq mənə xoş olurdu.Ailə həyatı qurdum,Namaza başladım. Allah mənə övlada qalmağı bəxş etdi,lakin övladımı düşürdükdən sonra,Allaha şükr edib daha da bağlandım,gözləyirdim ki ,nə zamansa həyat yoldaşım mənə hicaba keç desin...Axır ki, o gün gəldi .Şəhərə gedəcəkdik ,yoldaşım mənə dedi ki, əgər istəyirsənsə ,hicab bağla. Sevinə-sevinə başımı bağladım .O gündən bəri ,3 ilə yaxındır hicabdayam.Allah eşqi ilə yaşayan hər kəsi Allahu-Təala Cənnətlik etsin,Allah eşqinə bir-birini sevən kəs,Cənnətdə bir-birinə qovuşsunlar,Allah eşqinə hicab bağlayan kəs,Cənnətdə ən gözəl mükafatlara laiq olsunlar...


Azadqadin.az-ın xanım üzvləri hicaba necə keçdilər?


Azadqadin.az-ın xanım üzvləri hicaba necə keçdilər?

Mənim əvəllər namazım var idi, hicabı isə özüm istəmirdim. Namaz qılırdım amma onu dərk etmirdim. Sonradan yavaş yavaş anladım ki, bu da namaz kimi vacibdir.Sonra başladım valdeynlərimə yalvarmağa ki, nə olar icazə verin hicaba keçim, valdeynlərim isə qəti narazı idilər. Həmişə yatıb yuxuda özümü başı açıq namaz qılan görürdüm, bu yuxunun dərdindən yatmağa da qorxurdum.Axırı dözmədim ,valdeynimin icazəsi olmadan hicaba keçdim və bir daha açmadım.Düzdü,çox təziqlər oldu amma dediyimi etdim və çox xoşbəxtəm.Bəlkə də vaxtilə gündə tökdüyüm göz yaşlarımın əvəzidir ,indi yaşadıqlarım. Vaxtı ilə mən hicaba keçəndə, özümkülər azmış kimi ,qıraqdan qınaqlar gəldi ki ,bu nədi, cavan qızsan, başını bağlamısan, boş paltarlar geyinirsən, səni alan olmayacaq. Amma şükürlər olsun, bəlkə də çox qızın arzuladığı kimi bir ailəyə qismət oldum. Hansı ki, o evdə içki içilmir ,siqaret çəkilmir ,nalayiq sözlər danışılmır, bir- birinə hörmət, sevgi, mehribançılıq, ibadət, Allah sevgisi daha nələr- nələr. Ona görə , hicaba keçmək istəyib də keçə bilməyənlərə və ya keçsəm mənə pis baxarlar deyə düşünənlərə, onu deyimki təki Allah sizdən razı qalsın, qalanları vacib deyil.Çünki, qadın bir incidir, inci isə sədəfdə olar.Qadının sədəfi də hicabdır.Sözüm ondadı ki, heç kimdən ve heç nədən çəkinmək lazım deyil, əxlaqsızlıq etmirik ki qınaq obyektinə çevrilək.!

Azadqadin.az-ın xanım üzvləri hicaba necə keçdilər?

Azadqadin.az-ın xanım üzvləri hicaba necə keçdilər?



Namaz qılırdım, amma məktəbdə oxuyurdum deyə, hicab bağlaya bilmirdim .Məktəbi qurtarandan sonra hicaba keçəcəyəm deyirdim .Məktəbi qurtardım ,sentyabr ayı idi ,bayram günü həm hicaba keçdim, həm də yoldaşımla tanış olduğum gün oldu...


Azadqadin.az-ın xanım üzvləri hicaba necə keçdilər?


Azadqadin.az-ın xanım üzvləri hicaba necə keçdilər?

Allah hamımızdan razı olsun, inanın ki, mən də müasir qızlar kimi dəblə geyinmişəm, dar şalvar və s.
Bir gün Qurani-Kərimi açıb yaxşı -yaxşı oxudum. İnanın ki, necə səhv yolda oldugumu anladım. Xeyli aglayandan sonra, yoldaşıma dedim ki, mən hicab baglayacam. O da dedi, əgər qəlbindən keçirsə, bagla, mən heç nə demirəm.Bütün keçmiş qarderobumu dəyişib yeni hicab geyimləri aldım. Əlhəmdulillah ,gücüm çatandan.Allahın lütfi ilə indi Əsl müsəlman qadın kimi geyinirəm ,çox qorxuram Allahın qəzəbindən .


Azadqadin.az-ın xanım üzvləri hicaba necə keçdilər?

Azadqadin.az-ın xanım üzvləri hicaba necə keçdilər?

Lap əvvəllər hicab Allahın əmri, yoxsa insanların öz şəxsi seçimidi deyə, çox düşünürdüm.Elə həmin vaxtlarda, oxuduğum qəzetin bir sayında, hicabın Allahın əmrinin dəlili olan Nur surəsinə rast gəldim.Bundan sonra belə düşünürdüm ki,digər əmrləri-namaz,oruc və.s yerinə yetirim ,buna əməl etməsəm də olar.Belə fikirlər, ağlımda 3-4 il get-gəl elədi.Sonra yenə bir jurnalda Bəqərə surısinin ayesinə rast gəldim ki,üzümə şillə kimi vuruldu:"Yoxsa siz, kitabın bir qisminə inanıb,digərini inkarmı edirsiz?...''Bu sözlər mənim halıma görə idi..Əsas mərhələ belə olub.Sözsüz mən də düşünürdüm ki,ətraf nə deyər filan.Bu da şeytanın hiylələri idi.Amma Allahın əmri hər şeydən üstündü.Hər zaman haqqı axtarıb,tapanlardan olmanız duası ilə...


Azadqadin.az-ın xanım üzvləri hicaba necə keçdilər?


Azadqadin.az-ın xanım üzvləri hicaba necə keçdilər?

Gecə yuxumda 12-ci İmamımızın (ə) gəlişin gördüm.Bizim binanın qabağından keçirdi, tez gedib başıma yaylıq bağladım, dedim günahdı.Yuxuda, saat gecə 4-5 olardı,anamgilə də deyirəm ki ,ayıbdı, gedin başınızı bağlayın da.
İkinci gün yuxumda gördüm ki,dəhşət yağış yağır. Yağışın düşdüyü hər yerdə gözəl güllər bitir ,deyirlər ki, 12-ci İmamımız (ə) gəlir. Gedib başımı bağladım ki, günahdı,açıq başla olmaz..
Üçüncü gün də eynən belə yuxu gördüm və o yuxuda sevincimdən o qədər ağlamışdım ki..Səhəri gün Ramazan ayı başladı və Ramazanın ilk günündən hicaba keçdim.Allah hamıya öz doğru yolunu nəsib etsin ..


Azadqadin.az-ın xanım üzvləri hicaba necə keçdilər?

Azadqadin.az-ın xanım üzvləri hicaba necə keçdilər?


Mənim hicaba keçməyim birdən oldu.Yoldaçımın dostlarının həyat yoldaşlarının çoxu hicablı idi.Mənə həmişə deyirdilər ki,başını örtsən həm sənə,həm də yoldaşına savab olar. Yoxsa o dünyada yoldaşına da əziyyət verəcəklər.Bir kitab verdilər hicaba aid,oxudum qorxdum.Yenə də,qərarım yox idi, namaz qılırdım, özümə hicab aldım ki, namaz qılanda örtünüm, başıma saldım, yoldaşım da dedi ki, gəlsənə örtünəsən.Mən də dedim, yaxşı.Həm də fikirləşdim ki,üç günlük dünyadı,bəlkə sabaha çıxmadım,o dünyada cavab verəcəyik.


Azadqadin.az-ın xanım üzvləri hicaba necə keçdilər?
 
Azadqadin.az-ın xanım üzvləri hicaba necə keçdilər?
 
 
Nənələrimiz, babalarımız dindar olub.Gözümüzü açandan evdə Quran oxuyublar, halalı haramı başa salıblar.Amma məni hicaba keçirdə bilmədilər ,nə qaynanamgil ,nə də yoldasim. Birinci dəfə hicaba 93 cü ildə, məndən kiçik bacıma baxıb keçdim amma şeytan imkan vermədi.Bir ildən sonra atdım, bezdim camaatın sözlərindən, sonra isə yuxularım mənə əziyyət verirdi. İsa a.s. yuxumda gördüm (onu danışmayacam)arxasında namaz qıldıqdan sonra qalxdı, gülümsədi və tünd qəhvəyi rəngində uzun yaylıgı mənə uzatdı.Səhər durdum, tövbə etdim və başımı bir daha açmadım, 24 yaşımdan (bütün ələ salanlara inad yolumdan dönmədim)hicablıyam. Allah hər bir müsəlman qadına hidayət versin


Azadqadin.az-ın xanım üzvləri hicaba necə keçdilər?


 Azadqadin.az-ın xanım üzvləri hicaba necə keçdilər?

Heç vaxt açıq-saçıq geyinməmişəm,amma uzun da olmayıb ətəklərim,dəblə uzlaşan,özünə baxan, qəşəng qadınlardan biri olmuşam.2005-ci ilin yanvarında yoldaşım məni Həcc ziyarətinə apardı,ayın 4-ü hicab aldım,5-i bağlayıb yola düşdük,yoldaşıma da dedim ki,mən gələndən sonra başımı bağlamayacağam.İlahi,o məkanları,o ziyarətgahları görüncə necə cahil olduğumu anladım.Bir örtünmək nədir ki,onu da uca yaradanımıza çox görürük-deyə fikirləşdim.İndi,şükürlər olsun ki,8 ildir ki,hicabdayam,özümü çox rahat,çox güvənli hiss edirəm.Hərdən məndən soruşanda ki,sənə isti deyil,sadəcə gülümsünüb bu sözü deyirəm:"HƏR HALDA CƏHƏNNƏM ATƏŞİNDƏN SƏRİNDİR"


P.S: Sheh bacımın qızları(biri filoloq)tam zamanında keçiblər hicaba,biri 5,biri 3-cü sinifdı oxuyanda.Bəlkə bəziləriniz məni qınayar ki ,tezdi o vaxt ,nə vaxtıdı ki?.Amma dinimizdə bu belədir.Mən o yaşda namaz qılıb,hicab bağlayan,oruc tutanlara həsəd aparıram.


Və mən

Azadqadin.az-ın xanım üzvləri hicaba necə keçdilər?

Əslində mən də hələ məktəbdə oxuyanda ,hamıya deyirdim ki,mən evlənəndən sonra hicab bağlayacam.Təbii ki,onda əsl hicabın nə olduğunu bilmirdim.İki-üç il keçdi,2006 -cı ilin oktyabr ayında hicaba keçdim.Yenə də örtünmənin tam anlamını dərk etmirdim.Bəzən saçları ütülənmiş,gözəl sırğalı qızları görəndə fikrim qarışırdı.Sonra isə məni lağa qoydular, mən də şeytana uyub 7 aydan sonra hicabımı açdım. 2010 cu ilin iyul ayında, Allahın izni ilə, ömrümün sonuna qədər örtünməyə qərar verdim.Yoldaşım telefonda dinlə bağlı söhbəti dinləyirdi.Danışana acığım tutdu,çünki hələ də onun dedikləri ilə razı deyiləm.Amma bir söz dedi ki,bu mənim yenidən hicablanmağıma səbəb oldu. "Müsəlman qadın beləmi olmalıdır? Müsəlman qadın digərlərindən seçilməlidir".Allaha verdiyi hər nemət üçün çox şükür,çox şükür ki,mən yenidən doğrunu tapa bildim,avqust ayında hicablandım. Artıq nəinki birinin saçında ,sırğasında gözüm qalsın ,onları görəndə deyirəm mən necə də kor olmuşam.Geyimlərimi də çalışıram kamil hicab olmasa da ona uyğun olsun.

1.Bəli ,mənim hicabım mənim müsəlman olduğumun göstəricisidir.Mən bir müddət Çində yaşamışam.Yad ölkədəyəm ,və o ölkədə yenə başqa bir ölkədən olan müsəlman biri məni görür (qadın)əlini uzadaraq mənimlə salamlaşır.Yolda getdiyim zaman bir çinli başını əyərək mənə salam verir,onda bilirəm ki,o da müsəlmandı.Fikrimi çatdıra bildimmi bilmirəm ,o an həmin insan sənə doğma gəlir.Bəlkə adi gələ bilər amma mənə çox təsir etmişdi))

2.Bəli,mənim hicabım mənim qoruyucumdu.Artıq çoxu insanda həya qalmayıb,uşağı yanında gedən analara belə iyrənc gözlərlə süzüb,söz atırlar.Mənim hicabım məni bu iyrənclikdən qoruyur


 Allah bizim üçün xeyirli olanı bizdən yaxşı bilir n16



Redaktə etdi: Aynur_Qurbanqizi - 8-11-2012, 00:29

0 Bəyənməyib

Səhvi bildir  Baxış sayı 2879 Şərh sayı 70 Müəllif muslim woman
Paylaş:
Facebook Twitter Google Plus Одноклассники ВКонтакте Мой Мир@Mail.Ru
Hörmətli istifadəçi, Siz sayta qonaq qismində daxil olmusunuz.
Daha çox imkanlardan yararlanmanız məqsədi ilə biz sizə qeydiyyat səhifəsini ziyarət etməyi məsləhət görürük.
  1. Offline vusale19
    Allah komeyiniz olsun, menimde ailem qeti narazidi. inwAllah menede qismet olar amin

  2. Offline Vetenperver
    Nə gözəl xəbərdir. İndi görürəm.Xəbər müəllifinə təşəkkür!Hamısını oxudum. Hamısının hicaba keçmə səbəbləri maraqlıdır,xoşum gəldi.Allah bu yolda sizə kömək olsun.Mənim hicablı xanımlara böyük hörmətim var.Təklif edirəm burdada bütün hicablı xanımlar öz avatarlarını həmişə hicablı qadın şəkli qoysunlar.
    Bir nəfərdən eşitdiyimə görə müsəlman kişinin xanımıda hicablı olmalıdır.Yəni namaz qılan kişinin yoldaşıda hicab bağlamalıdır.Çünki o kişidəndə sorğu sual olunacaq ki niyə yoldaşın hicab bağlamırdı. Bunun doğru olub lmadığını deyə bilmərəm.Amma həqiqətəndə hicab qadına çox yaraşır və hicablı qadının yoldaşı olmaqda yaxşıdır.

  3. Offline muslim woman
    Sitat: sheh
    yazıram

    ohh bee sonunda wink

    Allah razi olsun baciii

    serh yazan her kese tesekkur edirem smile
    İmza:  İnsanlarla mesafeli olmak iyidir,gereksiz pişmanlıklar yaşamazsın...

  4. Offline sheh
    mən elə bilirəm bu xəbərə şərh yazmışam,necə olub özüm də bilmirəm.bəlkə də pozulub,bəlkə də yazmamışam,amma indi gec də olsa yazıram ki,kimsə şərhlərdə görüb belə gözəl xəbərə bir də qayıdıb baxsın,Müslüm qadına isə çox-çox-çox təşəkkür edirəm..Allah onun balalarını saxlasın,Allah onun hicabını qorusun,imanı daha da kamil olsun.canım bacım,təşəkkür edirəm ki,bu xəbərində mənə də yer vermisən,hamıya hicab arzulayıram.əlbəttə ki,kişilərdən başqa))))

  5. Offline BAYACAM
    ALLAH RAZI OLSUN.ELLERINIZ DERD GORMESIN.AMIN.
    İmza:  ♥Kişi adam sevgilisini; bacısı kimi qoruyar, arvadı kimi sevər, anası kimi hörmət göstərər♥

  6. Offline Feriha.
    maraqli
    İmza:  Düzdür bir qapı bağlandığı zaman başqa bir qapı açılır..Amma mən həmişə o bağlanan qapıya baxdığım üçün qarşımdakı xoşbəxtlikləri görə bilmirəm..

  7. Offline Nursan.
    Çox gözəl xəbərdir.Kövrəldim.İnşaAllah mənə də hicab qismət olsun!
    Hər birinizə təşəkkür edirəm
    n49

  8. Offline meryem09
    herkese salam,bu gozel movzuyagore twk,men namaza bu saytdaki dini movzular sayesinde gelmisem,insllah birgun hicab bagliyacagimi da umud edirem

  9. Offline nergiz_zz
    Allah bizim üçün xeyirli olanı bizdən yaxşı bilir

    ƏLBBƏTDƏ.....İLAHİ HƏR KƏSƏ NƏSİB ETSİN.ALLAH GÜNAHLARIMIZI BAĞIŞLASIN....AMİN.....
    İmza:  Nə var Allahdan yuxarı,nə var qəbirdən aşağı.Yığış ruhum gedirik sən yuxarı mən aşağı.....

  10. Offline RENA__X
    salam aleykum bacilar.menim 21 yawim va artiq 6 il yarimdi ki,hicabdayam,bunun feyzini yawayiram.men hicab ortende mektebde oxuyurdum.Awura gunu idi.seehere qeder yatmamiwdim bu haqda fikirlewmiwdim.mektebe hicabli geyimde geyinmeye hec neyim yox idi.evden uzun plaw tapdim,tek kasinka baglayib gedirdim.sonra qurban oldugum ele ruzi getirdiki evimize ureyim isteyeni aldim.1 ildi aile qurmuwam.artiq carwaba kecmek isteyirem ama yoldawim raziliq vermir.amma inaniramki men tez bir zamanda carwabida orteceyem buna gore cox dua edirem.cunku bu gune kimi ne elde etmiwemse dualarimin ,ibadetimin neticesidi.wukur ki Rebbim meni qapisindan hec vaxt na umud gondermiyib.bunlari yazmaqda meqsedim Hicaba xor baxanlara,ibadeti ucuz tutub her weyi pulda gorenlere ders vermek deyil,sadece haqqi gormeklerine azda olsa vasite olmaqdir.Haqda yalniz ve yalniz yerin goyun sahibi Allahu tealadadir.Allah imansizlara hidayet etsin.

  11. Offline Sonsuz_Sevgim
    allah namazdarinizi qebul etsin hicab qadinin yarasiqdi allah herkese qismet etsin namaz qilmagi ve hicabli olmagi

  12. Offline Ayisha
    Men hicaba 2010 cu ilin may ayının 1 de kecdim ilk evveller valideyinlerim narazidi sonradan orgesdiler tehsilimde de problem oldu hicab qadagasi cixdiqdan sonra Hal hazırda hicabliyam şükür Allaha .hicabi yeni taxanda yuxumda kucede hicabsiz gezdiyimi gorub heyecanla yuxudan oyanirdim sonraları orgesdim.namazla hicaba eyni baslamisam.hicabdan evvelki heyatim çetin idi azad olsam d a kişiler narahat edirdi gah baxislarile ve diğer narahatciliqlar men ele geyim varmı ki her yere uygun olsun deye düşünürdüm bu vaxt ehzab süresini oxudum ve hicabi sevdim.ehli sunneyem .

  13. Offline zoluwka
    _maviВ kepenek_В ,
    he vallah.Azerbaycana baxib ruslarda hicaba qadaga qoyurlar.Rusiyadada mektebe hicabla buraxmayacaqlar.Allah komek olsun
    İmza:  Torpaq kimi olmalısan, əzildikcə sərtləşməlisən. Səni əzənlər sənə möhtac qalmalı, həyatı səndə tapmalıdırlar!

  14. Offline cippiska
    mavi kepenek salam sene paxilligim dusdu kas menimde yoldsim icaze veredi hicab geyinmeye.

  15. Offline Torpaq
    Aygun_Memmedova,
    [hi
    de]Allah mudriyyete hidayet versin.[/hide]
    Amin,belke amma o isden vaz kecseniz Allah daha gozel qapi acar size.Allah komeyiniz olsun
    İmza:  Yoldasimcun dua eden her kesden Allah razi olsun...
    Dualara ehtiyacimiz var evvelki sagligina qovushsun......

  16. Offline Mavish
    Sitat: konulВ mamedova
    http://www.youtube.com/watch?v=Rnf62ciZecM&feature=relmfu

    bacım izlədim bizim dövlət belədirdə kimki dalı,başı açıq geysə heç danışmazlar məktəbə başı bağlı gələnlri isə qovurlar,haram olsun Allahın verdiyi bu su,bu hava belələrinə...
    İmza:  ucuz qiymətə acer aspire one netbuku satıram istəyən mənə yazsın.

  17. Offline Aygun_Memmedova
    Subhenallah,cox gozel,sevdiyim bir movzudur... Mende 10 ildir ibadetdeyem,ve her gun hicab kecmek haqqinda dusunurem. ve her gun dua edirem. Lakin isde imkan vermirler.... n27 Dua edirem Allah mudriyyete hidayet versin. Bir gun sorusdumki, men hicaba kecmek isteyirem, ise nese bir maneyesi olacaqmi sorusdum,cavab: ise gelme onda..... Dedim onda bu gunahi hem siz hemde men dasiyiram...
    İmza:  ‎"Ən üstün ibadət sıxıntıya səbr etməkdir." -Hz. Məhəmməd (s.ə.a.s)

  18. Offline Ruqeyya_313
    Bismillah. men de Elhemdulillah hicabliya. chox muasir geyinen ve oglan kimi biri olmusham.Namaz qilirdim amma hicabi hech dushunmurdum. kariyera filan dushunurdum. Amma ALLAH qelbime bu eshqi ele saldi ki, artriq yuxularimin ayrilmaz hissesi olmushdu hicab. Aliem qarshi chixdi. Hicab alib chantamda gezdirirdim. bir gun dedim ya bashimi baglayacam ya ozumu oldurecem sechim sizindir. yene mehel qoymadilar amma men bir gun seher durub ishe gedende bashimi baglayib evden chixdim. artiq 3 ildir. Hami gozleyirdi ki, hevesdir kechecek ve achacam amma gozlenilen olmadi. Çndinin ozunde ailem narazidir, qaynanam meni laqa goyur amma men yene de geyimim ve hicabimla fexr edirem. ALLAH hicabsizlara da hicab nesib etsin insheALLAH

  19. Offline Soso
    Allah hamınızın mükafatını versin. Mən də hicablıyam. Yoldaşım başda olmaqla heç kimim razı deyil. Mən Allahın razılığını daha üstün tutdum. Allaha həmd olsun, indi çoxları elə məni belə qəbul edirlər. Hicabımla fəxr edirəm. Bütün nəslimdə namaz qılan da, hicablı da tək mənəm. İşdə də yeganə hicablı qadın məniydim. Məndən bir ay sonra bir xanım da keçdi. Elə sevinirdim ki, heç son zamanlar elə sevinməmişdim. Deməli, kimsə mənim vasitəmlə haqqı tapmışdı. Peyğəmbərimizdən (s.a.s.) rəvayət olunan hədisə əsasən mənim üçün bu hadisə qırmızı dəvələrdən də qiymətlidir. Hicabımı sevirəm. Heç bir an da peşman olmamışam.

  20. Offline Allahin Gulu
    Sitat: konulВ mamedova
    Əksəriyyətinizdə ilk vaxtlar təzyiqlə üzləşdiyinizi yazibsiz

    menim bacim 9 yashi var idi bir gun durdu dedi men bashimi baglayacam mama dedi olmaz qish gunu idi metextde oturmushduq hamimiz, qazin sobasida yanirdi ki ev isti olsun mamaya dedi icaze vermesen seni basacam ora yanasan men cehennemde yanmaq istemirem o soze gore yaxshicana doydu mamam onu amma bashinida baglamaga icaze verdi sovet dovru mektebe bashi bagli getmek ne demek cox zulumler cekdi yaziq indi min shukur Bakida onun temannasiz quran oyretdiyi telebelerin sayi hesabi yoxdur ne qeder qohum tanish ona baxib hicab bagladilar.demeyim odurki o vaxtlar lap cetin idi shere cixmaga utanirdiq hami bize baxrdi n4 indi mashallah din cox yayilib
    İmza:  Qizil olsam deyerimi herkes bilecek.Demir olum deyerimi yalniz anlayan bilsin...

  21. Offline _Nazlim_
    cox gozel.Allah hamimizi duz yola ceksin.Allah komeyiniz olsun.hamimizida bele sevindirsin.

  22. Offline DJ dimiycey
    Allahin salami olsun hamiya mende hicabdayam 17 yawim olanda aileme yalvarirdimki icaze verin hicaba kecim bizim ailede dindardi anamda hicabdadi atam dediki hecbir prablem yoxdu bizim ucun ama qismeti bilmek olmaz qizim belke sabah aile quranda olar narazi olarlar gedenden sonra mecbur acdirarlar qelbini qirarlar baglama aile heyati qur sora bagla mecbur razilawdim hec 1 ay kecmediki hazirki yoldawimin alesi elci geldi atam razilig verdi coxxxx sevinirdim olarda dindar idiler yoldawim telefonla daniwanda o hec dememiw sozunu kesib dedimki men bawimi bagladim ele cox sevindiki yoldawim dediki mende gunleri fikir ediremki muasir qiz aliblar mene men nece onu bawa salacam baw baglamagi xexe wukur ALLAHima ALLAHÇM haminin ureyiycen versin ps:yoldawim meni gormeden tanimadan almiwdi

  23. Offline M.M...
    Cox gozel xeber hazirlamisiz Allah razi olsun sizden. Allah butun ibadetlerinizi qebul etsin. Amin.
    İmza:  -Acı çəkən səbr etsin,
    - Acı çəkdirənsə acı çəkəcəyi günü gözləsin...
    (Hz. Məhəmməd)

  24. Offline Shakush91
    Qadinlarimiza ortuk gozel yarawir

  25. Offline gulya20
    Xeber cox gozel alinib.Bezi xanimlarimizin hicabli oldugunu bilirdim bezilerini ise bu xeberle bildim.Tesekkurler
    İmza: 

  26. Offline momina
    COOOOOOOOOX SAG OL BACÇM MUSLÇM WOMAN MANÇM YAZDÇGLARÇMÇDA ALAVA ETMÇSAN XABARÇNA DÇLLARAM BÇR COXU ÇBRAT GOTURMUSDUR BU XABARDAN ALLAH RAZÇ OLSUN SANDAN BELA XABARLARÇN AXARLÇ OLSUN TASAKURLAR

  27. Offline FrOm MoOn
    ALLAH razi olsun..duzdu mende nece ildi namaz qiliram amma hicabi derk etmemiwem..ÇNWALLAH menede qismet olar derk etdiyim vaxt baqlayaram

  28. Offline konul mamedova
    Allah sizdən razi olsun.Dogurdan bizim cəmiyyət hicabi bir mənalı qəbul eləmir....Bəziləri laga qoyub deyirlər ki falçıdır..cadu edir....Ehh hicablı xanımlara da demədiklərini buraxmirlar...Allah elələrinin cavabini versin..Əksəriyyətinizdə ilk vaxtlar təzyiqlə üzləşdiyinizi yazibsiz...Gərək bütün ölkə səviyyəsində imkan yaradilsin...Azərbaycanin təhsil naziri hicabli qadinlara təhsildə qadaga qoydu...
    http://www.youtube.com/watch?v=Rnf62ciZecM&feature=relmfu

    indi deyin görüm ay caamat məktəbə gedəndə qizlarimiz başlarini acsinmi???bu günahdir axi..

  29. Offline Aylin
    mende hicaba kecmeyimi aglimin ucuna bele getirmirdim.ancaq qaynatam kerbalaya getdikden sonra evde o qeder danisdiki imamlardan,peygemberlerden ve mene namazi sevdirdi.mende bele hiss yarandiki men namaz qilim.qurban olum allahima ele bir qefleten mene dediki namaz qil.qildiqdan 1ay sonra ise hicaba kecmek fikrine dusdum.kecdimde baxmayaraqki yoldasim qaynanam buna qarsi idiler.meni cox qinayan oldu nece ki indinin ozunde bele qinayirlar.amma men bu halimdan cox raziyam.

  30. Offline elnare terlan
    ne gozel olardi hami hicabli olardi bilinerdi muselman olkesidi hicaba devet olunmazdi sadece vacib oldugu ucun hami ortunerdi allah menede qismet etsin insallah

 İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Scroll To Top