Azadqadin.az / Azadqadın həyatı

Bu gün YEL Çərşənbəsidir!(Video+Məlumat)

Sevinc_Bayramova | 12-03-2013, 12:00
5 643 50


Novruz bayramının üçüncü və bu mərasimlərin içərisində mühüm əhəmiyyət kəsb edən çərşənbələrindən biri də Yel çərşənbəsi adlanır. El arasında qədim zamanlarda bu çərşənbə "Yelli çərşənbə”, "Külək oyadan çərşənbə” və "Heydər” çərşənbəsi kimi də adlanır. Müasir zamanımızda isə Yel çərşənbəsi xalqın arasında Külək çərşənbəsi kimi də çağrılır. 
Əlbəttə yelin insanların düşüncəsində havanın mənasını kəsb edir və insanların həyatın yaranışından etibarən onunla nəfəs aldığını vurğulayır. Lakin bəzən sadəcə yel, külək kimi də mənalandıran tədqiqatçılar olmuşdur. Baharın gəlişi ilə havaların dəyişməsi, durmadan həzin küləklərin və mehlərin olması insan aləmində də müxatəlif dəyişikliklərə yol açır. Xüsusən rayonlarda və kəndlərdə yaşayan insanların əkin – biçinində, onların zəmilərində həzin küləklərin olması torpağın yavaş – yavaş oyanmasına işarədir. 
Xüsusən qeyd edək ki, artıq Novruz bayramına yaxınlaşdıqca havada olan dəyişkənliklər də tam sezilməyə başlanılır. Bu da əkinçilikdə və kənd təsərrüfatı ilə məşğul olan insanların həyatında mühüm rol oynayır. Bayramın gəlişi özünü son çərşənbələrdə daha çox biruzə verməyə başlayır. 
Üçüncü çərşənbə sayılan yel digərlərindən insanlrın fəaliyyətlərinə və adət - ənənələrində əks olunan fərqliliklərə görə seçilir. Məhz bu çərşənbə günü bütün evlərdə təmizlik işlərinə başlanılır. Xüsusən qadınlarımız, qızlarımız evdə tam mənada təmizliyə riayət etməyə başlayırlar. Hər bir xanım evindəki yorğan, döşəyi havaya atır və onun təzə gələn bahar nəfəsilə yenilənməsini, çıxan günəşin təsiri altında daha da təmizlənməsini istəyirlər. Həmçinin evlərdə hər tərəf silinib, təmizlənir, palazlar, xalçalar çırpılır, şüşələr, pəncərələr silinməyə başlanılır. Əlbəttə bu bayramında daha dərin adət - ənənələrini görmək üçün sizi Azərbaycanın müxtəlif bölgələrində bu mərasimləi qeyd etməyə dəvət edirik.
Bölgələrdə bayramın hər bir elementi özünü daha yaxşı biruzə verir və daha dərindən qeyd edilir. Şəhərdə müəyyən qədər müasirlik və şəraitin az olması baxımından bunlar unudulmuşdur. Lakin həmvətənlərim qədim zamanlardan qalmış bu mədəniyyəti hələ də özlərində saxlamağa çalışırlar. Dünya ölkələrinə nisbətən Azərbaycanda bu bayram daha böyük təntənə ilə keçirilir.
Bununla yanaşı xanımlar artıq bayramın özü üçün tədarüklər etməyə başlayırlar. Onlar bişirəcəkləri şirniyyatlara lazım olan məmulatları indidən hazırlayırlar. Həmçinin Novruz bayramının ən əsas xoşa gələn tərəflərindən biri də həmin gün ərzində insanların əynindəki paltarların təzə olmasıdır. Keçmiş zamanlarda məhz bu səbəbdən bütün qadınlar parçalar alar və uşaqları, həmçinin evdəki şəxslər üçün müxtəlif paltarlar tikməyə başlayardılar. Çünki onlar bayrama qədər hamının təzə paltarının hazır olmasını istəyirdilər. |qalaktika.com|
Evlərdə yenə də bütün çərşənbələrdə olduğu kimi qazanlar qaynamalıdır. Hamı evində olmalı və birlikdə süfrə başına yığışmalıdırlar. Stolun üzərində şirniyyatların olması bütün ilin şirin keçməsinin əsas göstəricisi hesab olunur. Məhz bu səbəbdən insanlar hər çəşənbə süfrədə şirin məmulatların qoyulması üçün cəhd göstərirlər. 
Ümumiyyətlə isə insanlar yelin yəni küləyin insanlara xoş və şirin təsürratlar gətirəcəyini inanırlar. Yel çərşənbəsində əsən küləklər bir gün ərzində bir neçə dəfə istiqamətini dəyişir. Hətta küləklərin durmadan siti və soyuq olmasına da rast gəlmək mümkündür. Bu da əvvəlki çərşənbə olan Od çərşənbəsində qeyd etdiyimiz Boz ayla əlaqədar olaraq formalaşır. Bu çərşənbə də digərlərində olduğu kimi hamının qapısında, həyətində tonqallar qalanır. Eyni ilə digər çərşənbələrdə olduğu kimi yenə insanlar bu tonqalların üzərindən tullanırlar. 
Xanımlarımızın digər çərşənbələrdə qoyduğu səməni də artıq böyümüş olur. Qeyd edək ki, səməni yaşıllıq, bol – bərəkət, ruzi mənasını özündə birləşdirir. Onun yaşıl rəngdə olması isə baharın, yazın gəlişindən xəbər verir. Həmçinin səməni buğdadan qoyulur bə onun böyüməsi üçün həmişə xanımlar su verirlər. Əlbəttə bayramdan bir müddət əvvəl səməninin qoyulması lazımdır. Artıq yel çərşənbəsində qismən böyümüş səməninin ortasına qırmızı lent bağlanılır. Əlbəttə qədim zamanlardan qırmızı bizim adət - ənənələrimizdə sevinc, ruh yüksəkliyi və xoşbəxtliyin mənasını ifadə etmişdir. Bu bayram da məhz bütün Azərbaycanlılar üçün bu mənanını kəsb edir.


ESMERRi | 17 aprel 2016 20:40 | Status: Brilliant user | Şərh: 5 459
Sitat: Alone Girl
xebere gore twk
Alone Girl | 25 iyun 2013 19:19 | Status: Gümüş user | Şərh: 1 688
xebere gore twk
Mickey Mouse | 10 iyun 2013 20:43 | Status: Professional user | Şərh: 4 014
Ne yaziq ki cersenbelerd burda ola bilmemiwem.
Əfşan | 15 mart 2013 10:03 | Status: Professional user | Şərh: 1 717
bizde yel cerswenbesi adeten rehmete getmis yaxinlarimizin mezarlarini qeyd etme gunu kimi kecirilir,Allah hamisina rehmet etsin,men nenemin babamin ,anamin baba ve nenesinin mezarini ziyaret etdim,ehsan verdik,bir sozle qara bayram kimi qeyd etdik
Sekine Hesen | 13 mart 2013 15:48 | Status: Gümüş user | Şərh: 3 120
her kesin bayrami mubarek gozel gunler daim sizinle olsun
zumer | 13 mart 2013 14:09 | Status: VİP user | Şərh: 704
Bayramimiz MUBAREK! Coox sevirem NOVRUZ bayramini... n18
MELEK_ | 13 mart 2013 08:35 | Status: Professional user | Şərh: 3 962
bayraminiz mubarek,bu gun seher pencereden heyete baxdim,bizim mehellede ocaq hele de sonmemisdi
UGUR | 13 mart 2013 04:12 | Status: VİP user | Şərh: 462
HERKESIN BAYRAMI MÜBAREK!!!!!
Sari gelin | 12 mart 2013 22:25 | Status: Gümüş user | Şərh: 2 451
ay qizlar olurem eee..evleri tokmuwdum,bayram temizliyi..tek men ,4 otaq+he yet-baca...bayraminiz mubarek..yaman yoruluruq bu bayramda ..ama yorgunlugu da xowdu eziz NOVRUZUMUZUN..
B_R | 12 mart 2013 22:14 | Status: VİP user | Şərh: 973
her kesin bayramini tebrik edirem
Seyidli | 12 mart 2013 20:30 | Status: Yazar | Şərh: 2 716
YEL ÇƏRŞƏNBƏSİ -NAGIL QƏHRƏMANIDI. NAGILIMIZ MÜBARƏK! n3
KAMA88 | 12 mart 2013 19:26 | Status: Şərhçi | Şərh: 352
Cersenbeniz mubarekdi...
Leyla-22 | 12 mart 2013 19:13 | Status: İstifadəçi | Şərh: 66
Cerwenbeniz mubarek olsun n48
Feriha. | 12 mart 2013 18:39 | Status: Professional user | Şərh: 4 753
bayraminiz mubarek
mugan qizi | 12 mart 2013 18:31 | Status: VİP user | Şərh: 702
Her kesin cersenbesini tebrik edirem Arzulariniz cin olsun !
Amma qurbetde bu bayram hec lezzet elemir ((
Semenim de cucermedi lap qanim qaraldi (((
Amma yene mene gore Novruz bayramlarin sahidir !
_Mamedova_ | 12 mart 2013 18:28 | Status: Gümüş user | Şərh: 1 839
yel cershenbeside geldi,men bir semeni cucerde bilmedim )
Dreams | 12 mart 2013 18:23 | Status: İstifadəçi | Şərh: 72
Cersenbeniz kutlu olsun.II bayramlar dilerim hepinize guzel,acisiz gunler dilerim.Kimin kalbinde ne niyyet ve arzular varsa hayata gecsin insallah

n48 n50 n49
ulya192 | 12 mart 2013 18:21 | Status: İstifadəçi | Şərh: 76
Cerwenbemiz mubarek
Gunnare_ok | 12 mart 2013 18:14 | Status: VİP user | Şərh: 333
CERSENBENIZ MUBAREK!
Kulek her birinize sevinc getirsin,kederlerinizi alib eeeeee uzaqlara aparsin
Lale | 12 mart 2013 18:06 | Status: Yazar | Şərh: 3 275
Cerwenbeniz mubarek olsun smile
Deniz-Deniz | 12 mart 2013 18:01 | Status: Professional user | Şərh: 524
haminin yel cerwebesin mubarek
selenay | 12 mart 2013 17:55 | Status: Professional user | Şərh: 1 468
CƏRŞƏNBƏNİZ MUBARƏKKK))
Girl | 12 mart 2013 17:45 | Status: Professional user | Şərh: 8 224
cersenbeniz mubuw
SULTANIM | 12 mart 2013 16:20 | Status: Ekspert | Şərh: 4 761
Yel çərşənbəniz mübarək olsun. Sag gəlib, salamat getsin.Hər şey ürəyinizcə olsun
Asya21 | 12 mart 2013 16:10 | Status: Şərhçi | Şərh: 273
Çərşənbəmiz mübarək n18
sheh | 12 mart 2013 15:39 | Status: Yazar | Şərh: 3 361
bu gün yel çərşənbəsidir,hava da yellidir.
Maral630 | 12 mart 2013 15:38 | Status: Şərhçi | Şərh: 183
Yel çərçənbəniz mubarək.
garda | 12 mart 2013 15:29 | Status: İstifadəçi | Şərh: 45
har kasin yel carsanbasini tabrik ediram neca bela gozal illara n48
ruzgargulum | 12 mart 2013 15:02 | Status: Brilliant user | Şərh: 2 498
Bayraminiz mubarek olsun ezizlereim n18
Aliyeva | 12 mart 2013 14:53 | Status: Yazar | Şərh: 4 051
mubarekdi! n16
info

İnformasiya

Qonaq qrupunda olan ziyarətçilər bu məqaləyə şərh yaza bilməzlər.