Satıcıların azğınlığı yoxsa mədəniyyətsizlik?

24-09-2012, 15:43  |  Aktual » Müəllif yazıları

 

 

 Pərvanə İbrahimova

 

Hər gün işə gələndə və evə dönəndə eyni mənzərənin şahidi oluram. Eskalatorun lap başındaca, yaşı bəlkə də 70-i keçmiş bir nənə pal-paltar satır. Son bir ilə qədər az qala bütün metro istifadəçilərini satdıqları geyimlərə baxmağa dəvət edirdi. İndi daha belə etmir. Sakitcə oturub. Amma bu sükut ona yaxınlaşıb nə isə soruşub, almayanda pozulur. Nənə başlayır qışqırmağa: «Niyə məni narahat edirsən, almayacaqdınsa niyə soruşursan» və s. Bu mənzərə ilə ilk dəfə qarşılaşanlar və daha hövsələliləri heç nə demirlər, bəziləri yaşına görə dillənmirlər, amma onu ətrafdakıların yanında pərt etməyə dözməyən və söz götürməyi sevməyən biri nənəyə cavab qaytarmağa cəhd edəndə ittihamların ardınca qarğış başlayır: «Sən görüm….». Nənəni tanıyanlar, xasiyyətinə bələd olanlar, ondan ittiham və qarğış eşidənlər bir daha ona yaxınlaşmırlar, hətta, gözucu baxıb bəyəndikləri bir şey olsa belə. Yaşlı qadını haradasa başa düşmək olar. Əsəbləri pozulub, bəlkə də alveri yaxşı getmir və s. Nə yazıq ki, bu bəlaya əksər satıcılar – fərqi yoxdur, bu meyvə-tərəvəz satsın, ya pal-paltar, ya da məktəb ləvazimatları və s. mübtəla olublar. Məsələyə onların düşüncəsi ilə yanaşsaq, soruşduğun malı mütləq almalısan. İkinci bir söhbət ola bilməz. Əgər geyinmisənsə, başqa çıxış yolun qalmır, mütləq pulunu verməlisən, yoxsa səni elə pərt edərlər ki, nənənin qarğışından daha betər olar. Mən hələ alınan malların qaytarılmasından, ya da dəyişdirilməsindən danışmıram. Nəyisə alanda satıcı bacı və qardaşla razılaşırsan ki, böyük, ya da kiçik olarsa, uyğunsuzluq təşkil edərsə bunu qaytararsanmı?!


Bəziləri insafən vədə əməl edirlər, bir qismin isə onu başqası ilə əvəz edənədək tökdükləri qaş-qabaq, etdikləri giley-güzar, deyinmək adamı lap hövsələdən çıxardır. Hələ bu harasıdır? Bəziləri səni yalan danışmaqda, ona şər atmaqda ittiham edir, üzünə dayanır ki, nə danışırsan, bu malı məndən almamısan, məndə ümumiyyətlə belə çeşid olmayıb. Abrını, həyasını itirmiş, pulunun ancaq bax, beləcə yalan danışmaqla çıxardan satıcının qarşısında, abrına qısılıb geri çəkilənlər də olur, yalançılıqda ittiham edilməyə dözməyərək cavabını verənlər də. Bəzən daha diqqətçəkən hadisələrə şahidi olursan. Tutaq ki, xoşuna gələn ayaqqabıya baxırsan, geyinirsən, qiyməti səni qane etmirsə, geri çəkilməli olursan və rica edirsən ki, gedim bir az da baxım, münasibini tapmasam gələrəm. Bu isə satıcının xoşuna gəlmir və deyir ki, alırsansa indi al, geri qayıdanda sənə görə malım olmayacaq.

Son günlərin ən maraqlı və təəccüblü hadisəsi sentyabrın 14-də, məktəbə bir gün qalmış yaşandı. Gül dükanında alveri «xod» gedən müdir əvvəlcədən xeyli sayda güllər hazırlatdırıb dükanın 4 bir yanına düzdürmüşdu. İçəri daxil olana ilk təklifi həmin güllər olurdu. Eyni təklif mənə də edildi, lakin güllər keyfiyyətini itirdiyindən razılaşmadım. Yenisini istədim. Bu da müdirin xoşuna gəlmədi. Dedi alırsan al, almırsansa başqa gülümüz yoxdur. Aman Allah, dükanda gül əlindən tərpənmək olmur axı!!! Deyirəm, ay qardaş, siz satıcı kimi təklif etdiniz, mən də alıcı kimi bəyənmədim. Yenisini istəyirəm, özü də xatirə-hörmətə yox, pulla. Deyəsən, taxta qapı dəmirinə tuş gəlmişdi. Az fasilədən sonra mənə də gül düzəldi. Qapıdan çıxırdım ki, müdirin səsi gəldi: “Bu gün işimiz çoxdur, gərginik, xətrinizə dəydimsə üzrlü sayın”.

Əslində çox sevindim. Bu kobudluq edəndən sonra səhvini anlayan ilk satıcı idi. Bir də indiyə qədər müəyyənləşdirə bilməmişəm ki, bu üzrxahlıq niyə edildi?

0 Bəyənməyib

Səhvi bildir  Baxış sayı 913 Şərh sayı 49 Müəllif Aynur_Qurbanqizi
Paylaş:
Facebook Twitter Google Plus Одноклассники ВКонтакте Мой Мир@Mail.Ru
Hörmətli istifadəçi, Siz sayta qonaq qismində daxil olmusunuz.
Daha çox imkanlardan yararlanmanız məqsədi ilə biz sizə qeydiyyat səhifəsini ziyarət etməyi məsləhət görürük.
  1. Offline Цуда
    Yalniz bu hadiselerle Azerbaycanda rastlasmaq olar

  2. Offline Melek_1
    Sitat: leylawka






    MARAQLÇ XEBER ÜCÜN TEŞEKKÜRLER

  3. Offline leylawka
    MARAQLI XEBER ÜCÜN TEŞEKKÜRLER smile

  4. Offline qonce
    SATICI NE QEDER ŞIRIN DILLI OLSAN ALVERI BIR O QEDER YAXŞI OLAR.KOBUD SATICIYA YAXINLAŞAN KIMDI?

  5. Offline zoluwka
    burda satici bele etse wikayet etmeye haqqin var.hemde burda coxu iri marketlerdi neye isteyirsen baxirsan yoxlayirsan.pulu kassaya odeyirsen rahatdi .
    İmza:  Torpaq kimi olmalısan, əzildikcə sərtləşməlisən. Səni əzənlər sənə möhtac qalmalı, həyatı səndə tapmalıdırlar!

  6. Offline Sekine Hesen
    maraqli movzudu,tez tez rastlawmaq olur ele saticilaranan
    İmza:  Dünya gözəl olsaydı doğularkən ağlamazdıq,yaşayarkən təmiz olsaydıq ölərkən yuyulmazdıq.

  7. Offline HEYATIM
    Sitat: hopeful-woman
    seyden xosum gelmir ee dukana giren kimi saticilar sorusur.Ne lazimdi

    MENIMDE O SOZDEN ZEHLEM GEDIR AMMA COX RASLAWIRAM... )
    İmza:  Heyatini ele yawa ki, donub arxaya baxanda uzun qizarmasin...

  8. Offline rufet ehmed
    TWK

  9. Offline Sonik
    mence ne azginliqdi ne de medeniyyetsizlik sadece qazana bilmiller vessalam

  10. Offline _Mamedova_
    Sitat: Damla
    Sirr deyilse tuwun adi nedir??


    douglas...goz qelemi ve tuşu artiq bu firmadan işledirem,o gunden etibaren smile

  11. Offline leylawka
    DÜZÜ BURDA COX VAXT MÜWTERI HAQLIDIR, MÜWTERIYE MEDENI DAVRANIRLAR, O KI QALDI YAWLI NENEYE ALLAH KÖMEYI OLSUN AMIN !!!
    NENELER ELE DURUMA DÜWMESIN AMIN !!!
    n45

  12. Offline Nursan.
    Sitat: sevincВ keder
    heqiqetende saticilar ele vezyete gelib cixiblarki artiq maqazaya girende saticinin uzune baxib qiymetini soruşmaqa cekinirem ele bil heqiqeten baxdimsa almaliyam ve ya almayacamsa qiymetini bilmek haqqim yoxdur


  13. Offline HEYATIM
    maraqli xebere oxwayir hele oxumamiwam vaxtim olanda oxuyacam
    İmza:  Heyatini ele yawa ki, donub arxaya baxanda uzun qizarmasin...

  14. Offline rosee
    azerbaycandaki saticilar ölkeye qoyulasi deil men orda olsam biri mene kobud cavab vere gerisini teessevur etmek bele istemirem.

    bizde saticilar mulayimdi sukurler olsun dukkanlar cox böyuk girirem istediyim geyimi geyinirem beyenmiremse geri qoyuram heckim hecne demir.dukana girende guleruzle qarsilayirlar amma bahali dukana girende ise saticilar gelir kesdirir basimin ustunu nece kömek ede bilerem?mense cavabinda xanim hele baxiram..Ok deyib gedirler.
    o gunleri geyim dukanindan 2 geyim almisdim 1 ni qaaytardim birini ise deyisdim satici hecne demedi guleruzle qarsiladi..kobud saticilarda olur bir defe biri kobud davranmisdi yaxsica cavabini verdim.
    İmza:  <<<Siz arxamdan danışanlar...Nifrət ediləcək qədər dəyərli deyilsiniz...!!<<

  15. Offline FIDASQA
    Duzu ele saticilarla rastlaşmisaham.onlarida basa dusmek lazimdirki alverleri getmirde.paxilliqlarindan ele edirler.

  16. Offline cucem.
    Sitat: ruzgargulum
    menide hemiwe eseblewdirir maqazine girmemiw satici bawinin ustunu kesdirirki ne lazimdi???Onuda deyimki men bunun caresini tapmiwam Allah komeyi olsun nauwnik icad edenin.Qulaqima taxiram oude elesini taxiramki gorunen olsun,bir saticida mene yaxinlawmir ozumcun maqazinde gezirem,baxiram,ureyim isteyenide secirem.Qizlar meslehet gorurem sizlerede.Rahat wopinq ede bileceksiniz



    n33 GORMUWEM ELELERINE SATICILAR YAXINLAWMIRLAR n33 n33

  17. Offline Lale
    Sitat: ruzgargulum
    SUPER FİKİRDİ SİNAMAGA DEYER

    100% iwleyir.Men artiq nauwniksiz maqazine getmirem wink ozude boyuyunu alin

  18. Offline ruzgargulum
    menide hemiwe eseblewdirir maqazine girmemiw satici bawinin ustunu kesdirirki ne lazimdi???Onuda deyimki men bunun caresini tapmiwam Allah komeyi olsun nauwnik icad edenin.Qulaqima taxiram oude elesini taxiramki gorunen olsun,bir saticida mene yaxinlawmir ozumcun maqazinde gezirem,baxiram,ureyim isteyenide secirem.Qizlar meslehet gorurem sizlerede.Rahat wopinq ede bileceksiniz

    SUPER FİKİRDİ SİNAMAGA DEYER
    İmza: 
    Ruzgargulu
    Bir yaz gunu usudunmu
    Ruzgargulu
    Hec olumu dusundunmu

  19. Offline Princess_93
    Lada,
    ela fikirdi canim
    İmza:  Ayağıma dolaşan tək əngəl: - Gəlinliyimin ətəyi olsun ..

  20. Offline Lale
    [b][/b]menide hemiwe eseblewdirir maqazine girmemiw satici bawinin ustunu kesdirirki ne lazimdi???Onuda deyimki men bunun caresini tapmiwam wink Allah komeyi olsun nauwnik icad edenin.Qulaqima taxiram oude elesini taxiramki gorunen olsun,bir saticida mene yaxinlawmir wink ozumcun maqazinde gezirem,baxiram,ureyim isteyenide secirem.Qizlar meslehet gorurem sizlerede.Rahat wopinq ede bileceksiniz

  21. Offline sevinc keder
    heqiqetende saticilar ele vezyete gelib cixiblarki artiq maqazaya girende saticinin uzune baxib qiymetini soruşmaqa cekinirem ele bil heqiqeten baxdimsa almaliyam ve ya almayacamsa qiymetini bilmek haqqim yoxdur amma ele satici ile rastlaşmişdimki oqeder uzunu xoş gormuşdumki inanin ki maqazadan cixmaq istemirdim axirda ozum qiymet soruşmaqdan bezib suall verdimki < dayi sizi bezdirirem bayaqdan esebleşmirsiz ki? > dayi ise cavab verdiki < qizim bu bizim borcumuzdur ,sizler olmasaz bizim malimiz elimizde qalar>
    n7
    İmza:  qapi ona doyulecek her kese acilar.

  22. Offline Saray Elisaqizi
    Pis sifetler.... n4 Caninin dermanida olsa onlarda hec almaq istemirsen n2 n25

  23. Offline Princess_93
    tökdükləri qaş-qabaq, etdikləri giley-güzar, deyinmək adamı lap hövsələdən çıxardır
    elelri olanda adam aciga hec ne almag isdemir
    İmza:  Ayağıma dolaşan tək əngəl: - Gəlinliyimin ətəyi olsun ..

  24. Offline Alizes
    Çox sıx rastlanan haldır. Satıcıların mallarını sata bilmədikdə alıcılara qarşı olan aqressiyası... Satıcı dediyimiz səbrli, şirindil olmalı və etika normalarına riayət etməyi bacarmalıdırlar. Hər birimizin başına gəlib ki, hansısa mağazaya girdikdə satıcılar həmən dəqiqə pərvanə kimi hərlənirlər alıcının başına ki, "nə lazımdır? , "necə kömək edə bilərəm?" Ən nifrət etdiyim haldır. Bütün sinir sistemim alt-üst ola bilər həmən dəqiqə. O, halda "baxdım, bəyənmədim" deyə mağazanı tərk edirəm. Bəzən isə bir neçə model geyimi geyib heç birini bəyənmədiyimdə üzləri çönür. "Bağışlayın, əziyyət verdim" deyib mağazanı tərk edirəm. Bəzisi "Allah bağışlasın" deyərkən, bəzisi isə heç cavab belə vermir insana. Ya səbr! Bir dəli şeytan deyir dur həmən dəqiqə dava sal, amma o şeytana uyub özümü onların səviyyəsinə endirməməyə çalışıram. Ay yoldaş, mən məcburammı bəyənmədiyim malı səndən almağa?!...

  25. Offline sheh
    TAM RAZIYAM YAZILANLARLA..elə sifət eliyirlər ki,bir şey almayanda..elə bil özləri 200 manata bütün günü işləmirlər e..milyonerlərdir elə bil.

  26. Offline _Peri_
    TWK

  27. Offline S24
    bəzən satıcı bir müştəriyə əsəbləşib hayıfını başqa müştəridən çıxır bu haqqsızlıq olur.Bəzəndə alıcı satıcı ilə elə rəftar edir ki elə bil qarşısındakı insan deyil quldu.

  28. Offline Rightit
    Mence gunah. bawqada hec ne. camaatin haqqina girmek

  29. Offline Damla
    Sitat: _Mamedova_
    duşunmurem ne vaxtsa bu tuşu başqasiyla evez edem,tam menim istediyim kimidi

    Sirr deyilse tuwun adi nedir?? smile
    Ela burdada saticilar cox mehribandir.Ayaqqaabi xestesi oldugum ucun yolum ayaqqabi satilan dukanlara tez-tez duwur.her defede qizlar eyilirki ayagima ayaqqabini geyindirsinler.Ela pis ve narahat oluramki.Deyiremki lazim deyil gozel qizlar,ozum geyinecem.
    İmza: 


    Allah ən ədalətli vəkildir.....Bunu heç kim heç zaman unutmasın....


  30. Offline _Mamedova_
    bizim saticilar guler uz ve şirin dildiler,bir acilayanina rast gelmemişem acigi heleki,hec yadima gelmir...bir sevmediyim şey oduki magazaya girende adamin dalindca duşurler ne istiyirsiniz?nece komek ede bilerem ? ozumu cox narahat hiss edirem bele olanda,esasen bahali kosmetika magazalarinda bele olur,o qeder olub ki hec almaq fikrinde olmadigim şeyi hipnoz edib aldiriblar mene))ama sonradan beyenmişem,bu usulnan bir tuş aldim bu yaxinlarda,Allah onu mene aldirannan razi olsun wink ,duşunmurem ne vaxtsa bu tuşu başqasiyla evez edem,tam menim istediyim kimidi

 İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Scroll To Top