3 sual, 3 cavab

24-10-2012, 15:35  |  Azadqadin.az » Bizim kollektiv

AzadQadın-lılar, sizə 3 sualım olacaq...

 

   Hər bir insanın həyatında "İlk"lər olur və bu "İlk"lər insanın yadından heç vaxt çıxmır...

 
Sizin həyatınızda olan 3 "İlk"...
 
1-ci sual:İlk bişirdiyiniz yemək...(Bütün təfərrüatı ilə)
 
2-ci sual:İlk dostunuz.
 
3-cü sual:Sizə edilən ilk sevgi etirafi (Bu məktub da ola bilər,zəng də,gül də...)
 
Bu sualları sizin üçün hazırlayanda əvvəlcə istədim  ki,ayrı- ayrılıqda bəzinizə ismarıcla mıraciət edəm,amma sonra fikirəşdim ki,hamınızın fikri çox maraqlı olar,həm də heç kim inciməz.Çox xahiş edirəm öz səhrlərinizdə bu sualları cavablandirasınız...İlk mən özüm suallara cavab vermək istərdim.
 
 


 

İlk bişirdiyiniz yemək:
Bu yemeyi heç unutmaram,mən 8-ci sinifdə oxuyurdum,anam xəstəxanada yatırdı,evin boyük qızı kimi mən yemek bişirməli idim.Onu da deyim ki,məni çox ərköyün saxlamışdılar,əlimdən heç nə gəlmirdi.Nə isə birtəhər ət bozbaşı bişırdim,hamımız birlikdə süfrəni hazırladıq,indi hamı yeməyi gözləyir mən yeməyi ocaqdan götdüm,və ...qazan əlimdən döşdü yerə.Təsəvvür edin, bütün mətbəx yemək oldu,mən elə ağlayıram ki,hönkür-hönkür ,atam yazıq bilmir yeri təmizləsin ya məni susdursun.Gordü səsimi kəsmirəm ,Elə onu deyirəm ki,axı mən sizin üçün yemək hazırlamışdım.Atam yerdən yığdıqları ətdən və kartofdan yeyəndən sonra sesimi kəsdim.(təbii ki bacımla qardaşım ağızlarına belə vurmadılar)Bir də mən ərə gedənə kimi heç nə bişirmədim.:)
 
 

 


İlk dostunuz.
"İlk dostum"la hələ də dostluq edirəm.İbtidai sinif muəlliməmim qızı idi.Əslində xasiyyətlərimiz tamamilə bir-birinin əksi olub,amma nədənsə yaxshi anlaşmışıq.Çox yaxın rəfiqə idik.Mən ağbəniz,o əsmər,mən hündürboylu,o bəstəboy,mən çox sakit,o çılğın...Bəlkə fiziklər düz deyir təsir əks təsirə bərabərdir.Bizim münasibətlərimizi də bu tarazlaşdırırdı...Məktəbdə eyni geyinirdik,saçlarımızı da zəngləşıb eyni yığırdıq.Mənim atam nə alırdı qoşa alırdı,onun da atası həmçının.Hamı deyirdi, ali məktəbə daxil olanda ayrılacaqsınız,o Moskva Dövlət Universitetinə (MDU) daxıl oldu mənsə Texniki Universitete,amma hər gün bir -birimizə məktub yazırdıq,sonra dedilər: sizin dostluğunuz ailə qurana qədərdir,ailə qurduq yenə ayrılmadıq.Həyat yoldaşlarımız da dostlaşdılar.Mən "ilk dostum"la hələ də gözəl dostluğumuz davam edir.(Rəfiqə demək istəmədim,çünkü bizimki əsl dostluqdur)
 

 
Sizə edilən ilk sevgi etirafı
Bunu yadıma salanda çox utanıram,o, saf ,təmiz hissləri öz eqaizmimlə necə alçaltmışdım.Deməli,4-5-də oxuyardım.Riyaziyyatı yaxşı bildiyim üçün sinif yoldaşım məndən riyaziyyat dəftərimi istədi.Dəftəri geri alanda içindən nəsə düşdü,açdım oxudum,mənim necə gözəl olduğumu, bütün günü gözünü məndən çəkmədiyini yazmışdı.Bir qırğın saldım ki... Bütün müəllimlər ,direktor bildi.yazıq oğlanın valideynini belə məktəbə çağırdılar.Yox,ürəyim sakitləşmirdi  ağlaya -ağlaya evə getdim.Atamı işdən çağırtdırdım,məktəbə apardım,elə ağlaya-ağlaya deyirəm,onu döy.Atam çox uzaqgörən,ağır bir insan idi, həyatı boyu uşağa əl qaldırmazdı.Mənimsə səsimi kəsə bilmirdilər .Evə getdik, oğlanı döymədiyinə görə günlərlə atamla danışmadım...
Yazıq oğlanın qara günləri başladı o gündən sonra...Dərs danışmağa imkan vermirdim,çaşdırırdım.Gah çantasını yerə atırdım,kitablarını pəncərədən çölə atırdım.Məktəbi qurtarana kimi onunla barışmadım.Çox sonralar bildim ki,evlənib qızına da mənim adımı qoyub.Çox peşmanan,çox utanıram ona etdiklərimə görə...Amma neyləmək olar, uşaqlıq...
 
 
İndi isə sizdən səmimi cavablar gözləyirəm.

1 Bəyənməyib

Səhvi bildir  Baxış sayı 3023 Şərh sayı 78 Müəllif Banu.
Paylaş:
Facebook Twitter Google Plus Одноклассники ВКонтакте Мой Мир@Mail.Ru
Hörmətli istifadəçi, Siz sayta qonaq qismində daxil olmusunuz.
Daha çox imkanlardan yararlanmanız məqsədi ilə biz sizə qeydiyyat səhifəsini ziyarət etməyi məsləhət görürük.
  1. Offline tenha Qadin.
    1_ ci ,16 yasimda babama makaron xengeli bisirmisem onuda suyu qaynamamis makaronu qazana tokmusdum o da xemir oldu ama babam xetrime deymesin deye o yemekden yeyib beyendiyini soyledi,
     2_ci menim heyatda heqiqi dostum yoxdu en yaxin dostum gundelik defterimdi.
     3_cu 12 yasimda qonsu oglan ozu mene yaxinlasib sevdiyini demisdi
    İmza: 

  2. Offline Just me
    Sitat: _Nazlim_
    MARAQLI IDI.
    İmza:  NARA




  3. Offline Sehri.
    1-ci sual:İlk bişirdiyiniz yemək...Peçenyeli,şokoladlı kürəciklər:)
    2-ci sual:İlk dostunuz...Anam.
    3-cü sual:Sizə edilən ilk sevgi etirafi...

  4. Offline Beren

    1.Duzu hec yadimda deyil.

    2.Mene en yaxin dostum Pervanedir. n36

    3. n10

    İmza:  Ürəyinizdə ilk sıraya ALLAH`ı qoymasanız, həm ALLAH`ı itirərsiniz, həm ilk sıraya qoyduqlarınızı...

  5. Offline RA
    ƏŞİİ BU CAMMAAT QARŞISINDA ETİRAFLARI HEÇ SEVMİRƏM DƏƏ smile ... QOY HƏR KƏSİN ETİRAFI ÖZÜNDƏ QALSIN ....RAFAELNƏN -ÇOŞĞUNUN SÖZÜ OLMASUN .. MƏNİN DƏRDİM AZARIM MAAA BƏSDİR wink

  6. Offline KAMA88
    1 n13
    2 n3
    3 n19

  7. Offline Fatima Q.
    1.ci sual..yadimda deyil..men indikinden cox balaca oldugumda yemek bishirirdim..menim bishirmeyime ehtiyac yox idi ama maragimdan..her gun sufreye qoyulacaq hansisa yemeyi men hazirliyidim..ela alinirdi...indi maragim yoxdu..
    2.ci sual..ushaqliq doslarim chox olub..her gun kusub barishdigim..esl refiqem sinif yoldashim oldu..eyni filme baxmishdiq..fikirlerimizle bir birimizi tamaladiq sanki..ondan sonra..her sheyi paylashiriq...
    3.cu sual..Bunu yadıma salanda çox utanıram...........men deeeeee n27 wink ele utaniram.sinif yoldashimdi..ushaq pert olmushdu...aglamishdim eee ozu de...

    xatireleri oyatdiz teshekkur Banu..

  8. Offline selenay
    1 ilk bisirdiyim yemek 9 oxuyurdum dolma bisirmisdim yanmisdi) 2 ilk dostum sinif yoldasim olub mektebi qutardik 2 mizde tibb kolecine daxil olduq helede en yaxin dostumdu 3 ilk sevgim eyni mektebde 10 cu sinifde oxuyurduq zehlem gedirdi ondan sora eyni sinifde oxuduq ilk defe snife gelende menim yanjma geldi oturdu sora dost olduq 1 ilden sonra sevgisi etiraf eledi
    )) maraqli suallardi tesekkurler n44
    İmza:  Gülmək hər vaxt xoşbəxt olmaq üçün deyil. Bəzən elə gülümsəmələr vardır ki; ən böyük ağrıları gizləmək üçündür...!!!

  9. Offline sanel
    1 ilk bisirdiyim yemek yadimda deyil
    2 ilk dostun qonsumuz idi hemde sinif yoldasim
    3 ilk sevgi etiafi olub toyda oglan yasda menden cox boyuk idi ne ise getmedim ona indide meni gorende uzunu cevirir n10

    cox maraqli xeber oldu beyendim herden bele xeberler olsa yaxsidi n43

  10. Offline ay ulduz
    1 ilk bisiridyim yemek- 7ci sinifde oxuyurdum sorba olub anama dedim ki qoy bisirim oyrenim anamda icaze verdi elede yaxsi cixmamisdi anam terfledi ki halaldi qizma.
    2.ilk dosdum-3cu sinfde oxuyanda sinifimize leyla adli qiz geldi o oldu dosdum 5 il davam etdi sonra cixdilar mektebde onu cox axtardim tapa bilmedim indi de ureyim isidyir onu.
    3.ilk sevgi etirafi eden-evmizin yaninda dukan var idi orda isdiyirdi oglan hec aglima gelmezdi 15 yasim var idi evmize zeng vrumusdu soka dusmusdum hec onda bilmiridm sevmeyin ne olduqunu.telefonu goturmurdum onan sonra amma sonralar mende ona qrarsi nese hiss etdim amma daha gormurdum onu

  11. Offline Ravi
    Bu sevgi sualsız olmur hara baxırsa sevgi sualı çıxır.

  12. Offline sheyla
    ayyyyy ne gozel xeberdir.Ilk bisirdiyim yemek,yemek demezdim.Yay vaxtinda insana serinlik ve lezzet veren akroska olub.Onda menim 8 yasim var idi.Hemin gun tesadufen muellimemgil de bize gelmisdiler.cox beyenib,teriflemisdiler.Ele yemek bisirmeye de hevesim o, gunden baslayib.
    2- ci sual:ilk refiqemin adi Vusale olub.
    3-cu sual-Ilk sevgisini etiraf eden sinif yoldasim olub 6-ci sinifde.
    İmza: 

  13. Offline CIKOLATA
    1.İLK BİSİRDİYİM YEMEK TAM DEQİQ YADİMDA DEYİL TEXMİNİ BİLİREM Kİ YARPAQ DOLMASİ EMIMIN YOLDASI BIZE GELMISDI ET GETIRMISDI KI MASINDAN KECIRIM SORUSDUM NE BISIRECEKSEN DEDI KELEM DOLMASI DEDIM KI SENE YARPAQ VERIM MENE YARPAQ DOLMASI BISIRDE DEDI KI ETI VERIM OZUN BISIR BISIRDIM O QEDER LEZETLI OLMUSDUKI ANAM-ATAM INANMAMISDILAR DEDILER KI NENENMI BISIRIB YOLLAYIB EMIMIN YOLDASI DEYENDE INANDILAR.ONDAN EVVEL NESE SUP BISIRMISEMMI YADIMDA DEYIL
    2.ILK REFIQEM ORTA MEKTEBDE OXUYANDA AYNUR ADINDA SINIF YOLDASIM IDI SONRA ELAQEMIZ KESILDI MEN MEKTEBIMI DEYISDIM ARADA GEDIB GORURDUM.
    3.ILK SEVGI SOZUNU NAXCIVANLI BIR OGLAN VARDI ATASININ ISI UCUN BIZ QALAN RAYONA 1 ILLIK GELMISDILER O DA BIZIM MEKTEBDE OXUYURDU ILK ONDAN ESITMISEM AMMA O VAXTLAD HEC YADIMDA DEYIL USAQLIQ ILERI IDI AMMA ESL SEVGI SOZUNU UNUDULMAZ ESQIMI INDI TAPMISAM ERIMI.
    TWKLER SUALLAR UCUN ARADA BELE MRAQLI SUALLAR YAZINDA

  14. Offline B_R
    maraqli suallardiş twk iilk bisirdiyim yemek kartof qizartmasi. ilk padruqam jale olub. hec bir sevgi etirafi almamiwam. wink

  15. Offline sefiqe
    maraqlidi ancaq hec biri yadimda deyil

  16. Offline Torpaq
    he qayganagi cixmaqla badimcan qizartmasi-sogani ayri,kartosu ayri,badimcani da ayri qiazrdib sonda birlesdirirdim.balaca tavada ancaq ozum yeyirdim.sehv etmiremse 8ci sinifde.dostu filan ne bilim.men hele usaqliqdan her adama dost dememisemeeeeeeee n3 6ci sinifde bizim sinife kecdi,yuxari qalxdiqca yaxinlasdiq,indi de bizim gelinimizdi wink
    İmza:  Seyidlii ismariclara bax...

    Dogacaqdir ved etdiyi gunler Haqqin,
    Kim bilir belke yarin belke yarindan da yaxin...
    M.A.Ersoy

  17. Offline ruzgargulum
    1. kükü
    2. Könül olub cox sevirdim o refiqemi heyf elaqe kesildi evlendi ona gore
    3. o qeder olubki ən yadda qalanini yazim menim sinifyoldasim meni sevirdi bunu bilirdim her defe gorende vururdum onu boyudukce basa dusdum sehvimi amma ne edek gec idi mektebi qurtarana kimi sevdi men sevmirdim amma sonra 1-2defe elci gonderdi alinmadi bax bele
    İmza:  Ruzgargulu
    Bir yaz gunu usudunmu
    Ruzgargulu
    Hec olumu dusundunmu

  18. Offline sweet_girl
    n9 MARAQLIDI

  19. Offline Allahin Gulu
    1 ilk bisirdiyim yemek kartof qizartmasi
    2.ilk dostum canim qardasimdan secmirdim Araz Primov Arzu Primova (Allah rehmet eylesin sehid olub)baci qardashlar
    3 o qeder olubki n3 yadimda deyil cunki hamisina bir sozu deyirdim kul tepene
    İmza:  Qizil olsam deyerimi herkes bilecek.Demir olum deyerimi yalniz anlayan bilsin...

  20. Offline benni
    ilk bisirdiyim yemeyi xatirlamiram,ilk refiqemle indi de refide kimiyem,o sinif yoldasim idi,indi qaynimin yoldasidir,hec vaxt sevgi etirafi esitmemisem,sevmeden gormeden evlenmisem.

  21. Offline _Nazlim_
    MARAQLI IDI.

  22. Offline Asya Qurbanova
    COX MARAQLIDI.
    HEC BIRI YADIMDA DEYIL

  23. Offline Arzushkaa
    maraqli xeberdi.
    ilk biwirdiyim yemek 9 yawimda pamidor yumurta olub ve deyilene gore biwirdiyim yemekler dadlidi. indi demek olar butun yemekleri biwirebilirem amma mama vermir deyir onsuza gelin gedenden sonra biwireceksende indi kef ele.
    ilk dostum 1ci sinifden sinif yoldawim olub helede dostumdu hemiwe deyirdilerki mekteb bitecek gelin gedeceksiz yollariviz ayrilacaq amma olmadi o gelin getdi ovladida oldu amma biz ayrilmadiq duwunmuremki baci bacidan ayrila biler dogurdanda birbirimize baci olmuwuq.
    ilk sevgim 5ci sinifde olub o mene bawqasiyla xeber yollayirdi mektub yollayirdi axirki 7ci sinifin axirinda ona he dedim dogurdanda meni cox sevirdi 9da oxuyurdum ondan ayrildim 2il yalvardi ayrilma deye helede sevir menim niwanladigimi ewidenden sonra meni tebrik etdi ve burdan gedeceyini dedi amma men inanmadim dediyini etdi indi moskvada yawayir. deyesen cox daniwdim.

  24. Offline YESHIM
    maraqli ushaqliqin olub ay seni n43

  25. Offline r.q...
    bir anliq xeyallara daldim.usaqligim geri dondu.cox gozel suallar idi.ilk bisirdiyim yemek sorba olub.hetta cox dadli bisirdiyimi de deyibler.ilk dostum oglan olub.o qonsumuz idi.hem usaqliqdan beraber boyumusduk. o ki qaldi ilk sevgi etirafi eslinde sevgi etirafini men etmisem sevdiyime qarsi.cunki onun bunu ede bilecek qeder cesur olmadigini bilirdim(baxmayaraq ki basqa her seyde cox cesurdu)

  26. Offline elnare terlan
    maraqlidir

  27. Offline lady nur
    ilk bisirdiyim yemek yadimda deyil duzu.ilk dostum krndde qonsumuz vardi Aysel.biz bura geldik o orda qaldi.yaydan yaya kende gedende gorurem onu.ilk sevgi teklifi ise 6 ci sinifde oxuyan da almisam.refiqemde gondermisdi xeber. n39

  28. Offline RA GUNEL MI LE YU
    COX SAGOL

  29. Offline Seva-Azer.
    Sitat: sevinc keder
    biraz daha romantiq ola bilerdi

    Masalan neca?))))))))))))))))))

  30. Offline sevinc keder
    Sitat: seva-azer
    Yorganina od dushsun
    Neca yatirsan Mansiz

    n3 biraz daha romantiq ola bilerdi

    haminki coxmaraqldir n9
    İmza:  qapi ona doyulecek her kese acilar.

 İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Scroll To Top