Aktual / Gəlin, müzakirə edək!

Şəhərdə yoxsa kənddə yaşamaq?!.

Terane | 26-07-2012, 17:12
6 063 77

 

 

Birincisi - ta qədimlərdən təbii insan məskəni olan kənd həyatı, digəri - inkişafın sonrakı mərhələlərində formalaşmış şəhər həyatı. Hər ikisinin özünün üstün və çatışmayan cəhətləri var. Lakin son zamanlar urbanizasiya tendensiyasının sürətli inkişafı insanların daha çox şəhərlərə can atdıqlarını göstərir. Niyə?

Kənd həyatı insanları niyə cəlb etmir?
Kəndlər, adətən, gözəl təbii şəraitə, münbit torpaqlara, yaşıl örtüyə, təmiz havaya, saf suya malik ərazilərdə təşəkkül tapır. Burada həyat təbiidir, insanlar təbiətlə harmoniyada yaşayır, heyvanlarla ünsiyyətdə olur, meşədə, çay kənarında, dağ başında işləyir, istirahət edir, bir sözlə, yaşayırlar. Tarlalarda yaşıl otlar, qarışıq rəngli, əvəzedilməz ətirli çiçəklər var. Hər yerdə müxtəlif quşlar, heyvanlar, bulaqlar, böyük dağlar, meşələr var.

Kəndlərdə insanlar tarlalarda, dirriklərdə çalışırlar. Zəhmətkeş kəndlilər öz əlləri ilə təbii, sağlam meyvə və tərəvəz yetişdirir, saxladıqları ev heyvanlarından keyfiyyətli ət, süd məhsulları, yumurta, bal və sair əldə edirlər. Bəzi kəndlərdə kinosalon, teatr, böyük ticarət mərkəzləri olmasa da insanlar darıxmırlar. Çünki onlar normal qonşuluq, qohumluq münasibətləri saxlayır, bir-biri ilə daha çox ünsiyyətdə olur, boş zamanlarını çox maraqlı keçirirlər. Məsələn, axşamlar bir-birinə qonaq gedir, söhbət edir, bağçada çay içirlər. Uşaqlar həyətdə bir-birilə oynayır, böyüklər nərd, şahmat, domino kimi stolüstü oyunlarda “qırğına” çıxırlar.


Uşaqlar hər gün təmiz havada, çəmənlikdə oynayır, çayda və ya göldə çimir, kollardan moruq, qonşu bağçaların ağaclarından alma “oğurlayırlar”. Kənd uşaqları məktəbdənkənar boş vaxtlarında min oyundan çıxırlar - ağaca dırmaşır, suda üzür, ata minir, dağlara qalxır, tarlada ailələrinə kömək edirlər. Oğlanlar meşədən odun, qızlar çay dəmləmək üçün müxtəlif çiçəklər yığırlar.

Kənddə hamı üçün, xüsusilə analar üçün gün çox erkəndən başlayır - saat beşdən, altıdan. Çünki onlar səhər tezdən süd sağır, samovar qaynadır, nahar hazırlayır, uşaqları məktəbə yola salanadək çalışırlar. Hər səhər uşaqlar günə təmiz süd və təzə yumurta, bal, pendir, çörəklə başlayırlar.

Kənddə mədəniyyət adına lazım olan ən vacib obyektlər də var - mədəniyyət evləri, klub, kitabxana və s. Düzdür, indi onların bəziləri ya işləmir, ya da onlardan istifadə edən azdır, lakin yaxın keçmişdə kəndlilər üçün kino, teatr, konsert, kitabxana, klublar adi həyat tərzi idi.

Kənd həyatını ümumi təsvir etmək belə oradakı həyatın daha gözəl olduğunu göstərməyə kifayət edər. Bir sözlə, kənd həyatı tam təbii, sağlam, sakit həyat tərzidir. Məhz bu üzdən kəndlilər şəhərlilərə nisbətən daha çox yaşayır, daha sağlam olurlar, həkimlərə işləri nadir hallarda düşür.

   

 


Şəhərlərdə nə var ki, hamı oraya axışır?
Şəhəri daha çox gənclər sevirlər. Bunun müxtəlif səbəbləri var. Bütün şəhərlər kino, teatr, mağaza, market, bazar, bank, universitet, idman salonları, xəstəxanalar, disko-barlar, parklar və sair əyləncə mərkəzləri ilə doludur. Son dövrlər əyləncəyə maraq artıb. Gənclər diskoya, idman salonuna getməyi, parklarda gəzməyi, müxtəlif əyləncə məkanlarına baş çəkməyi sevirlər. Amma yaşlı insanlar təbii və rahat bir həyat yaşamaq istəyirlər. Burada həyat darıxdırıcı keçməz. Lakin bu maraq yaxşı iş, yüksək qazanc tələb etdiyi kimi, sağlamlığın itirilməsi ilə də nəticələnir.

Şəhərdə gün dan yeri ağaranda yox, xeyli gec - təxminən 7-8 radələrində başlayır. Bu vaxtdan etibarən küçələr izdihamlı olur, avtomobil əlindən tərpənmək olmur. İnsanlar hər gün eyni, standart həyat yaşayırlar. Onlar səhərlər işlərinə gedirlər və axşamlar dönürlər. Yalnız bazar günləri ailələri ilə birgə rahat vaxt keçirə bilərlər.

Şəhərlərdə qonşuluqdan danışmağa belə dəyməz, qohumlarla ünsiyyət isə yalnız xeyir-şər məclislərində baş tutur. Hətta bəzi ailələrdə ailə üzvləri bir-birlərini görə bilmirlər, biri işdən gələndə digəri işə gedir, valideyn evə gələndə uşaq yatmış olur.

Sosioloqların fikrincə, kəndlərdən iri şəhərlərə köçən ailələrin sıx qohumluq əlaqələri üç nəsil sonra yox olur. Xalalar, dayılar, bibilər, əmilər üç nəsil sonra tədricən seyrəkləşir və tanınmır. Yalnız qardaş, bacı əlaqələri zəif də olsa, qalır. Şəhərin böyük “dəyirmanı” bütün qohumluq əlaqələrini “üyüdür”. Bunu çox vaxt müvəqqəti olan yoldaşlıq, tanışlıq münasibətləri əvəz edir.

Şəhər həyatı daha çox ictimailəşmə, dünyagörüşü, mədəni mühitin içində olma, karyera və təhsil imkanları kimi bir çox üstünlüklər verir. Şəhərlər istədiyimiz şeyləri əldə edə bilmək üçün də bizə böyük imkanlar təmin edir. Şəhərlərdə nə etmək istəyirsinizsə, onu edə bilərsiniz. Lakin bunun üçün çoxlu işləmək, sağlamlığı qurban vermək tələb olunur.

Şəhərlərə axının başqa bir səbəbi də rahat və gəlirli iş tapmaq ümidi ilə bağlıdır. Daha çox gənclər şəhərdə işləyib, yaxşı pul qazanandan sonra kəndə qayıdacaqlarını deyir, lakin vaxt gəlib keçir, bir də ayılırlar ki, qocalıblar... arzular, xəyallar reallığın qatı dumanında yox olub. Necə deyərər, “incəsənət” qurban tələb edir.

Şəhərdə insanlar beləcə mədəni həyat yaşayırlar...

Seçim üçün qısa müqayisə predmetleri

Kənd həyatının üstünlükləri:

- ən əsası, siz təmiz hava ilə nəfəs alırsınız;
- saf su içir, təbii ərzaqlarla qidalanırsınız;
- fiziki aktivlik sağlamlığa təminat verir;
- qohum və qonşularla ünsiyyət bolluğu;
- təhlükəsiz həyat tərzi;
- sakit mühitdə, stressiz həyat tərzi;
- tələbatın azlığı çox işləmək zərurəti yaratmır;
- siz daimi kurortdasınız.

Şəhər həyatının əsas zərərləri:

- hava və səs-küy çirkliliyidir;
- dolanışıq çətinliyi;
- gündə bir neçə saatın yolda itirilməsi;
- sıxlıq və tıxac problemi;
- cinayətkarlığın yüksək olması;
- təbiətdən uzaq qalmaq;
- keyfiyyətsiz qidalanma;
- bahalı həyatı təmin etmək üçün gərgin işləmək.

 


Ekoloq: "İdeal sağlam həyat kənd həyatıdır"
Uzun müddət Bakıda yaşamış, son üç ildə kənd həyatını üstün tutaraq Goranboy rayonuna köçmüş Ekoloq Jurnalistlər Birliyinin sədri Cəmşid Bəxtiyarın sözlərinə görə, burada doğru seçim birmənalıdır: 

“Əhalinin sıx yaşadığı yerlərin istənilən baxımdan sağlam həyat prinsiplərinə zidd olmasını istər məntiqi, istər də təcrübi yolla fəhm etmək çətin deyil. Digər tərəfdən, bir ölkədə əhalinin sırf iri şəhərlərdə cəmlənməsi iqtisadi və sosial problemləri dərinləşdirir. Bir çox hallarda isə bu amil ekoloji problemlərin təkanvericisinə çevrilir. Bu halda, şəhərlərdə yaşamaq sağlamlıq riskindən başqa bir şey deyil. Çirkli hava ilə nəfəs almağa, tərkibi təsəvvürə gəlməyən süni konservantlarla doldurulmuş fabrikat və yarımfabrikatlarla qidalanmağa, fasiləsiz səs-küyləri dinləməyə məhkum olmuş insanların sağlam yaşamaq imkanları çox məhduddur”.

Ekoloqun fikrincə, 10 yaşadək uşaqların şəhərdə yaşaması isə daha dəhşətli nəticələr verir: “Əvvəla, ona görə ki, ən ağır atmosfer çöküntüləri havanın yerdən 1 metr qalınlıqdakı qatında cəmləşir və azyaşlı uşaqlar məhz bu qatlarda nəfəs alırlar.

İkincisi, bu yaş dövrü insan orqanizminin təşəkkül dövrü olduğu üçün çirkli hava və toksik maddələrlə zəngin qidalar onu elə bu yaşdan xəstəliklərin ağuşuna yuvarlayır. Bütün bu problemlərdən uzaq olmağın ən ideal yolu kənd yerlərində yaşamaq, öz əlinlə becərdiyin meyvə-tərəvəz və süd məhsulları ilə qidalanmaqdır”.

Beləliklə, bu yazıda iki həyat tərzini qısa və ümumi şəkildə ortaya qoymağa çalışdıq. Şəhər həyatı maraqlıdır, lakin stresli və çox bahalıdır, kənd həyatı isə sadədir, təbiidir, sağlamdır, üstəlik, ucuz başa gəlir. Hər kəs öz seçimini düzgün etsə, sonda həyatından şikayətlənməz. Nəyi nəyə qurban verdiyimizi düşünərək seçim etsək, yanılmarıq.

Elçin Bayramlı



loading...

Ramazan ayı ilə bağlı FƏTVA ...

457 baxış, 0 şərh

Surələrin Savabı ...

451 baxış, 0 şərh

Toyundan bir həftə sonra ...

7 966 baxış, 5 şərh

“Qardaşım rus qadını ...

1 335 baxış, 4 şərh

İkinci dəfə evlənməyə ...

660 baxış, 6 şərh

Bakıda 32 yaşlı müəllimə 18 ...

28 096 baxış, 6 şərh

Bakıda məktəb yandı.Yanğın ...

1 741 baxış, 4 şərh

Iyul ayını gözləyirəm, elə ...

8 202 baxış, 3 şərh

Dünyanın ən xoşbəxt və ən ...

1 427 baxış, 10 şərh

“Səhv etmiş insanların ...

1 256 baxış, 3 şərh

ESMERRi | 9 aprel 2016 21:18 | Status: Professional user | Şərh: 5 309
Sitat: Elcin sangu........
Men kende getmek isterdim temiz havasi suyu sakitcilik mence kend
Elcin sangu........ | 12 avqust 2015 16:56 | Status: VİP user | Şərh: 643
Men kende getmek isterdim temiz havasi suyu sakitcilik mence kend
Nagizade.Leyla | 2 iyul 2015 02:32 | Status: VİP user | Şərh: 1 339
Yayda yaxsidir ķend
Ag Gul | 4 aprel 2015 19:55 | Status: Professional user | Şərh: 4 308
Sitat: sevgi istanbul
her ikiside eladi kende gedende seheri isteyirem sehere gelende kendi isteyirem
SEVDA | 2 noyabr 2014 01:07 | Status: Nəzarətçi | Şərh: 16 789
Kendlerde adam qalıb ki?kiwilerin çoxsu Rusiyaya iw dalıyca gedib,qadınların da coxsu qaçıb gelib Bakıya....
fea | 1 noyabr 2014 15:25 | Status: Gümüş user | Şərh: 1 743
hec kend gormemisem mene maraqlidi kend heyati tebiiki seraiti olan
SEVA | 31 oktyabr 2014 00:54 | Status: Professional user | Şərh: 5 186
her ikiside eladi kende gedende seheri isteyirem sehere gelende kendi isteyirem
Beren | 4 fevral 2013 18:04 | Status: Professional user | Şərh: 3 218

Men Bakida yasayiram.Ancaq Gencede xalamgilin kendinde onlarin  yaninda ailemle birlikde yawamaq isterdim.

kaprina | 27 dekabr 2012 15:29 | Status: İstifadəçi | Şərh: 3
kend balotadi,ora dusdun cixa bilmeyeceksen.
leylawka | 3 oktyabr 2012 17:05 | Status: Professional user | Şərh: 1 874
KENTDE YAWAMAQ ELA OLAR AMMA IWI GÜCÜ NEYNEYESEN
yarali-yurek | 5 sentyabr 2012 01:44 | Status: VİP user | Şərh: 447
men kendi cox sevirem.kende gedende boyuk zovq aliram
amma weheri elede sevmirem awaqdaki sebeblere gore
hava və səs-küy çirkliliyidir;
- dolanışıq çətinliyi;
- gündə bir neçə saatın yolda itirilməsi;
- sıxlıq və tıxac problemi;
- cinayətkarlığın yüksək olması;
- təbiətdən uzaq qalmaq;
- keyfiyyətsiz qidalanma;
azeri_oglu | 5 sentyabr 2012 01:38 | Status: Gümüş user | Şərh: 2 253
elbette kentde
azeri_oglu | 29 avqust 2012 22:33 | Status: Gümüş user | Şərh: 2 253
Mence. Kim harda yasamaq istiyirse ora yaxsidi mence
Sonik | 22 avqust 2012 18:30 | Status: VİP user | Şərh: 546
weherde yawamaq yaxwidi hem kendlerde medeniyyet cix inkiwaf elemiyib ne qeder de olmasa orda weherdeki kimi kitabxanalar restoranlar medeniyyet evleri marketler brend magazalar olmur axi hec kimin xetrine deymesin yeni olsa da weherdeki kimi olmur men ele oz halimnan bele memnunam
kokow | 19 avqust 2012 22:53 | Status: İstifadəçi | Şərh: 28
weherde yawamaq kendde dincelmek yaxwidi
nurashka | 12 avqust 2012 04:02 | Status: Qonaq | Şərh: 2 183
Qizlar yiğışın davay kəndə)) smile
Ayka21 | 4 avqust 2012 13:01 | Status: Yazar | Şərh: 2 781
mence her ikisi yerine gore yaxsidir
POWER | 28 iyul 2012 22:38 | Status: VİP user | Şərh: 375
yaş dövrü insan orqanizminin təşəkkül dövrü olduğu üçün çirkli hava və toksik maddələrlə zəngin qidalar onu elə bu yaşdan xəstəliklərin ağuşuna yuvarlayır. Bütün bu problemlərdən uzaq olmağın ən ideal yolu kənd yerlərində yaşamaq

cox sevirem kendleri temamile raziyam smile
Solnuwka. | 28 iyul 2012 17:00 | Status: Həkim | Şərh: 986
men kendi cox sevirem.kende gedende boyuk zovq aliram.belkede qonaq oluram ona goredir.amma mene cox xow tesir baqiwlayir kend heyati.
BAYACAM | 28 iyul 2012 01:46 | Status: Professional user | Şərh: 1 045
SECIM QARWISINDA QALSAYDIM KENDI SECERDIM.WEHEREDE GEZMEYE GELERDIM.
CUNKI WEHERIN HAVASI CIRKLIDI,AMA KENDIN AHAVASI COX TEMIZDI YEDIYIN ICDIYINDE TEBII OLUR ORDA.
TEWEKKURLER ELA MOVZU IDI.
SaPir | 28 iyul 2012 01:36 | Status: Yazar | Şərh: 981
Diqqət! Sizin gizli mətnə baxmağa hüququnuz yoxdur.
Alizes | 27 iyul 2012 23:57 | Status: Yazar | Şərh: 2 612
Kəndi seçərdim,amma bir şərtlə ki,həyətində hər şəraitin olsun. Şərait olmayan yerdə kənd həyatı çox çətindir...
yagmur gozlum | 27 iyul 2012 18:26 | Status: Şərhçi | Şərh: 45
kende istirahet yaxsidir.Ozum kendde boyumusem.Oranin hec neyini seherle evez etmerem.Imkan tapan kimi kendimize gedirem
zoluwka | 27 iyul 2012 18:16 | Status: Professional user | Şərh: 3 177
Oz Vetenin dogme yurd yuvan olmadiqdan sora ne ferq eder kend ya weher.qurban olum Lenkeranimiza.oyrewe bilmirem bawqa olkeye.en yaxwisi Veten
Hande. | 27 iyul 2012 16:48 | Status: Professional user | Şərh: 1 364
Sitat: _Almira_
Heresinin oz yeri var...Meselen her yay kende qalmaga gedende adama lezzet edir,bir muddetlik de olsa o şeher muhitden ayrilirsan...Fikrin dagilir...Kendin havasi,suyu...adama lezzet edir...amma şeherin de oz yeri var da,meselen rayondan eve qayidirsan,iceri giren kimi ilk onu fikirlşirsen ki,evim ucun ne cox darixmişammiş! Insanin oz evinden daha rahat bir yer yoxdu mence...Yene de men istirahet ucun kendi,yaşayiş ucunse şeheri secerdim...

Eynen...
Princess_93 | 27 iyul 2012 16:47 | Status: Brilliant user | Şərh: 5 894
KENDE YAWAY BILMEREM 2 HEFDE QALDIM UJE UREYIM PARTDADI
Esmerim-S | 27 iyul 2012 16:29 | Status: İstifadəçi | Şərh: 33
mene umumiyyetle kend heyatil lezzet eleyir.rayona gedende bakiya qayidandan sonra qala bilmirem evde.şeher mene darixdirici gelir.ne var şeherde.ureyim gedir kendden otru n36
nergiz_zz | 27 iyul 2012 16:03 | Status: Professional user | Şərh: 3 832
Sitat: G-----16
Men seherde yasayiram ancaq ki kendi de xoslayiram mence hec bir ferqi yoxdur kend ya seher esas odur ki serait olsun


SƏN KƏNT HƏYATINDA OLMADIĞIN ÜÇÜN BELƏ DEYİRSƏN.HƏLƏ KƏNDİN QIŞDA PALÇIĞINI GÖRSƏN....BAX ONDA SƏNDƏN SORUŞSALAR BELƏ DEMƏZSƏN.HƏLƏ İNDİ YAXŞIDI YOLLAR DÜZƏLİB.QABAQ BƏZİ KƏNTLƏR DƏHŞƏT İDİ.OLA BİLSİN HƏLƏ ŞƏRAİTSİZ KƏNTLƏR VAR.KƏNT HƏYATI YAYDA QƏŞƏNGDİ.QIŞDA ADAM HEÇ QONAQDA GETMƏK İSTƏMİR..
_Peri_ | 27 iyul 2012 15:32 | Status: Gümüş user | Şərh: 1 669
TWK.HER YER GOZELDIR,ESES XOWBEXCILIYB OLSUN
laleyka | 27 iyul 2012 14:16 | Status: Professional user | Şərh: 654
men rayonda oluram 3 gunluk Bakiya getmisdim ele bilirdim illerdir lenkerandan cixmisam o derecede darixmisdim, duzdur baki qesengdir amma seherde ses kuy cox olur rayonda ise sakitcilik olur mense sakitciliyi sevirem
info

İnformasiya

Qonaq qrupunda olan ziyarətçilər bu məqaləyə şərh yaza bilməzlər.